Məhkəmə qərarları › İş №2(107)-361/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-361/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-361/2025 12.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)- 48/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh1 ilə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlayaraq iddiaçı cavabdehdən 6000 manat borc pul almışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh1 borc aldığı 6000 manat pulu 31 iyul 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməyərək həmin məbləği ödəməmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 8İ- 2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Cavabdeh1 tanışı X8 vasitəsi ilə tanımışdır. 2021-ci ilin dekabr ayında Cavabdeh1 6000 manat dəyərində xurma sifariş vermişdir. Həmin xurmanı nisyə götürmüş və dəyərini bir aydan qaytarmalı idi. Lakin xurmanı aparan maşının sürücüsü yolda ölmüş, xurma məhsulu vaxtında və keyfiyyətli formada sifariş olunan əraziyə çatdırılmamışdır. Bununla bağlı Cavabdeh1 məlumat verilmiş, cavabdeh də bununla razılaşmışdır. 2022-ci ilin fevral ayında o, Ukraynadan Balakən rayonuna qayıdarkən Cavabdeh1 ona 6000 manat borcunun nə vaxt ödəyəcəyini ondan soruşmuş, o da öz növbəsində Cavabdeh1 həmin borcu 2022-ci ilin iyul ayına qədər ödəyəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 ondan xahiş etmişdir ki, həmin borcu təsdiq eləmək üçün Notariat Kontoruna gedərək borc müqaviləsi bağlasınlar. O da onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə gedərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 borclu olduğu 6000 manat pulu 2022-ci ilin iyul ayınadək ödəməli idi. 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödəmişdir. 2022-ci ilin yanvar ayında isə Cavabdeh1 ilə aralarında şəxsi münasibətlər zəminində mübahisələri yaranmışdır. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, “sənin mənə 13000 manat borcun var. Həmin pulu səndən alacağam”. O, buna qəti etiraz etməyinə baxmayaraq Cavabdeh1 ona demişdir ki, “səninlə məhkəmədə görüşəcəyik”. 2022-ci ilin fevral ayının 2-də Cavabdeh1 ona qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq 7000 manat pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh1 həmin iddia ərizəsində qeyd etmişdir ki: 2021-cı ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuş, dekabr ayının sonunda məhsulu satmağa başlamış, dekabr ayında tanışı Balakən rayonu Qullar kənd sakini İddiaçı onlara gələrək xurma məhsulu istədiyini və 4000 yeşik xurma alacağını bildirmiş, o məhsulu nağd satdığını Nərimana demiş, Nəriman da buna razılaşmış, İddiaçı 1 maşın xurma məhsulunun pulunu, yəni 13000 manatı nağd ödəməklə aparmış, 2-ci maşın xurma məhsulunu doldurulduqdan sonra Nəriman ona məhsulun dəyəri olan 13000 manatı 1 saat ərzində tam ödəyəcəyini, pulun Rusiyadan bank vasitəsilə göndəriləcəyini və bir neçə saat ərzində gecikmə ola biləcəyini, lakin tam ödəniləcəyini bildirmiş, o, da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Nərimanla razılaşdığını, Nərimanın ona 2-ci maşın xurma məhsulu üçün 6000 manat pulu 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödədiyini, qalan 7000 manat pulu isə yenə yaxın vaxtlarda ödəyəcini bildirdiyini, lakin bu günə kimi Nərimanın ona borclu olduğu 7000 manat pulu vermədiyini, dəfələrlə cavabdeh İddiaçı borclu olduğu pulu tələb etdiyini, ondan pul tələbi ilə bağlı Balakən rayon Polis Şöbəsinə və Prokurorluğa müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirmişdir. Həmin mülki iş e-2(019)- 335/2023 nömrə ilə məhkəmənin icraatındadır. Cavabdeh1 13 fevral 2023-cü il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edərək həmin sənədlər üzrə ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE0*******, xx.xx.2010- Balakən RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1960) xeyrinə ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan-Balakən; FİN: xxxxxxx: d/t: xx.xx.1970) Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat sıfır qəpik) tutulması, bundan əlavə təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat 00 qəpik (altı min iyirmi beş manat sıfır qəpik) pul tutulması barədə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmış və həmin icra qeydi reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmiş icra qeydi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X4 xx.xx.2023-cü il tarixli qərarına əsasən Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X15 markalı, vaqon tipli avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisində bağladıqları xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 borclu olduğu 2022-ci ilin iyul ayınadək ödəməli olduğu, 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini X9 vasitəsi ilə 4 dəfəyə pul göndərməklə ödədiyi 6000 manat pulu Cavabdeh1 icra qeydi etdirməklə ondan tələb edir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinin tələblərini pozaraq heç bir qanuni əsas olmadan icra qeydi aparmışdır. Belə ki, 6000 manat borca görə ödəniş müddətinin keçməsi ilə bağlı ona yazılı bildiriş göndərilməmiş, icra qeydlərinin yalnız təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq edildiyi halda aparıldığından notarius həmin tələblərə əməl etmədiyindən, mübahisələndirilən borcun isə məhkəmənin icraatında olan digər mülki işdə Cavabdeh1 tərəfindən verilmiş iddia ərizəsində onun tərəfindən ödənildiyi qeyd edildiyindən hesab edir ki, icra qeydi tam əsassız aparılmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ilin fevral ayında Cavabdeh1 6000 manat borc almışdır. Bununla bağlı İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və reyestrdə 3M-27 nömrə ilə qeydə alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh1 borc aldığı 6000 manat pulu 31 iyul 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Borc ödənmədiyi üçün tələbkar Cavabdeh1 borclu İddiaçı xx.xx.2023-cü il tarixdə icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi şəxsən almışdır, lakin yenə də borcu ödəməmişdir. Bundan sonra Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixdə 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat), eyni zamanda, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat pulun İddiaçı tutulmasına dair 8İ-2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. İddiaçı Cavabdeh1 6000 manat borc almadığını, bu məbləğin nisyə alınmış xurma məhsulunun dəyərinə aid olduğunu, həmin məbləği ödədiyini, icra qeydinin aparılacağı barədə bildirişi almadığını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 ilə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlayaraq sonuncudan 6000 manat borc pul almışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh1 borc aldığı 6000 manat pulu 31 iyul 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməyərək həmin məbləği ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etməkdə haqlı olmuşdur.

6. Hazırkı işin materiallarından görünür ki, tələbkar Cavabdeh1 borclu İddiaçı qarşı tələbi, notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsaslandığından mübahisəsiz olmuş, borc müqavilədə nəzərdə tutulan 31 iyul 2022-ci il tarixə kimi ödənməmiş, tələbkar Cavabdeh1 borclu İddiaçı xx.xx.2023-cü il tarixdə icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi şəxsən almış, lakin yenə də borcu ödəməmişdir. Bundan sonra Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixdə 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat), eyni zamanda, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat pulun İddiaçı tutulmasına dair 8İ-2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir.

7. Göründüyü kimi 8İ-2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə tam əməl olunmaqla verilmişdir. İcra qeydinin ləğv olunması üçün əsaslar yoxdur.

8. Cavabdeh1 6000 manat borc almaması, bu məbləğin nisyə alınmış xurma məhsulunun dəyərinə aid olması,həmin məbləği ödəməsi,icra qeydinin aparılacağı barədə bildirişi almaması barədə İddiaçı göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki,İddiaçı iddia ərizəsində bu halları göstərsə də onları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Odur ki, məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edərək qəbul etmir.

9. Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənmiş 100 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445 və 448-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısına istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 13 fevral 2024-cü il tarixli icra qeydi 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsi

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat borcla bağlı qeyd edir ki, həmin borc xx.xx.2021-ci il tarixdə 2-ci yük avtomaşınına Cavabdeh1 məxsus olan soyuducudan 1900 (bir min doqquz yüz) yeşik olmaqla hər yeşiyi 5 manat 50 qəpikdən aldığı xurma ilə əlaqədar yaranmış, həmin vaxt Cavabdeh1 ümumilikdə 10450 (on min dörd yüz əlli) manat borcu yaranmışdır. 2021-ci ilin dekabr ayında Cavabdeh1 6000 manat dəyərində xurma sifariş vermişdir. Həmin xurmanı nisyə götürmüş və dəyərini bir aydan qaytarmalı idi. Lakin xurmanı aparan maşının sürücüsü yolda ölmüş, xurma məhsulu vaxtında və keyfiyyətli formada sifariş olunan əraziyə çatdırılmamışdır. Bununla bağlı Cavabdeh1na məlumat verilmiş, cavabdeh də bununla razılaşmışdır. Qalan 4450 manat pulu isə Cavabdeh1 ona bağışlamışdır. 2022-ci ilin fevral ayında o, Ukraynadan Balakən rayonuna qayıdarkən Cavabdeh1 ona 6000 manat borcunun nə vaxt ödəyəcəyini ondan soruşmuş, o, da öz növbəsində Cavabdeh1 həmin borcu 2022-ci ilin iyul ayına qədər ödəyəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 ondan xahiş etmişdir ki, həmin borcu təsdiq eləmək üçün Notariat Kontoruna gedərək borc müqaviləsi bağlasınlar. O da onunla razılaşaraq xx.xx.2022- ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə gedərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 borclu olduğu 6000 manat pulu 2022-ci ilin iyul ayınadək ödəməli idi. 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödəmişdir. 2023-cü ilin yanvar ayında isə Cavabdeh1 ilə aralarında şəxsi münasibətlər zəminində mübahisələri yaranmışdır. O, 1 ay gecikmə ilə həmin ilin avqust ayından 2000 (iki min), 2000 (ikimin), 1000 (bir min) və 1000 (bir min) manatı hissələrlə ümumilikdə 6000 (altı min) manat pulu Əliyə ödəmişdir. Həmin vaxt Ukraynada olduğuna görə və 6000 manat pulu tanışı vasitəsi ilə Cavabdeh1 ödədiyinə və ona etibar etdiyinə görə Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini ləğv etdirməmişdir. Qeyd edilən hallar işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)- 63/2024 nömrəli qətnaməsində göstərilmiş Balakən rayon Polis Şöbəsində İddiaçı verdiyi izahatla da təsdiq edilir. Həmçinin cavabdehin iddiaçıya 13000 manat borcu ola-ola yenidən ona 6000 manat borcun verilməsi real görsənmir və hətta belə olmuş olsaydı belə tərəflər 6000 manata dair borc müqaviləsi bağladıqları zaman eyni zamanda 13000 manat xurmanın borcunu da sənədləşdirmiş olardılar. Ümumiyyətlə 6000 manat borcun iddiaçı tərəfindən cavabdehə ödənilməsi isə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsi ilə müəyyən edildiyinə görə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydi də öz əhəmiyyətini itirmişdir. Bundan əlavə cavabdeh tərəfindən iş materiallarına xx.xx.2023cü il tarixdə təqdim edildiyi qeyd edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamə əlavə olunmuşdur. Həmin xəbərnamənin şəkli ilə iddiaçı tanış olmuş və bildirişdə çəkilən imzanın qəti olaraq ona məxsus olmadığını, həmin xəbərnaməyə imza etmədiyini bildirmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imza ilə xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən verilmiş etibarnamədəki imzanı müqayisə etdikdə açıq aşkar görünür ki, xəbərnamədəki imza başqa şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda xəbərnamənin də kim tərəfindən qəbul edildiyi qeyd edilməmişdir. Hazırki işin qanuni həlli baxımından işin faktiki hallarının hərtərəfli araşdırılması zəruridir. Ona görə də, poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın İddiaçı tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət verərək iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Hansı ki, həmin dəlil hazırki işin qanuni həlli baxımından işin faktiki hallarının hərtərəfli araşdırılması üçün zəruri idi. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddia edilən 6000 manat tələb mübahisəli olmuşdur. Həmçinin, borclunun bildirişi almasına dair sənəddəki imzası ilə, kredit müqaviləsindəki imzalarından aydın surətdə görünür ki, İddiaçı bildirişi almasına dair sənəddəki imzası onun tərəfindən icra olunmamışdır. Bundan başqa alınmış borc üzrə tələbkar tərəfindən təfsilatlı maliyyə arayışı tərtib olunub notariusa təqdim edilməmişdir. Göründüyü kimi Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir.

14. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)- 48/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 161-ci bəndində göstərilmişdir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı 2-ci hissəsində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. İddiaçı Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)- 48/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının sitat gətirdiyi “cavabdehin iddiaçıya 13000 manat borcu ola-ola yenidən ona 6000 manat borcun verilməsi real görsənmir və hətta belə olmuş olsaydı belə tərəflər 6000 manata dair borc müqaviləsi bağladıqları zaman eyni zamanda 13000 manat xurmanın borcunu da sənədləşdirmiş olardılar” cümləsi Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-2(117)-112/2024 nömrəli qətnaməsinə aiddir ki, həmin qətnamə də Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Apellyatorun dəlilləri həmin qətnamə ilə təkzib edilmişdir və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinin tələbi baxımından həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, həmin iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı 7000 manat xurma alverinə görə yaranmış borc, 6000 manat notarial qaydada verilmiş borc və 6000 manat maddi ziyan olmaqla cəmi 19000 manat pulu tələb etmişdir. Cavabdeh1 iddiasının 6000 manat notarial qaydada verilmiş borc hissəsini onunla əsaslandırmışdır ki, “cavabdeh borclu olduğu 13000 manat pulu Ukraynaya getdikdən sonra göndərəcəyini, lakin halhazırda Ukraynaya getmək üçün pulunun olmadığını, ondan 6000 manat pul borca istəyərək Ukraynaya getməyinə yardımçı olmağını istəmişdir. Əvəzində isə xurma alveri zamanı borclu olduğu 13000 manat pulu və işlərini qaydasına salmaq üçün notarial qaydada borc aldığı 6000 manatı Ukraynaya getdikdən sonra tam şəkildə ödəyəcəyini bildirdi. İddiaçı cavabdehə olan etibarının azaldığını və pulu yalnız notarius qaydasında verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşaraq notarial qaydada onunla Balakən regional "ASAN xidmət”mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəsinə əsasən 6000 manat və ödənilmiş 25 manat dövlət rüsumunun ona verilməsi ilə bağlı müqavilə imzalamışdır.” Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsində göstərilir ki, “cavabdeh – notariusda bağladığı borc müqaviləsinin əslində alğı-satqıdan yaranmış borc olduğunu, eyni zamanda maldan qalmış 4450 manat borcu isə iddiaçının ona bağışladığını bildirsə də bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əgər doğrudan da tərəflər arasında notariusda bağlanan borc müqaviləsi əslində alğı-satqıdan yaranmış borc olsaydı onda müqavilə bağlanan zaman notariusda həmin formada (borcun etirafı kimi və s. formada) sənədləşdirilmiş olardılar. Bunda başqa notarial bağlanan müqavilədə ümumiyyətlə hansısa alğı-satqıdan bəhs edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yalnız cavabdeh tərəfin şifahi izahatı əsasında onun borcu olmaması ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil.” Həmçinin, apellyator “Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsi ilə müəyyən edildiyinə görə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydinin də öz əhəmiyyətini itirdiyini” qeyd etsə də, həmin qətnamədən görünür ki, “Tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh İddiaçı 6000 manat məbləğində pul verilmiş və sonuncu götürülmüş krediti xx.xx.2022-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsi əsasında 6000 manat borcun və 25 manat dövlət rüsumunun tutulması tələbi üzrə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. Bundan sonra icra qeydi icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, daha sonra həmin icra qeydi üzrə icraata başlanılma haqqında qərar qəbul edilmiş və hal-hazırda həmin icra qeydi əsasında başlanılmış icraat Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmaqla icra hərəkətləri davam etdirilir. Şəki Kommersiya Məhkəməsi 03 aprel 2024-cü il tarixli, e-2-2(117)-112/2024 nömrəli qərardadı ilə, iddiaçının tələbinin "Ukraynaya getmək üçün iddiaçıdan notarial qaydada alınmış 6000 manat borc pulun tutulması” hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir” Həmin qərardaddan şikayət verilməmiş, nəticədə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi əsasında tələb olunan 6000 manat pula dair tələbə məhkəmə qaydasında mahiyyəti üzrə baxılmamışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi əsasında tələb olunan 6000 manat pulun iddiaçı ilə cavabdeh arasında olan xurma alış-verişi münasibətlərindən yaranan 6000 manat borc olmadığı, nəticədə Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyev vasitəsilə 4 dəfəyə göndərilmiş pulların hazırki tələbin ödənişi ilə əlaqədar olmadığı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş üzrə yenidən sübut edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

27. İddiaçının apellyasiya şikayətində xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verməsinə baxmayaraq vəsatətinin təmin edilməməsi barədə göstərdiklərinə münasibət bildirərək kollegiya qeyd edir ki, Poçt haqqında Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Mülki işin 51-52-ci vərəqlərində olan xəbərnamənin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 13 yanvar 2023-cü ildə göndərilmiş “Bildiriş” iddiaçı tərəfindən Balakən rayon Qullar kəndində 16 yanvar 2023-cü ildə “şəxsən” qeyd edilərək imza edilməklə təhvil alınmışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində özünün Balakən rayon Qullar kəndində yaşadığını qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh də bildirişi iddiaçının yuxarıda göstərdiyi ünvana göndərməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə verdiyi vəsatət birinci instansiya məhkəməsinin məhkəmə iclasında müzakirə edilmiş, vəkil Nümayəndə bildirmişdir ki, iddiaçı Ukrayna Respublikasında olduğundan xəttşünaslıq ekspertizasının keçirilməsi üçün xətt və imza nümunələrinin verilməsi mümkün deyil. İddiaçı apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasına da gəlməmiş, onu məhkəmədə vəkili təmsil etmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar