Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-380/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı1 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 (həmçinin Cavabdeh3 nümayəndəsi), X5 və cavabdehlərin vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, X9 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 qarşı “tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(046)-50/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər (həmçinin digər cavabdehlərin nümayəndəsi) Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, X9 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN- 024, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,26 ha həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 tərəfindən tikilmiş tikililər sökülməsi və yol açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 14 oktyabr 2021-ci il tarixli, 2(046)- 50/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, X4 və İddiaçı2 mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 tərəfindən tikilmiş 21 kv.m-lik tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, X4 və İddiaçı2 mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən açılması, iş üzrə ekspertiza xərcləri olan 100 manatın cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 saylı qərarı ilə -024 F, kod 40812028- saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona, İddiaçı1 və X6 0,26 ha həyətyanl torpaq sahəsi verilmişdir. Cavabdehlər tərəfindən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0,26 ha həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun üzərində özbaşına tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi təmin edən və bələdiyyənin mülkiyyətində olan yolda özbaşına inşa edilən tikili yolun bağlanması ilə nəticələnir və yoldan istifadə edən digər şəxslərin, o, cümlədən onların hüquqları pozulur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 saylı qərarı ilə Cavabdeh3 mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda tərəflərindən həmin torpaq sahəsindən əlavə bələdiyyəyə məxsus 0.16 ha torpaq sahəsi zəbt edilərək 30 ilə yaxın müddət ərzində istifadə edilmişdir. Bununla bağlı hazırki dövrə kimi hər-hansı bir narazılıq və etiraz olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olubolmadığmı müəyyən etməli idi ki, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində mülkiyyət hüququ ilə bağlı normalara istinad etsə də, iddiaçıların mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri olmaması halına qiymət verməmişdir. İşin hallarından görünür ki, yol kimi açılması tələb edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla ümumiyyətlə yol olmamış, boş torpaq sahəsi olmuşdur. İlk növbədə iddiaçılar İddiaçı1, X9 və İddiaçı2 hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Sözügedən torpaq sahəsində tikili mövcuddur və həmin tikililərin kim tərəfindən inşa edildiyini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Məhkəmə tikinti-texniki ekspertizasının 08.01.2021 -ci il tarixli 10/3884 saylı rəyindən görünür ki. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinə əsasən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində İddiaçı1 və digərlərinə verilmiş mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş- gəliş yolu Kompleks Yerqurluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 tərəfindən istifadə olunmaqla, həmin torpaq sahəsində tikili mövcuddur. X1 22.06.2021 -ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Tədqiq olunan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində X8ma və digərlərinə verilmiş mülkiyyətdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 024F nömrəli şəhadətnaməyə əsasən 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu kimi açılması tələb edilən yolun başlanğıc hissəsi (kəndin mərkəzindən keçən asfalt yola birləşən hissəsi) 36A, 62A və 88A saylı torpaq mülkiyyətçilərin həyətyanı sahələrinin arasından keçməklə naturada 5 metr enində 51 metr uzunluğunda yoldur. Bu yol iddiaçılara məxsus JN-024F saylı şəhadətnamənin cizgisində və kəndin həyətyanı sahələrinin yerquruluşu planında da qeyd edilir. Həmin yolun davamı olan, iş üzrə yol kimi açılması tələb olunan 153 metrlik məsafə isə kəndin həyətyanı sahələrinin yerquruluşu sxemində bələdiyyə mülkiyyətinə aid boş sahə kimi qeyd edilmişdir. Yuxarıda göstərilən rəylərdən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçılara hər-hansı bir aidiyyəti müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması işin mübahisəsiz halı olmaqla tam sübuta yetirilmişdir. X1 22.06.2021-ci il tarixli 29 nömrəli rəyində göstərilmişdir ki, iş üzrə yol kimi açılması tələb olunan 153 metrlik məsafə kəndin həyətyanı sahələrinin yerquruluşu sxemində bələdiyyə mülkiyyətinə aid boş sahə kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə heç bir münasibət bildirməmiş, dolayısı ilə həmin rəyi qəbul etmişdir. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-50/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin Cavabdeh3 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həmin torpaq sahəsinin iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı tərəfin başqa tərəfdən alternativ yolu var, həmin yoldan istifadə etmək imkanları var. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılma aparılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar iddiaçı tərəfin torpaq sahəsinə gediş-gəliş yolunu zəbt etməmişlər. Neçə illərdir ki, həmin yoldan istifadə edirlər, bu günə kimi aralarında heç bir narazılıq olmamışdır. Bundan əlavə iddiaçıların torpaq sahəsinə gediş-gəliş üçün alternativ yol mövcuddur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəla birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olub-olmadığnı müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində mülkiyyət hüququ ilə bağlı normalara istinad etsə də, iddiaçıların mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri olmaması halına qiymət verməmişdir. İşin hallarından görünür ki, yol kimi açılması tələb edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla ümumiyyətlə yol olmamış, boş torpaq sahəsi olmuşdur. Ekspert rəylərindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçılara hər-hansı bir aidiyyəti müəyyən edilməmişdir. Hesab edir ki, iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfin qeyd etdiyi alternativ yol onlar üçün çox əlverişsizdir. İkincisi, mübahisəsi gedən yolun cavabdehlər tərəfindən bağlanması onların marağına toxunur. Çünki həmin yol ictimai yoldur, cavabdehlər heç bir əsas olmadan həmin yolu bağlamaqla tikinti aparmışlar. İş üzrə iki dəfə eksperiza təyin edilmiş, mütəxəssislər, həmçinin işə baxan hakim tərəfindən yerli baxış keçirilmişdir. İddiaçının nümayəndəsi sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(046)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Torpağa mülkiyyətə verilməsinə dair JN-024F saylı şəhadətnamədən görünür ki, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı1, X9, X10 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, İddiaçı1, X9 və İddiaçı2 naturada yol kimi iddia etdikləri torpaq sahəsi Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin istifadəsindədir. Sözügedən torpaq sahəsində tikili mövcuddur və həmin tikililərin kim tərəfindən inşa edildiyini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Məhkəmə tikinti-texniki ekspertizasının 08.01.2021-ci il tarixli 10/3884 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinə əsasən, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində İddiaçı1 və digərlərinə verilmiş mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Kompleks Yerqurluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 tərəfindən istifadə olunmaqla, həmin torpaq sahəsində tikili mövcuddur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. X1 22.06.2021-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Tədqiq olunan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində X3 və digərlərinə verilmiş mülkiyyətdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 024F nömrəli şəhadətnaməyə əsasən 0,26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu kimi açılamsı tələb edilən yolun başlanğıc hissəsi (kəndin mərkəzindən keçən asfalt yola birləşən hissəsi) 36A, 62A və 88A saylı torpaq mülkiyyətçilərin həyətyanı sahələrinin arasında keçməklə naturada 5 metr enində 51 metr uzunluğunda yoldur. Bu yol iddiaçılara məxsus JN-024F saylı şəhadətnamənin cizgisində və kəndin həyətyanı sahələrinin yerquruluşu planında da qeyd edilir. Həmin yolun davamı olan, iş üzrə yol kimi açılması tələb olunan 153 metrlik məsafə isə kəndin həyətyanı sahələrinin yerquruluşu sxemində bələdiyyə mülkiyyətinə aid boş sahə kimi qeyd edilmişdir. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. -157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. -170.2. qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, ona görə ki, işin faktiki halından göründüyü kimi mübahisələndirilən yol sahəsi iddiaçının mülkiyyətində olmasa da, cavabdehin də mülkiyyətində deyil, cavabdeh də bunu inkar etmir. Lakin cavabdeh tərəf həmin yolun bələdiyyə mülkiyyətində olduğunu israr etməklə, iddiaçı tərəfin buna subyektiv hüququnun olmaması ilə şərtləndirir, özünün hansı hüquqa malik olmasını isə əsaslandıra bilmir. İkincisi, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf ekspert rəyləri ilə razılaşmır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birincisi ona görə ki, ekspert rəyi bu xarekterli mübahisələrin həllində mötəbər sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Üçüncü, kollegiyanın qənaətinə görə verilmiş ekspert rəyi daha dolğun, əsaslı və obyektiv olduğundan həmin rəy əsas götürülməlidir. Belə ki, məhkəmə tərəfindən tərəflərin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mütəxəssislərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilərkən iddiaçıların naturada yol kimi iddia etdikləri torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin istifadəsində olması, cavabdehlər tərəfindən həmin yol ərazisində tikili inşa etdirməsi aşkar olunmuşdur. Məhkəmə arşadırması zamanı cavabdeh tərəf mübahisəli ərazidə tikinti inşa etməsini inkar etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Dördüncü, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılarla cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir və həmin ərazidə yaşayan şəxslər tərəfindən ictimai yol kimi istifadə olunur. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut nə birinci, nə də apellyasiya icraatı zamanı təqdim edilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçılara həmin yoldan istifadə hüquqlarını həyata keçirməyə maneəçilik yaratdığından onlar cavabdeh tərəfindən istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsini tələb etməkdə haqlı olmuşlar. Odur ki, məhkəmə kollegiyası cavabdeh apelyasiya şikayətinin ekspert rəyləri arasında ziddiyyət olması, təkrar ekspertiza keçirilməsi barədə dəlillərini əsassız hesab edərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə zərurət görmür. Kollegiya bildirir ki, hazırkı iş üzrə iddia tələbinin tikilinin sökülməsi hüquqi əsası kimi Mülki Məcəllənin 180.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normanın dispozisiya şərtlərinə görə özbaşına tikilinin sökülməsi üçün binanın həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olması zəruridir. Həmin şərtlər mövcud olduqda bu tikintinin müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülməsi mümkündür Nəzərə alınmalıdır ki, bu xarakterli mübahisənin düzgün həlli üçün tikilinin və yolun faktiki vəziyyəti, tilinin nə vaxtdan inşa edilməsi, onun hüquqi vəziyyəti, sərhədlərinə və digər parametrlərinə dair texniki pasport və digər sənədlərin mövcudluğu, iddianı qaldıran şəxsin bu tikilinin sökülməsindəki mənafeyi, əgər iddiaçı fiziki şəxsdirsə, tikilinin ona yaratdığı texniki maneçiliyin nədən ibarət olması və digər əhəmiyyətli hallar müəyyən edilməlidir Hazırkı işdə də yuxarıda sadalanan hallar lazımi qaydada yoxlanılaraq, mübahisəli tikilinin iddiaçıya konkret olaraq hansı maneçiliyi yaratması ekspert rəyləri, mütəxəsis və məhkəmə tərəfindən yerində baxış keçirilməklə müəyən edilmişdir. Cavabdeh tərəf isə etirazının əsaslarını, tikintiyə mövcud hüquqlarını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmuşdur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(046)-50/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər (həmçinin digər cavabdehlərin nümayəndəsi) Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(046)-50/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-380/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-380/2022
22.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver