Məhkəmə qərarları › İş №2(107)-414/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-414/2022

02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-414/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, üçüncü şəxs Bank of Baku ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı “Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin 6676 nömrəli, 08 iyun 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin 6676 nömrəli, 08 iyun 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan "xxxx" ASC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə daxil olmuş ərizələrində, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş və iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin 6676 nömrəli, 08 iyun 2021-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 3938.19 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi təklif edilmişdir. İcra qeydi barədə məlumatı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən 7 gün əvvəl xəbərdarlıq məktubu gəldikdən sonra olmuş və iddia ərizəsinə əlavə etdiyi icra qeydinin surətini icra məmurundan almışdır. Həmin icra qeydini aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, "xxxx" ASC-nin Şəki filialı ilə 2019-cu il tarixdə arasında güzəşt müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, hər ay həmin borcdan vaxtı- vaxtında ödənişlər etmişdir. Bəs onda necə ola bilər ki, onun banka 3918.19 manat borcu qalır. Göründüyü kimi icra qeydində göstərilən borc mübahisəlidir. Bundan başqa bank tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlıq göndərməli idi. Lakin həmin xəbərdarlıq-bildiriş ona göndərilməmiş və ya çatdırılmamışdır. Əgər bank tərəfindən ona bildiriş göndərilsə idi, o, öz etirazını bildirərək banka cavab məktubu göndərərdi. Odur ki, cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin 6676 nömrəli, 08 iyun 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu məhkəməyə daxil olmuş məktublarında notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş. Sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır. "xxxx" ASC-nin Şəki filialı ilə 2019-cu il tarixdə aramızda güzəşt müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, hər ay həmin borcdan vaxtı-vaxtında ödənişlər etmişdir. Bəs onda necə ola bilər ki, onun banka 3918,19 manat borcu qalır? Göründüyü kimi icra qeydində göstərilən borc mübahisəlidir. Bundan başqa bank tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlıq göndərməli idi. Lakin həmin xəbərdarlıq-bildiriş nə ona göndərilməmiş, nə də ki, çatdırılmamışdır. Əgər bank tərəfindən ona bildiriş göndərilsəydi, o öz etirazını bildirərək banka cavab məktubu göndərərdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Bank of Baku ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Bank of Baku ASC tərəfindən İddiaçı 1 il güzəşt müddəti olmaqla olmaqla 60 ay müddətinə illik 1 faiz şərti ilə 3896.68 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş 06 aprel 2021-ci il tarixli icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, Bank of Baku ASC tərəfindən İddiaçı 3896.68 manat kredit götürdüyü, 06 aprel 2021-ci il tarixinə 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli sənəddən irəli gələrək 3891.47 manat əsas borc, 24.41 manat faiz borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notariuas tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş 09 aprel 2021-ci il tarixdə İddiaçı çatdırılmışdır. "xxxx" ASC tərəfindən göndərilmiş notariat icra qeydi haqqında 08 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Bank of Baku ASC 08 iyun 2021-ci il tarixinə 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli müqavilə üzrə 3891.47 manat əsas borc, 26.72 manat faiz borcunun İddiaçı tutulması ilə bağlı Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisində təsdiq edilmiş 08 iyun 2021-ci il tarixli, 8İ-6676 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Nümayəndə2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069. Bakı şəhəri Nərimanov rayonu, X1, ev 42 ünvanında yerləşən “Bank of of Baku" ASC xeyrinə ünvan 2diyyatda olan İddiaçı (AZE0*******, 05.06.2012-Şəki) FR/45250/70/13 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2394,46 manat tutulsun. Bundan əlavə təklif emişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3938.19 manat pul tutulsun. Həmin icra qeydi 08 iyun 2021-ci il tarixdə aparılmış və elektron qaydada imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun 76-cı maddəsinə və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161 və 162-ci bəndlərinə istinad etməkdə haqlı olmuşdur. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbindən də göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərim borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. Göründüyü kimi İddiaçı hazırki iddiasının əsası kimi "xxxx" ASC tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini və icra qeydində notariusun imzasının olmadığını göstərmişdir. Halbuki, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisində təsdiq edilmiş 08 iyun 2021-ci il tarixli, 8İ-6676 reyestr nömrəli icra qeydinin surətindən görünür, həmin icra qeydi elektron qaydada imzalanmış, buna görə də həmin icra qeydinin imzalanmasına zərurət qalmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş 06 aprel 2021-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş bildirişdən görünür ki, Bank of Baku ASC tərəfindən İddiaçı 3896.68 manat kredit götürdüyü, 06 aprel 2021-ci il tarixinə 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli sənəddən irəli gələrək 3891.47 manat əsas borc, 24.41 manat faiz borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notariuas tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş 09 aprel 2021-ci il tarixdə İddiaçı çatdırılmışdır. 08 iyun 2021-ci il tarixdə isə "xxxx" ASC 06 aprel 2021-ci il tarixinə 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli müqavilə üzrə 3891.47 manat əsas borc, 26.72 manat faiz borcun İddiaçı tutulması ilə bağlı Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Beləliklə Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin notariusu tərəfindən “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə İddiaçı iddiasını əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin 6676 nömrəli, 08 iyun 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası konkret olaraq iddiaçının apellyasiya şikayətində onun müqaviləyə əsasən ödəməli olduğu borcu hər ay vaxtı-vaxtında ödəməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd etdiklərini təsdiq edən heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin, ona bank tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildirişxəbərdarlıq göndərilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş 06 aprel 2021-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş bildirişdən görünür ki, Bank of Baku ASC tərəfindən İddiaçı 3896.68 manat kredit götürdüyü, 06 aprel 2021-ci il tarixinə 25 iyul 2019-cu il tarixli, FR/45250/70/13 nömrəli sənəddən irəli gələrək 3891.47 manat əsas borc, 24.41 manat faiz borcunun ödənilmədiyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notariuas tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişə əlavə edilmiş qəbzdən görünür ki, qeyd edilən bildiriş 09 aprel 2021-ci il tarixdə İddiaçı çatdırılmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1635/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar