Məhkəmə qərarları › İş №2(107)-371/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-371/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-371/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlanılma, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəsinin baxılmamış saxlanılması barədə Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon HƏEK-nın 12 aprel 1995- ci il tarixli, 36 saylı ekspertiza aktının onun qızı X2 barəsində tərtib edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərardadı ilə Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Ərizəçi şikаyət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 11 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)- 959/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə Ucar rayon HƏEK-nin 12 aprel 1995- ci il tarixli, 36 saylı ekspertiza aktının onun qızı X2 barəsində tərtib edilməsinin müəyyən olunması barədə ərizədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi maraqlı şəxslər olaraq cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubunda göstərmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya istiqamətində fəaliyyət göstərir və ona aidiyyəti üzrə dövlət qurumlarına müraciət etməyi tövsiyyə olunur. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəməyə etiraz göndərməklə göstərilmişdir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Ərizəçi 03 may 2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun keçmiş 12 saylı regional ərazi filialına müraciət edərək sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmişdir. Ərizəçinin təqdim etdiyi mərhum qızının sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən Ucar rayon HƏEK-nın 12 aprel 1995-ci il tarixli, 36 saylı aktında qızının adı və soyadında pozuntu və qanuna müvafiq düzəliş olunmadığı üçün təyinat aparmaq mümkün olmamış və təqdim etdiyi sənədlər 24 may 2021 -ci il tarixli, **********8 nömrəli məktubla geri qaytarılmışdır. Göstərilənlərdən müəyyən olunur ki, müəyyən olunması tələb olunan faktın hazırda maraqlı şəxslər olaraq cəlb olunan orqanların fəaliyyətinə aid olmamaqla, ərizəçinin müvafiq dövlət orqanına müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli, 2(063)-959/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar