Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-373/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 Bayraməli oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X13rşı “çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-873/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X13rşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz əldə olunmuş Cavabdeh5 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın, Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli Seriya MH ******* nömrəli Çıxarışın və Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-873/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 Bayram oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 saylı qətnaməsi ilə iddiaçılar kimi onun və Paşazadə (Mamedova) Natavan Əlağa qızının cavabdehlər X16, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qəbələ rayon notariat kontoruna qarşı “torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilərək JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X22 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X22, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə gətirilməsi, X12 Cavabdeh1 xeyrinə 4000 manat, X12 Cavabdeh5 xeyrinə 2000 manat, X12 Cavabdeh2 xeyrinə 3600 manat və X12 Cavabdeh3 xeyrinə 2000 manat məbləğində pul tutulması qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqavilələri etibarsız hesab olunaraq ləğv edilmiş, lakin ona və digər ailə üzvlərinin adına olan Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0,50 ha torpaq sahəsinə verilmiş JN 048A nömrəli, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0,3631 ha torpaq sahəsinə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış ilkin vəziyyətə gətirilərək hüquqi qüvvəsini almalı olduğu halda bunun hal-hazıradək baş tutmaması ona məlum olmuşdur. Səbəb kimi cavabdehlər Qəbələ rayon notariat kontorunda qanunsuz alqı-satqı müqavilələri bağladıqdan sonra öz adlarına mülkiyyət sənədi əldə etmələri olmuşdur.Belə ki, Qəbələ rayonu, Vəndam qəsəbəsindəki mübahisəli 0,50 ha və 0,3631 ha torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cavabdehlər - Cavabdeh5 xx.xx.2007-ci il tarixdə 0,08 ha torpaq sahəsinə reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi 190704974, Seriya MH ******* nömrəli Çıxarış, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə 0,22 ha torpaq sahəsinə reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 190704975, Seriya MH ******* nömrəli Çıxarış, Cavabdeh2 xx.xx.2008-ci il tarixdə 0,187 ha torpaq sahəsinə reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi 190804910, Seriya MH ******* nömrəli Çıxarış və Cavabdeh3 xx.xx.2012-ci il tarixdə 0,3631 ha torpaq sahəsinə reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli Çıxarış öz adlarına əldə etmişlər. Onun isə onların özünə və ailə üzvlərinə məxsus torpaq sahələrinə mülkiyyət sənədi almalarrından xəbəri olmamışdır. Ona görə də o, cavabdehlərin adlarına olan həmin mülkiyyət sənədlərinin etibarsız hesab olunaraq ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi torpaq sahələrinin əldə olunmasına dair cavabdehlərin Qəbələ rayon notariat kontorunda torpaq sahəsinin alqı-satqısına dair müqavilələr Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 saylı qətnaməsi ilə etibarsız hesab edilərək ləğv edildiyindən, cavabdehlərin həmin müqavilələr əsasında əldə etdikləri Çıxarışlar da ləğv edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Qanunun mənasına görə heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən dilmiş qüvvəsi yoxdur. Həqiqətə uyğun olmayan, məzmunca, habelə formaca şübhəli olan istənilən sübut həmin uyğunsuzluq və şübhə aradan aldırılmayanadək məhkəmə tərəfindən qəbul edilməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili göstərmişdir ki, o ancaq Cavabdeh3 Səttar oğluna aid hissədə iddianın təmin olunmasını xahiş edir. Digər cavabdehlər ilə iddiaçı arasında xx xxxx 2018-ci il tarixdə barışıq sazişi olmuşdur və həmin barışıq sazişinə görə iddiaçının digər cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Mənkəmə də qətnamədə həmin barışıq sazişinə istinad etmiş, lakin barışıq sazişində olan adı gedən X1 əvəzinə kimin imza etməsinə əhəmiyyət verməmişdir. Cavabdeh3 Səttar oğlu bildirir ki, həmin imza X2 aid deyildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 Bayraməli oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməli və iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə yalnız cavabdeh Cavabdeh3 tərəfindən mübahisələndirilmiş, digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətə yalnız bu hədd daxilində baxılmalı və qətnamə həmin hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqısatqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X22 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha. torpaq sahəsinin alqısatqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X22, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi, tərəflər ilkin vəziyyətə gətirilməsi, X12 Cavabdeh1 xeyrinə 4000 manat, X12 Cavabdeh5 xeyrinə 2000 manat, X12 Cavabdeh2 xeyrinə 3600 manat və X12 Cavabdeh3 xeyrinə 2000 manat məbləğində pul tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinin Cavabdeh1 aid hissəsi dəyişdirilmədən, cavabdeh X3 nümayəndəsi allahverdiyev Mirzə Vahid oğlunun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli 2(102)-4160/2015 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 oğlu və vəkili Məmmədov Şahmar Elbrus oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(107)-116/2015 nömrəli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən 7E-8024 reyetr nömrəsi ilə qeydə alınmış “ərizə”dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh2 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən 7E-8022 reyetr nömrəsi ilə qeydə alınmış “ərizə”dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh1 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. xx xxxx 2018-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən 7E-8023 reyetr nömrəsi ilə qeydə alınmış ”ərizə”dən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi üzrə Cavabdeh5 qarşı heç bir şikayət, iddia və tələbi olmadığını, bu məsələ ilə bağlı gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X25 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********59 nömrəli məktubdan görünür ki, Cavabdeh5 adına olan 0,08 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarışın özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. Cavabdeh1 adına olan 0,22 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarış qüvvədədir. Cavabdeh2 adına 0,187 ha torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********* olan çıxarış qüvvədədir. Cavabdeh3 adına olan 0,3631 torpaq sahəsinə aid olan qeydiyyat nömrəsi ********** olan çıxarış qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.187 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Vəndam kəndində 0.3631 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayon X7 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə X15, İddiaçı, X4, X9 və X8 ümumi mülkiyyətinə 1,05 ha pay torpağı, 0,50 ha mülkiyyət torpağı olmaqla cəmi 1,55 ha torpaq sahəsi verilmişdir. X6 Rayon X7 xx xxxxxxx 1998- ci il tarixli, 19 saylı qərarı ilə JN-048 A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X15, İddiaçı, X4, X9 və X8 ümumi mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən 0,08 ha torpaq sahəsini xx xxxxxxxx 2007-ci il tarixdə Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh5 və 0,22 ha torpaq sahəsini xx xxxxxxxx 2007-ci il taixdə torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh1, DƏDRX-nin ******* saylı, **********38 reyestr nömrəli çıxarış əsasında 0,187 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh2 və DƏDRXnin ******* saylı, **********8 reyestr nömrəli çıxarış əsasında 0,3631 ha torpaq sahəsini xx xxxxxxx 2009-cu il tarixdə Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh3 satmışdır. Lakin İddiaçı və X5 tələbləri əsasında Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)- 395/2014 nömrəli qətnaməsinə əsasən JN 048A nömrəli, kod 40600048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.08 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; JN 048A nömrəli, kod 40600048 saylı şəhadətnamə əsasında xx xxxxxxx 2007-ci il tarixdə X22, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.22 ha. torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********38 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında xx xxxxxx 2008-ci il tarixdə X22 ilə Cavabdeh2 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.187 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X22, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Lakin, mülkiyyət hüququnun yaranması üçün əsas olmuş alğı-satqı müqavilələri ləğv edilməsinə baxmayaraq, cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışlar indiyədək ləğv edilməmişdir. Bu səbəblə iddiaçı adına olan torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.4 -cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir İkincisi, işin mübahisə olunmayan hallarından göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(025)-395/2014 nömrəli qətnaməsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********28 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış əsasında xx xxxxxxx 2009-cu il tarixdə X22, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış və Qəbələ rayon notariat kontorunda təsdiqlənmiş 0.3631 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə etibarsız edilmişdir. Məhkəmə kollegiyası sonda cavabdeh tərəfin verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Bu baxımdan da kollegiya belə qənaətə gəlir ki, həmin müqavilə əsasında DƏDRXdən Cavabdeh3 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddia tələbini təmin etməkdə birinci indstansiya məhkəməsi düzgün qənaətə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-873/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-373/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-373/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver