Məhkəmə qərarları › İş №2(107)-38/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-38/2025

14.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-38/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X9 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-10/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli Çıxarışla ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X2 adlarına, 30.1 kv.m. hissəsinin 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan hissənin naturada ayrılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 0,0716 ha torpaq sahəsinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasına, ona verilən hissədən cavabdehlərin çıxarılmasına və onun həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək torpağın naturada bölgüsü zamanı evin də onun mülkiyyətində olan 28 kv.m hissəsinin 1/2 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək mütəxəssis rəyinin alınması üçün iddiaçının ödədiyi 95 manat pulun da cavabdehlərdən alınıb iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0716 ha torpaq sahəsinin yarısı onun xüsusi mülkiyyətindədir. Həmin əmlaka adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. O, öz əmlakı barədə sərəncam vermək istəyir. Lakin Zaqatala rayonu Çökək kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq onu öz bağından istifadə etməyə qoymurlar. Həmin torpağı zəbt edərək istifadə edirlər. Ona imkan vermirlər ki, o öz əmlakından istifadə etsin. Sözügedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin yarısının naturada ayrılmasını tələb edir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində 58 kv.m.-dən ibarət fərdi yaşayış evi vardır. Həmin evin 28 kv.m. hissəsini mərhum-sabiq əri Əfəndi Qədirov ilə birgə nikah dövründə inşa etmişlər. Ona görə də, həmin evin yeni tikdikləri hissəsinin, yəni 28 kv.m. hissəsinin 1/2 hissəsi ona məxsusdur. Həmin evin yeni tikilmiş hissəsinə dair texpasportun və surətini və evin və torpağın sənədini ərizəyə əlavə etmişdir. Bundan başqa, o, mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə əlaqədar mütəxəssis rəyinin alınması üçün 95 manat pul keçirmişdir. Pulun ödəniş qəbzini də təqdim etmişdir.

6. Cavabdeh1 iddia tələbinə münasibətlə müraciət edərək göstərmişdir ki, Zaqatala rayon Məhkəməsi (26 noyabr 2009 cü il) və X14 Məhkəməsi ( 25 avqust 2011 ci il) Zaqatala rayonu Çökək kəndində yerləşən evin 715 kv.m. həyətyani sahəsinin və mərhum qardaşı X2 adına verilmiş pay torpağın da 1/2 hissəsini mövcud olan qanunlara əsasən iddiaçı X5 verilmişdir. Məlumdur ki, MPM-nin göstərildiyi kimi həyətyani sahə olmadan ev tikmək olmaz. Ev varsa və qeydiyyatdan keçmişsə həyətyani sahə və ev bir vəhdət təşkil edir. Ev mərhum qardaşı X3 və onun ölümündən sonra varisləri olaraq ona və bacısı Cavabdeh2, həyətyani sahənin 2/4 hissəsi Cindarova Zubeydətə, yerdə qalan 2/4 hissəsi isə ona və bacısına verilmişdir. Beləliklə həyətyanı sahə və pay torpaqları mahiyyətcə eyniləşdirilmişdir. Onun heç vaxt Cindarova Zubeydətlə komflikt münasibəti olmayıb, hörmət etmiş və hörmət görmüşdür. Ancaq xx.xx.2021-ci ildə X7 altı bacısı və adını bilmədiyi özünü baxıcı adlandıran qadınla ona şiddətli təcavüz etdilər. Hamısı ağac parçası ilə silahlanaraq ona çoxsaylı xəsarətlər yetirdilər. Onların xislətlərini bildiyi üçün mümkün qədər səbirli olmağa çalışdı və müqavimət göstərmədi. Vaxt tapıb DİN-nin 102 xidmətinə müraciət etdi. Həmin iş hal hazırda DİN-nin icraatındadır və çox yaxın vaxtlarda məhkəməyə təqdim ediləcəkdir. Onlar bu əməlləri ilə onlara olan kin küdürətlərini, düşmən münasibətlərini bir daha ortaya qoydular. Onlarla bir həyətdə və bir yerdə olmaları mümkün deyil. Ona görə də, xahiş edir onlara aid olan bütün torpaqların faktiki ölçüsü hesablansın və 1/2 hissəsi evin arxa tərəfindən onun istədiyi yerdən verilsin. Evin qabağı və sağ tərəfi onlara qalsın. Qeyd etmək istəyir ki, bu torpaq sahələrinin həm qabaq,həm də arxa tərəfdən yola çıxışı mövcuddur. Faktiki olaraq torpaq sahəsinin ölçüsü sənədində göstərildiyi kimi 3574,74 kv.m-dən azdır. Bağın faktiki ölçüsü müəyyənləşdirilsin və bütün torpaqlar ədalətlə bölünsün. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun bölünməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının tələb etdiyi evin hissəsi əri ilə birgə tikdikləri, artırılan hissədir. Evi sadəcə olaraq artırıblar. Qeyri-adi ev eşik yoxdu orda. 1-2 otaq, pilləkən artırıblar. İddiaçı artırılan hissənin yarısını, yəni 28 kv.m-in yarısını istəyir. Ekspert, mütəxəssis rəyləri alınıb, işin halları məlumdur. İşin yekunlaşdırılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, evin bölüməsinə razı deyil. Evin iddiaçıya aidiyyəti yoxdur. Onun qazı, suyu, sanitar qovşağı, kommunikasiyası rəyə uyğun olaraq bölünməli olan yerdə yerləşir. Niyə onlara verməlidir? O, xərc çəkib ora. Onların bir otağını qəşəng düzəldib. Atasından qalan yarımçıq 17 kvm sahə vardı. Onu da ora qatıb, otağı 28 kvm edib. Onun evinin qabağından necə torpaq versinki? 2017-də qardaşı ölüb. 2009-da bunlar boşanıblar. Gözləyirdilər o, oranı təmir etsin, düzəltsin?! Artırılan hissənin bütün materiallarını o, verib, xərclərini özü çəkmişdir. Oranın nə suvağı, nə polu, nə pataloku var idi. O vaxtı torpaq məsələsini mübahisələndirməyiblər. Tikilən otaq 20 metrdi. Elə verilsə, 14 kvm-in həyətə çıxışı olmayacaq. Torpaq 7 sotdu. Oranı özü tikib, xərclərini özü çəkib. Ona görə də, evin bölünməsi hissəsi ilə razı deyil.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X2 adlarına, 30.1 kv.m. hissəsinin 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində **********72-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0716 ha torpaq sahəsinin ona məxsus 1/2 hissəsinin və onun mülkiyyətində olan 28 kv.m hissəsinin 1/2 hissəsinin naturada ayrılmasını, ona verilən hissədən cavabdehlərin çıxarılmasını və onun həmin hissəyə köçürülməsini tələb edir. Cavabdeh isə iddia tələbinin fərdi yaşayış evinin naturada bölünməsi hissəsini qəbul etmir.

8. Məhkəmə cavabdehin mübahisələndirilən ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 28 kv.m hissəsinin bölünməli olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyətçi kimi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş fərdi yaşayış evini mübahisələndirə bilməz.

9. Bundan başqa, cavabdehin iddiasına əsasən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəmə qaydasında mübahisələndirilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1251/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı və Cavabdeh2) “cavabdeh tərəfindən iddiçı və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı İddiaçı adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahəsinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Cavabdeh isə yenidən vəsatət verərək ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə artıq 3 dəfə ekspertiza təyin edilmiş, ekspert rəyləri işə əlavə edilmişdir. Ona görə də, hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzum yoxdur.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 məxsus 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X3 məxsus olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid paylardan naturada ayrılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən çıxarılmalı, İddiaçı ona məxsus hissəyə köçürülməlidir.

11. Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-10/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 məxsus 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X3 məxsus olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid paylardan naturada ayrılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən çıxarılmaları, İddiaçı ona məxsus hissəyə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 95 (doxsan beş) manat mütəxəssis xərcinin alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.1, 157.2, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli Çıxarış; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4896 nömrəli rəyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli rəyi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəyi; Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1251/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı.

14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o və bacısı Cavabdeh2 hər birinin payı ½ olmaqla ümumi paylı mülkiyyətində Zaqatala şəhəri, Xalqlar Dostluğu küçəsində (keçmiş– Zaqatala rayonu, Çökəkoba kəndi) 1961-ci ildə inşa edilmiş, ümumi sahəsi 37,1 m olan fərdi yaşayış evi, o cümlədən, onun 1/4, bacısı Cavabdeh2 1/4 və X4 2/4 pay olmaqla 0,0716 ha həyətyanı torpaq sahəsi vardır. Onların qeyd olunan daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Son dövrdə ona məlum olmuşdur ki, əvvəlki texniki pasportda icazəsiz(özbaşına) tikili kimi göstərilən sahə, həmçinin o və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 7m sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m hissəsi X8 və X1 mülkiyyətinə işlənmiş və onların həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. O və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 m sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 m hissəsi X8 və X1 mülkiyyət hüququ ilə bağlı qeydiyyatın hansı əsasla aparılması ilə bağlı müraciətinə cavab olaraq, reyestr xidməti həmin qeydiyyatın Zaqatala RİH-nin 23 avqust 2021-ci il tarixli, 9/1134 nömrəli məktubuna (ərizəsinə əlavə olunur) əsasən aparıldığını bildirmişdir. 13 sentyabr 2021-ci il tarixli, 329 inventar nömrəli texniki pasportdan görünür ki, o və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin 7 m sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m hissəsi üzərində X8 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsaslarından biri də “Memarlıq planlaşdırma həlli”dir. Halbuki, elə həmin texniki pasportda fərdi yaşayış evinin tikilmə ili 1961-ci il kimi göstərilmişdir. Göründüyü kimi, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “o və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7m sahəyə malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m hissəsi lə bağlı X4 adına tərtib edilmiş “Memarlıq planlaşdırma həlli” qanunsuz olaraq tərtib edilmişdir. Nəticə etibarı ilə o, həmin sənədin ləğvi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və işə hazırda həmin məhkəmədə baxılır. Lakin, Zaqatala Rayon Məhkəməsi iş üzrə icraatı dayandırmaq əvəzinə, işə baxıb hazırda mübahisləndirilən qətnaməni qəbul etmişdir.

16. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)- 10/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)- 10/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bu qətnamənin 15-ci bəndində göstərilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyətçi kimi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş fərdi yaşayış evini mübahisələndirə bilməz. Bundan başqa cavabdehin iddiasına əsasən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəmə qaydasında mübahisələndirilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1251/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı və Cavabdeh2) “cavabdeh tərəfindən iddiçı və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı İddiaçı adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahəsinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Cavabdeh isə yenidən vəsatət verərək ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə artıq 3 dəfə ekspertiza təyin edilmiş, ekspert rəyləri işə əlavə edilmişdir. Ona görə də, hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzum yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 məxsus 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X3 məxsus olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid paylardan naturada ayrılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən çıxarılmalı, İddiaçı ona məxsus hissəyə köçürülməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)- 10/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin müəyyən edilmiş halları bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X2 adlarına, 30.1 kv.m. hissəsinin 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində **********72-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

30. Qeyd edilmiş maddələrin tələblərindən də göründüyü kimi İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır.

31. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərinə əsasən isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmış paylı mülkiyyət hüququ əsasında İddiaçı 2/4 hissə, Cavabdeh1 1/4 hissə, Cavabdeh2 1/4 hissə olmaqla, onlara məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0.07161 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və üzərində yerləşən paylı mülkiyyət hüququ əsasında İddiaçı fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi, Cavabdeh2 fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi və X3 fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsi olmaqla, onlara məxsus ümumi sahəsi 58.10 kv.metr olan fərdi yaşayış evinin İddiaçı məxsus- torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. İddiaçı məxsus-torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. Bunun üçün texniki pasportda göstərilmiş 5 saylı otaq, və 6 saylı otağın 2 kv.metr hissəsi iddiaçıya verilməlidir. 5 və 6 saylı otaqların arasındakı qapı bağlanmalı, 6 saylı otağa əlavə qapı açılaraq 5 saylı otağa birləşdirilməlidir. İddiaçı məxsus fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılmasının mümkün olmasını, torpaq sahəsinin planlı yerləşməsini və yol boyu 22 metr uzunluğunda sərhəddinin mövcud olmasını nəzərə alaraq həmin torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin digər paylardan ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində sxem 1də göstərilmişdir.

33. Göründüyü kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-10/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş Cavabdeh1 aid mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-10/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş Cavabdeh1 aid mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar