Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-35/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və iddiаçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İstehsalat Komersiya Şirkətinə qarşı R-28 indeksli Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh2 İstehsalat Komersiya Şirkətin qeyri-qanuni yaratdığı giriş-çıxış yolunun sökülərək yolun mühafizə zolağından kənarlaşdırılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 rəhbəri olduğu Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus spirtli içki istehsalı edən zavod üçün yaradılmış, giriş-çıxış yolunun uzunluğu 26 metr, eni 6 metr olmaqla 0.0156 ha (156 kv.m) hissəsi R-28 indeksli mağistiral yolun qorunma zolağında dövlət mülkiyyətinə aid hissədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İstehsal Komersiya Şirkətinin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat 40 (qırx) qəpiyin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İstehsal Komersiya Şirkətindən iddiaçı “xxxx” X3 Xidməti MMC-nin xeyrinə tutulmasıqət edilmişdir. İşin halları İddiaçı “xxxx” Avtomobil Yollarının Mühafizə Xidməti MMC cavabdeh Nadiq Ağayevə və Cavabdeh2 İstehsal Komersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək R-28 indeksli respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus sipirtli içki istehsal edilən zavodu üçün qeyri qanuni yaradılmış giriş-çıxış yolunun cavabdehlərin vəsaiti hesabına sölülməsi və avtomobil yolunun mühafizə zolağın ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, R-28 indeksli respublika əhəmiyyətli Yevlax- Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus sipirtli içki istehsal edilən zavod yerləşir. Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2İstehsal Komersiya Şirkətinə məxsus sipirtli içki istehsal edilən zavod dan qeyri qanuni olaraq yaradılmış uzunluğu 34 metr,eni 9 metr olan ümumilikdə 34 X 9=306 m 2 ərazini zəbt edərək 2.05.02-85 nömrəli inşaat norma və qaydalarına uyğun olmayaraq giriş-çıxış yolu yaradılmışdır. Cavabdeh2 İstehsal Komersiya Şirkətinin qanuni təmsilçisi Cavabdeh1 yaratdığı giriş-çıxış yolunun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Belə ki, cavabdehə rəsmi qaydada xx xxxxxxx 2017-ci il tyarixli, 76X/G nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavadehin qanuni nümayəndəsi Cavabdeh1 bu günə qədər qanuni yaradılmış giriş- çıxıs yolunu ləğv etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X6 iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1, eyni zamanda Cavabdeh2 İstehsal Komersiya Şirkətinin direktoru olmaqla, iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ərazidə onun tərəfindən hər hansı yol salınmamışdır. Qeyd edilən yol avtomobillərin keçməsi nəticəsində yaranmışdır. Bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 -ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Yevlax rayon Məhkəməsində də bildirmişdir ki, həmin əraziyə canlı olaraq baxılsın. Çünki onun tərəfindən heç bir yol tikintisi və yaxud da hər hansı bir keçid, körpü salınmayıb. Onun müəssisəsi tikilməmişdən qabaq Malbinəsi Bələdiyyəsinə məxsus sukanalının üzərində insanların giriş və çıxışı üçün körpü tikilmişdir. Orada göl surətlə axdığından, həmçinin Malbinəsi Bələdiyyəsinin torpaqlarının sulanması üçün istifadə edilən bu gölün eni 3-5 metr olmaqla, dərinliyi 2 metrdən artıqdır. Yəni bir normal insan güclü su axınının təsirindən həmin kanalı sərbəst keçə bilmədiyi üçün həmin körpü salınmışdır. Bu körpünün yəni keçidin maqistral yola xeyrindən başqa bir ziyanı mövcud deyildir. O da, bir müəssisə rəhbəri olaraq müəssisənin giriş hissəsini körpü istiqamətində qurmuşdur. Onun DƏDRX-dən verilən mülkiyyət sənədində heç bir dövlət mülkiyyətinə aid torpaq sahəsi zəbt edilməyib. Onun bir müəssisə olaraq yola çıxışı üçün, həmçinin orada torpaq sahəsi olan insanların torpaq sahələrinə keçidi üçün bu körpüdən və yoldan istifadə edilir. Bu yolu nə o, tikmişdir, nə də ki, həmin yolun və yaxud keçidin magistral yola birləşməsini o, etməmişdir. Onun həmin yolla bağlılığı, digər insanlar kimi öz müəssisəsinə keçməyi üçündür. Burada iddiaçının nə istədiyini dərk edə bilmir. Onun hansısa R 28 indeksinə hansısa bir ziyanının mövcudluğunu müəyyən edə bilmir. Yol necə zəbt edilə bilər. Heç bir inşaat norma və qaydalarına əməl etmədiyi bildirilsə də, bu yolu onun tikdiyini və ona məxsus olduğunu kim müəyyən edib? O, iddianı qəbul etməmişdir. Hazırda da qəbul etmir. İddia düzgün olaraq müəyyən edilməyib. Hüquqi şəxs iddiaçı olaraq ona, Emin N Şirkətinə yəni onun da hüquqi şəxs olmağına baxmayaraq iddianın aidiyyatını belə düzgün müəyyənləşdirməmişdir. Hansısa fotoşəkillə qeyri müəyyən formalaşmış iddia ilə heç nəyi müəyyən etmək mümkün deyil. Mütəxəssis rəyində bələdiyyə torpaq sahəsinin ərazisi və su arxı qeyd olunub. O 0.7927 ha. torpaq sahəsində yerləşən 315,16 kv.m ümumi, 236.76 kv.m əsas sahədən ibarət əmlak kompleksinin mülkiyyətçisidir. Mülkiyyətinin giriş-çıxış hissəsindən magistral yola onun da çıxmaq hüququ var. Eynilə onunla bərabər olan 10 hektarlarla torpaq sahəsinin mülkiyyətçilərinin də həmin keçiddən, yəni su arxının üzərindən keçən keçiddən asvalta çıxmaq ixtiyarları var. Onların başqa heç bir keçid yeri mövcud deyildir, Onun müəssisəsi spirtli içkilər müəssisəsi deyil, İstehsal Kommersiya Şirkətidir ki, onlar mövsümü xarakterli aylarda may-sentyar aylarında işləyirlər. Bura kiçik bir sexdir, 2-3 nəfər işçisi var. O, böyük bir müəssisə deyildir. 2-3 nəfərlə ilin 5 ayını pivə istehsal etməklə, fəaliyyət göstərir. Bundan sonrakı aylarda isə fəaliyyətləri dayanır. İddiaçı spirtli içki qeyd etdiyi zavod dediyi yer ildə 4-5 ay pivə istehsalı ilə məşğul olan kiçik bir sexdir. Bundan sonrakı mərhələdə isə 7 ay tam fəaliyyətsiz qalırlar. Məhkəmə hazırkı qərarı qəbul edərkən Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur. O, heç bir yolu və keçidi çəkməmiş, qazmamışdır. Orada heç bir tikinti işləri aparmamışdır. Həmin yolun qurulması, tikilməsi və hansısa bir fəaliyyəti ona aid deyildir. Həmin yol el yolu olmuş, onun müəssisəsi tikilməmişdən əvvəl o yoldan əhali və kənd camaatı istifadə etmişdir. Ona görə də əsassız tələbi rədd edir. Məhkəmə ədalətinə inanır. Həmin keçidə məhkəmə heyyətinin canlı baxışını istəyir. Bütün bunlar idarənin ona qarşı qanunsuz hərəkətidir. İdarənin istəyinin təmin edilməməsidir. Ona sanksiya təsiridir. Məhkəmənin bu halları araşdıracağına və ədalətli qərar qəbul edilməsinə inanır. Yevlax Rayon Məhkəməsi bu qətnaməni çıxararkən qanun normalarını pozmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiаçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X9 izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və cavabdehin vəkili Vəkil lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 və cavabdehin vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli aktdan görünür ki, R-28 indeksli respublika əhəmiyyətli avtomobil yolunun 9-cu km-də yolun sol tərəfindən yolun hərəkət hissəsinin mərkəzindən 37 m məsafədə yerləşən Cavabdeh2 İstehsal Komersiya Şirkəti əsas yola qanunsuz giriş-çıxış yolu yaratmışdır. Qanunsuz yaradılmış giriş-çıxış yolunun uzunluğu 34 m, eni isə 9 metrdir. Qanunsuz yaradılmış giriş-çıxış yolu Avtomobil yollarının inşaat norma və qaydaları 2.05.02.85 normalarına riayət olunmadan çəkilmişdir və bu hal əsasən yolun istismara yararlılıq müddətinə mənfi təsir edərək yola ziyan vurulmuşdur. Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydə alınmış, Yevlax rayonu Malbinəsi kəndi ərazi, Yevlax-Bərdə şossesinin 7-ci km-nin şərq hissəsində mülkiyyətində olan 0.7927 ha toroaq sahəsində yerləşən 315.16 km.m ümumi, 236.76 kv.m əsas sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alımışdır. İşdə olan B 000196 №-li, dövlət aktından görünür ki, Cavabdeh2 İstehsal Komersiya Şirkətinin sahibi Cavabdeh1 Yevlax rayon xalq deputatları soveti tərəfindən xx.xx.1995-ci il tarixli 35 saylı qərarı ilə Malbinəsi kollektiv təsərfatının ərazisindən cizgidə göstərilən sərhəd daxilində 1.0 hektar kənd təsərfatı məhsulları istehsalı üçün torpaq istifadəsinə verilir. Cavabdeh2 İstehsal Komersiya Şirkətinin Dövlət aktı iki nüxsədən ibarət tərtib edilmişdir, onun bir nüsxəsi Cavabdeh2 İstehsal Komersiya Şirkətinin sahibi Cavabdeh1 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestir Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli, **********8 №-li mütəxəssis rəyində qeyd olunur ki, R-28 indeksli respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus spirtli içki istehsal edilən zavod üçün yaradılmış giriş-çıxış yolunun uzunluğu 26 metr, eni 6 metr olmaqla 0.0156 ha (156 kv.m) hissəsi R-28 indeksli mağistiral yolun qorunma zolağında dövlət mülkiyyətinə, uzunluğu 6 metr və eni 7 mert olmaqla 0.0042 ha (42 kv.m) hissəsi Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin mülkiyyətində aiddir. Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus spirtli içki istehsal edən zavod üçün yaradılmış giriş-çıxış yolunun üzərindən keçdiyi su arxı Yevlax rayonu Malminəsi Bələdiyyəsinin mülkiyyətinə aid torpaqda yerləşir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “X4” Azərbaycan Respublikası Qanununun 1, 15-1 və 17-ci maddələrinə istinad etmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən avtomobil yolları Azərbaycan Respublikasının ərazisində avtomobillərlə daxili və ya tranzit yük və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün hüquqi və fiziki şəxslərin, dövlət hakimiyyəti orqanlarının zəruri tələbatının ödənilməsinə, habelə dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən edilir. Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, R-28 indeksli respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh1 rəhbərlik etdiyi Cavabdeh2 İstehsal Komersiya Şirkətinə məxsus spirtli içki istehsal edilən zavoddan magistral yola qeyri qanuni olaraq yol yaradılmışdır. Cavabdehlərin bu zaman “X4” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh həmin yolun onun tərəfindən inşa edilmədiyi bildirirlsə də, təqdim edilmiş fotoşəkillə, habelə mütəxəssis rəyi ilə təsdiq olunur ki, həmin yol zavodun qarşısına aparır. Mütəxəssis rəyi ilə giriş-çıxış yolunun uzunluğu 26 metr, eni 6 metr olmaqla 0.0156 ha (156 kv.m) hissəsinin dövlət mülkiyyətinə aid olmaqla R-28 indeksli mağistiral yolun qorunma zolağında olduğu, digə rhissəsinin isə bələdiyyəyə məxsus olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, dövlət mülkiyyətinə aid hissədə iddia təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə kollegiyası iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. İddiaçının iddia tələbi işin faktiki halları ilə təsdiq edilmədiyindən inandırıcı deyildir. Məhkəmə kollegiyasının xx xxx 2019-cu il tаrixli, 2(107)-1407/2019 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli №13711 olan ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Yevlax rayonu Malbinəsi kəndi ərazisindəki R-28 indeksli respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu kilometri ilə Yevlax-Bərdə şossesinin 7-ci kilometri yerləşmə mövqeyinə görə ayrı-ayrı ərazilərdə yerləşir. X7 Mühafizə Xidməti MMC-nin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş Aktda göstərilən ilə Yevlax-Bərdə şossesinin 7-ci kilometri yerləşən Malbinəsi kəndi ərazisindəki mübahisəli tədqiqat obyekti eyni ərazinin olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndi ərazisindəki Yevlax-Bərdə şossesinin 7-ci kilometrinin şərq hissəsindəki 0,7927 ha torpaq sahəsində yerləşən 315,16 kvm ümumi sahəsi olan əmlak kompleksinə Cavabdeh1 və “Cavabdeh2" istehsal Komersiya Şirkətinin istifadəsində olan giriş-çıxış yolunun uzunluğu 26 metr, eni 6 metr olmaqla 0.0156 ha (156 kv.m) hissəsi R- 28 indeksli magıstıral yolun qorunma zolağında dövlət mülkiyyətinə, uzunluğu 6 metr və eni 7 metr olmaqla 0.0042 ha (42 kv m) hissəsi Yevlax rayon Malbinəsi Bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin yolun çiyin hissəsinin üzərinə çıngıl tökülmüşdür. Mövcud olan yol cavabdehlər Cavabdeh1 və “Cavabdeh2" İstehsal Komersiya Şirkəti ilə yanaşı arxın kənarında olan digər qeyri-yaşayış sahəsinin ümumi istifadəsindədir. Mövcud olan avtomobil yolunun əvvəllər hansı formada mövcud olması barədə məlumat olmadığından qərardadın dördüncü sualının birinci hissəsi üzrə tədqiqat aparılmadı. Eyni zamanda avtomobil yolunun çiyin hissəsinin üzərinə cıngıl töküldüyü müəyyən olunmuşdur. Yolun əvvəlki vəziyyəti barədə məlumat olmadığı üçün qərardadın beşinci sualı üzrə tədqiqat aparılmadı. Cavabdeh1 məxsus Cavabdeh2 İstehsal Komersiya Şirkətinə giriş- çıxış yolu Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli texniki pasportun məlumatlarına əsasən mübahisəli ərazidən nəzərdə tutulmuşdur. Lakin həmin yolu istifadə etmədən başqa istiqamətdən yolun çəkilməsinin mümkün olubolmaması müvafiq təşkilatdan (qurumlardan) razılaşdırıldıqdan sonra müəyyən oluna bilər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində Yevlax rayonu Malbinəsi kəndi ərazisindəki Yevlax-Bərdə şossesinin 7-ci kilometrinin şərq hissəsindəki 0,7927 ha torpaq sahəsində yerləşən 315,16 kvm ümumi sahəsi olan əmlak kompleksi vardır. Həmin kompleksə aid olan “Cavabdeh2" istehsal Komersiya Şirkətinin də istifadə etdiyi giriş-çıxış yolunun uzunluğu 26 metr, eni 6 metr olmaqla 0.0156 ha (156 kv.m) hissəsi R-28 indeksli magistiral yolun qorunma zolağında dövlət mülkiyyətinə, uzunluğu 6 metr və eni 7 metr olmaqla 0.0042 ha (42 kv m) hissəsi Yevlax rayon Malbinəsi Bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin kompleks və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2009-cu ildən Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli texniki pasportunun məlumatlarına əsasən həmin əmlaka giriş-çıxış yolu mübahisəli ərazidən nəzərdə tutulmuşdur. Mövcud olan yol cavabdehlər Cavabdeh1 və “Cavabdeh2" İstehsal Komersiya Şirkəti ilə yanaşı arxın kənarında olan digər qeyri-yaşayış sahəsinin ümumi istifadəsindədir və həmin yolu istifadə etmədən başqa istiqamətdən qeyd olunan əmlaklar istiqamətində gediş-gəliş yolu yoxdur. Mübahisə olunan gediş-gəliş yolu xx.xx.2009-cu ildən hal-hazıradək dəyişikliyə məruz qalmamışdır. Həmin vaxtdan əvvəl isə yolun hansı formada mövcud olması və hansı tikililərin (qurğuların və s.) sökülməli olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin dispozisiya şərtlərinə görə, yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir (1-ci hissə). Yol təsərrüfatı orqanları bu məqsədlə, həmçinin müvafiq istirahət meydanları və xüsusi dayanacaqlar da yarada bilərlər (2-ci hissə). Yolkənarı xidmət obyektlərinin qurulması hərəkətin təhlükəsizliyini və yolun saxlanılma şərtlərini pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri pozmamalı, qüvvədə olan standartlara və digər texniki normalara müvafiq yerinə yetirilməlidir (3-cü hissə). Yolkənarı xidmət obyektlərinin layihələri onların yerləşdiyi yerlərin mülkiyyətçiləri, yol təsərrüfatı orqanları və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır (4-cü hissə). Avtomobil yollarının qorunma (mühafizə) zolağı hüdudları daxilində yolkənarı xidmət obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir (5-ci hissə). Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar (6-cı hissə). Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir (7-ci hissə). Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir (8-ci hissı). Ümumi istifadədə olan X3 olunan pullu dayanacaqları, habelə bu maddədə göstərilən məqsədlər üçün avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə verilə bilər (9-cu hissə). Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması üçün xərclər həmin obyektlərin mülkiyyətçiləri tərəfindən çəkilir (10-cu hissə). “X4” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 15-ci hissəsi yolkənarı xidmət obyektləri, istirahət meydanları və xüsusi dayanacaqların təşkil edilməsi qaydasını və şərtlərini, 6-8-ci hissəsi yolkənarı xidmət obyektlərinin nqəliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olması və həmin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması ilə bağlı tələbləri, 9-cu hissəsi ümumi istifadədə olan avtomobil yollarından istifadə qaydasını, 10-cu hissəsi isə keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması qaydasını müəyyən etmişdir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nizamnaməsinin 3.1.25-ci bəndinə görə, agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş vəzifələrindən biri də yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmiri işlərinin görülməsi üçün texniki şərtlərin verilməsi və ona nəzarəti həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus obyekt Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində mühafizə zonasından kənarda yerləşir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus əmlakın da mühafizə zolağında yerləşmədiyi mübahisəsizdir. Beləliklə, qanunun tələbinə görə, yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir. Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar. Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Məhkəmə kollegiyasının qənaətinə görə, yolkənarı xidmət obyektlərindən istifadə etmək istəyən nəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə həmin obyektlərin sahibləri tərəfindən parklanma yerləri, duracaq yerləri və dayanacaqlar, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yolları yaradılmalıdır. Yəni, giriş, çıxış və birləşmə yolları məhz parklanma və duracaq yerlərinə və ya dayanacaqlara girişə və çıxışa xidmət etməlidir və onların yaradılması (tikilməsi, qurulması) üçün heç bir texniki şərt almağa ehtiyac duyulmur. Bununla belə, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri texniki şərtlər və tələblər əsasında həyata keçirilməlidir. Göründüyü kimi, yolkənarı xidmət obyektlərinin sahibləri tərəfindən avtomobil yolu sahibinin verdiyi texniki şərtlər və tələblər əsasında görülən işlərə yalnız avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri aid edilmişdir. Parklanma yerləri, duracaq yerləri və dayanacaqlarа giriş və çıxış təşkil etmək üçün isə heç bir texniki şərt alınması tələb olunmur. Göründüyü kimi, agentliyin nizamnaməsində də söhbət parklanmayerləri, duracaq yerləri və dayanacaqlarа giriş və çıxışdan yox, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmirindən gedir. Məhkəmə kollegiyası hesab etmişdir ki, “giriş-çıxış” dedikdə avtomobil yolundan çıxaraq yolkənarı xidmət obyektlərinin dayanacaqlarına daxil olmaq və oradan çıxmaq imkanı (hansı ki, bunun üçün xüsusi olaraq nə isə tikməyə və ya qurmağa ehtiyac yoxdur), “yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələri” dedikdə isə avtomobil yolundan həmin obyektə (obyektin ərazisinə) daxil olmaq və obyektdən avtomobil yoluna çıxmaq üçün xüsusi olaraq tikilmiş yol, yəni yol birləşməsi başa düşülür. Əks təqdirdə, iddiaçının tələbi də giriş-çıxış yoluna yox, məhz yol birləşməsinin sökülməsindən ibarət olardı. İddiaçının tələbi onun irəli sürdüyü maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X8 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səsvə video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X8 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən də olsa təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən də olsa təmin etməklə düzgün nəticəyə gəlmədiyindən,məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İstehsalat Komersiya Şirkətinə qarşı R-28 indeksli Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh2 İstehsalat Komersiya Şirkətin qeyri-qanuni yaratdığı giriş-çıxış yolunun sökülərək yolun mühafizə zolağından kənarlaşdırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1121/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İstehsalat Komersiya Şirkətinə qarşı R-28 indeksli Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 9-cu km-də yolun sol tərəfində Cavabdeh2 İstehsalat Komersiya Şirkətin qeyri-qanuni yaratdığı giriş-çıxış yolunun sökülərək yolun mühafizə zolağından kənarlaşdırılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı “xxxx” X3 Xidməti Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-35/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-35/2020
15.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver