Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-346/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa olunmuş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hаkim Z.A.Quliyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz inşa olunmuş barının sonuncunun vəsaiti hesabına sökülməsi barədə iddiаsı təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında inşa edilmiş barının onun öz vəsaiti hesabına sökülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul vəsaitinin də cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət оlunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1908/2020 nömrəli qətnaməsi ilə Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2(046)-180/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1908/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh və vəkili X1 şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-1908/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz inşa olunmuş hesab etdiyi barının (daş hasarın) sonuncunun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus olan Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfini qonşuluqda yaşayan cavabdeh daş barı çəkməklə bağlamış, evinin arxa tərəfinə gediş-gəliş tamamilə kəsilmişdir. Bununla yanaşı, cavabdeh yaxınlıqdan keçən su bərəsinin də qarşısını kəsib evinin arxasına yönəldərək onun evini uçmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Məsələ ilə bağlı dövlət qurumlarına müraciətlər etsə də, ona məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Cavabdehlə aparılan danışıqlar da nəticəsiz qalmışdır. Bütün bu hallarla əlaqədar olaraq o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdehiddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ona qarşı əsassız tələb irəli sürmüşdür. Onun inşa etdiyi barı qonşuluqda yaşayan iddiaçının evi üçün təhlükəli vəziyyət yaratmır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə işdə iştirak edən şəxslərin dəlilləri Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsindən Cavabdeh аpelyаsiyа şikаyəti verərək həmin qətnаmənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Apelyаsiyа şikаyəti belə əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin ekspertiza keçirilməsi və ekspert qarşısında qoyulan sualların tərtibində iştirakı təmin edilməmş, iş üçün əhəmiyyətli olan müəyyən edilmiş hallar sübut edilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2(046)-180/2019 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)- 180/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası təxirə salındıqdan sonra növbəti (hazırkı) iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi rədd edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nin direktoru S.Qarayev tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli rəyə əsasən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qarşısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) tikinti normalarına uyğun deyildir. Aparılan tikinti-quraşdırma işləri İddiaçı məxsus evin təhlükəli vəziyyətə düşməsinə səbəb olur. Cavabdeh məxsus həyatyani sahədə yaşıllıqlar (tərəvəz sahəsi) su arxından suvarılarkən suyun göllənməsi İddiaçı məxsus evin bünövrə əsasında (qruntda) dəyişiklik yarada bilər və bu hal ev üçün təhlükəlidir. Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında inşa edilmiş barı ilə həmin ünvanda yerləşən İddiaçı məxsus ev arasında ara məsafəsi tikinti-təhlükəsizlik normalarına uyğun deyildir. FHN X2 Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nin xx.xx.2018-ci il tarixli mütəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində eyni nəticələr təkrarlanmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli yerli baxış protokolundan görünür ki, tərəflər qonşudurlar. Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında barı inşa edilmişdir. İddiaçıya məxsus evdə, yəni yaşayış otaqlarında suyun toplanması izləri vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olunur ki, Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozulmaqla həyata keçirilmiş və bu da İddiaçı məxsus ev üçün təhlükə yaradır. Halbuki, tikinti işləri aparılan zaman zəruri təhlükəsizlik tədbirləri görülməli, qonşuluqda yaşayan sakinlərin narahatlığına səbəb ola biləcək hallara yol verilməməli, qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə əməl olunmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, keçirilmiş ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də İddiaçı Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında inşa edilmiş barının sökülməsini tələb etmək hüququ vardır və onun tələbi əsaslıdır. Sonda məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında inşa edilmiş barı onun öz vəsaiti hesabına sökülməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qiymətləndirməsi və hüquqi mövqeyi kontekstində yenidən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, ona görə də qəbul edilmiş qətnamə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apelyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apelyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Apelyasiya baxışı zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyi əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli 10/733 nömrəli ekspert rəyində qeyd olunur ki: - Göyçay şəhəri Ə.Səmədli küçəsi, 178 ünvanında yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2017-ci il tarixli ******* nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,0605 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus fərdi yaşayış evinin arxa tərəfində olan sərhədləri müəyyən edildi. Eyni zamanda bildiririk ki, naturada cavabdeh tərəfindən tikilmiş daş hasar iddiaçi İddiaçı məxsus fərdi yaşayış evinə bitişikdir; - İddiaçı sökülməsini tələb etdiyi, Cavabdeh tərəfindən inşa edilmiş barı (daş hasar) sonuncunun mülkiyyətində olan 0,0605 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir, İddiaçı məxsus, iş materiallarında təqdim edilən texniki pasportda koordinatlar mövcud olmadığından mübahisəli barının onun həyətyanı torpaq sahəsinə keçibkeçmədiyini müəyyən etmək mümkün olmadı. Eyni zamanda bildiririk ki, ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,0605 ha torpaq sahəsi ilə naturada istifadə etdiyi torpaq sahəsi arasında qismən konfiqurasiya fərqi mövcuddur; - Mübahisəli barı (daş hasar) ilə İddiaçı məxsus yaşayış evinin arxa tərəfi arasındakı məsafə mövcud deyildir. Eyni zamanda, Göyçay şəhəri Ə.Səmədli küçəsi, 176 ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinin tikinti normalarına uyğun olunduğu müəyyən olunur; - İddiaçının yaşayış evinin arxa hissəsində Cavabdeh məxsus olan torpaq sahəsində mövcud olan ağacların suvarılması nəticəsində və iddiaçının yaşayış evinin arxa hissəsində mövcud olan arxın su axarının qarşısı kəsilərsə, İddiaçı məxsus yaşayış evinin arxa tərəfində suyun yığılması (göllənməsi) ehtimalı ola bilər. Həmin sahəyə (iddiaçının yaşayış evinin arxa tərəfinə) Cavabdeh həyəti tərəfdən ağaçları suvarması nəticəsində suyun axıdılması mümkündür və suyun yığılıb qalmaması iddiaçının yaşayış evinin arxa hissəsində qazılmış su arxının axarı təmin olunmaqla mümkündür. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi və məhkəməyə təqdim olunmuş mübahisəli ərazinin fotoşəkilləri ilə müəyyən olunur ki, iddiaçının evinin arxa tərəfində ona məxsus torpaq sahəsi yoxdur və onun evinin arxa divarından cavabdehə məxsus həyətyanı torpaq sahəsi başlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sökülməsini tələb etdiyi barı (daş hasar) onun evinin arxa divarının sağ küncünə perpendikulyar şəkildə bitişikdir, əvvəllər həmin hasarın yerində məftil tordan (setka) çəpər olmuşdur. Cavabdeh apelyasiya baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, o, Göyçay şəhəri Ə.Səmədli küçəsi, 178 ünvanında mülkiyyətində olan 0,0605 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2 azyaşlı uşağı ilə yaşayır, gecələr qorxduğu üçün həyətinin sağ tərəfindəki məftil tordan olan çəpəri iddiaçının mübahisələndirdiyi daş hasarla əvəz etmişdir. Hasarı tikdirəndən sonra iddiaçı və ailə üzvləri buna narazılıq etməyə, guya həmin hasarın onların evinin arxa hissəsinə yığılan suyun kənara axmasının qarşısını aldığını iddia etməyə başlamışlar. İddiaçının evinin arxa tərəfində, evin divarından təxminən 2,0 metr məsafədə həmin divara paralel su arxı (bərə) qazmışdır ki, yağış yağanda və ya qar əriyəndə iddiaçının evinin damından onun həyətinə tərəf tökülən sular bu arxa axsın. Lakin həmin arx da iddiaçının evinin arxa hissəsinə su yığılmasının qarşısını ala bilmir. İddiaçının evinin divarını nəmləndirən su öz evinin damından tökülən yağış-qar suyudur. Onun əkdiyi ağaclarla iddiaçının evinin arxa divarı arasında azı 2,5-3,0 metr məsafə var, həmin ağacları arabir suvarması iddiaçının evinin arxa divarının nəmlənməsinə səbəb ola bilməz. İddiaçının istədiyi odur ki, o öz həyətindən iddiaçıya evin arxa divarı boyunca 2,0 metr enində torpaq sahəsi versin, lakin onun öz torpaq sahəsindən iddiaçıya vermək fikri yoxdur. Cavabdehin izahatında qeyd etdiyi hallar onun təqdim etdiyi CD diskdəki fotoşəkillər və videoçəkilişlə təsdiq olunur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin barı (daş hasar) çəkməsi nəticəsində onun evinin arxa tərəfinə gediş-gəliş tamamilə kəsilmişdir. Lakin mütəxəssis və ekspert rəylərindən məlum olur ki, iddiaçının evinin arxa tərəfində ona aid torpaq sahəsi yoxdur və evin arxa divarı cavabdehin həyətyanı sahəsinin sərhədindədir. Ona görə də iddiaçı evinin arxa tərəfinə gediş-gəliş üçün cavabdehdən keçid (yol) tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, iddiaçının sökülməsini tələb etdiyi barı (daş hasar) onun evinin arxasında deyil, evin arxa divarının sağ küncünə perpendikulyar vəziyyətdə tikilmişdir. Ona görə də iddiaçının evinin arxa divarının nəmlənməsi ilə həmin divara perpendikulyar vəziyyətdə daş hasarın tikilməsi arasında səbəbli əlaqənin mövcudluğu istisna olunur, yəni məhz həmin hasar tikiləndən sonra evinin arxa divarının nəmlənməyə başlaması barədə iddiaçının mülahizəsi əsaslı görünmür. Araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının evinin arxa divarının dibinə su axıdılması və ya su axınının yönəldilməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının evinin arxa divarının həmin tərəfə evin damından yağış-qar sularının tökülməsi səbəbindən nəmlənməsi barədə cavabdehin mülahizəsini ağlabatan hesab edir; xüsusən də, cavabdeh məhkəməyə bunu təsdiq edən sübutlar (CD diskdə olan fotoşəkillər və videoçəkiliş) təqdim etmişdir. Evin divarının nəmlənməməsi üçün iddiaçı özü evinin damından həmin divarın dibinə yağış-qar sularının tökülməsinin qarşısını alan tədbir görməli, evin dam örtüyünün kənarı boyunca su novu vurdurmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 176.1-ci maddəsinə görə, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər... Həmin Məcəllənin 176.2-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər... İstinad edilən qanun normalarına müvafiq olaraq cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən istəyinə uyğun istifadə etmək, həmin torpaq sahəsinin sərhədlərini hasarlamaq hüququ vardır. Cavabdehin tikdirdiyi daş hasar onun özünə məxsus torpaq sahəsində yerləşməklə iddiaçının hər hansı hüququnu və ya qanuni mənafeyini pozmur. Həmin hasarın qanunsuz tikilməsi barədə və sökülməsi tələbinə dair iddia əsassızdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbi əsaslı və işin həqiqi hallarına uyğun deyildir, birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş faktlardan (faktiki hallardan) tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli 2(046)-180/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəldiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, apelyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində və mütəxəssis tədqiqatının dəyərini təşkil edən 180,12 manat (bir yüz səksən manat 12 qəpik) məbləğində pul vəsaitləri də iddiaçıdan tutulub müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin bank hesablarına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(046)-180/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa olunmuş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası rədd edilsin. Məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində və mütəxəssis tədqiqatının dəyərini təşkil edən 180,12 manat (bir yüz səksən manat 12 qəpik) məbləğində pul vəsaitləri də iddiaçıdan tutulub müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin bank hesablarına ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-346/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-346/2020
23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver