Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-357/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-863/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-863/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən dəymiş ziyana görə 1184 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 32 manat xidmət haqqı alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1896 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə baş etibarnamə əsasında istifadəsində olan özünə məxsus VAZ-2106 markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh 2800 manata Bərdə rayonunda maşın bazarında satmış, ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh 2800 manat pulu 1 ay ərzində ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin pulu 1 ay ərzində ödəmədiyindən xx.xx.2018-ci il tarixdə verdiyi etibarnaməni ləğv etdirmişdir. xx.xx.2018-ci il tarixdə Göyçay şəhərinə gələrək həmin avtomobili cavabdehdən geri almışdır. Avtomobilə baxış keçirdiyi zamanı müəyyən etmişdir ki, cavabdeh tərəfindən avtomobil istismara yararsız hala salınmış, avtomobilin təmiri üçün 1184 manat vəsait tələb olunur. Bundan başqa avtomobilin pulunu almaq üçün 10 dəfə Göyçay şəhərinə gəlmiş, hər dəfə 50 manat olmaqla, cəmi 500 manat pul xərcləmişdir. Bundan əlavə ekspertə rəy verilməsi üçün 32 manat, dövlət rüsumu kimi pul ödəmiş, cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə 150 manat və cərimə məbləğinə əlavə hesablanmış 166 manat pul hesablanmışdır. Buna görə də tələbinin təmin edilməsi, cavabdehdən 2062 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehə məhkəmə baxışınin yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə baxışında iştirak etməməsi səbəbindən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və idianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçının düzgün olamayan izahatına əsaslanmışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında cavabdeh аpelyаsiyа şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı, özünə məxsus VAZ-2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2018-ci ilin oktyabr ayında Bərdə rayonunda maşın bazarında satmaq istədiyindən, onunla razılaşaraq və avtomaşını 2800 manata almaq barədə razılıqları olmuşdur. Onun pulu tam olmadığından 800 manatı həmin günü iddiaçıya vermiş, sonra isə qalan məbləği hər ay ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bu barədə ona etibarnamə vermişdir. Sonradan iddiaçı aylıq ödəmə ilə razı olmadığından 2018-ci ilin dekabr ayında maşını ondan almışdır. 2018-ci ilin oktyabr ayından dekabr ayının axırınadək maşın onda olmuş, həmin avtomaşını istifadə etsə də, avtomaşına hər hansı bir zərər vurmamışdır. Avtomaşın onda olan zaman yol-nəqliyyat qaydalarının pozuntusu ilə bağlı cərimənin yazılmasını istisna etmir. İddiaçının qeyd etdiyi detallar avtomaşının əsas detallarıdır ki, onun xarab olması ümumiyyətlə avtomaşının yararsız olması deməkdir. Belə bir hal isə olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və ədalətsiz hesab edir, ona görə də ləğv edilməsini xahilş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, iddaçı məhkəmə iclasında iştirak etməmiş və xəstə olduğundan məhkəmədə iştirak edə bilmədiyini, cavabdehdən şikayətçi olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasn iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, ACN 178779 saylı X3 şəhadətnaməsi ilə VAZ 2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəfərov Röyal Məhərrəm oğlunun mülkiyyətindədir. Nəqliyyat Vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə Cəfərov Röyal Məhərrəm oğlu mülkiyyətində olan VAZ 2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə İddiaçı etibar etmiş, etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədədir. Eyni zamanda, notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci tarixli Nəqliyyat Vasitələrinə istifiadə edilməsi haqqında etibarnamə ilə Cəfərov Röyal Məhərrəm oğlu mülkiyyətində olan VAZ 2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili nümayəndəsi İddiaçı vasitəsi ilə Cavabdeh idarə etmək üçün etibar etmişdir. X1 İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı VAZ 2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh verdiyi etibarnaməni xx.xx.2018ci il tarixdə ləğv etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Fiziki X2 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, VAZ 2106 markalı 20-DX269 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin ərizəsində göstərdiyi ehtiyat hissələrinin qiyməti 1184 manat təşkil edir. Həmçinin xx.xx.2019-cu il tarixli mədaxil qəbzi ilə İddiaçı tərəfindən qiymət aktına görə fiziki Şəxs sahibkarlıq fəaliyyəti ilə məşqul olan X5 32 manat xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyasının belə vəziyyətdə həll etməli olduğu məsələ iddiaçının avtomaşında ilkin olaraq qüsürların olması, həmin qüsürların cavabdehə avtomaşını təhvil verdiyi xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə baş verib-verməməsi, həmin qüsürların yaranmasına cavabdehin hərəkəti (hərkətsizliyi) olması, cavabdehin təqsirinin olmasını müəyyənləşdirməkdən ibarətdir. Məhkmə kollegiyası iş materiallarından müəyyən edir ki, iddiaçı özünə məxsus VAZ 2106 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehə 2800 manat məbləğində satmaq barədə tərəflər arasında razılıq olmuş, lakin avtomaşının pulu tam ödənilmədiyindən tərəflər arasında müqavilə bağlanması baş tutmamış, lakin iddiaçı həmin avtomaşını idarə etmək üçün cavabdehə etibarnamə vermişdir. Avtomaşını xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilən normaların məzmununda müəyyən edir ki, iddiaçı cavabdehdən bağlanmayan müqavilə üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasənzərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd dilən hüquq normalarının əlaqəli şəkildə nəzərdən keçirilməsi nəticəsində hesab edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçının avtomobilində qüsürların avtomaşının cavabdehin istifadəsində olduğu müddətdə yaranması sübut edilmir. İddiaçının müraciəti ilə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktda avtomaşına dəyən zərərdən deyil, iddiaçının istədiyi ehtiyat hissələrinin qiyməti əsasında 1184 manat məbləğində vəsait hesablanmışdır. İddiaçı ilkin olaraq həmin avtomaşını saz vəziyyətdə cavabdehə təhvil verməsini, həmçinin sonradan həmin avtomaşına cavabdehin istifadəsində olduğu müddətdə zərərin dəyməsini, həmçinin bu zərərin baş verməsində cavabdehin təqsirinin olması sübut edilməlidir. İddaçının təqdim etdiyi sübutlarda avtomaşına cavabdeh tərəfindən zərərin vurulması sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi yol hərkəti qaydalarının pozulması ilə bağlı qəbul edilmiş xx.xx.2018-ci il tarixli 278975 nömrəli və 377933 nömrəli xx.xx.2018-ci il tarixli Elektron qərarlarda İddiaçı Azərbaycan Respubliakası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddələri ilə təqsirli bilinərək hər dəfə 50 manat cəmi 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Eyni zamnda, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi 5-də yerləşən “Berde şəhəri DYP şəbəsi”ndə yerləşən EXPRESSPAY ödəniş sisteminə 18354, 24452 və 19688 nömrəli qəbzlərlə yuxarıda qeyd edilən yol hərəkəti qaydalarının pozuntusu üçün ümumilkdə 166 manat məbləğində vəsait ödənilmişdir. Belə vəziyyətdə cavabdeh də məhkəmə iclasında qeyd edilən yol-hərəkəti qaydalarının pozuntusu üçün cərimənin olmasını istisna etməmiş və həmin vəsaiti ödəməyə etiraz etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlardan müəyyən edilir ki, həmin cərimələr avtomaşının cavabdehin istifadəsində olduğu müddətdə baş verdiyindən və həmin cərimə məbləğləri iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Bu səbəblərdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. MPM: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş və nəticədə qanuni qətnamə qəbul etməmişdir. Ona görə də birinci instаnsiyа məhkəməsinin qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli və apelyasiya şikayəti qismən təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, cavabdehdən 10 manatı iddiaçının xeyrinə tutulmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsiqətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-863/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnmə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 166 (bir yüz altmış altı) manat məbləğində pul, 10 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-357/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-357/2020
30.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver