Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-425/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cаvаbdеh Cavabdeh iştirakı ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(016)-701/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh 1000, 2000 və 3000 manat olmaqla, hissə-hissə cəmi 6000 manat borc pul verdiyini, həmin pulun 3600 manatının cavabdeh tərəfindən qaytarılmadığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 AZN və 56 manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qohumluq əlaqələri olduğu üçün onunla münasibəti əvvəllər çox yaxşı olmuşdur. Fəxrəddin bir qohum kimi onlarda olarkən söhbət əsnasında eşitmişdir ki, o bankdan kredit götürmək istəyir. Kredit götürməmişdən əvvəl Cavabdeh bir neçə dəfə onlara gedərək bildirmişdir ki, onun adı qara siyahıda olduğu üçün ona banklar kredit vermir və xahiş etmişdir ki, o bankdan pul götürəndə ona versin, o hər ay banka özü ödəniş edəcəkdir. 2022-ci ilin may ayında malqara almaq üçün o "xxxx" ASC-nin İsmayıllı şəhərində yerləşən filialından 24 ay müddətə 12000 manat məbləğində kredit götürmüşdür. Sonra Fəxrəddin 2022-ci ilin sonlarında onlara gedərək qızının nişanlı olduğunu, toy edəcəyini bildirərək ondan yenidən borca pul istəmiş və bildirmişdir ki, əgər ona kreditə pul verilsə götürülmüş kreditin hər ay ödənişinə o da köməklik edəcək və 2023-cü ilin aprel ayında qızına toy etdikdən sonra pulu tam qaytaracaqdır. O da cavabdehin sözünə inanaraq onun qohumu olmasını, qızına xeyir iş etməsini nəzərə alaraq hissə-hissə olmaqla ona 6000 manat pul vermişdir. Cavabdeh tərəfindən bir neçə ay pul ödənilsə də, sonradan dayandırıldı. Cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamışdır. İndiyə qədər cavabdeh tərəf 2400 manat pul qaytarmışdır. Pulun qalan 3600 manatını isə cavabdeh ödəməkdən yayınır. O bu barədə polisə müraciət etsə də, polis bu işin mülki xarakterli olduğunu demiş və məhkəməyə müraciət etməsini bildirmişdir.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının danışdıqları yalandır, onun qızı Nəzrin ailəlidir, adına heç bir yerdə kart açılmamışdır. O, onun bacısından 20 faizlə 1000 manat pul götürmüş, əvəzində isə qızıl zinyət əşyası qoymuşdur. Sonra bacısının oğlu ilə gedib bol marketin qabağında aparatdan pul çəkərək bacısının oğlu mənə 900 manat pul vermiş, 100 manatı da özünə şirinlik götürmüşdür. 1000 manata 200 manat faiz vermişdir. 2830 manat bacısına pul ödəmişdir. İddiaçının özündən bir manat belə pul almamışdır. Pulu ödəyib sepi geri istəyəndə demişdir ki, 3 gündən sonra gəlib sepi apararsan. 3 gün oldu 3 ay, amma sepi qaytarmadılar. Polislər gəlib bildirmişdilər ki, Mahiyyət ondan şikayət etmiş, demişdir ki, güya o Mahiyyətə 6000 manat pul atmışdır. 3 gündən sonra polis onun ərizəsini rədd etmişdir. Hər ay ödənişlərlə bağlı qəbzlərin surətini məhkəməyə təqdim etmişdir
5. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, iddiaçının bacısıdır. Cavabdeh 2023-cü ilin aprel ayının 3-də bacısı ona zəng vuraraq bildirmişdir ki, əgər pul ona lazım deyilsə, o pulu bir nəfərə verməyini xahiş etmişdir. O, həyətə çıxanda cavabdeh ona yaxınlaşıb Mahiyyətin bacısının o, olmasını dəqiqləşdirdikdən sonra 1500 manat pulu ona verməyini bildirmişdir. O da pulu həmin adama vermişdir. Bu zaman cavabdeh aprel ayının 23-də pulu qaytaracağını bildirmişdir. Aprel ayının 23-ü oldu, amma pulu qaytarmamışdır. O, cavabdehə zəng vurub pulu istədikdə, cavabdeh 3-4 gün onu gözləməyini xahiş etmişdir. May ayının 3-də cavabdeh gəlib pulu sayıb 1500 manat ona göstərmiş, sonra yenidən ondan 3 gün möhlət istəmiş ki, 3 gündən sonra gətirib verəcək, amma verməmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, iddiaçının oğludur. Anası 2022-ci ilin sonlarında Bakı şəhərinə gələrək Fəxrəddinin ondan pul istədiyini bildirmiş, o da lazım deyil verməməsini bildirsə də sonradan razılıq vermişdir. Sonra Fəxrəddin ona xalası oğlu Elvinin kartına 1000 manat atması bildirmişdir. 2000 manatı da başqa karta atmış, kəndə gələndə də 3000 manatı özünə vermişdir. Fəxrəddin bildirmişdir ki, qızına toy edib qaytaracaq, lakin qaytarmamışdır. Qardaşı demişdir ki, nahaq pul vermisiniz ona. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, iddiaçının oğlu ilə qonşudur. Onların marketləri olduğunu, o marketə girən zaman Nərimanı görmüş, nə etdiyini soruşmuş, o da yaxını Fəxrəddinin qızının kartına 1800 manat pul göndərdiyini bildirmişdir. Bundan başqa Əliyev Nərimanı özü ilə Bakıya aparmaq üçün Şamaxı rayonundan Kalva kəndinə gəlmiş və onların həyətində olan zaman İddiaçı Əliyev Nərimana yaxınlaşaraq Fəxrəddin adlı şəxsə vermək üçün 3000 manat pul istəmiş və Nəriman Əliyev də həmin pulu İddiaçı vermişdir. İddiaçı də pulu götürüb çölə çıxmış və çöldə başında papaq olan bir kişiyə pul vermişdir. Lakin nə qədər pul verməsini və həmin şəxsin Fəxrəddin olubolmamasını görməmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə qohumluq əlaqələri olduğu üçün o 2022-ci il tarixdə yaşadığı ünvana gələrək ondan borc pul istəmişlər. O da büdcəsinə uyğun olaraq müxtəlif vaxtlarda 1000, 2000 və 3000 manat, ümumilikdə cəmi 6000 manat məbləğində pul vəsaitini borc kimi vermişdir. Lakin cavabdeh həmin puldan 2400 manat ödəniş etmiş, qalan 3600 manat pulu ödəməmiş və o da məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı dediklərinə dair hər hansı sənəd təqdim etməmiş, cavabdeh isə hazıradək 1000 manat borc əvəzinə aldığını və artıqlaması ilə ödədiyini bildirmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı 2000 manat pulun cavabdehin qızının kartına vurulmasını bildirsə də, məhkəmə tərəfindən edilmiş sorğulara cavablardan müəyyən olunmuşdur ki, cavabdehin qızının adına sorğu edilən bankların heç birində hər hansı hesab aşkar edilməmişdir. Bundan başqa 3000 manat pulu əlbəəl verməsini bildirsə də bunu təsdiq edən şahid pulun təqdim edildiyi şəxsin cavabdeh olub-olmamasını görmədiyini, həmçinin verilən pulun 3000 manat olmasını görmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı yalnız 1000 manat pulun iddiaçının bacısı oğlunun kartına göndərilməsi və həmin pulun kartdan çıxarılaraq cavabdehə verilməsi öz təsdiqini tapmış, bu epizodu iddiaçı və cavabdeh təsdiq etmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, onun Cavabdeh 6000 manat borc verməyi barədə razılaşma şifahi olmuşdur, bu halı təsdiq edən heç bir sübutu yoxdur. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh 6000 manat borc verməsi, həmin borcdan 3600 manat ödənilməməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bunun əksinə Cavabdeh İddiaçı 1000 manat borc almasını etiraf etmiş və həmin pulu artıqlaması ilə qaytardığını bildirmiş və buna dair mötəbər sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfə 2830 manat pul ödənilmişdir.
10. Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(016)-701/2024 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) İddiaçı cаvаbdеh Cavabdeh qarşı pul tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar Ödəniş qəbzləri "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, RB02/3516 saylı məktubu "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-41/2-29286/2024 saylı məktubu "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/21439 saylı məktubu "xxxx" MMC-nin iddiaçı tərəfin müraciəti əsasında verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubu
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən ən azından mülki normalara əməl etməmişdir və bu da onun konistutisiya hüquqlarını pozmuşdur. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini vətərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə işinhalların tam araşdırmadan qətnamə qəbul etmişdir.
14. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(016)- 701/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(016)-701/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Vəkil Nümayəndə2 məhkəməyə ərizə göndərərək icraatında başqa mülki iş olduğundan bu mülki iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlаk vеrməli, iş görməli, хidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 427.1-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 441.2-ci mаddəsinə əsаsən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi (vахtındа icrа еdilməməsi, mаllаrdа, işlərdə və хidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа еdilməsi) bаşа düşülür. 445-ci mаddəsinin tələbinə görə, icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(016)- 701/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin maddi hüquq normalarına əməl etmədiyini iddia etmişdir. Kolelgiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdehin ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 6000 manat borc pul aldığını, həmin pulun 2400 manatını qaytarmadığını iddia etmişdir. Göründüyü kimi, iddiaçının iddiası borc müqaviləsi münasibətlərinə əsaslanmışdır. Mülki Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin redaksiyada 740.2-ci maddəyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının cavabdehə borc pulu 1000, 2000 və 3000 manat olmaqla, hissə-hissə verdiyini iddia etdiyi nəzərə alındıqda, Mülki Məcəllə onlar arasında borc müqaviləsinin şifahi bağlanmasına icazə verirdi.
23. Bununla bərabər, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı Cavabdeh 6000 manat borc verməsi, həmin borcdan 3600 manat ödənilməməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, Cavabdeh İddiaçı 1000 manat borc almasını etiraf etmiş və həmin pulu artıqlaması ilə qaytardığını bildirmiş və buna dair mötəbər sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfə 2830 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi konkret maddi hüquq normalarını qətnaməsində göstərməsə də, qətnamədə tərəflər arasında olan münasibətlərin borc müqaviləsindən irəli gələn münasibətləri nizama salan maddənin dispozisiya şərtlərinə istinad edildiyindən, iddianın sübut olunmaması əsası ilə rədd etməkdə maddi hüquq normaları baxımından haqlı olmuşdur. Apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi hüquq normalarına əməl edilməməsi ilə bağlı dəlili əsaslı deyildir.
24. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(016)-701/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(016)-701/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.