Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-412/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul kompensasiyasının ödənilməsi” tələbi, rədd) X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin iddiaçı və cavahdehin payına uyğun olaraq naturada bölgüsü, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyəri müəyyən olunaraq həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadıqda avtomobilin istismara tam yararlı vəziyyətdə real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı X7 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli2(033)-90/2022 nömrəli qətnaməsi ilə 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində onun ikidə bir hissədə payı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-l006/2022 nömrəli qətnaməsi ilə, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 530/2023 nömrəli qərarı ilə payların miqdarı dəyişdirilmədən saxlanılmışdır. ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ikidə bir hissədə payının müəyyən edilməsi barədə iddia qaldırdığı zaman və məhkəmə baxışı zamanı həmin avtomobil saz vəziyyətdə olmuş və cavabdeh tərəfindən mütəmadi istismar olunmuşdur. Bu fakt məhkəmənin müvəqqəti təminat tədbiri kimi avtomobilin üzərinə həbs qoyulması barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən də məlumdur. - Məhkəmə qərarı ilə həmin avtomobilin üzərində ikidə bir hissədə payı müəyyən olunandan sonra cavabdeh tərəfindən həmin avtomobil yararsız vəziyyətə salınmış, ehtiyat hissələri üzərindən sökülərək istismardan çıxarılmışdır. Avtomobili qəsdən yararsız hala salaraq onun satışından əldə olunacaq vəsaitdən ona çatası məbləği azaltmaq və ya istisna etmək məqsədi güdmüşdür. Həmin avtomobil hazırda cavabdehin sahibliyindədir və istismar olunmayacaq vəziyyətdədir. 2005-ci il istehsalı olan "Subaru Tribeca” markalı avtomobilin orta bazar dəyəri iddia verilən tarixdə 16000 manat idi. Hazırda həmin markalı avtomobilin dəyəri avtomobil satışı saytı olan turbo.az internet saytında (https://turbo.az/autos/7716023subaru-b9-tribeca) 14600 manat qeyd olunmuşdur. Cavabdeh tərəfindən istismara yararsız hala salınmış və bunun nəticəsində dəyəri kəskin azalmış avtomobilin hərrac yolu ilə satılması və satış məbləğinin bərabər bölünməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnəcək. Bunun baş verməməsi üçün ya istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı onun xeyrinə cavabdehdən tutulmalı, ya da avtomobilin hərracda satılmasından əldə olunan vəsaitdən istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyərinin yarısı həcmində vəsait ona verilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minəndən sonra cavabdehə avtomobili sataraq dəyərinin aralarında bölünməsini təklif etmişdir. Lakin cavabdeh buna razılaşmamışdır. Avtomobildən heç bir pay ala bilməyəcəyini bildirmişdir. Məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur.
4. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın təmin edilməsi, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 (altı min) manat məbləğində pul kompensasiyasının Cavabdeh alınaraq iddiaçı X5 verilməsi, iddia tələbinin 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin iddiaçı X3 və Cavabdeh payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi, 6000 manat məbləğində pul kompensasiyasının Cavabdeh alınaraq iddiaçı X5 verilməsinə dair hazırkı qətnamənin icra edilməsi, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin Cavabdeh ayrıca mülkiyyətinə qeydə alınması üçün əsas olması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 222.1, 215.2, 220.3, 220.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə Cavabdeh qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əl-üz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisionerin Cavabdeh qalması, 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manat ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi, 26 noyabr 2019-cu il tarixli onunla X18 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020-ci il tarixli onunla X11 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh X1 ilə aralarında bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv ediməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı borcun bərabər bölünməsi tələbinə dar qarşılıqlı iddiasının həmin hissədə təmin edilməsi 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə yaranmış borcun yerdə qalan 89.296,32 manat hissəsi hər birinə ½ olmaqla bölünməsi, Cavabdeh və İddiaçı hər birinin borcunun ayrı-ayrılıqda 44,648.16 manat məbləğində müəyyən edilməsi, Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsinin nəticə hissəsində ilk iddia üzrə Cavabdeh alınıb İddiaçı verilməli olan əmlaklar “naturada və ya onların dəyəri 9372.5 manat” söz birləşməsinə daxil olan “və ya” söz birləşməsinin “onlar mövcud olmadıqda” söz birləşməsi ilə əvəz edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 07 mart 2023- cü il tarixli 2(102)-530/2023 saylı qərarından görünür ki, Balaməmmdov Akif Sayad oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 9/374-8/241 saylı rəyindən görünür ki, Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil baxış təqdim olunduğu vəziyyətdə istismara yararlıdır. 2005-ci il buraxılışlı, “Subaru Tribeca” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti təxminən 12000,00 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, X2 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmək barədə qərar qəbul etmişlər. X10 həmin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiya xərcini ödəmişdir.
7. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Əyyub Kərimov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(102)-367/2024 nömrəli qərarı ilə Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin hazırlıq iclasında izahat verərkən məhkəmənin diqqətinə çatdırmışdır ki, birgə nikah dövründə əldə olunmuş və cavabdehlə ümumi paylı mülkiyyətlərində olan mübahisə predmeti olan həmin avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətizdirmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12000 manat dəyərləndirmişdir. Həmin avtomobilin yarı dəyəri kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə ümumi paylı mülkiyyətdə olan həmin avtomobil hərraca çıxarılmalı və hərrac yolu ilə satılmalı və satış pulu aralarında paylarına (1/2) mütənasib surətdə bölüşdürülməlidir.
12. Halbuki, məhkəmə ümumi paylı mülkiyyətlərində olan daşınar əşya sayılan avtomobili açıq hərracdan satılmasına və satışdan əldə edilən pulun paylarına mütənasib olaraq bərabər bölünməsinə qərar vermək əvəzinə əsassız və qanunsuz olaraq ondan avtomobilin real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 manat pulun alınaraq cavabdehə verilməsinə qərar vermişdir.
13. Beləliklə məhkəmə bu qətnamə ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Mülki Məcəllənin qeyd etdiyi maddələrinin tələbindən də görünür ki, ümumi paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlara xitam növündə tərəflər razılığa gələ bilmədikdə həmin əmlak fiziki bölünür, bu mümkün olmadıqda isə açıq hərracdan satılması yolu ilə ümumi paylı mülkiyyət hüquqlarına xitam verilir.
15. Eyni zamanda bildirir ki, onun məhkəmə hazırlıq iclasında verdiyi ifadəsindən də görünür ki, o, mübahisə predmeti olan avtomobilin dəyərləndirilməsinə dair ekspert rəyindən narazıdır və avtomobilin dəyərinin yarısının əvəz edilməsi yolu ilə avtomobil üzərində iddiaçının ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə razı deyildir.
16. Buna baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərini pozaraq iddiaçı ilə paylı mülkiyyətlərində olan avtomobilin dəyərinin yarısının ondan alınaraq iddiaçıya kompensasiya (əvəz) verilməsinə qət etmişdir. Bununla da, birinci instansiya məhkəməsi onun mülkiyyət hüquqlarını pozmuşdur.
17. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
18. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş edir.
19. Halbuki, məhkəmə işə mahiyyəti üzrə baxılmasının başa çatdığını bildirərək təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Beləliklə məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmadan, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətinə münasibət bildirmədən, vəsatətimi təmin etmədən, eyni zamanda yazılı vəsatət verilməsi üçün vaxt vermədən işi məhkəmə baxışına vermiş və bununla da mülki prosessual pozuntuya yol vermişdir. 20.Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 212-ci maddəsində qeyd edilir ki, məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları yenidən tədqiq etməyi zəruri hesab edərsə, o, işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarır, həmin qərardad protokola yazılır.
21. Lakin birinci istansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları yəni iddia tələbi üzrə mübahisə predmeti olan avtomobilin real bazar qiymətinin təkrar qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin etmədən və real bazar qiymətini müəyyən etmədən qətnamə qəbul etmişdir.
22. Odur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 01 iyul 2024-cü il tarixli, e-2(033)-102/2024 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X3 ona qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X7 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
31. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
32. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(102)-367/2024 nömrəli qərarı ilə Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1104/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025ci il tarixli, 2(102)-367/2024 nömrəli qərarında göstərilmişdir ki, kassasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində əks olunan hüquqi məsələləri nəzərdən keçirərək, avtomobilin bazar dəyərinin yarısı məbləğində pul kompensasiyasının cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqi ilə bağlı qətnaməsində gəldiyi qənaət, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixdə qəbul etdiyi qərardada nəzərdə tutulmuş hüquqi mövqeyə uyğun deyildir.
34. Belə ki, adı çəkilən həmin qərardadda müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə paylı əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.
36. Mülki Məcəllənin 221-ci maddəsində isə onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə həmin qərardadda göstərilən qaydada həll olunmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödəniləcək 2.100 manat pul sonuncudan alınaraq ona verilmədiyindən Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən mübahisələndirlən avtomobilin hərraca çıxarılmasını qeyd etsə də, məhkəmələr həmin halı işin hallarına uyğun araşdırmamışlar.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
39. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)- 102/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
43. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
44. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
45. Hazırkı iş üzrə əşyanın naturada bölgüsünün mümkün olmaması mübahisəsiz halıdır.
46. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalıdır.
47. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
48. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
49. Tərəflərə gələcəkdə yalnız əşyanın məhkəmə qərarı ilə hərracdan satılması üzrə iddia qaldırmaq hüquqları izah olunur.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 Cavabdeh qarşı “2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin iddiaçı və cavahdehin payına uyğun olaraq naturada bölgüsü, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyəri müəyyən olunaraq həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.