Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-38/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətin naturada ayrılması və tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(046)-839/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsində cavabdehlərin uzun illər istifadə etdiyi hissədə olmaqla, onun, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 arasında 1/7 hissədə olmaqla naturada bölünməsi və torpaq sahəsinin onun uzun illər istifadə etdiyi hissədə Cavabdeh3 tərəfindən qanunsuz inşa olunmuş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(046)-839/2022 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən İddiaçı 1/7 hissədə paylı mülkiyyətində olan 0.53 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin baş planında göstərilmiş İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid 1/7 hissədə naturada bölünməsi, bölgü məhkəməyə təqdim edilmiş və mülki işin materiallarında saxlanılan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsinin baş planına uyğun aparılması, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı olan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Göyçay Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(046)-839/2022 saylı qətnaməsini ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına apelyasiya şikayətindən imtina barədə ərizə ünvanlayaraq apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətindən imtinaya etiraz etməmişlər. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(046)-839/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-38/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-38/2024
30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver