Məhkəmə qərarları › İş №2(107)-367/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-367/2020

18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-367/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı оğlunun; Cаvаbdeh - «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümаyəndəsi X13 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsindən Cavabdeh2 MMC və üçüncü şəxs «xxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsi ilə (hakim Arif İsmayılov) iddia ərizəsi təmin edilmiş, İddiaçı tam xüsusi mülkiyyətində olan ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 74,05 kv.m., ümumi sahəsi 105,05 kv.m. olan fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın, həmin tarixdə onlar tərəfindən imzalanmış “X12” 41 nömrəli protokolun və Cavabdeh2 direktoru Y.N.Əliyev və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilənin etibarsız hesab edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2019-cu il tarixli, 2(107)- 1227/2019 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzillə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6512/2019 saylı qərarı ilə İddiaçı оğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2019-cu il tarixli, 2(107)-1227/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə (bundan sonra-Cavabdeh2 Cavabdeh2 MMC) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzillə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı bank krediti müqaviləsindən yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, 27112 ABŞ dolları əsas borc, 6450 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 35063 ABŞ dollarının və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzinin tutulması, həmin məbləğ üzrə tutmanın Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzilə yönəldilməsi, cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul etmiş, məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh1 sifariş məktubu əsasında Cavabdeh2 MMC tərəfindən Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən mənzilin qiymətləndirilməsi həyata keçirilmədən, satış qiyməti müəyyən edilmədən həmin mənzil satılmaq üçün hərraca çıxarılmışddır. O, hərracın keçirilməsində iştirak edə bilməmiş və nəticədə qanunla təmin edilmiş hüquqları pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(033)-724/2018 saylı qərardadı ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti hazırkı mülki iş üzrə cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instanisya məhkəməsinin iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin dəlillərini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instanisya məhkəməsində işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin və üçüncü şəxs «xxxx» QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 MMC və üçüncü şəxs «xxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətləri verilmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyəti apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi əsassızdır, buna görə də isə apellyasiya qaydasında baxılmalı, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Qətnamədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsi, lakin onların nümayəndəsinin məhkəmə iclasına gəlməməsi və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməməsi qeyd edilsə də, əslində üçüncü şəxs «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində ümumiyyətlə məlumat verilməmişdir. Bundan başqa, məhkəmə qətnamədə hərracın keçirilməsində pozuntu kimi qeyd etmişdir ki, Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim gün qalmış deyil, 18 gün qalmış vermiş, hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə verməmişdir. Bunlardan başqa, hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməsini xx.xx.2018ci il tarixə təyin etmiş, bununla bağlı bir dəfə, yəni xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, təkrar hərracın keçirilməsinə dair bildiriş isə iddiaçıya xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Bu halda da hərracın təşkilatçısı cavabdeh "Cavabdeh2” MMC təkrar açıq hərracın keçirilməsinə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış deyil, 17 təqvim günü qalmış vermiş, təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə verməmişdir. xx.xx.2018-ci il tarixə təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamışdır. Hərracın təşkilatçısı cavabdeh "Cavabdeh2” MMC hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc etdirməmiş və bununla da qanunun tələbini pozmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, hərrac mərkəzi hərracın baş tutmaması barədə “Kaspi” Qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc etdiyini qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübüt təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə 3-cü dəfə hərracın keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirakı təmin edilsəydi hərracın keçirilməsi ilə bağlı qeyd edilənlərin əsassız olduğunu bildirmək imkanları olardı. Hərracın təşkilatçısı Cavabdeh2 MMC birinci açıq hərracın keçirilməsini xx.xx.2018-ci il tarixə təyin etmiş və xx.xx.2017-ci il tarixdə “Kaspi” Qəzetində elan dərc etdirmişdir. xx.xx.2018-ci il tarixə təyin etmiş açıq hərracın keçirilməsi barədə bildirişi iddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin birinci cümləsində hərrac mərkəzi tərəfindən bildirişin göndərilməsi, ikinci cümləsində isə, bildirişin hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış göndərilməsi nəzərdə tutulmuşdur. Göründüyü hərrac mərkəzi qanunvericiklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni xx.xx.2017-ci il tarixdə bildirişi iddiaçıya göndərmişdir. Bundan sonra, bildirişin xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsinə 18 gün qalmış əldə edilməsi artıq pozuntu hesab edilə bilməz. Bundan başqa bildirmişlər ki, Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixdə “Kaspi” Qəzetində Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan vermişdir. xx.xx.2018-ci il tarixə təyin edilmiş hərrac baş tutmamış və Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixdə “Kaspi” Qəzetində Hərracın baş tutmaması barədə elanı dərc etdirmişdir. Bundan sonra, hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməsini xx.xx.2018-ci il tarixə təyin etmiş, xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, təkrar hərracın keçirilməsinə dair bildiriş isə iddiaçıya xx.xx.2018-ci il tarixdə göndərilmiş, xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Göründüyü kimi hərrac mərkəzi qanunvericiklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni xx.xx.2018-ci il tarixdə bildirişi iddiaçıya göndərmişdir. Bundan sonra, bildirişin xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsinə 17 gün qalmış əldə edilməsi artıq pozuntu hesab edilə bilməz. xx.xx.2018-ci il tarixə təyin edilmiş hərrac baş tutmamış və Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixdə “Kaspi” Qəzetində Hərracın baş tutmaması barədə elanı dərc etdirmişdir. xx.xx.2018-ci il tarixə təyin edilmiş hərrac baş tutmamış və Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixdə “Kaspi” Qəzetində Hərracın baş tutmaması barədə elanı dərc etdirmişdir. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi ipoteka saxlayan ipoteka predmetini əldə edə bilərdi. «xxxx» QSC də xx.xx.2018-ci il tarixdə 30 təqvim günü ərzində 41 nömrəli “X12 Protokol” və Hərracın Yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında ipoteka predmetini əldə etmişdir. Göründüyü kimi, məhkəmənin qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdə üçüncü dəfə hərracın keçirilməsinə dair hər hansı hərəkət edilməmiş, hərrac qanunvericiliyin tələblərinə əməl edilməklə keçirilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan, Zaqatala Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və sübutlar düzgün qiymətləndirilmədiyindən həmin qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Zaqatala rayon İcra Şöbəsinin 1074 saylı xx.xx.2017-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satılmasına dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)-20/2 017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi Cavabdeh2 MMC-yə göndərilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 63000 manat, xx.xx.2018-ci il tarixdə təkrar hərracda 15 % endirimlə 53550 manat açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamış, bu barədə “Kaspi” qəzetində məlumat dərc edilmişdir. Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan “xxxx” QSC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh2” MMC-nin X12 41 nömrəli, xx xxxxx 2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 40162 manata tələbkar “xxxx” QSC-yə satılmışdır. Qeyd olunan əsaslara görə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İddiaçı yalnız “hərracda iştirak edə bilmədiyini” qeyd edərək iddia ərizəsində hərrac nəticələrinin etibarsız hesab edilməsini xahiş etsə də, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas göstərməmiş, hər hansı bir sübut təqdim etməmiş, Cavabdeh2 MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyi vurğulanmamışdır. İddia ərizəsinə hərracın keçirilməsi barədə bildiriş və protokolun surəti əlavə edilmişdir ki, bu da iddiaçının hərrac prosesləri barədə məlumatlı olmasını, bildirişin borcluya çatdığını təsdiqləyir. Zaqatala Rayon Məhkəməsinin mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız iddiaçı tərəfin iradə ifadəçisi rolunda çıxış etməsi aşkar olaraq mülki işin materialları ilə sübuta yetirilir. Məhkəmə formal münasibətlərə əsaslanaraq protokolun ləğv edilməsinə çalışır. Borclu İddiaçı həm ilkin, həm də təkrar hərrac barədə kifayət qədər məlumatlı olmuş, bildirişləri də hərrac tarixindən öncə əldə etmişdir, lakin hərrac proseslərində iştirak etməmişdir. Məhkəmə həmçinin qanunvericiliyin şərhində təhriflərə yol vermiş, bildirişin göndərildiyi tarixə əsaslanmalı olduğu halda, borclu tərəfindən bildirişin imzalanaraq alındığı tarixlərə əsaslanmışdır. İlkin açıq hərracın keçirilməsi ilə bağlı 10/12 nömrəli xx xxxxxx 2017-ci il tarixli bildiriş ipoteka qoyan İddiaçı şəxsən xx.xx.2018-ci il tarixində təqdim edilmişdir. Təkrar açıq hərracın keçirilməsi ilə bağlı 10/12-1 nömrəli xx xxxxxx 2018-ci il tarixli bildiriş ipoteka qoyan İddiaçı şəxsən xx.xx.2018ci il tarixində təqdim edilmişdir. Həmçinin “Kaspi” qəzetində xx xxxxxx 2017-ci il tarixində ilkin hərracın, xx xxxxxx 2018-ci il tarixində təkrar hərracın elanı verilmişdir. Qətnamədə üçüncü hərracın keçirildiyi qeyd olunsa da, Cavabdeh2 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ilkin hərrac, xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, iştirakçı olmadığından hərrac baş tutmamış və ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan “xxxx” QSC-yə təklif edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları düzgün araşdırmamış, ipoteka saxlayana təklif edilməni üçüncü hərrac kimi qiymətləndirmişdir. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutları düzgün tədqiq etməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxx» QSC-nin nümаyəndəsi X17 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 724/2018 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı оğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndələri təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 HaqqındaKonvensiyanın 6-cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)- 6512/2019 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 724/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 saylı ünvanda, 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 105,05 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-20/2017 nömrəli xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(033)-29/2018 nömrəli qətnaməsi ona ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qərarın əlavə edilməsi ilə dəyişdirilməli, ipoteka predmetinin yəni, borclu İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin acıq hərracda ilkin satış qiyməti 63000,00 (almış min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıdır. Məhkəmə xərcini təşkil edən 240 (iki yüz qırx) manat məbləğdə qiymətləndiricinin tədqiqatının dəyəri borclu İddiaçı alınıb Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 18 saylı Ərazi idarəsinin hesabına ödənilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə borclular X11, X15 və İddiaçı xx.xx.2013-ci il tarixli 19R0000Q1143 nömrəli kredit müqaviləsi üzrə 27112,37 (iyirmi yeddi min bir yüz on iki ABŞ dolları 37 sent) ABŞ dolları əsas borc, 6450,90 (altı min dörd yüz əlli ABŞ dolları 90 sent) ABŞ dolları faiz borcu və 1500 (bir min beş yüz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 35063,27 (otuz beş min altmış üç ABŞ dolları 27 sent) ABŞ dolları kredit borcunun, habelə ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi olan 61 (altmış bir) manatın alınaraq tələbkar «xxxx» QSC-nə ödənilməli, borc üzrə tutma xx.xx.2010-cu il tarixli 19M000000027 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş borclu X4 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi olan yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pul hesabına borclu X5 tələbkar “xxxx” QSC-nə olan borcu ödənilməli, ev açıq hərracda satıldıqdan sonra bir ay sonra borclular X11, X2, X6 fərdi yaşayış evindən çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Musayevin xx xxxx 2017-ci il tarixli 225926 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(107)-20/2017 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və borclulara 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala Rayon İcra Şöbəsinin rəisi Elvin Əhmədovun xx.xx.2017-ci il tarixli 1074 nömrəli məktubundan görünür ki, həmin icra şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(107)-20/2017 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu İddiaçı məxsus 63000 (altmış üç min) manat məbləğində qiymətləndirilmiş Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin acıq hərrac vasitəsilə satışının təşkil edilməsi Cavabdeh2 MMC-dən xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Kaspi” qəzetinin xx xxxxxx 2017-ci il tarixdə nəşr edilmiş 165-ci sayından görünür ki, məhkəmə qərarı əsasında Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən, yaşayış sahəsi 74,05 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi 63000 (altmış üç min) manat qiymətlə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00da Cavabdeh2 MMC Hərrac Mərkəzi tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 MMC-in sifarişçi Zaqatala Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) "xxxx” QSC-nə, ipoteka qoyan (borclular) İddiaçı, X7, X3 və X1 ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli 10/12 nömrəli “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, Zaqatala Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 1074 nömrəli məktubuna əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 20/2017 nömrəli icra vərəqəsi üzrə borclu İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi satılmaq üçün açıq hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 63000 (altmış üç min) manatdır. Hərrac xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da ünvan 4 mərtəbə) ünvanında keçiriləcəkdir. Həmin hərracın keçirilməsinə dair „Kaspi” qəzetində xx.xx.2017-ci il tarixdə elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş sifarişli poçt göndərişindən görünür ki, bildiriş borclu İddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə Zaqatala şəhəri, Fizuli küçəsi ev 15-də təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixdə nəşr edilmiş sayından görünür ki, məhkəmə qərarı əsasında Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən, yaşayış sahəsi 74,05 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi 53550 (əlli üç min beş yüz əlli) manat qiymətlə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da Cavabdeh2 MMC Hərrac Mərkəzi tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 MMC-in sifarişçi Zaqatala Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) "xxxx” QSC-nə, ipoteka qoyan (borclular) İddiaçı, X7, X3 və X1 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 10/12-1 nömrəli “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, Zaqatala Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 1074 nömrəli məktubuna əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 20/2017 nömrəli icra vərəqəsi üzrə borclu İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi satılmaq üçün açıq hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 63000 (altmış üç min) manat 15 faiz endirimlə satış qiyməti 53550 (əlli üç min beş yüz əlli) manatdır. Hərrac xx xxxx 2018-ci il tarixdə saat 11:00-da ünvan 4 mərtəbə) ünvanında keçiriləcəkdir. Həmin hərracın keçirilməsinə daira „Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş sifarişli poçt göndərişindən görünür ki, bildiriş borclu İddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə Zaqatala şəhəri, Fizuli küçəsi ev 15-də təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş hərracın təşkilatçısı Cavabdeh2 MMC-in və alıcı üçüncü şəxs «xxxx» QSC-in nümayənədlərinin iştirakı ilə tərtib edilib imzalanmış xx xxxxx 2018-ci il tarixli 41 nömrəli “Hərrac təşkilatının X12 protokolu”ndan görünür ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(107)-20/2017 nömrəli icra vərəqəsinə Cavabdeh1 məktubuna əsasən, ipoteka predmeti İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 74,05 kv.m., ümumi sahəsi 105,05 kv.m. olan fərdi yaşayış evi üzrə hərrac başa çatmışdır. İlkin hərrac qiyməti 63 000 (altmış üç min) manat olan həmin fərdi yaşayış evini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən, 15 faiz endirimlə yəni, 53 550 (əlli üç min beş yüz əlli) manat, üçüncü şəxs «xxxx» QSC-in xx.xx.2018-ci il tarixli 4872 nömrəli məktubuna əsasən, ipoteka predmeti həmin Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətə yəni, 40 162 (qırx min bir yüz altmış iki) manata üçüncü şəxs «xxxx» QSC əldə etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş hərracın təşkilatçısı Cavabdeh2 MMC-in direktoru Y.N.Əliyev və tələbkar alıcı üçüncü şəxs «xxxx» QSC-in nümayəndəsi X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilədən görünür ki, hərracın nəticələri barədə yekun protokola əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 105,05 kv.m. olan fərdi yaşayış evi hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən 40162,50 (qırx min bir yüz altmış iki manat əlli qəpik) manata tələbkar alıcı üçüncü şəxs «xxxx» QSC-nə satılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC-in üçüncü şəxs «xxxx» QSC-nə və Cavabdeh1nə ünvanlanmış xx.xx.2018-ci il tarixli 522 nömrəli məktubunda bildirilir ki, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 105,05 kv.m. olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 63000 manat, xx.xx.2018-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 53550 manat olmaqla açıq hərraca çıxarılsa da, iştirakçı olmadığına görə hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə ala bilər. Ona görə də hərracın baş tutmamış elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibətini bildirməsi xahiş edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır və üçüncü şəxs «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-20/2017 nömrəli xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən, ipoteka predmeti yəni, borclu İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 63000,00 (almış min) manat məbləğində müəyyən edilməklə acıq hərraca çıxarılmışdır. Zaqatala Rayon İcra Şöbəsinin rəisi xx.xx.2017-ci il tarixli 1074 nömrəli məktubla həmin icra vərəqəsinin icrası ilə əlaqədar İddiaçı tam xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satışını təşkil etməsini Cavabdeh2 MMC-dən xahiş etmişdir. Bundan sonra Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti 63000 (altmış üç min) manat olmaqla xx xxxxxx 2018-ci il tarixə saat 11:00-da ünvan 4 mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən, hazırkı iş üzrə İddiaçı xx xxxxxx 2017-ci il tarixli 10/12 nömrəli bildiriş göndərilmiş, bildiriş İddiaçı xx xxxxxx 2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Daha sonra Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti olan 63000 (altmış üç min) manat, 15 faiz endirimlə satış qiyməti 53550 (əlli üç min beş yüz əlli) manat olmaqla, xx xxxx 2018-ci il tarixə saat 11:00-da ünvan 4 mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə hazırkı iş üzrə İddiaçı da daxil olmaqla tərəflərə xx xxxxxx 2018-ci il tarixli 10/12-1 nömrəli bildiriş göndərmiş, həmin bildiriş İddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. xx xxxx 2018-ci il tarixdə keçirilən açıq hərracda barəsində mübahisə gedən fərdi yaşayış evi satılmamışır. Məhkəmə kollegiyasının iclasında həm də müəyyən edildi ki, Cavabdeh2 MMC-in üçüncü şəxs «xxxx» QSC-nə xx.xx.2018-ci il tarixli 522 nömrəli məktubla müraciət edərək, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 63000 manat, xx.xx.2018-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 53550 manat olmaqla açıq hərraca çıxarılsa da, iştirakçı olmadığına görə hərrac baş tutmamışdır. Ona görə də ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə ala bilməsi hüququndan istifadə etməklə hərracın baş tutmamış elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibətini bildirməsini xahiş etmişdir. Həmin məktubda həm də hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc edildiyi göstərilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bundan sonra, hərracın təşkilatçısı Cavabdeh2 MMC ilə alıcı üçüncü şəxs «xxxx» QSC-in nümayənədləri arasında xx xxxxx 2018-ci il tarixli 41 nömrəli “Hərrac təşkilatının X12 protokol” tərtib edilib imzalanmışdır. Həmin protokoldan görünür ki, ipoteka predmeti ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzrə hərrac başa çatmış, fərdi yaşayış evinin ilkin hərrac qiyməti 63 000 (altmış üç min) manat, bundan sonra qiyməti 15 faiz endirimlə yəni, 53 550 (əlli üç min beş yüz əlli) manat olmuş, onu 25 faiz aşağı olan qiymətə yəni, 40 162 (qırx min bir yüz altmış iki) manata üçüncü şəxs «xxxx» QSC əldə etmişdir. Həmin gün yəni, xx xxxxx 2018-ci il tarixdə hərracın təşkilatçısı Cavabdeh2 MMC-in direktoru Y.N.Əliyev ilə tələbkar alıcı üçüncü şəxs «xxxx» QSC-in nümayəndəsi X10 arasında Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən tələbkar alıcı üçüncü şəxs «xxxx» QSC-nə 40162,50 (qırx min bir yüz altmış iki manat əlli qəpik) manata satılması barədə «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında” Qanun) 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.5-ci maddəsində müəyyən edilmişdir ki, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Məhkəmə kollegiyasının araşdırılmasında eyni zamanda müəyyən edildi ki, hərracın təşkilatçısı Cavabdeh2 MMC birinci açıq hərracın keçirilməsini xx xxxxxx 2018-ci il tarixə təyin etmiş, bununla bağlı bir dəfə yəni, xx xxxxxx 2017-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, açıq hərracın keçirilməsinə dair bildiriş isə İddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı Cavabdeh2 MMC açıq hərracın keçirilməsinə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış deyil, 18 gün qalmış vermiş, hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə, verməmişdir. Bunlardan başqa, hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməsini xx xxxx 2018-ci il tarixə təyin etmiş, bununla bağlı bir dəfə yəni, xx xxxxxx 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, təkrar açıq hərracın keçirilməsinə dair bildiriş isə İddiaçı xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Bu halda da hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməsinə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış deyil, 17 gün qalmış vermiş, təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə, verməmişdir. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.1.2-ci maddələrində müəyyən edilmişdir ki, hərracın iştirakçısı olmadıqda, hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.2-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. İşin məhkəmədə müəyyən edilmiş hallarından aydın görünür ki, xx xxxx 2018-ci il tarixə təyin edilmiş təkrar açıq hərracda hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamışdır. “İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən normalarında birbaşa nəzərdə tutulmasına baxmayaraq, hərracın təşkilatçısı Cavabdeh2 MMC hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc etdirməmiş və bununla da qanunun həmin normasının tələbini pozmuşdur. “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsində müəyyən edilmişdir ki, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6512/2019 saylı qərarında göstərilmişdir ki, “... apellyasiya instansiyası məhkəməsi qətnamədə, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılması barədə ”Cavabdeh2” MMC tərəfindən birinci dəfə xx xxxxxx 2018-ci il tarixdə, ikinci dəfə xx xxxx 2018-ci il tarixdə ”Kaspi” qəzetində elan verildiyini göstərsə də, işdən görünür ki, belə bir elan bir dəfə verilib. Halbuki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 434.1, 43.1.2, 43.2-ci maddələrinin mənasına görə, hərracın iştirakçısı olmadıqda və sair hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, ”Cavabdeh2” MMC tərəfindən hərracın baş tutmaması barədə elanın göstərilən normalarda təsbit edildiyi kimi 3 təqvim günündən gec olmayaraq deyil, 7 təqvim günündən sonra, yəni xx xxxx 2018-ci il tarixdə ”Kaspi” qəzetində dərc edilməsini nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka predmetinə dair ilkin hərracın xx xxxxxx 2018-ci il tarixdə, təkrar hərracın xx xxxx 2018-ci il tarixdə keçirildiyini, lakin, ipoteka predmetinin satılmadığını, bu barədə xx xxxx 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc edildiyini və beləliklə də təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin qanuni əsaslarla ”xxxx” QSC tərəfindən əldə edildiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılışmır. Belə ki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-cü maddəsində göstərilir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir....” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hərracın təşkilatçısı Cavabdeh2 MMC hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyinə görə ipoteka qoyan İddiaçı “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsində nəzərdə tutulan hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Çünki, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka qoyan İddiaçı ilə ipoteka saxlayan üçüncü şəxs «xxxx» QSC arasında bağlanmış müqavilə əsasında ipoteka predmeti olan barəsində mübahisə gedən Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti yəni, 63000 (altmış üç min) manata sonuncunun ala bilmək imkanın mümkünlüyü həll edilə bilərdi. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından həmçinin aydın olur ki, iddiaçının fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ilk açıq hərrac və xx xxxx 2018-ci il tarixdə təkrar açıq hərrac keçirilmiş, lakin, ipoteka predmeti satılmamış və bununla da təkrar hərrac baş tutmamışdır. Bundan 30 təqvim günü ərzində yəni, xx xxxxx 2018-ci il tarixədək ipoteka saxlayan üçüncü şəxs «xxxx» QSC-in həmin ipoteka predmetini əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə uyğun olaraq xx xxxxx 2018-ci il tarixdən sonra ipotekaya xitam verilməli idi. Lakin bu belə olmamışdır. “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsində müəyyən edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar açıq hərrac baş tutmadığına görə o, hər hansı hüquqi nəticə yarada bilməz. “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsindən isə aydın görünür ki, protokol hərracı udmuş şəxslə hərracın təşkilatçısı arasında auksionun keçirildiyi gün imzalanır. Məlumdur ki, təkrar açıq hərrac xx xxxx 2018-ci il tarixdə keçirilsə də, iştirakçı olmadığına görə hərrac baş tutmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evi ilə bağlı xx xxxxx 2018-ci il tarixdə hərracın təşkilatçısı Cavabdeh2 MMC ilə üçüncü şəxs «xxxx» QSC arasında imzalanmış «X12» 41 nömrəli protokola əsasən, həmin fərdi yaşayış evini satılmış son qiyməti olan 40162,50 (qırx min bir yüz altmış iki manat əlli qəpik) manata ipoteka saxlayan üçüncü şəxs «xxxx» QSC-in alması qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmənin qənaətinə görə hərracın kecirilməsini tənzimləyən istər “İpoteka haqqında” Qanunda, istərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsində üçüncü dəfə hərracın keçirilməsi halı nəzərdə tutulmamışdır və bu hərrac hər hansı hüquqi nəticə yarada bilməz. xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərrac barədə iddiaçıya ümumiyyətlə, məlumat verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı xx xxxx 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər və 416.2 maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.Yenə də həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunverciliklə müəyyən edimiş qaydaları pozmaqla xx xxxxx 2018-ci il tarixdə keçirildiyinə görə hərrac maraqlı şəxs olan iddiaçının tələbi üzrə etibarsız sayılmalıdır. Məhkəmənin qənaətinə görə xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərrac etibarsız sayıldığına görə onun nəticəsi olaraq, hərracın təşkilatçısı Cavabdeh2 MMC-in direktoru Y.N.Əliyev ilə tələbkar alıcı üçüncü şəxs «xxxx» QSC-in nümayəndəsi X10 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə də etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 MMC təkrarən məhkəmə kollegiyasının iclasında təmsil olunmamış və vermiş olduğu apelyasiya şikayətinin dəliləri barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 MMC və üçüncü şəxs «xxxx» QSC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar