Məhkəmə qərarları › İş №2(107)-427/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-427/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-427/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)-144/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə İddiaçı İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 3(051)-187/2022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin DYPBnin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi 1000 (bir min) manat, mənəvi ziyan olaraq 10000 (on min) manat və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə o, İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin o, təqsirini olmadığını sübut etmək üçün Mingəçevir Şəhər Məhkəməsinə dərhal şikayətini bildirdi. İki il ərzində davam edən məhkəmələrin nəticəsinə əsasən 25 aprel 2022-ci il tarixli 3(051)-187/2022 nömrəli qərarı ilə şikayəti təmin edilmişdir ki, barəsində tətbiq olunmuş 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nın DYPB-nin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyini sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəki apeliyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-l58/2022 nömrəli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3 (051)-187/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanun qüvvəyə minmişdir. Cavabdehin onun barəsində qeyri-qanuni verdiyi qərara görə nəticədə o, 60 manat cərimə olunmuş, imkanı olmadığından cəriməni vaxtında ödəyə bilmədiyinə görə üstünə 26 manatdan çox dəbbə gəlmiş avtomobilində bütün sənədlərin və sığortanın qaydasında olduğuna baxmayaraq o, avtomobilini öz hesabına təmin elətdirərək hələ qiymətlər bahalaşmamış iki il bundan öncə (min) 1000 manatdan çox pul xərclədi. İki il ərzində dəfələrlə məhkəmələrə gedib gəlmək maddi və mənəvi sarsıntı keçirərək səhətində də naratçılıqlar baş verir. Cavabdeh isə etdiyi əməldən peşman olmamış ona vurduğu ziyanın aradan qaldırılması üçün heçnə etməmişdir. Ona görə də Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi 1000 (bir min) manat, mənəvi ziyan olaraq 10000 (on min) manat və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehə qarşı maddi ziyanla bağlı tələbi tam əsassızdır. Belə ki, iddiaçı ona maddi ziyan dəyməsini iddia etsə də, bu halı sübut edən heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı tələbini yönəltdiyi cavabdeh əslində əsl olmayan cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbindən də görünür ki, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi iddiaçı isə iddiasında qeyd olunan tələblərə əməl etməmiş, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı, yəni Cavabdeh qarşı verilmişdir.

6. Qanunun tələbində isə qeyd olunur ki, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin iddiaçı məhkəmə proseslərinin heç bir mərhələsəində, baxmayaraq ki hakim qanunun tələblərini iddiaçı tərəfə izah etmiş, lakin iddiaçı tərəf buna təşəbbüs etməmişdir. Lakin cavabdeh məhkəmə baxışı iclasında kənar məhkəməyə vəsadət göndərərək “Maliyyə” şöbəsinin digər cavabdeh qismində dəvət edilməsini bildirsə də, məhkəmə vəsadətə münasibət bildirirək qeyd edir ki, “Maliyyə” şöbəsini işə cavabdeh qismində cəlb edilməsi qanuna müvafiq deyildir. Belə ki iddiaçı vəsatətində cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin deyil sadəcə “Maliyyə” şöbəsi kimi qeyd etmiş, “Maliyyə” şöbəsinin isə konkret hansı inzibati əraziyə aid olduğu qeyd edilməmişdir. Həmçinin həmin vəsatət məhkəmə hazırlıq iclasında verilməli və hazırlıq iclasında tərəflərin iştirakı ilə müzakirə olunmalı idi. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi qanunsuz olduğundan iddianın məhkəmə tərəfindən təmin edilməsi mümkün deyildir.

7. Bundan əlavə iddiaçı öz tələbini təstiq edən yəni cavabdehin onun mənəviyyatını alçaldan hər hansı bir hərəkət etməsi və cavabdehin onun barədə hər hansı məlumatı yaratması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının səhətində yaranan problemlərin cavabdehlərin təqsiri üzündən olması məhkəmə iclasında öz əksini tapmamışdır. Cavabdehin iddiaçıya qarşı hər hansı mənəzi ziyan vurması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hal isə iddianın təmin olunması üçün əsas ola bilməz.

8. Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)-144/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1100, 1108 və 1115-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İşə əlavə olunmuş Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən Mingəçevir şəhər X3 adına Uşaq İncəsənət məktəbində müəllim vəzifəsində işləyir.

11. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-9/2021 saylı xx.xx.2021- ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş İddiaçı şikayəti təmin olunmamış, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin MN ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. İşə əlavə edilmiş Şəki Apelyasiya məhkəməsinin 3(107)-287/2021 saylı xx.xx.2021- ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı barəsində Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı Cavabdeh tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi üzrə ərizənin təmin edilməməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3(051)- 9/2021 saylı qərarı ləğv edilmişdir.

13. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-9/2021 saylı xx.xx.2021- ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş İddiaçı şikayəti təmin olunmamış, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin MN ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. İşə əlavə edilmiş Şəki Apelyasiya məhkəməsinin 3(107)-48/2022 saylı xx.xx.2022- ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı barəsində Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı Cavabdeh tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi üzrə ərizənin təmin edilməməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(051)- 9/2021 nömrəli saylı qərarı ləğv edilmişdir.

15. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-187/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin DYPBnin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə o, İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin o, təqsirini olmadığını sübut etmək üçün Mingəçevir Şəhər Məhkəməsinə dərhal şikayətini bildirmişdir. İki il ərzində davam edən məhkəmələrin nəticəsinə əsasən 25 aprel 2022-ci il tarixli 3(051)-187/2022 nömrəli qərarı ilə şikayəti təmin edilmişdir ki, barəsində tətbiq olunmuş 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nın DYPB-nin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyini sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Şəki apeliyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-l58/2022 nömrəli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(051)-187/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanun qüvvəyə minmişdir. Cavabdehin onun barəsində qeyri-qanuni verdiyi qərara görə nəticədə o 60 manat cərimə olunmuş, imkanı olmadığından cəriməni vaxtında ödəyə bilmədiyinə görə üstünə 26 manatdan çox dəbbə gəlmiş, avtomobilində bütün sənədlərin və sığortanın qaydasında olduğuna baxmayaraq o, avtomobilini öz hesabına təmir elətdirərək hələ qiymətlər bahalaşmamış iki il bundan öncə 1000 (min) manatdan çox pul xərcləmışdir. İki ilərzində dəfələrlə məhkəmələrə gedib gəlmək maddi və mənəvi sarsıntı keçirərək səhhətində də narahatçılıqlar baş vermişdir. Cavabdeh isə etdiyi əməldən peşman olmamış ona vurduğu ziyanın aradan qaldırılması üçün heç nə etməmişdir.

18. Birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; Gördüyünüz kimi, bu maddənin tələbləri tam əksinə olaraq qərəzli şəkildə pozulub, xx.xx.2022-ci il tarixli, saat 10:35-də olan hazırlıq iclasını təxir etmədən işin baxılmasına keçib. xx.xx.2022 saat 10:30 tarixli məhkəməsi zamanı ona iddianı geri götürüb Cavabdeh yox, maliyyə şöbəsi və yaxud nazirliyinə yönəltməyini təklif etmişdir. O isə vəsatət yazaraq üçüncü tərəfin də dəvət olunmasını xahiş etmişdir. Hakim isə qərəzli mövqe tutaraq, özünün etdiyi təklif əsasında göndərdiyi vəsatəti də qəbul edib qərara almadı. Hakim maddə 166.3-ün tələbinə əsasən hazırlıq prosessini xx.xx.2022 tarixli prosessdə ən azından özünün təklifi əsasında maliyyə nazirliyinə iddianı dəyişməyi üçün hazırlıq iclasını təxir edərək daha bir neçə hazırlıq iclası keçirə bilərdi. Hakim əlavə sübutlar istəmədən, verdiyi vəsatəti qərəzli olaraq, qəbul etməyib və cavabdehin xeyrinə olan qərar qəbul etmiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş və bununlada həqiqətə uyğun olmayan qətnamə qəbul etmisdir. xx.xx.2023 saat 10:30 tarixli məhkəmə iclasinda hakim qərarın oxunmasını nədənsə 17.00-a təyin etdi. Niyə belə etdiyini soruşduqda cavab olaraq “Mən hələ fıkirləşməliyəm” dedi. Nəticədə isə hakim iddiasını rədd edərək qərar qəbul etdi.

19. Hakim iddia ərizəsini birinci dəfə məhkəməyə göndərdiyindən iki aya yaxın muddət ərzində nə işə baxmamış, nə də ona heç bir məlumat verməmişdir. O, məhkəməyə müraciət etdikdən sonra, ona qərardad göndərərək, sənədlərinin geri qaytarılmasını bildirdilər. Səbəb isə polis kapitanı Cavabdeh Mingəçevir şəhər PŞ-də müəyyən edə bilməməkləridir. Hakim qeyri obyektiv davranaraq ərizədə göstərilən sübutları görməzdən gələrək, qərəzli olaraq cavabdehin xeyrinə olan qərar qəbul etmiş, iki il ərzində üç Mingəçevir şəhər məhkəməsinin və üç Şəki apelyasiya məhkəməsinin, qətnamələrini cavabdehin təqsirini sübut edən sənədləri sübut hesab etmir. Şəki Apelyasiya Məhkəməsi tərəfinden ləğv edilmiş qərarlardan biri də hakim Ələkbər Hüseynovun qerarı olmuşdur. Bu da hakimin indiki qərarına qərəzli yanaşmasının bir göstəricisidir. Cavabdehin məhkəmədə iştirak etməyinə baxmayaraq, qətnamədə Cavabdeh məhkəmə iclasına gəlməməsini göstərmisdir. Bu da hakim Ələkbər Hüseynovun işə qərəzli yanaşmasının daha bir göstəricisidir.

20. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)- 144/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)-144/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)- 144/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Bu qətnamənin 1-ci bəndində göstərilən hallar işin mübahisəsiz halları olaraq qəbul edilir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir ŞPŞ-nin DYPBnin qanunsuz qərarı nəticəsində İddiaçı zərər dəyməsi halı mövcud olsa da, hazırki iş üzrə Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, Cavabdeh qəbul etdiyi xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Mingəçevir ŞPŞ-nin DYPB-nin adından çıxarılmışdır və Cavabdeh göstərilən dövlət orqanını təmsil edir. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi (§5), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə görə dövlət orqanlarının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsindən göründüyü kimi (§6), məhkəmə 21 noyabr 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehi əsl cavabdeh ilə əvəz etməyi iddiaçıya təklif etmiş, iddiaçı isə hazırlıq iclası ərzində bu barədə hər hansı hərəkət etməmişdir. İş materiallarından müəyyən edilir ki, məhkəmə baxışı 13 dekabr 2022-ci il tarixə təyin edilmiş, həmin tarixdə keçirilmiş məhkəmə iclasında isə 28 dekabr 2022-ci ilə təxirə alınmışdır. 20 dekabr 2022-ci ildə iddiaçı məhkəməyə vəsatət göndərərək “Maliyyə” şöbəsinin digər cavabdeh qismində dəvət edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi 21 noyabr 2022-ci ildə təklif edilməsinə baxmayaraq, iddiaçı nəinki həmin hazırlıq iclasında bu barədə heç bir hərəkət etməmiş, hətta 13 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında da iştirak etməsinə baxmayaraq, hərəkətsizlik etməyə davam etmiş, yalnız 20 dekabr 2022-ci ildə məhkəməyə vəsatət göndərmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq vəsatətin hazırlıq iclasında verilmədiyinə istinad etmiş, həmçinin “Maliyyə” şöbəsinin konkret hansı orqan olduğunun bəlli olmadığını, cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cəlb edilməli olduğunu qeyd etmiş və vəsatəti təmin etməmişdir (§6). Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54.1-ci maddəsinin tələbindən görünür ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hazırki işdə iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi 21 noyabr 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında təklif edildiyindən bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməsi halı aşkar edilmir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, məhkəmə iddiaçının hərəkətsizliyini cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmaması olaraq qiymətləndirməklə işə mövcud tələblər üzrə baxmaqda və hazırki cavabdehə qarşı həmin iddianın əsası olmadığından iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qətnaməsində cavabdehin iddiaçının mənəviyyatını alçaldan hər hansı bir hərəkət etməsinin və iddiaçının səhhətində yaranan problemlərin cavabdehlərin təqsiri üzündən olmasının öz təsdiqini tapmamasını qeyd etsə də (§7), əslində iddianı hazırki iddiaya cavab verməli olmayan cavabdehə qarşı irəli sürüldüyündən rədd etmişdir. Məhkəmə kollegiyası hazırki qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən iddianın iddiaya cavab verməli olmayan cavabdehə qarşı irəli sürüldüyündən rədd edilməsi ilə razılaşmışdır.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəməyə 13 oktyabr 2022-ci ildə daxil olmuş və hazırlıq iclası 21 noyabr 2022-ci ilə təyin edilmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin tələbi pozulmamışdır. Eyni zamanda, hazırki işdə iddia ərizəsinin geri qaytarılması halı aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya icraatı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-144/2023 nömrəli iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında aparıldığından və göstərilən iş üzrə iddia ərizəsinin geri qaytarılması aşkar edilmədiyindən məhkəmə kollegiyası bu barədə araşdırma aparmamışdır.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 18-ci bəndində göstərilmiş hazırlıq iclasının təxir edilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 166.3-cü maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Göründüyü kimi, qanun hazırlıq iclasının təxir edilməsi və bir neçə hazırlıq iclasının keçirilməsini işin xüsusiyyətlərindən asılı olmaqla məhkəmənin dispozitiv səlahiyyətinə aid etmişdir. Hazırki iş üzrə Mülki Prosessuаl Məcəllənin 166.3-cü maddəsinin tələblərinin pozulması halı aşkar edilmir.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-cu bəndində göstərilmiş qətnamənin elan edilməsinin saat 17:00-a saxlanılması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, əvvəla, iş materiallarında qətnamənin saat 17:00-da elan edilməsi halı aşkar edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessuаl Məcəllənin 215-ci maddəsinə əsasən müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnamənin nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Göründüyü kimi, hazırki iş üzrə Mülki Prosessuаl Məcəllənin heç bir normasının tələblərinin pozulması halı aşkar edilmir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)-144/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(051)-144/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar