Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-337/2022 31.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(033)-681/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12232,50 manat pulun, əldən çıxmış faydanın əvəzi olaraq 5000 manatın və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 manat dəyərində 1 ədəd yarımkürələr xəritəsi, 20 manat dəyərində 1 ədəd Azərbaycan xəritəsi, 7 manat dəyərində 11 ədəd ingilis dili dərs vəsaiti, 8,5 manat dəyərində 11 ədəd abuturiyentlər üçün ingilis dilindən dərs vəsaiti, 30 manat dəyərində 1 ədəd qol saatı, 25 manat dəyərində 1 ədəd divar saatı, 45 manat dəyərində 1 ədəd sərinkeş, 5 manat dəyərində 20 ədəd dibçək, 15 manat dəyərində 1 ədəd pərgar üçün lövhə, 1 manat dəyərində 10 dəst boşqab, 0,60 manat dəyərində 10 dəst xörək qaşığı, 16 manat dəyərində 1 ədəd lövhə üçün transporter, 170 manat dəyərində 1 ədəd reklam lövhəsi, 280 manat dəyərində 1 ədəd qeydiyyat stolu, 550 manat dəyərində 1 ədəd ofis mebel dəsti, 21 manat dəyərində 6 ədəd dəri stul, 80 manat dəyərində 10 dəst mebel stolu, 25 manat dəyərində 30 dəst stul, 32 manat dəyərində 36 dəst parta, 42 manat dəyərində 4 ədəd parta, 550 manat dəyərində 1 ədəd A3 surətçıxarma aparatı, 170 manat dəyərində 1 ədəd hava telefonu, 14 manat dəyərində 1 dəst telefon aparatı, 40 manat dəyərində 1 ədəd Wifi modem, 20 manat dəyərində 350 ədəd qadın çəkmələrinin, olmadıqda həmin əmlakların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(033)-681/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı əmlakların qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirilmənin aparılması “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, qiymətləndirmənin nəticələri haqqında hesabat Zaqatala Rayon Məhkəməsinə daxil olanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh şikayət ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(033)-681/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Zaqatala şəhəri İmam Şamil küçəsində yerləşən 280 kvadrat metrlik obyekini İddiaçı icarəyə vermişdir. Obyekt 25 ay icarədə oldu və sonda iddiaçı, icarə haqqını ödəmədiyi, borc yaratdığı üçün o iddiaçını 2020-ci ilin yanvar ayında obyektindən çıxarmağa məcbur oldu. İddiaçı ona pulu ödəyəcəyini desə də bu söz dəfələrlə təkrarlanmış və sonuncunun yalan danışması ilə nəticələnmişdi. Obyektdə olan iddiaçıya məxsus əşyaları borcun əvəzi olaraq ona verəcəkdi. Bununla bağlı aralarında razılıqla video qeydlər də oldu. Lakin buna baxmayaraq 1 il 4 ay sonra, yəni 03 iyun 2021-ci il tarixdə İddiaçı onu mülk tələbi ilə məhkəməyə verdiyini öyrəndi. Sonrakı vaxtlarda İddiaçı deyilən müddətdə ona olan borcunu qaytarmadığı üçün o həmin əşyaları sataraq pulunu götürdü Lakin ayaqqabılar ona lazım deyildi. Buna görə də İddiaçı dəfələrlə ayaqqabıları gəlib aparmasını, obyektdə boş yerə yer tutduğunu deyirdi. İddiaçı isə gəlib həmin əşyaları götürmürdü. O sonradan anlamışdır ki, iddiaçının həmin ayaqqabıları götürməməsi məqsədli şəkildə imiş. Beləliklə İddiaçı onu mülk tələbi ilə bağlı məhkəməyə verdi. Hakim ayaqqabılardan başqa ortada olmayan əmlakların qiymətləndirilməsi barədə qərardad təyin etdi. Halbuki, ortada olmayan əmlakın qiymətləndirilməsi necə ola bilərki. Çünki sözügedən “1 ədəd yarımkürələr xəritəsi, 1 ədəd Azərbaycan xəritəsi, 11 ədəd ingilis dili dərs vəsai,, 11 ədəd abituriyentlər üçün ingilis dilindən dərs vəsai,, 1 ədəd qol saa., 1 ədəd divar saa., 1 ədəd sərinkeş, 20 ədəd dibçək, 1 dəst pərgar üçün lövhə, 10 dəst boşqab, 10 dəst xörək qaşığı, 1 ədəd lövhə üçün transporter,1 ədəd reklam lövhəsi, 1ədəd qeydiyyat stolu, 1 ədəd ofis mebel dəs,, 6 ədəd dəri stolu,10 dəst mebel stolu, 30 dəst stul, 366 dəst parta, 4 ədəd plas,k lövhə, 1 ədəd A3 surət çıxarma apara.,1 ədəd hava telefonu, 1 dəst telefon apara., 1 ədəd WiFi modem, 350 ədəd qadın çəkmələri” əşyalar işlənmiş əşyalardır. Orada yeni olan təkcə E.Həsənovun obyektə qoyduğu lazımsız və dəyərsiz ayaqqabılardır. Həmin ayaqqabıları dəfələrlə, bu gün də İddiaçı götürüb aparmasını deyir. Lakin sonuncu qiymətləndirib onun adına yazdırmağa, yəni məhkəmə vasitəsi ilə ona satmağa çalışır. Halbuki, həmin ayaqqabılar köhnə model olduğu üçün onu heç kəs almır və bu əşyalar boş yerə obyektində yer tutur. O da ayaqqabıları almaq istəməmişdir. O həmin əşyalardan qurtulmaq istəyir. Qiymətləndirməyə təqdim edilən əşyaların siyahısında SSR-dən qalan məktəb partaları, işlənmiş stollar, stullar və digər əşyalar vardır. Lakin həmin əşyalar hazırda ortada yoxdur. Təbii ki, o həmin əşyalardan ayaqqabıları sahibinə qaytarmağa ikiəlli razıdır. Digər əşyaları isə yalnız İddiaçı borcunu qaytarması müqabilində ona təqdim edə bilər. Lakin bunun üçün hər hansı iş görülmür və ortada olmayan bir əşyaya görə qiymətləndirmə aparılır. Hər hansı (təzə əşya xaric) işlənmiş əşyaya qiymət verərkən əşyanın markası və modeli ·əşyanın buraxılış ili və alıcının həmin əşyanı aldığı ili, əşyanın işlək vəziyyəti və zədələri nəzərə alınaraq qiymətləndirmə aparılmalıdır. Odur ki, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(033)-681/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(033)- 681/2021 nömrəli qərardadı qismən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatının dayandırılması hissəsində ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə əhəmiyyət kəsb etdiyinə görə iddiaçının tələb etdiyi əmlakların dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq 2020-2021-ci illərdə satış qiymətinin neçə manat təşkil etməsi müəyyən edilməli, müstəqil qiymətləndirilmənin aparılması “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə görə ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü və 255-ci maddələrinin məzmunundan aydın olur ki, hazırki iş üzrə icraatın dayandırılması üçün hallar mövcud olmadığı halda əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraat dayandırılmışdır. Qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etməmiş, ancaq qiymətləndirici dəvət etmişdir. Qiymətləndirici dəvət edilərkən iş üzrə icraatın dayandırılmasına lüzum yoxdur. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.i Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(033)-681/2021 nömrəli qərardadı qismən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatının dayandırılması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-337/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-337/2022
31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver