Məhkəmə qərarları › İş №2(107)-406/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-406/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-406/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)-16/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)-16/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə maddi zərərin əvəzinin ödənilməsi üçün verilmiş 5981,40 manat sığorta ödənişi, 30,00 manat dövlət rüsumu cəmi 6011 (altı min on bir) manat 40 (qırx) qəpiyin tutulması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 məxsus olan və “xxxx” Sığorta Şirkəti ASCdə sığortalanmış “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi zərərin əvəzi qismində ödənilmiş 5981,40 manat sığorta məbləği, və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu - cəmi 6011,40 manat məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X8 arasında bağlanmış 03.05.2016-cı il tarixli sığorta müqaviləsinə əsasən sonuncuya məxsus “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 02.05.2017-ci il tarixədək sığorta edilmişdir. Sığorta müddətində, 26.09.2016-cı il tarixdə Bakı şəhəri Mətbuat prospektində cavabdehin idarə etdiyi “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil X4 idarə etdiyi “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X4 idarə etdiyi “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Yol nəqliyyat hadisəsi “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, hazırki iş üzrə cavabdehin təqsiri üzündən, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində baş vermişdir. 26.09.2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərar əsasında cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar avtomobilə dəymiş maddi zərərin ümumi miqdarı 11.302,00 manat müəyyən edilmiş və həmin məbləğdən 320,60 manat azadolma məbləği çıxıldıqdan sonra qalan 10.981,40 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 (beş min) manat müəyyən edilmiş və 5000 (beş min) manat məbləğ cavabdehin mülki məsuliyyətini sığortalamış “xxxx” Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir. Yol nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş verdiyindən 10.981,40 manat maddi zərər məbləğinin cavabdehin mülki məsuliyyətini sığortalamış sığortaçının öhdəliyindən artıq qalan 5981,40 manat həcmində hissəsi (10.981,40 manat - 5000,00 manat = 5981,40 manat) cavabdeh tərəfindən ödənilməlidir. 5981,40 manat məbləğin ödənilməsi cavabdehdən tələb edilmişdir, lakin cavabdeh indiyədək həmin məbləği ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 5981,40 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumu - cəmi 6011,40 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 26 sentyabr 2016-cı il tarixdə o, idarə etdiyi “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Mətbuat prospekti ilə A.Sultanov küçəsinin kəsişməsində hərəkətdə olarkən svetoforun qırmızı işığında dayanıb gözləmişdir. Onunla eyni istiqamətdə hərəkətdə olan “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 həmin vaxt əlində olan telefonla məşğul olmuşdur. Svetoforun yaşıl işığı yandıqdan sonra o, avtomobili hərəkət etdirərək sola dönmək üçün yolun sol zolağına çıxmışdır. Bu zaman X4 idarə etdiyi “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol küncündən vurmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilin yalnız arxa işığının qapağı sınmışdır. Hadisə baş verməzdən əvvəl o, Mətbuat prospekti ilə, üç hərəkət zolağı olan yolda ortada olan zolaqla, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil isə sol tərəfdəki zolaqla A.Sultanov küçəsi istiqamətində hərəkətdə olmuşlar. O, ortada olan zolaqla hərəkət etdiyindən həmin ərazidə olan yol nişanlarının tələblərinə görə onun həm sola dönmək, həm də düz xətt üzrə hərəkət etmək hüququ olmuşdur. Sol tərəfdəki zolaqla hərəkət edən avtomobilin isə yalnız sola dönmək hüququ olduğu halda, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü A.Sultanov küçəsi istiqamətində düz xətt üzrə hərəkət etmiş və o, sola dönən zaman “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol küncündən vurmuşdur. 26 sentyabr 2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən iş üzrə yol nəqliyyat hadisələri ekspertizası təyin olunmamış, hadisənin baş verməsində “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsirinin dərəcəsi müəyyən edilməmişdir. Hesab edir ki, yol nəqliyyat hadisəsi “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsiri üzündən baş vermişdir. Ona görə də yol nəqliyyat hadisəsində X4 təqsirli olub-olmamasını dəqiqləşdirmək üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar cavabdehin qeyd olunan vəsatəti əsasında yol nəqliyyat hadisəsi zamanı “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olubolmadığını müəyyən etmək üşün məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən vəsatət verilərək hadisə baş verən vaxt hadisənin baş verdiyi yol ayrıcında hansı üfüqi nişanlanma xəttləri və yol nişanları mövcud olduğu, həmin ərazidə svetoforun işləmə rejimi, yəni svetoforda olan əsas və əlavə bölümdə yaşıl işığın yanma ardıcıllıqları, yolun hərəkət hissəsinin profili ilə bağlı zəruri məlumatların təqdim edilməsi tələb olunmuşdur. Vəsatətin icrasını təmin etmək məqsədi ilə müvafiq orqanlara sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin hazırki vəziyyətinə dair məlumatlar məhkəməyə təqdim edilmiş, eyni zamanda, hadisənin baş verdiyi vaxtdan indiyədək hadisənin baş verdiyi yol ayrıcında üfüqi nişanlanma xəttləri və yol nişanlarının,həmçinin, svetoforun işləmə rejiminin dəfələrlə dəyişdiyini, əvvəlki illərə aid arxiv məlumatlarının saxlanılmadığı və müəyyən müddət keçdikdən sonra məhv edildiyi qeyd edilmişdir. Bu səbəbdən iş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasını keçirmək mümkün olmamışdır. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallara dair izahatında qeyd etdiyi xüsusatlarla bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, həmin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında da təkrarən bildirmişdir ki, yol nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir, ona görə də hesab edir ki, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan onun tərəfindən ödənilməli deyil. Eyni zamanda, yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olsaydı da, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı zərər aktında qeyd edildiyi qədər olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2(054)-16/2020- saylı mülki işin materiallarında qardaşı olan Cavabdeh idarə etdiyi «Ford Transit» markalı, AZ48BC388 dövlət qeydiyyat nömrəli avtomobillə 26.09.2016-cı il tarixində Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində hərəkətdə olarkən «Mersedes GL 63» markalı AZ **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyi, avtoqəza nəticəsində «Mersedes GL 6.3» markalı AZ **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 yekunda 10.981,40 (on min doqquz yüz səksən bir manat qırx qəpik) maddi zərər dəydiyini, həmin zərərin 5000 (beş min) manatın cavabdehin yəni qardaşı Cavabdeh mülki məsuliyyətini sığortalamış «xxxx» Sığorta Şirkəti ASC tərəfindən iddiaçı olmuş şəxsə ödənildiyini, qalan 5981,40 (beş min doqquz yüz səksən bir manat qırx qəpik) məbləğində pulun bu günə qədər ödənilmədiyini həmin məbləğə 30 (otuz) manat dövlət rüsumu əlavə edilməklə ümumilikdə cavabdeh olan qardaşından 6011.40 (altı min on bir manat qırx qəpik) pulun tutulmasını iddiaçının nümayəndəsi X2 məhkəmədən əsassız olaraq xahiş etmiş, hakim Kamran Süleymanov tərəfindən bu əsassız iddia təmin edilmişdir. Baş vermiş avtoqəza ilə əlaqədar AR DİN BDYPİ-nin Bakı şəhəri Yasamal rayon DYPİ tərəfindən 26.09.2016-cı il tarixində inzibati protokol tərtib edilmiş, həmin protokolda cavabdeh olan qardaşı Cavabdeh işıqforun yanında manevr qaydasını pozduğu qeyd edilmiş, barəsində inzibati Protokol tərtib edilməklə cərimə cəzası tətbiq olunmuşdur. Hadisə zamanı «zərərçəkmiş X8 naməlum səbəbdən idarə etməni itirərək idarə etdiyi Mersedes GL 63» markalı AZ **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə cavabdeh olan qardaşı Cavabdeh idarə etdiyi» Ford Transit markalı AZ **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə arxadan toqquşmuşdur. Hadisə yerinə gəlmiş «xxxx» Sığorta Şirkəti ASCnin əməkdaşları hadisənin foto şəkillərini çəksələr də, sonradan həmin fotoşəkilləri məhkəməyə təqdim etməyərək gizlətmişlər. Eyni zamanda X5 dəymiş zərərin ümumi məbləğinin 10.981,40 (on min doqquz yüz səksən bir manat qırx qəpik) olduğunu sübut edəcək hər hasnı bir sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Avtomobilin hansı avtomobil təmiri servisində təmir olunduğunu, avtomobil üzərində nə kimi təmir işlərinin aparıldığını, çəkilən xərclər və ümumi ödənilmiş məbləğin miqdarını sübut edəcək hər hansı bir sənəd və ya ödəniş qəbzinin məhkəməyə təqdim edilməməsi, dəymiş zərərin süni şəkildə dəfələrlə şişirdildiyinə əyani sübutdur. Mersedes GL 63 AZ-**-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı Avtomobil təmiri Servisində təmir olunduğunu, təmir üçün ödənilmiş ümumi məbləğin miqdarını sübııt edəcək hər hansı bir sənəd və ya ödəniş qəbzinin zərərçəkmiş X3 tələb etməsi xahişi ilə cavabdeh olan qardaşım Cavabdeh tərəfindən məhkəmə iclası zamanı qaldırılan şifahi vəsatət prossesə sədrlik edən hakim Kamran Süleymanov tərəfindən qərəzli şəkildə təmin edilməmiş, nəticədə hakim cənab Kamran Süleymanov tərəfindən tam qeyri obyektiv məhkəmə qətnaməsi qəbul edilmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)- 16/2020 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)-16/2020 nömrəli qətnaməsinin iddianın təmin edilmiş 859.4 manata aid hissəsi ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 5981.4 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının 859.4 manata aid hissəsi təmin edilməməli və qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 30.10.2015-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 01.07.2008-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətlərindən müəyyən edilir ki, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur və onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İşdə olan 03.05.2016-cı il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, X5 məxsus olan “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 03.05.2016-cı il tarixdən 02.05.2017-ci il tarixədək sığorta edilmişdir. İşdə olan 25.01.2014-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 15.03.2016-cı il tarixdə verilmiş etibarnamənin surətlərindən müəyyən edilir ki, cavabdeh “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. İşdə olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X9 Yol-Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş 26.09.2016-cı il tarixli KYP 594882 nömrəli inzibati xəta haqqında protokol və qərardan, həmin protokola əlavə edilmiş digər sənədlərin surətlərindən müəyyən edilir ki, hazırki iş üzrə cavabdeh etibarnamə ilə idarə etdiyi “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə 26.09.2016cı il tarixdə Bakı şəhəri Mətbuat prospektində yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan 28.09.2016-cı il tarixli zədə aktından və ona əlavə edilmiş sənədlərin surətlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən sığorta edilmiş “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 11.302,00 (on bir min üç yüz iki) manat müəyyən edilmişdir. İşdə olan 20.10.2016-cı il tarixli 031772 nömrəli və 07.12.2016-cı il tarixli 033492 nömrəli sığorta aktlarından, 16.11.2016-cı il tarixli 4726 nömrəli və 07.12.2016-cı il tarixli 5084 nömrəli kassa məxaric orderlərinin surətlərindən müəyyən edilir ki, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 11.302,00 manat maddi ziyanın əvəzinin ödənilməsi üçün həmin məbləğdən 320,60 manat azadolma məbləği çıxıldıqdan sonra qalan 10.981,40 manat iddiaçı tərəfindən ödənilmişdir. İşdə olan 13.03.2017-ci il tarixli pretenziya məktubunun surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş 10.981,40 manat maddi zərər məbləğinin cavabdehin mülki məsuliyyətini sığortalamış sığortaçının öhdəliyindən artıq qalan 5981,40 manat həcmində hissəsinin ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda, məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan 14.09.2017-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 883.1, 903.1, 936.1, 936.2, 1108.1 və 1115-ci maddələrinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X5 məxsus olan “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 03.05.2016-cı il tarixdən 02.05.2017-ci il tarixədək sığorta edilmişdir. 26.09.2016-cı il tarixdə cavabdehin idarə etdiyi “FORD TRANSİT” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Mətbuat prospektində X5 məxsus olan “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “MERCEDES GL63” markalı ** RR *** avtomobilə maddi zərər dəymişdir. 26.09.2016-cı il tarixli inzibati xəta haqqında protokol əsasında həmin tarixli qərarla hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 11.302,00 manat müəyyən edilmişdir. “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 11.302,00 manat maddi ziyanın əvəzinin ödənilməsi üçün həmin məbləğdən 320,60 manat azadolma məbləği çıxıldıqdan sonra qalan 10.981,40 manat iddiaçı tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müəyyən edilmiş 5000 (beş min) manat icbari sığorta məbləği cavabdehin mülki məsuliyyətini sığortalamış “xxxx” Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 10.981,40 manat maddi zərər məbləğinin cavabdehin mülki məsuliyyətini sığortalamış sığortaçının öhdəliyindən artıq qalan 5981,40 manat həcmində hissəsinin ödənilməsi pretenziya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 5981,40 manat sığorta məbləği və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərara, sığorta şəhadətnaməsinə, sığorta aktlarına və sığorta ödənişinin verilməsi barədə kassa məxaric orderlərinə istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermədiyini, yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olsaydı da, “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarının zərər aktında qeyd edildiyi qədər olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq birinci instansiya məhkəməsinə hər hansı rəsmi sənəd və ya digər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin verdiyi izahatın yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermədiyinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair 26.09.2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirilmişdir. Cavabdehin həmin qərardan narazı qaldığı halda, qanunla müəyyən edilmiş müddətdə yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququ olsa da, bu hal müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin xahişi ilə yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə olan təhlükəsizlik kameralarının görüntülərinin çıxarışının məhkəməyə təqdim edilməsini təmin etmək məqsədi ilə məhkəmə prosesi təxirə salınsa da, cavabdeh izahatında qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, cavabdehin izahatında qeyd etdiyi xüsusatlar maddi məsuliyyətdən azad olunmaq niyyəti ilə verilmişdir. İddiaçı isə iddia tələbi bağlı bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən iddiaçının öz iddia tələbində qeyd etdiyi xüsusatlar və təqdim etdiyi sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişir ki, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair 26.09.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməsi faktı sübut edilmişdir və buna görə də, yol nəqliyyat hadisəsi nəticəsində “MERCEDES GL63” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 10.981,40 manat sığorta məbləğinin ödənilməmiş qalan 5981,40 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməsini qət etməklə həmin məbləğin 859.4 manata aid hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və iddianın qətnamənin ləğv olunmuş hissəsində rədd edilməsinə əsas olan hallar müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(107)-406/2021 nömrəli qərardadı ilə iş üzrə rəy verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 06 may 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1408 nömrəli, 23 aprel 2021-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, “xxxx” GmbH Azərbaycan MMC-nin 28.09.2016-cı il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Mercedes GL 63” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10122,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, “xxxx Sığorta” ASC-nin 19.10.2016-cı il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Mercedes GL 63” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3752,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən daha artıq olduğunu müəyyən edir və hesab edir ki, artıq heablanmış məbləğlə bağlı tələb təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməsini qət etməklə iddia tələbinin 859.4 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)-16/2020 nömrəli qətnaməsinin iddianın təmin edilmiş 859.4 manata aid hissəsi ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 5981.4 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının 859.4 manata aid hissəsi təmin edilməməli və qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(054)-16/2020 nömrəli qətnaməsinin iddianın təmin edilmiş 859.4 manata aid hissəsi ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 5981.4 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının 859.4 manata aid hissəsi təmin edilməsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar