Məhkəmə qərarları › İş №2(107)-386/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-386/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-386/2022 18.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X24, X18 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X39, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə, Cavabdeh “Cavabdeh1” X35 nümayəndəsi X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2020 saylı qətnaməsindən Cavabdeh1 X39 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1ndan mənəvi zərər qismində (hər birinə 10000 manat olmaqla) 20000 manat, maddi zərər qismində isə hər birinə ayrı-ayrılıqda 12960 manat, ikisinə isə 25920 manat olmaqla cəmi 45920 manatın, digər Cavabdeh2nə qarşı eyni qaydada mənəvi zərər qismində 20000 manat, maddi zərər qismində isə hər birinə ayrılıqda 12960 manatın, cəmi 45920 manatın, digər Cavabdeh3 qarşı mənəvi zərər qismində hər birinə 25000 manat olmaqla 50000 manat, maddi zərər qismində isə hər birinə 12960 manat, ikisinə 25920 manat, cəmi 75920 manat, 3-cü iddiaçının iddia tələbinə uyğun mənəvi zərər qismində hər bir cavabdehdən 20000 manat (cəmi 60000 manat), maddi zərər qismində isə hər bir cavabdehdən ayrılıqda 9720 manat, ümumilikdə 29172 manat, 89172 manatın, iddia tələblərinin ümumi cəmi kimi cavabdehlərdən 256977 manatın və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişlər. Sonradan Cavabdeh1 əsl cavabdeh “Cavabdeh1” X37 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qanuni nümayəndə X13 ilə 25 sentyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların rəsmi nikahlarından 18 iyul 2011-ci il tarixdə Ayan və 28 mart 2018-ci il tarixdə Şəbnur adlı uşaqları anadan olmuşdur. Qanuni nümayəndə həyat yoldaşı X13 28 mart 2018-ci il tarixdə Cavabdeh2nə 38-ci həftə hamiləlik vəziyyətində daxil olmuş, mərkəzin patoloqiya şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh3 Hüseyinovna tərəfindən üzərində aparılmış keysəriyyə əməliyyatı (“kesar kəsiyi”) nəticəsində onun səhlənkarlığı və peşə yarıtmazlığı ucbatından X13 vəfat etmişdir. Cavabdeh3 Hüseyinovna vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək Cavabdeh2n hamiləliyin pataloqiya şöbəsinin müdiri vəzifəsini icra etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar əməliyyat etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 ölümünə səbəb olmuşdur. Cavabdeh3 X33 Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. X40 Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş hadisənin baş verməsi və cavabdehlərin eyni ilə Cavabdeh3 Hüseyinovnanın qeyd edilən həmin hadisəyə aidiyyəti təsdiqedilmişdir. Həmçinin qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 Hüseyinovna Şəki Rayon Məhkəməsinin 26.07.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin bu faktiki halından göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın mütəxəssis cərrah kimi qeyripeşəkar olması və bu səbəbdən də cərrah kimi peşəsinə laqeyd, məsuliyyətsiz, vəzifəsinə vicdansızcasına yanaşması nəticəsində bu hadisə də daxil olmaqla son 18 ay müddət ərzində iki insan həyatına son qoyulmuşdur. Yəni iki insan onun təqsirindən ölmüşdür. Bu ağır nəticələrə səbəb olan qeyri hüquqi faktın baş verməsində iddiaları üzrə bütün cavabdehlər mülki məsuliyyət daşıyır və onlar mülki məsuliyyətə cəlb olunmalıdırlar. Qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla iki yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. Sadaladığı bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən hər üç cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da hər üç cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Cavabdeh3 Cavabdeh1nda işlədiyi müddətdə, yəni 2016-cı il tarixdə həmin mərkəzdə iki insan üzərində apardığı cərrahiyyə əməliyyatı nəticəsində vəfat etməsi faktı Cavabdeh1na məlum olmuşdur. Həmin insanların ölümündə Cavabdeh3 cərrah kimi qeyri peşəkar olması bu səbəbdən də peşə və vəzifə borcuna vicdansızcasına yanaşması, əməliyyat zamanı cərrah kimi peşəsinə laqeyd, cinayətkarcasına etinasızlığı, cərrah akademik təhsilin olmaması, mütəxəssis kimi cərrah işinə yararsız olması bundan əvvəlki məhkəmə hökmü ilə də müəyyən edildiyi halda Cavabdeh1 bütün bu qeyd edilən hallara əhəmiyyət verməmiş, cərrah kimi müvafiq akademik təhsilin olmamasına əhəmiyyət verməyərək onu cərrah peşəsi ilə bağlı əməliyyatlardan kənarlaşdırmamışdır, əksinə cərrah qismində Cavabdeh3 insan üzərində cərrahiyyə əməliyyatlar aparmasına hüquqi cəhətdən zəmin yaratmışdır. Cavabdeh1 mülki məsuliyyəti onda ifadə olunur ki, ixtiyarında kifayət qədər səlahiyyətlər olduğu halda Cavabdeh3 insan ölümü ilə nəticələnən 2016-cı il tarixdə baş vermiş hadisədən sonra yenidən onu cərrah qismində işlərə cəlb etmişdir. Cavabdeh1 müvafiq səllahiyyətlərin daşıyıcısı kimi digər Cavabdeh3 qeyri-peşəkarlığını, peşə və vəzifəsinə etinasızlığını və səhlənkarlıqda ifadə olunan digər hərəkət və davranışlarını nəzərə alıb onu hamilə qadınlar üzərində cərrahiyyə əməliyyat aparma kimi vəzifələrdən zamanında kənarlaşdırsa idi, hazırda iddiaçı Qanuni nümayəndə həyat yoldaşı, digər iddiaçılar olan uşaqlarının isə anası vəfat etməzdi, hazırda onların yanında olardı. Cavabdeh1 Cavabdeh3 mama-ginekoloq və cərrah kimi akademik təhsilə malik olmadığını əvvəlcədən bilmiş və bununla belə qanuni səlahiyyətlərinə istinad edib Cavabdeh3 uşaq doğuşu ilə bu proseslə bağlı müvafiq cərrahiyyə əməliyyatların aparılması işlərinə buraxmamaq əvəzinə əksinə qulluq mənafeyinə zidd otaraq müvafiq əmr və sərəncamlar verməklə Cavabdeh3 qeyd edilən tibbi tədbirlərin aparılması üçün hüquqi məkan yaratmışdır. Bu da nəticə etibarı ilə fiziki şəxs olaraq iddiaçıların hüquq və mənafeylərinə bərpa edilməz dərəcədə mənəvi və maddi ziyan vurulmasına gətirib çıxarmışdır. Digər Cavabdeh2ndə mülki məsuliyyəti tibb müəssisəsi olaraq cavadehin məqsəd və vəzifələri ona tibb yardım göstərilməsi ilə bağlı müraciət etmiş insanların sağlamlığını təmin və bərpa etməsi istiqamətində zəruri, təxirə salınmaz tədbirlərin həyata keçirməsindən ibarətdir. Qanuni qüvvədə olan hökmdə müəyyən edildiyi kimi X26nın ölümünə bilavasitə səbəb uşaqlığın ön divarında cərrahi tikişlər nahiyyəsində baş verən daxili və xarici qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıq olmuşdur. Yəni X26nın ölümünə səbəb orqanizmdə baş vermiş patoloqiyaya qaşı ağır, qeyrispesifik stres reaksiyasİyası olmuşdur. Bunun qarşısının alınması üçün təxirə salınmadantəkrar cərrahiyyə əməliyyatı dərhal aparılmalı olduğu halda, bu cərrahiyyə əməliyyatın tibbi tədbir kimi aparılması gecikdirilmiş, nəticədə X26nın poliarqan çatışmamazlığından ölüm hadisəsi baş vermişdir. Qeyd edilən poliarqan çatışmamazlıq prosesinə vaxtında müdaxilə edildiyi anda bu fəsad aradan qaldırıla bilinərdi. Lakin Cavabdeh2 tibbi müəssisəsi olaraq bu tədbirləri vaxtında təşkil etməmiş, tədbirin keçirilməsinə müvafiq ixtisaslı həkim personalını müalicə prosesinə vaxtında cəlb edə bilməmiş, yəni təxirə salınmaz tədbir kimi və bu prosesi təşkil edə bilməmişdir. Cavabdeh konkret halda X26nın müalicəsi, doğuşla bağlı və üzərində aparılmış "kesar kəsiyi "cərrahiyyə əməliyyatı və əməliyyat sonrakı təxirə salınmaz tibbi tədbirlərin, cərrahiyyə əməliyyatların yaranmış şəraitə uyğun vaxtında aparılmasını təşkil etməmişdir. Beləliklə hər üç cavabdeh X26nın üzərində aparılmış cərrahiyyə əməliyyatı nəticəsində ölməsində bilavasitə təqsirlidirlər və onlar müştərək qaydada mülki masuliyyətə cəlb edilməlidirlər. Qeyd etdiklərindən də açıq-aşkar müəyyən olunur ki, X26nın ölümü ilə bağlı cavabdehlərin hər biri tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi sübut olunur. İddiaçı Qanuni nümayəndə və iddiaçı olan uşaqlarının ailə başçısı olan X26nın ölümü nəticəsində onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmkə hüquqları vardır. Qanuni nümayəndə uşaqları X26nın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, Qanuni nümayəndə özü isə əmək qabiliyyətli şəxsdir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu ilə Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. X26 rəsmən işləyib əmək haqqı almadığına görə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş 180 manat yaşayış minimumu ilə hesablamışlar. Hər ay üçün dəyən maddi zərərin məbləği əgər Türkan Məmmədova sağ olsa idi iki uşaq və Türkan Məmmədova daxil olmaqla 3 nəfərə düşən 180 manat yaşayış minimumu hazırda Türkan Məmmədovanın dünyasını dəyişməsi nəzərə alınaraq əmək qabiliyyətli olmayan uşaqların hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Belə ki, əgər Türkan Məmmədova sağ olsa idi iki uşaq, ataları Qanuni nümayəndə və Türkan Məmmədova daxil olmaqla 4 nəfərə düşən 180 manat yaşayış minimumu 45 manat təşkil edəcəkdir. Bu səbəbdən də Qanuni nümayəndə ona dəyən maddi ziyan şəklində cavabdehlərdən hər ay 45 manatın ona ödənilməsini tələb edir. Bu hesabla Qanuni nümayəndə uşaqlarının hər birinə hər bir cavabdeh tərəfindən dəyən maddi zərərin məbləği 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği 1 il üçün 540 manat, 18 il üçün isə 9720 manat təşkil edir. Həmçinin, Qanuni nümayəndə uşaqlarına dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 hər birindən hər bir uşağı üçün 10000 manat, Cavabdeh3 Hüseyinovnadan hər bir uşaq üçün 25000 manat, iddiaçı Qanuni nümayəndə özünə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1ndan, Cavabdeh2 və MəmmədovaSaniyə Hüseyinovnanın hər birindən ayrı-ayrılıqdan 20000 manat tələb edirlər. Həmçinin iddiaçı Qanuni nümayəndə mərhumun dəfn və hüzr mərasimlərinə 3000 xərci çıxmışdır. Beləliklə, hər üç cavabdehə qarşı iddia tələblərinin məbləğini cəmi 256977 manat təşkil edir. Hesab edir ki, Qanuni nümayəndə uşaqlarının anası olan həyat yoldaşının ölümü nəticəsində iki körpə uşağı yetim qalmış, körpə uşağı ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi, körpə olaraq anasız bir zamanda mərhumiyyətiərə məruz qalmışdır. Qanuni nümayəndə özü və uşaqları vahid ailədə yaşamaq kimi mənəvi, əxlaqi, hüquqi və maddiyyatlardan məhrum olmuşlar. Buna görə də hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh1” X34 iddiaçı X11 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı X19 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 saylı qətnaməsindən Cavabdeh1 X39 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-449/2021 saylı, 26 may 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X7 və Mahmudov Ayaz Akif oğlu) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021- ci il tarixli qətnaməsindən iddiaçı X23 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.12.2021-ci il tarixli, 2(102)-6774/2021 saylı qərarı ilə, Cavabdeh1 X37 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-449/2021 saylı mülki işi üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh1” X34 iddiaçı X11 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı X19 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh3 Hüseyinovna məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Diri olmaqla, 04 sentyabr 2017-ci ildən 31 mart 2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq 28.03.2018-ci il tarixdə, saat 10:30-da «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə xəstəxanaya daxil olmuş Türkan Məmmədovanı əməliyyat etdikdən sonra Cavabdeh2ndə yerləşən xidməti otağında X10 həyat yoldaşı Qanuni nümayəndə X12 qəbul edilməsi, orada saxlanılaraq müayinə və müalicə olunması üçün əlverişli şərait yaradılması, yüksək xidmətlə təmin edilməsi, eləcə də bilavasitə özü tərəfindən həyata keçirilmiş keysəriyyə («Kesar kəsiyi») əməliyyatı və əməliyyatdan sonra yüksək xidmətin göstərilməsi müqabilində özü üçün birbaşa yolla, rüşvət olaraq 250 (iki yüz əlli) manat məbləğində pul istəmişdir. Bundan başqa, Cavabdeh3 29.04.2017-ci ii tarixdən 31.03.2018-ci İ tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləyərkən, Respublika Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq olunmuş «Tibb müəssisələrində çatışan tibb, əczazçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatı»nın tələblərinə əməl etməyərək, şöbənin funksiya və vəzifələrinə uyğun fəaliyyətini, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin tətbiq olunmasını, işin forma və metodlarını, işçilərin iş yerlərində düzgün yerləşdirilməsi və istifadəsini, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti, 04 sentyabr 2017-ci ildən 31 mart 2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirib müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini, kadrların seçilməsini onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini, peşə ixtisaslarının artırılması üçün şərait yaradılmasını, işçilərin öz vəzifə öhdəliklərini icra etmələrini təmin etməyə, həmçinin bilavasitə əməliyyat apararkən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməyə, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınmasına cavabdeh şəxs olduğu halda, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməmiş, 28.03.2018-ci il tarixdə saat 10:30-da Cavabdeh2nə «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə daxil olmuş 1987-ci il təvəllüdlü X10 mövcud qaydalara uyğun qəbul edilərək, onun üzərində həmin tarixdə saat 13:00-dan 13:40-dək keysəriyyə əməliyyatı aparmış, keysəriyə yolu ilə qız uşağının doğulmasını təmin etsə də, əməliyyatın təhlükəsiz aparılması tələblərinə əməl etməyərək əməliyyatın texniki icrası zamanı Türkan Məmmədovanın qarnının ön divarında və uşaqlığın ön divarındakı cərrahi tikişlər nahiyəsində qanaxma mənbəyi yaratmış doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınmasına da səhlənkar yanaşdığına görə baş vermiş qanaxma Türkan Məmmədovanın üzərində icra edilmiş «Kesar kəsiyi» cərrahiyyə əməliyyatından uzun müddət keçəndən sonra, yəni həmin gün saat 15:20 radələrində aşkar edilmiş cərrahiyyə əməliyyatının texniki qüsurlu icrasına baxmayaraq sonrakı mərhələdə də Cavabdeh3 müalicə taktikasını düzgün seçməmiş, xəstədə baş vermiş qanaxma aşkar edildikdən sonra bunun qarşısının alınması üçün təxirəsalınmadan «Relaparotomiya» cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, etinasızlıq göstərərək medikamentoz müalicə taktikası seçməklə icra ediləcək cərrahiyyə əməliyyatını həmin gün saat 17:20 radələrinədək gecikdirərək vaxt itkisinə yol vermiş, bu hərəkətlərin nəticəsində zərərçəkmiş şəxs X9 Yayılmış Laxtalanma sindromunun (DYL-sindrom) inkişafı kimi letal ağırlaşması və onun vəziyyətinin kritik dərəcədə pisləşməsi baş verməklə «Kesar kəsiyi» əməliyyatından sonra 28-31 mart 2018-ci il tarixlərində keçirilmiş təkrar cərrahi əməliyyatlar və digər görülmüş tədbirlərə baxmayaraq sonuncunun 31 mart 2018-ci il tarixdə saat 06:30 radələrində daxili və xarici uşaqlıq qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıqdan Cavabdeh2ndə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Cavabdeh3 törətdiyi həmin cinayət əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü və 66.4cü maddələrinə əsasən əsas cəza əlavə cəza ilə qismən toplanmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkidiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 03 aprel 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş ‘"həbs" qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1 (107)-78/2019 nömrəli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh3, onun müdafiəçiləri X31 və X14, habelə zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)- 11/2020 nömrəli qərarına əsasən məhkum Cavabdeh3 müdafiəçisi X2 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh3 12 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayəti geri qaytarılmışdır. X42 Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31 mart 2018-ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 ölümünə səbəb olmuşdur. Bunun da nəticəsində iddiaçılar X24 və X18 analarından, iddiaçı Qanuni nümayəndə isə həyat yoldaşından məhrum olmaqla ailə başçılarını itirmişlər. Nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Buna görə də iddiaçılar X24, X18 və Qanuni nümayəndə hazırki tələblə məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə iddianı qəbul etmirlər. Məhkəmə iddiaçıların tələb irəli sürdüyü Cavabdeh2 ayrıca hüquqi şəxs olmamaqla cavabdeh “Cavabdeh1” X30 tərkib hissəsi olmasını, həmin tələbə cavabdeh “Cavabdeh1” X30 cavab verməli olmasını və cavabdeh “Cavabdeh1” X30 hazırki iş üzrə cavabdeh olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin Cavabdeh2nə qarşı olan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxs X10 ölümünə səbəb Cavabdeh3 səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməməsi olsa da, mərhum X10 ölümü ilə bağlı delikt nəticəsində iddiaçılara dəymiş olan maddi və mənəvi zərər Cavabdeh3 deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindən də göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın həmin vaxt işlədiyi cavabdeh “Cavabdeh1” X27 alınaraq iddiaçılara verilməli və iddia tələbi Cavabdeh3 Hüseynovaya da münasibətdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1121.1.1,m 1121.1.3, 1121.3.1, 1122.1, 1114.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan qəbul edilmişdir. Məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1121.3.5, 1122.1-ci maddələrinə istinad etmiş, bu maddələrdəki söz və ifadələrin yalnız hərfi mənalarını nəzərə almaqla qeyd edilən maddələri düzgün təfsir etməmiş, Cavabdeh2ndə həkim Cavabdeh3 Hüseyinova tərəfindən cərrahi əməliyyatadək tərəflərin qarşılıqlı münasibətləri zamanı aparılmış sənədləşmələri görməzdən gəlmişdir. Halbuki cərrahi əməliyyatdan qabaq xəstənin yaxın qohumlarından iltizam alınmış, həmin iltizamda cərrahi əməliyyatın həcmi, riski barədə, əməliyyatın ağırlaşması, qanaxma, insult, infartk və s. barədə onlar məlumatlandırılmışdır. Qanuni nümayəndə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirirlər. Həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi hər üç iddiaçıya ayrı-ayrılıqda 8000 (səkkiz min) manat məbləğində mənəvi ziyanın tutulmasının əsassız zənginləşməyə səbəb olubolmayacağını araşdırmamış və əsaslandırmamışdır. Qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etməkdə maraqlı olub, daxili inamdan hakim qərəzliliyinə keçərək qanunvericiliyin tələblərini və yuxarıda göstərilən arqumentləri diqqətə almamış, həqiqəti müəyyən etməyən, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işə birtərəfli yanaşmış, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, həqiqəti müəyyən etməyən, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020ci il tаrixli, 2(075)-33/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Cavabdeh1” X35 nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxslər Tibbi ərazi bölməsi TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ic maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.12.2021-ci il tarixli, 2(102)-6774/2021 saylı qərarı ilə, Cavabdeh1 X35 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-449/2021 saylı mülki işi üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin digər hissəsinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda qeyd edilmiş qərarına əsasən hüquqi münasibət bildirilərək, həmin hissə dəyişdirilmədən saxlanıldığından, cavabdehin apellyasiya şikayətinin hədlərini yalnız Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsinin iddianın qismən təmin olunmuş maddi ziyan hissəsinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın tutulması hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddianın qismən təmin edilmiş maddi ziyan hissəsinə münasibət bildirərək hesab edir ki, Cavabdeh1 X35 apellyasiya şikayəti qətnamənin mübahisələndirilən yəni, cavabdehlərdən maddi ziyanın tutulması hissəsinə münasibətdə təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi ziyanın tutulması hissədə təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 29 aprel 2017-ci il tarixli, 864-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X4 həkim mama-ginekoloqu Cavabdeh3 əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 01 may 2017-ci il tarixdən X4 şöbə müdiri (həkim mama-ginekoloq) vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 04 sentyabr 2017-ci il tarixli, 2653-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X4 şöbə müdiri (həkim mama-ginekoloq) Cavabdeh3 Cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icrası 04 sentyabr 2017-ci il tarixdən 3 ay sınaq müddətinə həvalə edilməsi və ona əmək haqqı arasında olan fərq ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli, 38 nömrəli əmrə əsasən Cavabdeh3 intizam məsuliyyətinə cəlb edilməsi haqqında 31 mart 2018-ci il tarixdə baş vermiş ana ölümü hadisəsini nəzərə alaraq 31 mart 2018-ci il tarixdə X25 Mərkəzdə baş vermiş ana ölümü hadisəsi ilə əlaqədar Məhkəmə Tibbi Ekspertizanın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşa Yardım Komissiyasının” rəyləri və bu iş üzrə hüquq mühafizə orqanlarında aparılan istintaq prosesinin yekun nəticələri məlum olanadək Cavabdeh2 Patalogiya Şöbəsinin müdiri (direktor vəzifəsini müvəqqəti icra edən) Cavabdeh3 31 mart 2018-ci il tarixdən işindən uzaqlaşdırılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıraraq, iddianın qismən təmin olunmuş maddi ziyan hissəsi üzrə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi bu hissədə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə əsaslandırmışdır ki, həmin normada ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda bir abzas olaraq göstərilmişdir ki, “Əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.” Buradan da aydın olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın maddi ziyana aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı hissədə iddia tələbini qismən təmin edərkən yalnız iddiaçının maddi zərəri müəyyən etdiyi qaydaya uyğun təmin etsə də, ölən şəxsin ailənin təminatçısı olub-olmadığını araşdırmamış, hansı əsasla iddiaçı tərəfin müəyyən etdiyi qaydaya uyğun maddi zərərin tutulmalı olmasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, işdən də məlum olur ki, iddiaçı olan mərhumənin əri fəaliyyət qabiliyyətli şəxsdir. Belə olan halda birinci instansiya məhkəməsi mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı olubolmadığını, fəaliyyət qabiliyyətli ərin onun təminatı altında yaşayıb-yaşamadığını, ərə münasibətdə hansı əsasla maddi zərərin tutulmalı olub-olmadığını araşdırmamışdır. Baş vermiş bu tip bədbəxt hadisəyə görə maddi zərərin yaranması və maddi zərərin tutulması iddiaçı tərəfin təbii haqqı olsa da, iddiaçı tərəf bu hissə üzrə mütləq məhkəməyə sübutlar təqdim etməlidir ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı sübutların təqdim edilib-edilməməsi ilə bağlı da hər hansı məhkəmə araşdırmasını həyata keçirməmiş, bu hissə üzrə iddia tələbini hansı sübutlara istinadən qismən təmin etdiyini əsaslandırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi zərərin tutulması hissəsi üzrə işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə kollegiyasınn araşdırması zamanı müəyyən edilmişdir ki, vəfat etmiş şəxs X10 həyat yoldaşı (iddiaçıların atası) fəaliyyət qabiliyyətli şəxsdir. Həmçinin müəyyən edilir ki, mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı onun əri olmuş, ailə ərinin təminatı altında yaşamışdır. Baş vermiş bədbəxt hadisəyə görə maddi zərərin yaranması və maddi zərərin tutulması iddiaçı tərəfin hüququ olsa da, iddiaçı tərəf bu hissə üzrə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişlər.Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh1 X35 apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, “iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat ziyanın tutulması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 X39 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-33/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, “iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat ziyanın tutulması” hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar