Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-368/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-775/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-775/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) İlk iddia təmin edilmiş, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş övladı X4 adına 3 saylı Bakı Cavabdeh2 mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Tahirova (İbrahimbəyli) Fatimə Adəm qızının atasının xx xxxx 1987-ci il tarixdə Yardımlı rayonun Separadi kəndində anadan olmuş İddiaçı olması faktının müəyyən edilməsi və həmin uşağın doğum haqqında akt qeydləri kitabında bu barədə müvafiq qeydlər aparılması, İddiaçı və Cavabdeh1 dövlət büdcəsinə ödədikləri rüsumun onların özlərinə aid edilməsi, Cavabdeh1 tərəfindən Genetik (DNT) ekspertizası üçün ödənilmiş 1150 (min yüz əlli) manat ekspertiza xərcinin İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş qızı Fatimənin adına 3 saylı Bakı Cavabdeh2 mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydli 064512 saylı Şəhadətnamədə soyadı və ata qrafasında onun adının yazılması barədə vətəndaşlıq vəziyyəti aktları qeydlərinin düzgün aparılmadığı üçün vətəndaşlıq vəziyyəti aktlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə, 2(075)775/2019 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh1 xx xxxxx 2019-cu il tarixdə məhkəmənin dəftərxanası vasitəsi İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yardımlı rayonu, Separadi kəndində qeydiyyatda olan xx xxxx 1987-ci il təvəllüdlü İddiaçı, xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilmiş qarşılıqlı iddia ərizəsinə, ona əlavə edilmiş sənədlərə işlə birlikdə xx xxxxx 2019-cu il tarixdə baxılaraq qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. xx xxxxx 2018-ci il tarixdə Cavabdeh1 Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qərardadına əsasən Cavabdeh1 İddiaçı qarşı “atalığın müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 nömrəli qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardadından Cavabdeh1 verdiyi şikayət təmin olunmamış və onun şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(107)- 1914/2019 saylı qərardadına əsasən İş üzrə Şəki Rаyоn Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli qərаrdаdı və həmin qərardadla bağlı məhkəmənin iş üzrə xx xxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməsi və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi Şəki rayon məhkəməsinin icraatına qəbul edilmişdir. Həmçinin Cavabdeh1 İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmiş, və mülki iş Yardımlı Rayon Məhkəməsində xx xxxxx 2019-cu il tarixdə, 2(038)-163/2019 nömrə ilə qeydiyyata alınmış və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəki rayon məhkəməsinin icraatında olan 2(075)- 775/2019 nömrəli işlə birlikdə baxılması üçün Şəki rayon məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-775/2019 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh1 “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası və Yardımlı Rayon Məhkəməsində 2(038)-163/2019 nömrə ilə qeydiyyata alınmış iddiаçı Cavabdeh1 cavabdeh İddiaçı “atalığın müəyyən edilməsi” tələbinə dаir mülki iş bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı izahat verərək göstərmişdir ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. Lakin sonradan aralarında soyuqluq yaranmış və Şəki rayon məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(075)- 841/2013 saylı qətnaməsi ilə onun tələbi əsasında nikahları pozulmuşdur. Cavabdehlə onun arasında şiddətli keçimsizlik ucbatından və onun uşağının olmamağı ucbatından aralarında çox söz-söhbətlər yaranmış, o müalicə olunmaq üçün həkimlərə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdehlə nikah pozulduqdan sonra heç bir əlaqəsi qalmamış, onunla heç ünsiyyətdə də olmamışdır. Nikahları pozulduqdan sonra heç vaxt Gülnarəni görməmiş, onunla bir yerdə yaşamamış və onunla hər hansı münasibəti olmamışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 kimliyi ona dəqiq məlum olmayan bir şəxsdən bir qız uşağı doğulmuşdur. Həmin uşağın ona heç bir aydiyyəti yoxdur və ola da bilməz. O, cavabdedən çətinliklə canını qurtarmış və uşağının olmağı heç məntiqə uyğun deyildir. Həmçinin, onun uşağının olması ehtimalı belə yoxdur. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə Yasamal rayon məhkəməsinə müraciət edərək "hüquqi faktın müəyyən edilməsini" xahiş etmişdir. Məhkəmədən xahiş etmişdir ki, doğduğu uşağa onun atalığı tanınsın. Məhkəmə iclasında hakim bu məsələ ilə bağlı DNK analizi etməli olduğunu bildirdikdə, cavabdeh bundan çəkinərək narazıçılığını bildirmiş və buna görə də iş baxılmamış saxlanılmışdır. Cavabdeh1 xx.xx.2016cı il tarixdə Yasamal rayon məhkəməsinə "hüquqi faktın müəyyən edilməsi" barədə müraciət edilməsi ilə bağlı heç bir nəticə almadığından, 3 saylı Bakı "Cavabdeh2" mərkəzində qeydiyyat şöbəsinə xx.xx.2017-ci il tarixdə onun iştirakı olmadan müraciət edərək, qeydiyyat orqanına yanlış məlumat verərək şəhadətnamədə adını uşağın atası kimi göstərməklə uşağına dair xx.xx.2017-ci il tarixli 5367 qeydli AZ-T 064512 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə Yasamal rayon məhkəməsinə “hüquqi faktın müəyyən edilməsi” barədə məhkəməyə müraciət edir və sonra isə bunu müəyyən etmədən 2017-ci ildə şəhadətnamə necə ala bilər? Cavabdeh şəxs uşağın atasının onun olmadığını dəqiq bilərək, onunla aralarında olan keçmiş nikahından istifadə etmişdir. Belə ki, uşaq xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Halbuki, onlar arasındakı nikah xx xxxxxxxx 2013-cü il tarixdə pozulmuş və bununla da onlar arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur. Uşaq doğulduğu zaman heç kimlə nikahda olmadığını bildirmiş və qeydiyyat şöbəsinə də yanlış məlumat verərək həmin dövrdə nikahda olduqlarını bildirmiş və “Cavabdeh2” qeydiyyat şöbəsi bunu araşdırmadan şəhadətnaməyə uşağın ata adı kimi onun adını yazaraq xx.xx.2017-ci il tarixli 5367 saylı AZ-T 064512 nömrəli doğum haqqında şəhadətnamə vermişdir. Bununla əlaqədar iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-840/2018 saylı qərarla xx.xx.2017-ci il tarixli, 5367 saylı doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu şəhadətnamə ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh 3 saylı “Cavabdeh2 mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Lakin cavabdeh həmin qətnamədən şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 21(103)-1755/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-840/2018 saylı qərarının ləğv edilməsi və iddianın mümkün sayılması qərara alınmışdır. Həmin qərarın məzmununda göstərilmişdir ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. Buna görə də Şəki rayon məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 ilə şiddətli keçimsizlik ucbatından boşandıqdan sonra heç bir əlaqəsi qalmamışdır. İddia etdiyi uşaq isə 2015-ci ilin oktyabr ayında dünyaya gəlmiş, xx xxxxxxxx 2013-cü il tarixdə onlar boşanmışlar, cavabdeh isə xx.xx.2017-ci il tarixdə "Cavabdeh2" qeydiyyat şöbəsinə müraciət edərək onun iştirakı olmadan doğum haqqında şəhadətnamə almışdır.Qarşılıqlı iddiaya münasibət bildirərək göstərdi ki, ekspertiznın rəyi ilə razı deyildir. Öz iddiasını müdafiə edir. Qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 izahat verərək göstərmişdir ki, cavabdeh İddiaçı Əlifırsənd oğlu 2012-ci ilin avqust ayında onu evlənmək məqsədi ilə qaçırmış, Bakı şəhərində bir həftə saxladıqdan sonra onu küçəyə atmışdır. Bu səbəbdən İddiaçı polisə şikayət etmişdir. Polisdə araşdırma aparılarkən Adəm şikayətdən qorxduğu üçün onunla xx.xx.2013-cü il tarixdə rəsmi nikah kəsdirmisdir. 6 ay Bakı şəhərində kirayələrdə yaşamışlar. Bundan sonra Şəki şəhərinə atam evinə gəlmiş və bir müddət burada yaşamağa başlamışlar. Nikahları pozulsa da Adəmlə Bakı şəhərində bir yerdə ərarvad kimi yaşamışlar. 2015-ci il tarixdə Bakı şəhərində Nərimanov rayonu ərazisində kirayədə qaldıqları dövrdə hamiləliyinin 5-ci ayında onun hamilə olduğunu biləbilə onu atıb çıxıb getmişdir. xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 övladıdır. Hal-hazırda iddiaçı ilə birgə münasibətlərindən dünyaya gəlmiş qızları X9 onun himayəsindədir. Lakin iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X7 öz atalığını verməmişdir. O, xx xxxxxxxx 2017-ci il tarixində cavabdehlə birgə münasibətlərindən dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X6 3 saylı Bakı “Cavabdeh2” mərkəzi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə almışdır. Lakin iddiaçı bunu öyrəndikdən sonra xx.xx.2015-ci il təvəllüdlü X9 üçün aldığı doğum haqqında şəhadətnamənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əlifırsənd oğlu xx.xx.2015-ci il təvəllüdlü X4 atasıdır. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək qızlarına öz atalığını verməkdən boyun qaçırmış, indidə qaçırır. Abşeron Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət edərkən də iddiaçı DNT analizi verməkdən belə yayınmışdır. Bu səbəbdən də o, halhazırda atalığın müəyyən olunması qarşlıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddiaya münasibət bildirərək göstərdi ki, onu qəbul etmir, buna görə də ilk iddianın rədd qarşılıqlı iddiasının isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin qətnaməsini təmin edilmiş hissədə qanunazidd və qeyri obyektiv hesab edir. Belə ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan övladı olmamışdır. Bunun səbəbi onun ata olmasına mane olan bioloji faktrlar olmuşdur. Məlum səbəbdən cavabdehlə aralarındakı nikah çox davam etməmiş və Şəki Rayon Məhkməməsinin xx.xx.2013-cü il tarxli, 2(075)-841/2013 saylı qətnaməsi ilə rəsmi qaydada boşanmışlar. Lakin cavabdehdən ayrıldıqdan bir neçə il sonra onu aliment ödəyicisi kimi Abşeron Rayon Məhkəməsinə çağırmışlar. Ancaq bu andan işin ciddiyətini anlamış və gərçəkdə uşağın atası olmadığını bildirdi. Bu həm səhhətində olan bioloji problemin yaratdığı çatışmazlıq cəhətindən, həm də başqa faktrlar bunu mümkünsüz edirdi. Ən əsası isə boşandıqdan sonra o, cavabdehlə heç bir münasibətdə olmamışgörüşməmişdir. Bu da bir başqa tutarlı səbəb idi ki, uşağın atası olmadığını sübuta yetirsin. Lakin, bu zamana qədər cavabdeh boş dayanmamış qeyri-qanuni yollarla xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş İbrahimbəyli Fatimənin adına 3 saylı Bakı Cavabdeh2 mərkəzində Qeydiyyat şöbəsindən AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-cil tarixli, 5367 saylı doğum aktı almışdır. Cavabdeh də atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəmədə çıxış edib uşağın atasının onun olduğunu iddia etmişdir. Lakin əlində heç bir sübut olmadığından məhkəmə tibbi-genetik ekspertizası (DNK) təyin edildi. O, ilk öncə maddi ödənişləri etməkdən imtina etsə də məhkəmənin etimadını doğrultmaq üçün sonradan ekspertiza xərcinin 50% ödəməyi öz üzərinə götürmüşdür. Genetik (DNK) ekspertiza zamanı verilmiş analiz obyektlərini müayinə edən komyuter labaratoriyasının rəyinə istinad edilərək o, uşağın atası kimi müəyyən olundu. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-775/2019 saylı qətnaməsinin qismən, Cavabdeh1 İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilmiş hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-775/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(075)-841/2013 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2012-ci il tarixdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Yolocaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 12 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarına əlаvə edilmiş xx xxxxxx 2019-cu il tarixdə 3 saylı Bakı “Cavabdeh2” mərkəzi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 atasl İddiaçı, anası isə Cavabdeh1dır. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki Gülnarə Həbillah qızı tərəfindən 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə təqdim edilmiş xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 uşağın soyadının Tahirova, adının Fatimə və atasının adının Adəm yazılmasını xahiş etmişdir. İş materiallarına əlаvə edilmiş doğum haqqında AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Ata” qrafasında “İddiaçı”, “Ana” qrafasında “Cavabdeh1”göstərilmişdir. İş materiallarına əlаvə edilmiş AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-ci il tarixli Doğum haqqında akt qeydindən görünür ki, “Ata haqqında məlumat” qrafasında “İddiaçı “xx.xx.1987” göstərilmişdir. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki həkim mama-ginekoloq Sevda Məmmədova tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZS-103 nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında doğulmuşdur. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2015-ci il tarixində 182 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV 018606 seriya nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında doğulmuşdur. Ata haqqında məlumat qrafasında İddiaçı, ana haqqında məlumat qrafasında Cavabdeh1 göstərilmişdir. İş materiallarına əlаvə edilmiş 3 saylı Bakı “Cavabdeh2” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 05/Q-52/75 məktubla göndərilmiş sənədlər toplusundaki xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə doğduğu uşaq hal-hazırda sağlamdır. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli rəyin nəticə hissəsindən görünür ki; -İddiaçı Əlifırsənd oğlunun ABO sistemi üzrə qan qrupu: B/İİİ/. 2.X4 ABO sistemi üzrə qan qrupu: B/İİİ/. - 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə X9 adlı uşaq ilə güman olunan ata İddiaçı Əlifırsənd oğlu arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat apamaq mümkün olmuşdur (cədvəl 2). Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir və lokuslann hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Amelogeninlə alınan nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq qızdır. Testə uğradılan şəxslərin genotiplərində tam homoziqotluq aşkar edilməmişdir. Cəmi iki halda (CSFİPO və D3S1358 STR lokusları üzrə) təkcə ananın, altı halda (D7S820, CSFİPO, D13S317, D16S539, vWA və TPOX STR lokusları üzrə) uşağm və cəmi üç halda (D8S1179, D7S820 və vWA STR lokusları üzrə) isə təkcə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 2, uşaqda 6 və güman olunan ata cəmi 3 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı Əlifırsənd oğlunun ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması təsdiq olundu. İş materiallarına əlаvə edilmiş 888062 nomrəli Kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh1 Genetik (DNT) ekspertizasının keçirilməsi üçün 1150 (min yüz əlli) manat pul ödəmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin sonradan onların arasında soyuqluq yaranmış və Şəki rayon məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(075)- 841/2013 saylı qətnaməsi ilə onun tələbi əsasında nikahları pozulmuşdur. Tərəflərin aralarındakı nikah pozulsa da, bundan sonra da ər-arvad kimi bir yerdə yaşamışlar. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 bir qız övladı dünyaya gəlmiş və qarşılıqlı iddiaçı xx xxxxxxxx 2017-ci il tarixində İddiaçıla birgə münasibətlərindən dünyaya gəlmiş xx.xx.2015ci il təvəllüdlü X6 3 saylı Bakı “Cavabdeh2” mərkəzində qeydiyyat şöbəsindən uşağına doğum haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağı atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 3 saylı Bakı “Cavabdeh2” mərkəzində qeydiyyat şöbəsindən aldığı doğum haqqında şəhadətnaməni qanuni yolla almamışdır. Belə ki, güründüyü kimi Cavabdeh1 hal-hazırda İddiaçı qarşı “atalığın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı ilkin iddianın dolayısı ilə qəbul edilməsi kimi qiymətləndirir və hesab edir ki, 3 saylı Bakı “Cavabdeh2 mərkəzi”-ndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 018606 nömrəli xx.xx.2017-ci il tarixli, 5367 saylı doğum akt qeydi qanunsuz verildiyindən ləğv edilməlidir. Belə ki, tərəflər arasında nikah pozulduqdan 2 il 1ay sonra doğulmuşdur. Deməli, uşaq uşaq aralarında nikah olmayan şəxslərdən olmuşdur. Belə olan halda, uşağın doğum haqqında şəhadətnamədə atasının soyadının əvəzinə ananın soyadı, həmçinuin uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılmalı idi. Lakin cavabdeh yanlış məlumat verərək doğum haqqında şəhadətnamənin ata qrafasında iddiaçının adı, atasının adı və soyadının yazılmasına nail olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Tahirova (İbrahimbəyli) Fatimə Adəm qızının qızının atası xx xxxx 1987-ci il tarixdə Yardımlı rayonun Separadi kəndində anadan İddiaçıdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı Əlifırsənd oğlunun ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması təsdiq olundu. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyilərinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası ekspertizanın verdiyi rəylərin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onlarla razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-775/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-368/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-368/2020
14.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver