Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-367/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı “küçə sakinlərinin yolunun açılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (cavabdehin bağladığı yolun açılması və qanunazidd hərəkətlərə son qoyulması, tələbin sübuta yetməməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı “küçə sakinlərinin yolunun açılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları 1.İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 2.10 iyun 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəlii Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61,6 kv.metr yaşayış, 30,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına qeydə alınmışdır. 3.17 noyabr 2012-ci il tarixli, 407-1928/240 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu və 20 noyabr 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəlii Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0,03 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 127.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 4.15 sentyabr 2020-ci il tarixli AN-İ №0881815 nömrəli alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 tam mülkiyyət hüququ üzrə mülkiyyətində İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. 5.06 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və AA№553244 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. 6.08 may 2021-ci il tarixli, 205 nömrəli İsmayıllı rayon Bələdiyyəsinin müraciətə cavab məktubundan görünür ki, 06 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə və mübahisəli əraziyə yerində baxış keçirilmiş və zəbt edilmiş torpaq sahəsi aşkar edilməməsi müəyyən edilmişdir. 7.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli, **********08 nömrəli mütəxəssis rəyindən görünür ki, Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilərək çöl ölçmə işləri aparılmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçıların açılmasını tələb etdikləri gediş-gəliş yolunun 0,0190 hektar hissəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən, 0,0110 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olan açıq sahədən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 8.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu İsmayıllı kəndində ötən dövrdən 2021-ci ilin mart ayına qədər onların istifadəsində ictimai yol olmuş və həmin yoldan gediş-gəliş yol kimi istifadə etmişlər. Qeyd olunan yolun sol tərəfində fərdi yaşayış evi, sağ tərəfində isə Cavabdeh1 məxsus fərdi yaşayış evi və əlavə həyətyanı torpaq sahəsi yerləşmişdir. Lakin Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini genişləndirərək kənd əhalisinin gediş-gəliş kimi istifadə etdiyi ictimai yola birləşdirmişdir. Cavabdeh1 0,05 hektar torpaq sahəsini alğı-satqı yolu ilə Cavabdeh2 satmışdır. Cavabdeh2 həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçü sənədini almışdır. Hal-hazırda həmin yol bağlı olduğundan böyük çətinliklə üzləşmişdir. Cavabdeh2 bu barədə müraciət etsə də nəticəsi olmamışdır. Bu məsələ ilə bağlı İsmayıllı rayon Bələdiyyəsinə müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, mübahisəli əraziyə baxış keçirilmiş və həmin ərazidə zəbt edilmiş torpaq sahəsi aşkar edilməmişdir.
10. İsmayıllı Rayon Məhkəməsinin (hаkim R.Şirinov) 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəs qızına qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulmasına dair iddia tələbləri rədd edilmişdir. 11.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, iş materiallarını və tərəflərin iddia tələbinə münasibətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçıların açılmasını tələb etdikləri gediş- gəliş yolunun 0,0110 hektar hissəsi bələdiyyə mülkiyyətində olan açıq sahədən, 0,0190 hektar hissəsi isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən keçir. Həmin ərazidə zəbt edilmiş torpaq sahəsi aşkar edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikаyət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul olunmuş qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
15. Hesab edirlər ki, Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Ona görə ki, hələ sovet dönəmindən olan yol ərazisinin dövlət xəritəsində rəsmi ictimai yol kimi qeyd olunmuşdur. Həmin yoldan mal-qaranı örüş sahəsinə çıxartmaq, ot alaf daşımaq, kənd təsərüfatı işlərinin görülməsi üçün sərbəst şəkildə gediş-gəliş kimi istifadə etmişik. Sözügedən yolun peykdən çəkilmiş şəkillər mövcud olduğu halda cavabdehlər bu faktları inkar etmişlər. 16.Cavabdehin məhkəmədə söylədikləri fikirləri səsləndirdiyi və inad etdiyi məsələlər tamamilə yanlışdır və onun söylədikləri həqiqəti əks etdirmir. Təssüflər olusun ki, məhkəmə işə birtərəfli yanaşaraq tərəflərindən məhkəməyə təqdim olunmuş foto və peyk görüntüləri, eləcədə verilmiş şahid ifadələri nəzərə almamışdır. Bundan başqa məhkəmə qeyd etdikləri faktları araşdırmaq, iş üçün əhəmiyyətli olan yalanların sübut edilməsini, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını və cavabdeh tərəfindən həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmaması müəyyənləşdirilməmişdir. İctimai yolun zəbt olunmasına lazımı şərait yaratmış vəzifəli şəxslərin hüquqa zidd əməllərinin və sui-istifadə halların olması araşdırılmamış və əsil həqiqəti üzə çıxartmaqla heç bir səy göstərməmişdir. Bu məsələ ilə əlaqədar cavabdehlərə, heç bir sual verilməmişdir. 17.Məhkəmə yalnız Cavabdeh1 fikirlərini sübut kimi qəbul etmiş və verilmiş suallar alınmış cavablar əsasında tələsik, yalnış qərar qəbul edilmişdir. Bu da qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə kompleks məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsini, Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən manelərə son qoyulmasına dair iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıların mübahisələndirdiyi ərazi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş və adına mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin heç biri məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
28. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni yeni qətnamə qəbul edilməlidir.
30. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlsə də, bu münasibətləri tənzimləyyən maddi hüquq normalarını göstərməmişdir.
31. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı olsa da, iddianın təmin edilməsi üçün əsas sayıla bilməz.
32. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir
35. İşin faktiki hallarından müəyyən edilir ki, Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilərək çöl ölçmə işləri aparılmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçıların açılmasını tələb etdikləri gediş-gəliş yolunun 0,0190 hektar hissəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən, 0,0110 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olan açıq sahədən keçir.
36. Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi ərazinin, 0190 hektar hissəsi Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olmaqla, qalan 0,0110 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olmaqla açıq sahədən ibarətdir və cavabdehlər tərəfindən zəbt olunmamışdır. 37.Bundan əlavə məhkəmə kollegiyası tərəfindən mübahisənin obyektiv həlli məqsədilə 11.03.2022-ci il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi (rəydə qeyd olunmuş hissəsi) Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşir. Qalan hissə isə açıq sahədən ibarət olmaqla, zəbt olunmamışdır.
38. Bundan əlavə, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların həyətyanı torpaq sahələri mübahisəli ərazidən kənarda (daha ön hissədə) yerləşməklə, həmin torpaq sahəsi (yol sahəsi) ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur, həyətyanı torpaq sahələrinin ümumi yola ayrıca giriş-çıxış yolu mövcuddur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfin pay torpaq sahələri adlandırdığı ərazinin ümumi yola ayrıca giriş–çıxışı olmaqla, ümumi yola alternativ yolu mövcuddur.
39. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi ərazinin (çıxarışın) əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
41. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
42. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
43. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(037)-588/2021 nömrəli qətnаməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı “Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov