Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-401/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “törənən maneənin aradan qaldırılması”tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsində ölçmə işlərinin aparılması, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “törənən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Zərdab rayon Gəlmə kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasında törənən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Binnət Qasımov xx.xx.2019-cu ildə ölmüşdür. Cavabdeh Binnətin birinci evliliyindən olan oğludur. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə mərhum əri Binnət Qasımova və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Gəlmə kəndi ərazisində, 0.09 ha həyətyanı və 1.61 ha pay torpağı verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində mərhum əri Binnət Qasımova məxsus iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi vardır. Mərhum əri Binnət Qasımov xx.xx.2019-cu ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mərhum əri X1 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş Zərdab rayonunun Gəlmə kəndi ərazisində yerləşən 0.09 ha həyətyanı və 1.61 ha pay torpaqlarının (miras qoyana aid hissəsinin) həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdeh onlara imkan verməmişdir. Nəticədə sözügedən evin və torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı onun analığıdır. Belə ki, özünün anasının vəfatından sonra hazırda mərhum X19 1997-ci ildə hazırkı iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 07 saylı qərarı ilə X19a və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Gəlmə kəndi ərazisində 0.09 ha həyətyanı və 1.61 ha pay torpağı verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində mərhum X19a məxsus iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi vardır. X19 xx.xx.2019-cu ildə ölmüşdür. Atasının vəfatından sonra yuxarıda adı çəkilən əmlaklar miras qalmışdır. Mirasın hazırkı İddiaçı tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilmişdir. Doğrudur hazırkı iddiaçının müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən, o, buna imkan verməmişlər. Nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları ölçü işləri apara bilməmiş və çıxıb getmişlər. Hazırda da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən sözügedən ev və torpaqla bağlı ölçü işləri aparılmasına razı deyil.
5. Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 nömrəli qətnaməsi ilə (hakim T. Qubadov) iddia təmin edilmiş, İddiaçı tərəfindən miras kimi qəbul edilən Zərdab rayonu Gəlmə kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid ediləsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, X10 ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Binnət Qasımov xx.xx.2019-cu ildə ölmüşdür. Cavabdeh Binnətin birinci evliliyindən olan oğludur. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə mərhum əri Binnət Qasımova və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Gəlmə kəndi ərazisində, 0.09 ha həyətyanı və 1.61 ha pay torpağı verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində mərhum əri Binnət Qasımova məxsus iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi vardır. Mərhum əri Binnət Qasımov xx.xx.2019-cu ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mərhum əri X1 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş Zərdab rayonunun Gəlmə kəndi ərazisində yerləşən 0.09 ha həyətyanı və 1.61 ha pay torpaqlarının (miras qoyana aid hissəsinin) həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdeh onlara imkan verməyərək maneçilik törətmişlər. Nəticədə sözügedən evin və torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
7. Sözügedən miras əmlaklar iddiaçı tərəfindən miras kimi qəbul edildiyindən onun qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmadan və hüquqdan sui-istifadəyə yol vermədən həmin əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilmək, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək ölçü işlərini aparmaq və texniki pasportu tərtib etdirmək hüququ vardır.
8. Cavabdehin sözügedən ev və s. ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətməsi qanunsuzdur və iddiaçının yuxarıda qeyd edilən hüququnun pozuntusudur.
9. Məhkəmə işin müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır və o, iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilmişdir.
10. Cavabdeh sözügedən ev və s. ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətməsini hüquqi baxımdan əsaslandıra bilməmişlər.
11. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir.
12. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71 və 72-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 1133.1, 1166, 1255-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən əmlak mərhum valideynlərinin mülkiyyətində olmuşdur, mərhum valideynlərinə məxsus mülkiyyət hüquqlarını heç kəsə güzəştə getməmişlər. Bundan əlavə barəsində şikayət verilən məhkəmə aktına görə o iddiaçının miras əmlakı qəbul etdiyinə etirazı olmuşdur. Belə vəziyyətdə məhkəmənin ərizəni təmin etməsi qanunsuzdur.
14. Məhkəmədə iştirakının təmin edilməməsi, qanun pozuntuları ilə mülkiyyət hüququnu pozan məhkəmə aktının qəbulu, onun iddiaya etirazı araşdırılmayıb və nəzərə alınmayıb.
15. Bundan başqa qardaşları, o, atalarına məxsus həyətdə və evdə ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmənin həmin iş üzrə qətnaməsindən bacısı X9 tərəfindən apellyasi şikayəti verilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(025)-120/2022 saylı mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qərardadı ilə 2(035)-120/2022 saylı mülki işə Zərdab rayon Məhkəməsinin mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 2(035)-120/2022 saylı mülki işə Zərdab rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsi barəsində şikayət verilən qətnamədə istinad edilən əsas sübutlardan biridir. Məhkəmə araşdırması ətraflı aparılsaydı xüsusatı mütləq nəzərə almalı olardı.
16. Məhkəmə işin hallarının ətraflı araşdırmayıb. İddiaçı bacısı X4, ona, bacıları X6, X2, X7, X8 və Zərdab rayon Dövlət Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi fatinin müəyyən edilməsi tələbinə dair” iddiası əsasında başlanmış başlanmış 2(035)-120/2021 saylı mülki işə Zərdab rayon Məhkəməsi tərəfindən baxılmış, ərizə təmin edilərək ataları, iddiaçının əri X1 miras qalmış, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, 0,09 ha həyətyanı və 1,61 ha pay torpağının (miras qoyana aid hissəsinin), həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən 2 otaqlı və 1 zaldan ibarət fərdi yaşayış evinin iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir.
17. Qətnamədə göstərilən əmlak mərum valideynlərinin mülkiyyətində olmuşdur, mərhum valideynlərinə məxsus mülkiyyət hüquqlarını heç kəsə güzəştə getməmişlər.
18. Bundan əlavə barəsində şikayət verilən məhkəmə aktına görə o, iddiaçının miras əmlakı qəbul etdiyinə etirazı olmuşdur. Belə vəziyyətdə məhkəmənin ərizəni təmin etməsi qanunsuzdur.
19. Məhkəmədə verdiyi ifadə təhrif edilmişdir. O, etirazını onunla əsaslandırmışdır ki, iddia predmetini təşkil edən əmlak mərhum valideynlərinin mülkiyyətində olmuşdur, onun iddiçı tərəfindən qəbul edilməsi faktını tanımır, çünki valideynlərinin vəfatından sonra da həmin həyətdəki evdə ailə üzvləri ilə birgə yaşayır, iddiaçının həmin əmlakı miras kimi qəbul etmə faktının müəyyən edilməsinə dair məhkəmə aktı mübahisələndirilib, həmin mübahisə üzrə yekun məhkəmə aktı olmadan hazırkı mübahisənin qanuni və ədalətli həlli mümkünsüzdür.
20. Barəsində şikayət verilən məhkəmə aktında göstərildiyi kimi əmlakın iddiaçının mülkiyyətidə olması məsələsi mübahisəlidir, bu barədə məhkəmə mübahisəsi bitməmişdir, belə vəziyyətdə məhkəmə iddianı təmin etməsi qanuni və əsaslı olmamışdır. Bundan başqa məhkəmə iddianın mümkünlü məsələsində də səhvə yol vermişdir. Törənən maneənin nədən ibarət olması qətnamədən aydın deyil. Hesab edir ki, Daşınmaz Əmlakın əməkdaşlarının heç bir rəsmi sənədə əsaslanmayan hərəkətləri imkan verməməyi məhkəmə iddiasının predmeti ola bilməzdi.
21. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)- 779/2022 saylı qətnaməsinin ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı 27 mart 2023-cü il tarixdə daxil olmuş teleqramında səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyindən apellyasiya şikayətinə iştirakı olmadan baxılmasını, Zərdab Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etsə də üçüncü şəxs nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
28. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş edir.
32. Kollegiya qeyd edir ki, apellyator şikayətində nəyə görə iş üzrə icraata xitam verilməli olması səbəblərini izah etməsə də şikayət qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 saylı qətnaməsi apellyatorun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçının mərhum əri Binnət Qasımova və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Gəlmə kəndi ərazisində, 0.09 ha həyətyanı və 1.61 ha pay torpağı verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində iddiaçının mərhum əri Binnət Qasımova məxsus iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi vardır. X18 xx.xx.2019-cu ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mərhum əri X1 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş Zərdab rayonunun Gəlmə kəndi ərazisində yerləşən 0.09 ha həyətyanı və 1.61 ha pay torpaqlarının (miras qoyana aid hissəsinin) həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən cavabdeh onlara imkan verməyərək maneçilik törətmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Məhkəmə kollegiyası ilk öncə apellyatorun iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi barədə xahişinə münasibət bildirərək qeyd edir ki, o, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etsə də, şikayətində iş üzrə icraata xitam verilməsinə əsas ola biləcək hər hansı bir dəlilə istinad etməmiş, həmin tələbini əsaslandırmamış, məhkəmə kollegiyasının iclasında isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsasları dəqiq qeyd edilmişdir. Kollegiyanın araşdırması zamanı hazırkı iş üzrə icraata xitam verilməsinə əsas ola biləcək hər hansı bir halın olması müəyyən edilməməklə yanaşı, cavabdeh tərəfindən də bununla bağlı məhkəmə kollegiyasına heç bir dəlil təqdim edilməmişdir. Ona görə də həmin tələb əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin mərhum valideynlərinə məxsus mülkiyyət hüquqlarını heç kəsə güzəştə getməmələri, barəsində şikayət verilən məhkəmə aktına görə onun iddiaçının miras əmlakı qəbul etdiyinə etirazı olması, belə vəziyyətdə məhkəmənin ərizəni təmin etməsi qanunsuz olması, onun iddiaya etirazının araşdırılmaması və nəzərə alınmaması, məhkəmənin araşdırması ətraflı aparılsaydı Zərdab rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini bərpa etməsi, barəsində şikayət verilən qətnamənin istinad edilən əsas sübutlardan biri olmasına dair xüsusatı nəzərə almalı olması, iddiaçının əmlakı miras kimi qəbul etmə faktının müəyyən edilməsinə dair məhkəmə aktının mübahisələndirilməsi, həmin mübahisə üzrə yekun məhkəmə aktı olmadan hazırkı mübahisənin qanuni və ədalətli həllinin mümkünsüz olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş Zərdab rayonunun Gəlmə kəndi ərazisində yerləşən 0.09 ha həyətyanı və 1.61 ha pay torpaqlarının (miras qoyana aid hissəsinin) həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində izahat verərkən cavabdeh özü də təsdiq etmişdir ki, həmin əmlaklar Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X19a və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Gəlmə kəndi ərazisində 0.09 ha həyətyanı və 1.61 ha pay torpağı verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində mərhum X19a məxsus iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi vardır. X19 xx.xx.2019-cu ildə ölmüşdür. Atasının vəfatından sonra yuxarıda adı çəkilən əmlaklar miras qalmışdır. Mirasın hazırkı İddiaçı tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilmişdir.
39. Kollegiya eyni zamanda qeyd edir ki, X1 miras qalmış, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş, Zərdab rayonunun Gəlmə kəndi ərazisində 0.09 ha həyətyanı və 1.61 ha pay torpağının (miras qoyana aid hissəsinin) həmçinin Zərdab rayonu Gəlmə kəndində yerləşən iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı barədə Zərdab rayon Məhkəməsinin 2(035)-120/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(107)-344/2023 saylı qərardadına əsasən Zərdab Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(035)- 120/2022 saylı qərardadı ləğv edilmiş, cavabdeh X3 Zərdab Rayon Məhkəməsinin 2(035)- 120/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.
40. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmədə iştirakının təmin edilməməsi, qanun pozuntuları ilə mülkiyyət hüququnu pozan məhkəmə aktının qəbulu, məhkəmənin işin hallarının ətraflı araşdırmaması, məhkəmədə verdiyi ifadənin təhrif edilməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, cavabdeh məhkəmədə verdiyi ifadə təhrif edilməsini göstərməklə onun məhkəmədə iştirakının təmin edilməməsinə dair fikirlərini təkzib etmişdir. Bundan başqa iş materialından ifadəsinin təhrif edilməsinə dair cavabdeh tərəfdən məhkəmə iclas protokoluna qeyd verilməsi halı müəyyən edilməmişdir. İddiaçının gözlənilən mülkiyyət hüququnun qeydiyyatı üçün görülən tədbirlərə maneənin aradan qaldırılması digər tərəfin mülkiyyət hüququnun pozuntusu kimi şərh edilə bilməz.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddianın mümkünlüyü məsələsində səhvə yol verməsi, törənən maneənin nədən ibarət olmasının qətnamədən aydın olmaması, Daşınmaz Əmlakın əməkdaşlarının heç bir rəsmi sənədə əsaslanmayan hərəkətlərinə imkan verməməyinin məhkəmə iddiasının predmeti ola bilməməsinə dair dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsində hər hansı səhvə yol verilməsi halı müəyyən edilməməklə yanaşı cavabdeh məhkəmə iclasında iddiaçının müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işləri aparılarkən, onun buna imkan vermədiyini, nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin əməkdaşlarının ölçü işlərini apara bilmədiklərini və çıxıb getdiklərini etiraf etmişdir. Maneə istənilən bir müqaviməti ehtiva etdiyindən və özü tərəfindən maneənin yaradılması cavabdeh tərəfindən təsdiq edildiyindən maneənin nədən ibarət olmasının əlavə əsaslandırılmasına zərurət yoxdur. Yuxarıda şərh edildiyi kimi X1 miras qalmış əmlakın İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair Zərdab rayon Məhkəməsinin 2(035)-120/2021 nömrəli qətnaməsi mübahisəli əmlaka dair sənədləşdirmə işlərinin aparılması üçün əsas qismində çıxış edəcək rəsmi sənəddir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə verilmiş Zərdab rayonu Gəlmə kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Ona görə də Cavabdeh İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneənin aradan qaldırılması barədə iddianı təmin etməkdə haqlı olmuşdur.
43. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
44. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 nömrəli qətnaməsi apelyatorun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(035)-779/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.