Məhkəmə qərarları › İş №2(107)-332/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-332/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-332/2025 05.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı vəkili Vəkil3, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)-525/2024 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Şəki Regional Vəkil Bürosunun verdiyi 158 nömrəli məktubdan görünür ki, X9 Vəkil3 ilə bağladığı xx.xx.2024-cü il tarixli 404 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində büronun bank hesabına 300 manat ödəniş etmişdir.

2. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Əmircan kəndində qeydiyyatdadır.

3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş qəbzdən görünür ki. iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 127 manat dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı X9 (nümayəndəsi Vəkil3) Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 12000 (on iki min) manat pulun, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun, həmçinin onunla ŞəkiRegional Vəkil Bürosunun vəkili Vəkil3 və hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 (üç yüz) manat pulun alınaraq X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddiaçı X3 əsl İddiaçı ilə əvəz olunması qərara alınmışdır.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 qızı İddiaçı hazırkı iş üzrə Cavabdeh ilə nikahlarını 19 may 2013-cü il tarixində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. X3 bildirdiyinə görə qızı ilə cavabdeh ailə qurmamışdan əvvəl Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirərək iddiaçıdan 12000 manat borc pul tələb etmişdir. İddiaçının bildirdiyinə görə həmin vaxt Cavabdeh onun qızı ilə adaxlı olduğundan və iddiaçının gələcəkdə kürəkəni olacağından ona etiraz etməmiş və 12000 manat pulu borc olaraq Cavabdeh vermişdir. Keçən müddət ərzində istər iddiaçının özü, istərsə də, onun qızı İddiaçı cavabdehdən pullarını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. İddiaçının qızı tərəfindən bir neçə digər məsələ, həmçinin də həmin xüsusatla bağlı Binəqədi RPİ-nə müraciət edilmişdir. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izahatı alınarkən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 6 ay bundan qabaq ailə həyatı qurmuşlar. Həmin nikahdan onun övladı yoxdur. Xasiyyətləri uyğun gəlmədikləri üçün İddiaçı ilə ayrılmaq üçün müraciət etmişdir. Hal-hazırda Nizami rayonu 8 saylı Mediasiya təşkilatında baxılır. xx.xx.2024-cü il tarixdə axırıncı dəfə mediasiyada baxılanda o heç kimi döyməmişdir. Ümumiyyətlə o, Qönçəyə əl qaldırmamışdır. Ola bilsin ki, nə isə ucadan mübahisə etmişlər. Bundan sonra o, Qönçəyə zəng etməmiş, Qönçə isə ona Whatsapp tədbiqində söyüşlər yazaraq təhqir etmişdir. O, mebel almaq üçün İddiaçı atası Kamaldan 10,000 (on min) manat pul almışdır. Həmin mebellər hal-hazırda yaşadıqları evdədir. Qönçədən işə düzəlmək adı ilə pul almamışdır. O, ümumiyyətlə heç kimi öldürməklə hədələməmişdir. Qönçənin dediklərinin hamısı yalandır. O, Qönçədən 12,000 (on iki min) manat yox 10,000 (on min) manat atasından pul almışdır. Qönçənin təhqiqata təqdim etdiyi yazışmaları o yazmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:42 radələrində o, Qönçəni atası evindən götürməyə getmişdir. Həmin vaxt onlar mübahisə etdiklərinə görə, Qönçə atasının evinə getmişdir. Vatsapda o, Qönçəyə, “Mən gəlim səni aparım, yoxsa marşrutla gələcəksən?” deyə səs atmışdır. Qönçəni atasının evindən götürərək, 28 may metrostansiyasının 2-ci çıxışında olan “Coco beauty by Zehra” salonuna aparmışdır. Qönçə onun maşın idarə etdiyi zaman, telefonunu götürərək həmin yazıları vatsapda yazmışdır. O, Qönçənin onu şərləmək istədiyindən qorxaraq, həmin vaxt Qönçə ilə birlikdə olduğu və həqiqətən də avtomobili idarə etdiyinə dair sübut kimi şəkilini çəkmişdir. Şəkilin çəkilmə saatı və tarixi telefonunda vardır. Həmin şəkil vatsap yazışması ilə iki dəqiqə fərq ilə çəkilmişdir. Həmin izahatdan da göründüyü kimi, Cavabdeh iddiaçıdan borc aldığını etiraf etmişdir. Lakin o izahatında 12000 manat deyil 10000 manat pul aldığını, guya həmin pulu da mebel almaq üçün aldığını bildirmişdir. Bunu bildirsə də həmin xüsusatlarla bağlı hər-hansı bir sübut təqdim etməmişdir, iddiaçının bildirdiyinə görə cavabdeh verdiyi pulu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh 12000 (on iki min) manat pulun, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun, həmçinin onunla ŞəkiRegional Vəkil Bürosunun vəkili Vəkil3 və hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 (üç yüz) manat pulun alınaraq X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbi 12000 manat dəyərində mülk tələbidir. Elşənlə tanış olduqdan sonra iş planlı şəkildə olmuşdur. Elşən ona bacısı ilə qalmamasını təklif etmişdir. Belə ki, bacısı boşanmış və bir uşağı vardır. Elşən onlara başqa yerdə ev almasını təklif etmiş, bir miqdar pulunun olduğunu, müəyyən məbləğin çatmadığını bildirmiş, çox miqdarda pul istəmişdir. O, atası və anası ilə məsləhət etmiş, valideyinləri hazırda pulu düzəldə bilməyəcəklərini, 2-3 aya toplayıb verə biləcəklərini demişlər. El adəti necədirsə onlarda da o cür olmuş, nişansa nişan, toysa toyları olmuşdur. O, evə köçərkən onları makler, Elşən isə onu narahat edirdi ki, bəs nə oldu, valideyinləri ona borc pul verəcəkdi. Yenidən valideyinlərinə müraciət etmiş, valideyinləri cəmi 12000 manat pul toplamışlar. Onlardan isə haradasa 15000-20000 min manat pul gözləyirdilər. Elşənlə özünü atasının iş yerinə çağırmışlar. İş yeri Novxanıda yerləşmiş, anası da həmin vaxt orada olmuşdur. Atasının iş yerinə getmiş, atası 12000 manat pulu sayaraq Elşənə vermiş, Elşən pulu sayıb götürmüşdür. Bundan sonra Elşənlə evə qayıtmışlar. O, 2021-ci ilin iyun ayının 28-i evlənmiş, 2 aydan sonra pul Elşənə verilmişdir. Elşən pulu borc məqsədi ilə götürmüş, Çünki ev almağa gücü çatmamışdır. Elşən evi 33000 manata almışdır. O, elə bilirdi ki, Elşən evi öz adına alır, lakin ev cavabdehin bacısı Turanə xanımın adına alınmışdır. Həmin vaxt dava-dalaşlı olmamış, mehribançılıq və münasibətləri yaxşı olmuşdur. İyun ayının 28-ci evlənmiş, iki ay sonra da pul verilmişdir. Pulu Elşənə atası vermiş, yanlarında da anası olmuşdur. Elşənlə birlikdə getmiş, həmin vaxt Elşənin avtomobili olmuşdur. Gedib atasının iş yerindən 10000 manat pulu Elşən özü sayaraq götürmüşdür. Elşən pulu alan zaman fındıq məhsulunu toplayıb borcu qaytaracağını bildirmişdir. Birinci il fındıqları olmamış, odur ki bu ilə söz vermiş, lakin hələ də pulu ödəməmişdir. Həmin ev Binəqədidə yerləşir. O, həmin evdə yaşamış, hal-hazırda cehiz əşyaları da həmin evdə yerləşir. Elşən evin yarı pulunu vermiş və onlar həmin evdə yaşamışlar. Elşənin heç bir ev almadığından onun məlumatı olmamış, sonradan ayılmışdır. Elşən onu 3-4 aydan sonra evdən qovmuşdur ki, ev onun deyildir. Sən demə həmin ev Elşənin bacısı Turanənin idi. Evi aldığı adamlar tez-tez zəng edərək və evə gələrək onları narhat edirdilər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk öncə iddia qaldırılarkən bilmirdi ki, orada ona nə yazdırıblar. Sonra isə izahat sənədlərə yüklənəndə bilmişdir ki, orada ona Qönçə yazdırmışlar. Qərarda da Kamal yazdırmışlar. Gəlib müraciət etmişdir ki, dəqiqləşdirsinlər, Qönçəyə, yoxsa Kamala borcu vardır, harada almışdır, necə almışdır?. Pul məsələsinə gəlincə isə o məhkəməyə şəxsən səs yazıları və zəng yazısı təqdim etmişdir, hansı ki video qeydə almışdır. Demək istəyir ki, onun nə Qönçəyə, nə də atasına heç bir borcu vardır. İddiaçının istinad etdiyi polis şöbəsində verdiyi izahatı hədə-qorxunun təsiri altında məcbur qalaraq yazmışdır. Həmin izahatın alınması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər Dövlət orqanlarına müraciətlər etmişdir. İddiaçı şikayəti ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o Cavabdeh əmisi oğludur. Bakı şəhərində birlikdə işləmişlər. İşlədiyi müddətdə Qönçə hər gün zəng edərək Elşəndən pul tələb edirdi ki, “niyə sənin bacının evi var, mənim evim yoxdur, niyə sənin bacının avtomobili var mənim yoxdur?”, “maşını adıma keçir, evi adıma keçir”. Sonra isə zəng edərək kiməsə borcu olduğunu demişdir. Elşən bacısının qızıllarını, 6000 manat və 4000 manat pulu aparıb Qönçəyə vermişdir. "xxxx" ASC-dən 4200 manat kredit götürərək Qönçəyə vermişdir. Sonra isə o Elşəni bacısına deyəcəyi ilə, bacısının qızıllarını qaytarmayacağı ilə hədələmişdir. Elşən də qorxurdu ki, Qönçə bacısına deməsin. Qönçənin qardaşları Elşəni hədələyirdilər ki, onun bacısının uşağına nəsə edəcəklər, onu da itirəcəklər, adamları da var. O işlədiyi müddətdə Elşənin yanında qalmışdır. Binəqədidə işləmiş, sonra isə işdən çıxaraq Xırdalanda işləmişdir. Hər axşam o Elşəngildə olmuş, bütün baş verənlərin şahidi olmuşdur. Bu söhbətlər Elşənlə Qönçə boşanana yaxın olmuşdur. Həmin vaxt Elşən öz evində qalırdı, Qönçə isə artıq çıxıb getmişdir. Onun yanında isə kimsə kiməsə pul verməmişdir. Əmioğlusu telefonla danışanda Qönçə ondan pul tələb edirdi. Elşən bacısının qızıllarını Qönçəyə vermişdir ki, qaytaracaqlar. Elşənin bacısı oğlu yeni il bayramına az qalmış telefonla oynayanda “Whatsapp” mesajlarına baxırdı. Həmin vaxtı Qönçə yazmışdır ki, onu bacısına deyəcəkdir və hədələyirdi ki, bacısının qızıllarını qaytarmayacaqdır.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. Toydan bir az əvvəl Elşənin bacısı Turanə xanım ona zəng etmiş, onunla görüşmək istədiyini, ancaq görüşdə heç kəsin olmamasını xahiş etmişdir. Onun evində gəlini olduğu üçün Turanə xanım onu Binəqədi rayonu ərazisində bir çay evinə dəvət etmişdir. Turanə xanım ona evlərinin kiçik olduğunu, toy olduqdan sonra qızı Qönçə ilə onun qardaşının həmin evə yerləşməyəcəyini, 33000 manata bir ev gördüklərini, həmin evi almaq istədiklərini bildirmişdir. O, da lap yaxşı “kim evinin olmasını istəməz ki” demişdir. Turanə ona pullarının çatmadığını və kömək edə biləcəklərini soruşmuşdur. O da kömək edə bilməyəcəklərini, lakin həyat yoldaşı ilə məsləhət edəcəyini, onun da oğlanları ilə danışacağını əgər gücləri çatarsa köməklik edəcəklərini demişdir. Turanə ona 15000 manat məbləğində borca pul lazım olduğunu bildirmişdir. Turanə 5000 manat pul düzəltdiyini və makler Rafiq adlı şəxsə verdiyini demişdir. O isə özbaşına olmadığını, əri və oğlanlarına məsləhət etməli olduğunu demişdir. Turanə ona borca pul verməsini, sentyabr ayında fındıq mövsümündə məhsulu yığıb satdıqdan sonra, əgər məhsul olmazsa torpağı satıb qaytaracağını demişdir. O, evdə ərinə demiş, oğlanları ilə məsləhətləşmiş, yekunda razılaşmışlar. Bir az keçmiş, toy olmuş, Novxanıda qızı, əri Kamal, yeznəsi Elşən evdə oturmuş, yeyib-içmiş, o da süfrəyə qulluq etmiş, əri də sayıb pulu vermişdir. Onlar işlədikləri həyət evində də yaşayırlar. Ora onların evidir. Yoldaşı bağ evində işləyir. Bağ evini onlara veriblər, onlar 14 ildir ki, yoldaşı ilə birlikdə orada qalırlar. Oğluna isə Binəqədidə ev almışlar və oğlu orada qalır.

11. Qax Rayon Məhkəməsinin (hakim Taleh Kərimov) 18 noyabr 2024-cü il tаrixli, e- 2(024)-525/2024 saylı qərardadı ilə iddiaçı X3 (nümayəndəsi Vəkil3) Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə ilk iddiaçı X9 əsl İddiaçı ilə əvəz edilmişdir.

12. Qax Rayon Məhkəməsinin (hakim Taleh Kərimov) 18 noyabr 2024-cü il tаrixli, e- 2(024)-525/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 10000 (on min) manat pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 (bir yüz iyirmi) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)-525/2024 saylı qətnaməsindən nаrаzı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehə qarşı iddia tələbi zamanı cavabdehin lehinə olan heç bir sübuta hüquqi qiymət verilməmiş, əksinə, məhkəmə cavabdehin təqdim etdiyi sübutlara tənqidi yanaşmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahidlərin bir-birinə, həmçinin iddiaya zidd ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən verilmiş heç bir vəsatət təmin edilməmiş, məhkəmə iclaslarında daim cavabdehin sözü kəsilmiş, öz etirazını əsaslandırmağa imkan və şərait yaradılmamışdır. Bütün bunlar göstərir ki, mülki iş birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddianın qismən təmin olunmasında maddi norma əsası kimi cavabdehin əsassız varlandığı qənaətinə gəlinmişdir. Lakin birinci instansiya məhkəməsinin əsas kimi götürdüyü cavabdehin 43-cü PB-də yazdığı izahatdan görünür ki, cavabdehin iddiaçıdan pul götürməsi əsası mebellərin alınması olmuşdur və cavabdeh də həmin mebelləri almışdır. Buradan görünür ki, cavabdehin iddiaçıdan iddia etdiyi pulu götürməsi əsası vardır. Yəni, cavabdeh tərəflərin münasibəti əsasında əsassız olaraq varlanmamışdır. MM-nin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Əgər birinci instansiya məhkəməsi cavabdehin həqiqətən də pulu iddiaçıdan aldığı qənaətinə gəlirsə, əsaslı sübut saydığı cavabdehin 43-cü PB-nə verdiyi izahata tam qiymət verməli, cavabdehiin pulu alaraq həmin pulla mebel aldığı hissəsinə hüquqi qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin verdiyi izahata tam olaraq hüquqi qiymət verilməmişdir. İş materiallarında olan cavabdehin 43-cü PB-nə verdiyi izahatdan görünür ki, tərəflər arasındaki münasibət bu maddə ilə tənzimlənməlidir. Belə ki, cavabdeh polis təzyiqi ilə pul aldığını etiraf etsə də, həmin pulu iddiaçı üçün mebel aldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə tərəflər arasındaki münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, cavabdehin iddiaçıdan pulu əgər həqiqətən almışdırsa belə nə üçün aldığı araşdırılmamış, sübutlara səthi yanaşılmışdır, bununla da Mülki Məcəllənin məqsədlərindən kənara çıxılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmənin qətnamə ilə eyni tarixli qərardadına əsasən iddiaçının əsl iddiaçı ilə əvəz olunması qərara alınmışdır. Lakin həmin qərardad cavabdehə təqdim edilməmiş, ümumiyyətlə məhkəmə elektron informasiya sisteminə yerləşdirilməmişdir. Həmçinin məhkəmə qətnaməsində iddiaçının əsl iddiaçı ilə əvəz olunmasına əsasların məhz məhkəmə baxışında əmələ gəlmiş olması barədə heç bir əsaslandırma qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi 18 noyabr 2024-cü il tarixdə iddiaçı statusunda olan Bayramov Kamalın, onun vəkili və nümayəndəsinin, şahidlərin izahatlarını aldıqdan sonra, sübutları tədqiq etdikdən sonra və yalnız cavabdehin iddiaçının kim olduğunu anlamadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutların İddiaçıylə arasındaki münasibətlərlə bağlı olduğunu, iddiaçının isə Bayramov Kamal olmasını bildirdikən sonra birinci instansiya məhkəməsi dərhal fasilə elan etmiş, fasilədən sonra cavabdehə iddiaçının artıq İddiaçı olduğu bildirilmişdir. Bu hal böyük bir prosessual pozuntudur. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş materiallardan görünür ki, cavabdehlə yalnızca İddiaçı arasındaki münasibətləri tənzimləyən hallar qeyd olunmuşdur. Yəni, iddiaçının əsl iddiaçı ilə əvəz olunması əsasının məhkəmə baxışında əmələ gəlmiş olması qeyrimümkündür. Qeyd etmək istəyir ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, bu iş üzrə ümumilikdə 5 məhkəmə iclası olmuş, bunlardan 4-ü məhkəmə hazırlıq iclası olmuşdur. Bundan başqa MPM-nin 54.4-cü maddəsində göstərilir ki, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Lakin birinci instansiya məhkəməsi tərəfindən 18 noyabr 2024-cü il tarixdə iddiaçı əsl iddiaçı ilə əvəz olunmuş və elə həmin tarixdə məhkəmə qətnaməsi qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bu prosessual norma pozulmuşdur. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e- 2(024)-525/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)-525/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək hazırda müalicə alması səbəbi ilə hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayəti isə müdafiə edərək şikayətin təmin edilməsini, Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)- 525/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

25. Maddə 50.1. prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

26. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

27. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə oalda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

28. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

32. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

33. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; (...).

V. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)-525/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. Müəyyən edilmişdir ki, tərəflər ailə qurmuş və az müddət bir yerdə yaşamışlar. İddiaçının atası X9 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 12000 (on iki min) manat pulun alınaraq X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. X9 iddia ərizəsində cavabdehə pulun özü tərəfindən verildiyini bəyan etsə də, həmçinin İddiaçı da polis şöbəsində vermiş olduğu izahatı və birinci instansiya məhkəməsində verdiyi izahatında da, eləcə də Cavabdeh polis şöbəsində əvvəl vermiş olduğu ifadəsində pulun Elşən X1 tərəfindən verildiyini göstərsələr də birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçı qismində çıxış edən sonuncunu İddiaçı ilə əvəz etmişdir. Halbuki, hazırkı iş üzrə tərəflər arasında baş vermiş münaqişələr polis orqanlarında bir neçə dəfə araşdırılmış, sonrakı araşdırmalar zamanı Cavabdeh Kamal Bayramov və iddiaçıdan (İddiaçı) borc pul almadığını göstərsə də, İddiaçı Cavabdeh Kamal Bayramovdan borc pul aldığını göstərmişdir.

43. Birinci instansiya məhkəməsinin iclasında şahi qismində dindirilmiş Şahid3 (İddiaçı anası) da cavabdehə pulun əri Kamal Bayramov tərəfindən verildiyini göstərmişdir.

44. İşə mahiyyəti üzrə baxan Qax Rayon Məhkəməsi iddianın qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb hüququ olmayan şəxs İddiaçı tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır.

46. Birinci instansiya məhkəməsi iddia qaldırmış iddiaçı X3 iş üzrə əsl iddiaçı qismində çıxış edə biləcəyi təqdirdə, əksinə 18 noyabr 2024-cü il tаrixli qərardad çıxardaraq sonuncunu əsl İddiaçı ilə əvəz etmişdir. Bununla da hazırkı tələbi qaldırmağa subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırılmış hazırkı işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

48. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

49. Kollegiyanın qənaətinə görə, işin faktiki hallarına görə, iddiaçı qismində çıxış edən X9 özünün əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizə verməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də sonuncunu əsl iddiaçı ilə əvəz edilməsi barədə qərar verməklə işə mahiyyəti üzrə baxmaqda səhvə yol vermişdir.

50. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 22 fevral 2024-cü il tarixli qərarında ifadə olunmuş aşağıdakı hüquqi mövqelərini qeyd etməyi zəruri sayır.

51. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında sərgilənən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

52. «Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

53. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və yacavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbləri onu qaldırmağa subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırıldığından apellyasiya mərhələsində iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır.

56. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

57. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. - İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı).

58. Buna görə də, məhkəmə kоllegiyаsı belə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi işin bütün fаktiki hаllаrını tаm, hərtərəfli və оbyektiv аrаşdırmаmış və tərəflər аrаsındаkı mübаhisənin həlli üçün tətbiq edilməli оlаn prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməmiş, qаnunu səhv təfsir etmişdir ki, bu dа Аzərbаycаn Respublikаsı MPM-in 387.1-ci mаddəsinə görə məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır.

59. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e- 2(024)-525/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tаrixli, e-2(024)-525/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar