Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-347/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayıllı rayon Diyallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin buna hüququ olmayan şəxs tərəfindən verilməsi, qüvvə) X5 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Diyallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(037)-845/2024 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair İsmayıllı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İsmayıllı rayon Diyallı bələdiyyəsi Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı iddia ərizəsi ilə müraciət edərək X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(037)-845/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 20 yanvar 2025-ci il tarixdə apelyasiya şikayəti vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadı ilə iddiaçı İsmayıllı rayon Diyallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi İsmayıllı rayon Diyallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(037)-845/2024 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Maraqlı şəxs2 tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin iş üzrə Maraqlı şəxs2 heç bir tərəf olmamışdır. Ona görə də sözügedən qətnamədən Maraqlı şəxs2 apelyasiya şikayəti vermək hüququ yoxdur. Maraqlı şəxs2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsi tərəfindən qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunur. Belə ki, o və digər kənd sakinləri tərəfindən İsmayıllı rayon Diyallı Bələdiyyəsinə müraciət edilmiş, həmin müraciət əsasında İsmayıllı rayon Diyallı Bələdiyyəsinin iclası çağırılmış, mürəciətləri bələdiyyənin iclasında müzakirə edilərək, Diyallı Bələdiyyəsi tərəfindən “Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Başqa sözlə hazırki iş üzrə iddianı Diyallı Bələdiyyəsi onun və digər kənd sakinlərinin müraciətinə əsasən irəli sürmüşdür. Lakin iddia ərizəsini imzalayan bələdiyyə sədrinin həbs olunması və sədr vəzifəsini müvəqqəti icra edən şəxsin hərəkətsizliyi nəticəsində İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Bu səbəbdən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs kimi o, apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. 22 dekabr 2024-cü il tarixdə Dilyallı Bələdiyyəsi tərəfindən qətnamə barədə ona məlumat verilmişdir. O, İsmayıllı rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Tərəfindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs kimi İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. O, İsmayıllı rayon Məhkəməsinin göstərilən iş üzrə qərardadını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Odur ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, İsmayıllı rayon Məhkəməsinin 2(037)-845/2024nömrəli, xx.xx.2024-cüil tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə Kollegiyası hesab edir ki, şikayətçi Maraqlı şəxs2 işdə iştirak edən şəxs olmadığından, beləliklə qətnamədən şikayət onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən birinci instansiya məhkəməsi Maraqlı şəxs2 apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 21 yanvar 2025ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(037)-845/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-347/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-347/2025
25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver