Məhkəmə qərarları › İş №2(107)-376/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-376/2020

29.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-376/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X17 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - X4 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)-15/2019 saylı qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) X2nın Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul X3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: X2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam kəndində xx.xx.2014-cü il tarixli, ******* və ******* saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X5 miras qalmış 0,09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-169/2017 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin qardaşı Cavabdeh mülkiyyətində olan torpaq sahələrindən naturada bölünərək ayrılması və sərhədlərin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2014-cü il tarixli, ******* və ******* saylı Çıxarışlara əsasən mərhum anası X5 miras qalmış 0,09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-169/2017 saylı qətnaməsi ilə vərəsəlik hüququ tanınmışdır. xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən 0.0927 ha torpaq sahəsi isə onun öz mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi hər üç torpaq sahəsindən ona istifadə etməyə qardaşı Cavabdeh və onun ailə üzvləri imkan vermirlər. Qeyd olunan torpaq sahələrinə öz adına çıxarış və plan ölçü sənədləri ala bilmir. Çünki, yuxarıda qeyd etdiyi məhkəmə qaydasında hüququ tanınan və öz mülkiyyətində olan torpaq sahələrinə cavabdeh onu buraxmır və ona mülkiyyətindən istifadə etməyə imkan vermir. Bütün bunlara görə Qəbələ rayonu Vəndam kəndində yerləşən mübahisəli torpaq sahələrinin naturada ayrılmaqla bölünməsi zərurəti yaranmışdır. Mübahisəli torpaq sahələri qardaşı ilə aralarında naturada bölünməlidir, hər kəsin payı naturada ayrılmalıdır və sərhədləri müəyyən olunmalıdır. Yuxarıda qeyd etdiyi problemlərlə qarşılaşdığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında X2 iddia ərizəsinə uyğun izahat verərək və iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Ufilə Rəhimova onun bacısıdır. Mərhum anası Sona Rəhimovanın hələ sağ vaxtından aralarında həmişə mülk üstündə mübahisələri olmuşdur. X11 onu dəfələrlə məhkəməyə vermişdir. Sonuncu dəfə məhkəməyə müraciət edən Ufilə Məmmədova valideynlərindən miras qalmış evə və torpağa dair mülkiyyət sənədi almışdır. O isə “mirasdan məcburi pay” iddia tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilməklə ona valideynlərindən qalmış miras əmlakdan 0.11,3 ha torpaq sahəsi məcburi pay qismində ayrılmaqla adına rəsmiləşdirilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1.11,3 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh torpaq sahələrinin naturada ayrılmasını tələb etsə də, dəfələrlə həmin torpaq sahəsində ölçmə işləri aparılmış, lakin baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən torpaq sahəsinin naturada bölünməsinin mümkün olmaması göstərilmişdir. Bu hal ekspertin rəyində də, öz əksini tapmışdır. Buna görə də Ufilə Rəhimovanın iddiasını əsassız hesab edir və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxaralmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən X2 apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin baş mühəndisi Tofiq Məmmədovun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı məktubdan görünür ki, ərazi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, ərazi idarəsinin mövcud olan elektron baza məlumatları ilə X4 (mərhum X9 adından) faktiki istifadəsində olan torpaq sahəsi müqayisədə sənəd üzrə sahəsindən konfiqurasiyası və ölçüləri arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri Cavabdeh tərəfindən düzgün bağlanmamış və bu səbəbdən X4 (mərhum X9 vərəsəsi ) faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən azdır. Eyni zamanda məlumat üçün bildirir kı, torpaq sahəsində naturada aparılan çöl ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, X6 mülkiyyətində RX ******* saylı Çıxarış əsasında 0,0927 ha torpaq sahəsi olduğu halda naturada faktiki olaraq 0,08 ha, RX ******* saylı Çıxarış əsasında isə 0,15 ha torpaq sahəsi olduğu halda naturada faktiki olaraq 0,129 ha təşkil edir. Belə vəziyyətdə aydın olur ki, Ərazi İdarəsinin mövcud olan elektron baza məlumatları ilə X4 (mərhum X9 adından) faktiki istifadəsində olan torpaq sahəsi müqayisədə sənəd üzrə sahəsindən konfiqurasiyası və ölçüləri arasında uyğunsuzluq ancaq Cavabdeh torpaq sahələrinin sərhədlərinin düzgün bağlanmaması nəticəsində yaranmışdır. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri bu xüsusatı nəzərə almayaraq əsassız, şübhə doğuran, qeyri-obyektiv və qərəzli məhkəmə mühəndis-texniki ekspertizasının 22080 saylı rəyini vermişlər. Məhkəmə də, həmin xüsusatları nəzərə almayaraq, iş üzrə təkrar mühəndis-texniki ekspertizası təyin etməyərək, həmin rəyi mötəbər sübut kimi qəbul edərək əsassız, ədalətsiz və qanunsuz qətnamə qət etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında istirak edən X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)- 15/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində0,09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində 0,0927 hahəyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində 0,15 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(025)-169/2017 nömrəli qətnaməsindən görünür ki, X5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən miras qalmış Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,09 ha kənd təsərrüfatı təyinatlı və 0,15 ha həyətyanı torpaq sahələri üzərində X4 vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15 baş mühəndisi Tofiq Məmmədovun tərtib etdiyi **********45 saylı, xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Ərazi idarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə X7 (mərhum X9 adından) faktiki istifadəsində olan torpaq sahəsi ilə müqayisədə sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası və ölçüləri arasında arasında uyğunsuzluqlar mövcuddur. Eyni zamanda məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri cavabdeh X8 tərəfindən düzgün bağlanmamış və bu səbəbdəndə X7 (mərhum X9 vərəsəsi) faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən azdır. DƏDRX-nin 9 saylı X23 tərəfindən mərhum X9 mülkiyyətində olan RX ******* saylı çıxarış əsasında 0,15 ha və RX ******* Çıxarış əsasında 0,0927 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmədiyindən və eyni zamanda torpaq sahəsinin faktiki vəziyyəti ilə Ərazi İdarəsində mövcud olan elektorn DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən torpaq sahəsinin naturada bölünərək ayrılması və sərhədlərinin müəyyən etmək mümkün deyildir. Eyni zamanda torpaq sahəsində naturada aparılan çöl ölçmə işləri nəticəsində müəyyən olunmuşdur ki, X7 (mərhum X13) mülkiyyətində RX ******* saylı Çıxarış əsasında 0,0927 ha torpaq sahəsi olduğu halda, naturada faktiki torpaq sahəsi 0,08 ha, RX ******* saylı çıxarış əsasında isə 0,15 ha torpaq sahəsi olduğu halda, naturada faktiki torpaq sahəsi 0,129 ha təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 22080 nömrəli mühəndistexniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15 baş mühəndisi Tofiq Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, DƏDRX-nin 9 saylı X23 tərəfindən mərhum X9 mülkiyyətində olan RX ******* saylı çıxarış əsasənda 0,15 ha və RX ******* Çıxarış əsasında 0,0927 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmədiyindən və eyni zamanda torpaq sahəsinin faktiki vəziyyəti ilə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən torpaq sahəsinin naturada bölünərək ayrılması və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qаnuni və obyektiv qətnamənin qəbul edilməsi üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* saylı Çıxarışa əsasən X9 mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* saylı Çıxarışa əsasən X9 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* saylı Çıxarışa əsasən X9 mülkiyyətində olan 0.0927 ha torpaq sahələri ilə Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2020-ci il tarixli, 2(107)-376/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq rəyinin alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, seriya RX Ns 0316148, ******* nömrəli çıxarışlara əsasən X9 mülkiyyətində, ******* saylı Çıxarışa əsasən X4 mülkiyyətində olan 0,09 ha, 0.15 ha və 0,0927 ha torpaq sahələrinin Plan-ölçü sənədi olmadığı üçün Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Xidmətin 9 saylı X16 mövcud olan məlumatlara əsasən sorğuda qeyd olunan X9 mülkiyyətində olan 0.09 ha (RX N ******* olan çıxarış) torpaq sahəsinə, X9 mülkiyyətində olan 0.15 ha (RX N ******* olan çıxarış) torpaq sahəsinə və X4 mülkiyyətində olan 0.0927 ha (RX N ******* olan çıxarış) torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən, Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz mülkiyyətində olan payının real bölgüsünün və onun sərhədlərinin ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun vaxtilə ümumi mülkiyyətdə olmuş torpaq sahəsinin mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X4 xüsusi mülkiyyətinə Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu Vəndam kəndində 0,09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu Vəndam kəndində 0,0927 ha kənd həyətyanı torpaq sahəsi və Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu Vəndam kəndində 0,15 ha kənd həyətyanı torpaq sahəsi verilmişdir. Mübahisəli əraziyə dəfələrlə baxış keçirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23 tərəfindən mütəxəssis rəyləri verilmiş, verilmiş rəylərdə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən torpaq sahəsinin naturada bölünərək ayrılması və sərhədlərini müəyyən etmək mümkün olmaması göstərilmişdir. Bu səbəbdən də məhkəmə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirmiş, əraziyə baxış keçirilən zaman yenidən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən AZPOS istinad şəbəkəsinə qoşulmaqla müasir GPS ölçmə işləri aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində üç ev (tikili) mövcuddur. Evlərin birində iddiaçı və ikisində isə cavabdehlər yaşayırlar. Hər iki evin yerləşdiyi torpaq sahəsinə bir giriş və çıxış qapısı vardır. Bundan savayı həyətdə yer evi, talvar, tikili və s. mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15 baş mühəndisi Tofiq Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, DƏDRX-nin 9 saylı X23 tərəfindən mərhum X9 mülkiyyətində olan RX ******* saylı çıxarış əsasənda 0,15 ha və RX ******* Çıxarış əsasında 0,0927 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmədiyindən və eyni zamanda torpaq sahəsinin faktiki vəziyyəti ilə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən torpaq sahəsinin naturada bölünərək ayrılması və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, həmin torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilməmişdir. Sözügedən torpaq sahələrinə plan ölçü sənədlərinin tərtib edilməsi isə hazırkı məhkəmə baxışının predmeti deyildir. İddiaçı plan-ölçü sənədlərini aldıqdan sonra torpaq sahələrinin naturada bölünərək ayrılması və sərhədlərinin müəyyən edilməsi barədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya şikayətinin dəlilləri ancaq şəxsi mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)-15/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)-15/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar