Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-421/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 Möhsüm qızı və Cavabdeh6nə qarşı «müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1504/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1504/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********35-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olmaqla, ümumi sahəsi 121.7 kv.m olan fərdi yaşayış evinin evdə qeydiyyatda olanların razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhdəliyi Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən, ümumi sahəsi 121.7 kv.metrdən ibarət olan fərdi yaşayış evinə münasibətdə onunla həmin evdə qeydiyyatda olan və yaşayan X5 arasında cavabdehlər Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh5 Möhsüm qızının razılıqları olmadan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyinin Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, o, xx xxxxxx 1935-ci il tarixdə Şəki rayonunda andan olmuşdur. 1959-cu il tarixdə X2 ilə ailə qurmuşdur. Arvadı xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Belə ki, Şəki rayonu Böyük Dəhnə kəndində 0.5809 ha torpaq sahəsində xüsusi mülkiyyət hüququ üzrə 121.7 kv.m fərdi yaşayış evi vardır. Bununla bağlı ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx xxxxxx 2020-ci il tarixli Çıxarış verilmişdir. Bundan əlavə ƏMDK yanında DƏDRXnin 12 saylı X14 tərəfindən fərdi yaşayış evinə reyestr nömrəsi **********35-10301 olan texniki pasport verilmişdir. Çıxarışdan və texniki pasportdan göründüyü kimi fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında onun, torpaq sahəsi ümumi birgə digər hüquq subyektlərinin adına işlənilmişdir. O, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə müraciət edərək mükiyyətində olan fərdi yaşayış evini qızı X3 bağışlamaq üçün müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, 1661 nömrəli məktubunda evdə qeydiyyatda olanların razılığı olmadan müqavilənin rəsmiləşdirilməsinin qeyri-mümkün olduğu, qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan və yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıq ərizələri təsdiq edildiyi halda daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müvafiq notariat hərəkətlərinin aparılacağı bildirilmişdir. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət edilsə də, onlar qəsdən həmin fərdi yaşayış evində on ildən artıq müddətə yaşamasalar da razılıq ərizəsini verməmişlər. Cavabdeh2 ailəsi ilə Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında eyni təsərrüfatda qeydiyyatda olsa da 2010-cu ildən nümayəndəlik ərazisində yaşamır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və vəkili X9 iddianı müdafiə etdiklərini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Ağası oğlu ancaq özünə düşən payı X3 bağışlaya bilər. Belə ki, Şəki rayonu Böyük Dəhnə kəndində 0.5809 ha torpaq sahəsində xüsusi mülkiyyət hüququ üzrə 121.7 kv.m fərdi yaşayış evi anası X2 ilə birgə nikah dövrü əldə edilmiş və çıxarışın verilməsi üçün əsas qeydiyyat vəsiqəsi olmuşdur. Bundan başqa o, anası öldükdən sonra Şəki rayonu Böyük Dəhnə kəndində yaşamaqla bərabər qeydiyyatdadır və mirası qəbul etmişdir. Mülk birgə nikah dövründə əldə edilibsə, atanın ölümündən sonra mülkün yarısı anaya çatır və əlavə olaraq atanın payı da ana və övladları arasında bərabər bölünür. Yəni, anaya 50%+atanın payından çatan hissə verilir. Qanunvericilikdən də görünür ki, İddiaçı hazırda payının ½ hissəsini bağışlaya bilər. Şəxs birgə nikah dövrün qazanılmış və vərəsəlik hüququ ilə məhdudlaşmış əmlakla bağlı bağışlama müqaviləsi bağlaya bilməz. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər X8, Cavabdeh4, Cavabdeh5 Möhsüm qızı və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X8, Cavabdeh4, Cavabdeh5 Möhsüm qızı məhkəmə iclasına gəlməmiş, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəmoasinin 30.10 2020-ci il tarixli qətnaməsi qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mübahisənin mahityyətindən görünür ki, hazırki iş öhdəliyin icrasına aid işdir. Bu səbəbdən hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin belə bir tələbə baxması qanunsuzdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1504/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1504/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 Möhsüm qızı və Cavabdeh6 (nümayəndəsi) işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1504/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X14 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********35- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 121.7 kv.m fərdi yaşayış evi İddiaçı tam, evin yerləşdiyi 0.5809 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X5, Cavabdeh2, X8, Cavabdeh5 Möhsüm qızı və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X14 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən fərdi yaşayış evi İddiaçı tam, evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X5, Cavabdeh2, X8, Cavabdeh5 Möhsüm qızı və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1661 saylı Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən fərdi yaşayan evinin evdə qeydiyyatda olanların razılığı olmadan bağışlanılması qeyri-mümkündür. İşdə olan ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən fərdi yaşayan evində aşağıdakılar qeydiyyatdadır: X2 (xx.xx.1941), İddiaçı (xx.xx.1935), Cavabdeh2 (xx.xx.1973), X8 (xx.xx.1996), Cavabdeh4 (xx.xx.1998), Cavabdeh5 Möhsüm qızı (xx.xx.1972). İşdə olan xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, X10 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.2, 152.1, 152.5, 324.1, 324.2, 324.4 və 324.5, 389.1, 390, 397.2 və 666.1-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40 və 45-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X10 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina edilməsi üçün əsas olan hallar sadalanmışdır :
1. hərəkətin aparılması qanuna zidd olduqda;
2. hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;
3. hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
4. hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;
5. qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;
6. notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
7. əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin Qanunun 45-ci madəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən fərdi yaşayış evi İddiaçı tam, torpaq sahəsi İddiaçı, X5, Cavabdeh2, X8, Cavabdeh5 Möhsüm qızı və X1 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı həmin fərdi yaşayış evini qızı X3 bağışlamaq istəsə də evdə qeydiyyatda olan şəxslər notariusa gedərək buna razılıq vermədikləri üçün notarius müqavilənin bağlanmasından imtina edir və iddiaçı konstitusion hüquqlarından istifadə edə bilmir. İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh2 isə iddianı qəbul etmir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Göründüyü kimi Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. İddiaçı özünün konstitusion hüquqlarından istifadə edərək əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilər. Odur ki, iddiaçının tələbi qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********35-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olmaqla, ümumi sahəsi 121.7 kv.m olan fərdi yaşayış evinin evdə qeydiyyatda olanların razılığı olmadan bağışlanılması barədə müqavilənin rəsmiləşdirilməsi öhdəliyi Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulmalıdır. Tələb etməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki işə aidiyyat qaydalarına riayət etməklə baxmaqda və bağışlanan əmlakın ər-arvadın birgə mülkiyyəti deyil, hazırki iş üzrə İddiaçı məxsus olduğundan onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1504/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1504/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov