Məhkəmə qərarları › İş №2(107)-372/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-372/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-372/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadından İddiaçı1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Zaqatala rayonunun Göyəm kəndində yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövət Reyestr Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında ******* saylı RX seriyalı Çıxarışda qeyd edilmiş 0,0951 həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 çatan hissə yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənub-qərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m olmaqla ayrılması qət edilmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan və Zaqatala rayonunun Göyəm kəndində yerləşən 0,0951 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 saylı qətnaməsi ilə iddiaları təmin olunmuş, Zaqatala rayonunun Göyəm kəndində yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövət Reyestr Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında ******* saylı RX seriyalı Çıxarışda qeyd edilmiş 0,0951 həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 çatan hissə yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənubqərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m olmaqla ayrılması qət edilmişdir. Mülki iş üzrə ekspertiza keçirilmiş, 0,951 ha torpaq sahəsindən iddiaçının və cavabdehin payı ayrılmışdır. 0,0951 ha torpaq sahəsindən cavadehə 0,0250 ha, onlara 0,07001 ha torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahəsinin ölçüləri ekspert rəyinə əlavə olunmuş sxemdə qeyd olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, torpaq sahəsinin bölgü planında göstərilən qaydada bölünməsinə razıdır. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Lakin məhkəmə qərarında cavabdehə ayrılmış torpaq sahəsinin ölçülərini yanlış olaraq onlara ayrılmış torpaq sahəsinin ölçüsü kimi qeyd etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmə qətnaməsində göstərilən yanlışlığın düzəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadı ilə İddiaçı1 Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)- 407/2013 saylı qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Orucova X2 Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)- 407/2013 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyil, mülki iş materiallarına əlavə olunmuş sxem üzərində yazılan torpaq sahəsinin bölgü variantında cavabdehə ayrılmış torpaq sahəsinin ölçüləri yanlışlıqla iddiaçılara ayrılmış torpaq sahəsinin ölçüləri kimi qeyd olunmuşdur. DƏDRX-nə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.0951 həyətyanı torpaq sahəsindən onlara-iddiaçılara ayrılmış sxemdə qeyd olunan 0.07001 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair müraciət etdikləri təqdirdə problem ilə üzləşəcəklər. Mülk iş materiallarında olan və apellyasiya şikayətinə əlavə edilmiş ekspertin bölgü variantına diqqətlə baxıldıqda müəyyən olunur ki, sxemdə cavabdehin payına ayrılmış torpaq sahəsinin ölçüləri məhkəmə qətnaməsində yanlışlıqla iddiaçıların payına ayrılmış torpaq sahəsinin ölçüləri kimi qeyd olunaraq yanlışlığa yol verilmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadının ləğv edilməsini, Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 saylı qətnaməsinin qət etdi hissəsində yol verilmiş yanlışlıqların düzəldilməsi xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadından İddiaçı1 verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 27 may 2013-cü il tarixli 79 saylı rəyinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh mülkiyyətinə verilmiş Zaqatala rayonunun Göyəm bələdiyyəsinin ərazisində yerləşən 0,0951 ha həyətyanı torpaq sahəsi yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənub-qərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m gedərək həmin sahənin bölünməsi mümkün olduğu müəyyən edilmiş və Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsi ilə Zaqatala rayonunun Göyəm kəndində yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövət Reyestr Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında ******* saylı RX seriyalı Çıxarışda qeyd edilmiş 0,0951 həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 çatan hissə yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənub-qərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m olmaqla ayrılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Mülki işə baxılan zaman Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2013-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2014-cü il tarixli 21305 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, tərəflərin ümumi mükliyyətində olan 0,0951 ha həyətyanı torpaq sahəsindən Cavabdeh payının naturada ayrılması mümkünlüyünə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin mütəxəssisi tərəfindən təklif olunmuş bölgü variantı nəzərə alınmaqla, ümumi mülkiyyətində olan 0,0951 ha həyətyanı torpaq sahəsindən onun ¼ payının uyğun 239 kvm sahənin naturada ayrılması texniki cəhətdən mümkündür. Cavabdeh payının naturada ayrılmasına dair təklif olunmuş variantda sərhəd hasarının ümumi torpaq sahəsinin hansı hissəsində yerləşdiyi və ayrılan payın döngə nöqtələri koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Rəyin tədqiqat hissəsində ekspert işdə olan mütəxəssis rəyi ilə razılaşmış və eyni bölgü variantı təklif etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2014-cü il tarixli 2(107)-163/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsində yanlışlığa yol verilməmiş və bu qətnamə qüvvədə qalmışdır. Kollegiya qeyd edir ki, İddiaçı1 Zaqatala Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(033)-407/2013 nömrəli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli 2(033)-407/2013 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli 2(033)-407/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə mülki bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(033)-407/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar