Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-406/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “aralarında olan razılığa əsasən bölünmüş fərdi yaşayış evinin ona aid olan hissəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüququna olan maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “aralarında olan razılığa əsasən bölünmüş fərdi yaşayış evinin ona aid olan hissəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüququna olan maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(037)-22/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********68-10301 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq verilmiş Çıxarış üzrə mülkiyyətində olan, İsmayıllı rayon Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evinin şərti olaraq cavabdehlərlə aralarında olan qeyri-rəsmi müəyyən olunmuş bölgüyə uyğun onun və ailəsi tərəfindən istifadə edilən alt-üst iki otaqdan ibarət hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması və cavabdehlər tərəfindən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(037)-22/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan zirzəmi hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya icraatında baxılan zaman iş üzrə digər Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(037)-22/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 etiraz etmədiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbаycаn Respublikаsı Mülki Prossesual Məcəlləsinin 254.1.4-cü mаddəsinə əsаsən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Həmin Məccələnin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Həmin Məccələnin 254.2-ci maddəsinə əsasən məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-406/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə Cavabdeh2 apellyasiya şikayəti MPM-nin 361ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-406/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(037)-22/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(037)-22/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-406/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-406/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver