Məhkəmə qərarları › İş №2(107)-391/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-391/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-391/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh ASCnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Bank of Baku ASC-nə və X5 xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ASC-nin arasında 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 19 faiz olmaqla, 60 ay müddətində qaytarmaq şərti ilə 6013.14 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcunu bir müddət ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan maddi durumunda yaranmış çətinliklər səbəbindən borcunun qalan hissəsini ödəyə bilməmişdir. Bundan sonra ona məlumat verilmədən və xəbərdarlıq edilmədən Cavabdeh ASC tərəfindən icra qeydinin verilməsi məqsədi ilə notariat ofisinə müraciət edilmişdir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən ondan 6310.53 manat məbləğində pulun və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qərara alınmış və icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sözügedən icra qeydi əsasında Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, yenə də ona heç bir məlumat verilmədən və icra şöbəsinə dəvət edilmədən onun əmək haqqından müəyyən məbləğdə pulun Cavabdeh ASCnin xeyrinə tutulması üçün işlədiyi təşkilatın mühasibatlıq şöbəsinə məktub ünvanlanmışdır. Bu yaxınlarda işlədiyi lizinq şirkətinin mühasibatlığından ona bildirildikdən sonra sözügedən icra qeydi və onun əsasında icra məmurunun icraata başlamaq haqqında qərarından məlumatı olmuşdur. Notariat ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev), İddiaçı cavabdehlər Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh ASC-nə qarşı Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 19 faiz olmaqla, 60 ay müddətində qaytarmaq şərti ilə 6013.14 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilərək kredit məbləğinin İddiaçı verilməsinə baxmayaraq, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına əməl etmədiyindən Cavabdeh ASC əvvəlcə İddiaçı icra qeydinin aparılacağı ilə bağlı sifarişli poçtla bildiriş göndərmişdir. Həmin bildiriş 11 oktyabr 2019-cu il tarixdə İddiaçı yaşadığı ünvanda xəbərnamənin imzalanması ilə qəbul edilmişdir. Lakin bildirişin alınmasından sonra da öhdəliklərinin icrası təmin edilmədiyindən Cavabdeh ASC tərəfindən icra qeydinin verilməsinə dair ərizə ilə notariata müraciət edilmişdir. X5 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi İddiaçı hazırki iddiasının əsası kimi Cavabdeh ASC tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini göstərmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı göndərilmiş 10 oktyabr 2019-cu il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş bildirişdən görünür ki, Bank of Baku” ASC tərəfindən İddiaçı 6013,14 manat kredit götürdüyü, 10 oktyabr 2019-cu il tarixinə xx.xx.2017-ci il tarixli, RD/92040/59/13 nömrəli sənəddən irəli gələrək 5084,69 manat əsas borc, 1043,02 manat faiz və 85,73 manat cərimə borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş 11 oktyabr 2019-cu il tarixdə İddiaçı yaşadığı ünvana çatdırılmışdır. 17 dekabr 2019-cu il tarixdə isə Cavabdeh ASC xx.xx.2017-ci il tarixli, RD/92040/59/13 nömrəli müqavilə üzrə ödənilməmiş 5084,69 manat əsas borc, 1225,84 manat faiz borcunun və 666,51 manat dəbbə pulunun İddiaçı tutulması ilə bağlı Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. X2 Asan Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. X5 Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə İddiaçı iddiasını əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh ASC-nə qarşı Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndi, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə onun arasında bağlanmış 15 avqust 2017-ci il tarixli, RD/92040/59/13 nömrəli kredit müqaviləsinə əsasən ona illik 19 faiz olmaqla, 60 ay müddətində qaytarmaq şərti ilə 6013.14 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcunu bir müddət ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan maddi durumunda yaranmış çətinliklər səbəbindən ödəyə bilməmişdir. Bundan sonra ona məlumat verilmədən və xəbərdarlıq edilmədən Cavabdeh ASC tərəfindən notariat ofisinə müraciət edilmişdir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən ondan 6310.53 manat məbləğində pulun və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması təklif edilmiş və icra edilməsi üçün Şəki rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Sözügedən icra qeydi əsasında Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, yenə də ona heç bir məlumat verilmədən və icra şöbəsinə dəvət edilmədən onun əmək haqqından müəyyən məbləğdə pulun Cavabdeh ASC-nin xeyrinə tutulması üçün işlədiyi təşkilatın mühasibatlıq şöbəsinə məktub ünvanlanmışdır. İşlədiyi lizinq şirkətinin mühasibatlığından ona bildirildikdən sonra sözügedən icra qeydi və onun əsasında icra məmurunun icraata başlamaq haqqında qərarından məlumatım olmuşdur. O, cavabdehlər Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh ASC-yə qarşı Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 10 oktyabr 2019-cu il tarixli bildirişin ona təqdim edilmədiyini, məhkəməyə təqdim edilmiş 014572 nömrəli xəbərnamədə qeyd edilən imzanın ona və ya ailə üzvlərinə məxsus olmadığını, Şəki şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “Fətəli” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışları məhkəməyə təqdim etməklə yuxarıda qeyd etdiyi hallara aydınlıq gətirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilərək cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş xəbərnamədəki imzanın kimə məxsus olmasının aydınlaşdırılmasını xahiş etsə də, məhkəmə buna məhəl qoymadan dəfələrlə vəsatətini təmin etməmiş, beləliklə də əsassız qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. 014572 nömrəli xəbərnamədə olan imzaya mütəxəssis olmayan şəxs tərəfindən vizual qaydada baxıldıqda və iş materiallarındakı sənədlərdə olan imzalarımla tutuşdurduqda belə həmin imzanın ona məxsus olmadığı aydın şəkildə görünür. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsinin ləğv edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməklə 014572 nömrəli xəbərnamədə olan imzanın ona və ya ailə üzvlərinə olub-olmamasını araşdırılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsinin ləğv edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməklə 014572 nömrəli xəbərnamədə olan imzanın ona və ya ailə üzvlərinə olub-olmamasını araşdırılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdeh Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisinin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Notariat Haqqında Azərbaycan Respublikası Qanunu: Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsinin ləğv edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməklə 014572 nömrəli xəbərnamədə olan imzanın ona və ya ailə üzvlərinə olub-olmamasını araşdırılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 19 faiz olmaqla, 60 ay müddətində qaytarmaq şərti ilə 6013.14 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilərək kredit məbləğinin İddiaçı verilməsinə baxmayaraq, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına əməl etmədiyindən Cavabdeh ASC əvvəlcə İddiaçı icra qeydinin aparılacağı ilə bağlı sifarişli poçtla bildiriş göndərmişdir. Həmin bildiriş 11 oktyabr 2019-cu il tarixdə İddiaçı yaşadığı ünvanda xəbərnamənin imzalanması ilə qəbul edilmişdir. Lakin bildirişin alınmasından sonra da öhdəliklərinin icrası təmin edilmədiyindən Cavabdeh ASC tərəfindən icra qeydinin verilməsinə dair ərizə ilə notariata müraciət edilmişdir. X5 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli icra qeydi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassızı olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 10 oktyabr 2019-cu il tarixli bildirişin ona təqdim edilməmişdir. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. İşdə olan Cavabdeh ASC tərəfindən İddiaçı göndərilmiş 10 oktyabr 2019-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı 6013,14 manat kredit götürdüyü, 10 oktyabr 2019-cu il tarixinə xx.xx.2017-ci il tarixli, RD/92040/59/13 nömrəli sənəddən irəli gələrək 5084,69 manat əsas borc, 1043,02 manat faiz və 85,73 manat cərimə borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı ünvana çatdırılmışdır. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, xəbərnamədəki imza ona məxsus deyildir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, apelyator Şəki şəhəri P.Əliyev küçəsi ev 4-də qeydiyyatdadır. İşdə olan Cavabdeh ASC tərəfindən İddiaçı göndərilmiş 10 oktyabr 2019-cu il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, həmin bildiriş apelyatorun rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Bundan başqa apelyator verdiyi apellyasiya şikayətində yaşadığı ünvan kimi ünvan 1sessual Məcəlləsi: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik ünvan sahibi evdə olmadıqda rəsmi sənədləri onun ailə üzvlərindən birinə təqdim edilməsini qadağan etməmiş, əksinə ailə üzvlərindən birinə təqdim edilə bilməsi mümkünlüyünü qeyd etmişdir. Ekspertizanın təyin edilməməsi barədə dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yəni ekspertiza təyin edilməsi məhkəməyə vəzifə kimi deyil, hüquq kimi tanınmışdır. Digər tərəfdən ekspertiza təyin ediləcəyi təqdirdə belə bu işin həlli üçün əhəmiyyət daşımayacaqdaır. Ona görə ki, xəbərnamədəki imza apelyatora yox onun ailə üzvlərinə də məxsus ola bilər. Bu halda imzanın kimə məxsus olmasını müəyyən etmək üçün bütün ailə üzvlərinin imzalarını yoxlamaq lazım olarda. Belə olan halda “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 135-ci maddəsinin müddəaları öz əhəmiyyətini itirərdi ki, bu da yolverilməzdir. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(075)-2064/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar