Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-386/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-813/2019 saylı qərardadından ərizəçi “Əkinçi” qəzeti redaksiyasının redaktoru X4 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “Əkinçi” qəzeti redaksiyasının redaktoru X4 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X7 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli Qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(035)-813/2019 saylı qərardadı ilə (hakim Tahir Qubadov) “Əkinçi" qəzeti redaksiyasının redaktoru X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X10 Regional Dövlət X5rşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X10 Regional Dövlət X7 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli Qərarının ləğv edilməsi haqqında ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi “Əkinçi” qəzeti redaksiyasının redaktoru X1 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-813/2019 saylı qərardadından şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-813/2019 saylı qərardadı ilə ərizəçi “Əkinçi” qəzeti redaksiyasının redaktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(035)- 813/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizədən görünür ki, ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, mübahisə predmeti inzibati xəta haqqında qərardan şikayətlə bağlı olsada, şikayəti verən şəxs şikayəti iddia icraatı qaydasında vermişdir. Halbuki, inzibati xəta haqqında qərardan iddia icraatı qaydasında şikayətin verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa haqqında şikayət verilən ******* saylı qərar xx.xx.2019-cu il tarixdə qəbul olunsa da, İsaməddin Əhmədov həmin qərardan 10 gün müddətində şikayət verməli olduğu halda 4 aydan çox müddət keçdikdən sonra şikayət vermiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə, məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1 -ci maddəsinə görə ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, ərizə inzibati xəta haqqında qərarın ləğvinə dair şikayət formasında verilməli olduğu halda mülki prosesual qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən verildiyindən və ərizəçinin qanunla müəyyən olunmuş şikayət vermə müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytararkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(035)-813/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X10 Regional Dövlət X7 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şikayət verə bilər. Bu zaman şikayət X3 müvafiq maddələrinə uyğun tərtib edillməli, eyni zamanda sözügedən inzibati xəta haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən həmin müddətin bərpası barədə vəsatət verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi “Əkinçi” qəzeti redaksiyasının redaktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(035)-813/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-386/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-386/2020
07.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver