Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-43/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxxxxxx” Azərbaycan ASC-nin nümayəndəsi X3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxxxxxx” Azərbaycan ASC-nin cavabdehlər Cavabdeh1, Əliyeva İlhamə Böyükkişi qızına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddiа qismən təmin edilmiş, Cavabdeh1 117455-1- 8873/2 saylı, xx xxxxxx 2014-cü il tarixli “X1” müqavilə üzrə Banka borclu olduğu 27,748.59 ABŞ dolları məbləğində əsas 3,435.42 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dollar məbləğində cərimə, cəmi 31,384 (otuz bir min üç yüz səksən dörd) ABŞ dolları 01 (bir) sentin ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və bildirişin DƏDRX-da qeydiyyata alınması dair xərc 30 manat, cəmi 60 (altmış) manatın “xxxxxxxx” Azərbaycan ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilərək həmin yaşayış evinin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun “xxxxxxxx” Azərbaycan ASC-yə ödənilməsi, ünvan 2 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 145,000 (bir yüz qırx beş min) manat müəyyən edilməsi, ünvan 1 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1, Əliyeva İlhamə Böyükkişi qızının və Cavabdeh2 həmin fərdi yaşayış sahəsindən məcburi çıxarılmaları və onlar tərəfindən yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxxxxxx” Azərbaycan ASC Cavabdeh1 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx xxxx 2016-ci il tarixə, 117455-1-8873/2 saylı, xx xxxxxx 2014-cü il tarixli “X1” müqavilə üzrə Banka borclu olduğu 27,748.59 ABŞ dolları məbləğində əsas borcun, 3,435.42 ABŞ dolları məbləğində faizin və 2,129.50 ABŞ dollar məbləğində cərimənin, cəmi 33,313.51 ABŞ dolları pul məbləğində (qətnamənin icra olunduğu güə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun və ipoteka predmentlərinə tutma yönəldilməsinə haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq “xxxxxxxx” Azərbaycan ASC-yə ödənilməsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70,200 manat məbləğində müəyyən edilməklə) yönəldilməsi və əmlaka açıq hərracda satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğinin “xxxxxxxx” Azərbaycan ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri, İlhamə Əliyeva və Cavabdeh2 yaşayış sahəsinin ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məzilindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışlar ki, Cavabdeh1lə “xxxxxxxx” Azərbaycan ASC arasında bağlanmış 117455-1-8873/2 saylı xx xxxxxxxx 2013-cü il tarixli “Baş Kredit Razılaşmasi”na əsasən “Bank” kredit alan”a xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2023-cü il tarixədək 500,000 ABŞ dollar məbləğində kredit xətti açır. 117455-1-8873/2 saylı, xx xxxxxx 2014-cü il tarixli “X2” bağlanaraq “Bank”ın “Kredit alan “istehlak məqsədilə 24 ay müddətinə, illik 20 % hedabı ilə (X8 Dərəcəsinin müqavilənin tərtib hissəsi olan ödəniş cədvəlində qeyd olunması göstərilməklə) 60,000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi ünvan 2 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi (ipoteka predmenti 149 159 manat məbləğində qiymətləndirilməklə) və bu barədə 117455- NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi” “Daşınmaz əmlak ipoteka müqaviləsi” bağlanmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 117455-1-8873/2 saylı, xx xxxxxx 2014-cü il tarixli “X2” müqavilə üzrə Banka 33,313.51 ABŞ dolları məbləğində borcu vardır. Daha sonra iddia ərizəsinə əlavə təqdim edilməklə Əliyeva İlhamə Böyükkişi qızını və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişlər və vəsatət təmin edilmişdir. Birinci instyansiya məhkəməsinin iclasında iddiaçı Bank VTV (Azərbaycan) ASC-nin nümayəndəsi Kazım Salmanov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 birinci instyansiya məhkəməsinə teleqramla müraciət edərək mülki işə onun iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər İlhamə Əliyevaya və Cavabdeh2 birinci instyansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Birinci instyansiya məhkəməsi, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ona məxsus torpaq sahəsi və üzərində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi 2013-cü ildə o, kredit götürən zaman Bank tərəfindən 140 000 ABŞ dollarına qiymətləndirilmişdir. Lakin, bank tərəfindən bu fakt birinci instansiya məhkəməsində göstərilməmişdir. Hazırki iş məhkəmə icraatına yönəldikdən sonra ona məlum olmuşdur ki, ipoteka müqaviləsində ona məxsus ünvan 1 A, ünvanında 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi, 106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evin 70.200 manat məbləğində qiymətləndirilmişdir. Bu əvvəlki, yəni kredit götürdüyü zaman qiymətləndirilmiş 140 000 ABŞ dollarından çox aşağı hesablanmışdır. Heç həmin məbləğin yarısı belə etmir. O, fikirləşirdi ki, hər ay vaxtı-vaxtında banka olan borcunu ödəyəcək və Bank ilə arasında bağlanmış ipoteka müqaviləsinə əsasən girovda olan evini geri alacaqdır. Lakin ölkədə baş vermiş devalvasiya onun gəlirinə də ciddi təsir etmiş və o, banka olan aylıq ödənişlərini tam həyata keçirə bilməmişdir. Məhkəmə zamanı “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə, ünvan 1 A, ünvanında 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi, 106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar qiyməti 145.000 manat təşkil etmişdir. O, isə qəti şəkildə həmin məbləğ ilə razılaşmırdır. Çünki bu məbləğ həqiqəti əks etdirmir. İddiada da göstərildiyi kimi onun evi 2 mərtəbəli 6 otaqdan ibarət, bahalı materiallarla tam təmir edilmiş evdir. Ona məxsus ünvan 1 A, ünvanında 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi, 106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yəni torpaq sahəsi ilə birlikdə 350 000 manatdan çox xərci çıxmışdır. “xxxxxxxxxxxxxxx” MMC isə həddindən artıq aşağı qiymətə evini qiymətləndirmişdir. Evinin qiymətləndirilməsi üçün mütəxəssislər evə baxış keçirmiş, heç evin ikinci mərtəbəsinə baxılmadan həyətdə gözüyarı baxış keçirilərək, evinin dəyərinin 145.000 manat olduğu göstərilmişdir. Keçirilən məhkəmə iclaslarından onun xəbəri olmamış, bir məhkəmə iclası barədə məlumat almış, həmin iclas zamanı da başqa yerdə olduğu üçün iştirak edə bilməməyi səbəbindən məhkəməyə teleqram ünvanlamışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə qəti şəkildə razı deyildir. İddiaçının iddiası ilə onu dinləmədən qəbul edilmiş qətnamə əsassızdır. O, Yevlax Rayon Məhkəməsinin bu qanunsuz qətnaməsini qəti şəkildə qəbul etmir. İnanır ki, ikinci instansiya məhkəməsində onu ətraflı dinləyərək, ədalətli qətnamə qət ediləcəkdir. O, hal-hazırda evinin qiymətləndirilməsi ilə bağlı MBA LTD Qiymətləndirmə Şirkətinə müraciət etmişdir. Məhkəmə prosessi zamanı həmin Şirkətin verdiyi qiymətləndirmə rəyini təqdim edəcəkdir. Çünki evinə gözəyarı baxış keçirilmiş iddiaçı tərəfin əsassız və boş sözlərini az qala qanun hesab edərək, iddia təmin edilmişdir. ünvan 1 A, ünvanında 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi, 106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi onun yeganə yaşayış evidir, əgər həmin ev onun əlindən alınarsa, gərək ailəsiylə birlikdə o, küçələrdə yaşamalı olsun. Təəssüf ki, qətnaməni qəbul etmiş məhkəmə yuxarıda qeyd etdiyi işin ədalətli və hər tərəfli araşdırılmasını təmin etmədən iddia ərizəsini təmin edən qətnamə qət etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)- 1508/2018 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxx” Azərbaycan ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdeh Əliyeva İlhamə Böyükkişi qızı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməklə dəyişdirilməli və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçı Bank VTV (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117455-1-8873/2 saylı, xx xxxxxx 2014-cü il tarixli “X2, “Bank VTV (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117455-NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi” “Daşınmaz əmlak ipoteka müqaviləsi”, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla, habelə maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 illik 20 % faizlə 24 ay müddətinə 60,000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq Cavabdeh1 özünə məxsus ünvan 1 A, ünvanında fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etdirmişdir. Bu zaman cavabdehlər İlhamə Əliyeva və Cavabdeh2 ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldikdə yaşayış evini könüllü boşaltmağı və qeydiyyatdan çıxacaqları barədə öhdəlik gptürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. İşdə olan Maliyyə arayışlarına əsasən, qeyd edilən kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 27,748.59 ABŞ dolları əsas, 3,435.42 ABŞ dolları faiz, 2,129.50 ABŞ dolları cərimə, xx xxxxxx 2017-ci il tarixə 27,748.59 ABŞ dolları əsas, 3,435.42 ABŞ dolları faiz, 2,129.50 ABŞ dolları cərimə olmaqla, cəmi 33,313.51 ABŞ dolları cərimə mövcuddur. İşdə olan İpoteka müqaviləsində ünvan 2 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evin 70.200 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə, ünvan 1 A, ünvanında, 0.0177 ha torpaq sahəsində yerləşən 201.0 kv.m ümumi,106.2 kv.m yaşayış, 94.8 kv.m yardımçı, sahəsindən ibarət 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar qiyməti 145,000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 319.1, 385.1, 399.3, 442, 467 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 41, 59.3, 59.3.1, 59.3.2 və 59.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Həmin Qanunun 41-ci maddəsinə əsasən ipotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. Həmin Qanunun 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən həmin hissələrdə iddia tam təmin edilməlidir. İddianın cərimə tələbi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən cərimənin məbləği tənasübsüz surətdə yüksəkdir və həmin cərimə pulunun məbləği azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə borc yarandığından tutma ipoteka predmeti olan həmin əmlaka yönəldilməli və ipoteka haqqında qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan sonra bir ay müddətində cavabdehlər həmin evi tərk etməzsə məcburi çıxarılmalı və fərdi yaşayış evi ilə birlikdə onlar tərəfindən boşaldılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xərcləri hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, tərəflər ipoteka predmetinin hazırkı qiyməti ilə bağlı hər hansı digər sübut təqdim etmədiyindən ipoteka predmetinin dəyəri mütəxəssis rəyində qeyd edilmiş 145,000 manat məbləğində müəyyən edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(107)-1693/2019 nömrəli qərаrdаdına əsasən “X5” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 088/LBC nömrəli rəydə göstərilmişdir ki, ünvan 2 A, ünvanında yerləşən fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 200000 (iki yüz min) manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(107)-1693/2019 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 15954 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borcalan X7 tərəfindən “xxxxxxxx” ASC-dən alınmış xx.xx.2014-cü il tarixli 117455-1- 8873/2 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas borc və faiz borcu ümumilikdə aşağıdakı kimi hesablanır: xx.xx.2016-cı il tarixə - əsas borc üzrə-------------30.423,27 ABŞ dolları; - faiz borcu üzrə-------------3.971,93 ABŞ dolları. xx.xx.2017-ci il tarixə - əsas borc üzrə-------------30.423,27 ABŞ dolları; - faiz borcu üzrə-------------8.045,36 ABŞ dolları. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manatdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 15954 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx.xx.2016-cı il tarixə əsas borcun məbləği 30.423,27 ABŞ dolları, faiz borcunun məbləği isə 3.971,93 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borcun məbləği 30.423,27 ABŞ dolları, faiz borcunun məbləği isə 8.045,36 ABŞ dolları göstərilsə də, iddiaçı iddia ərizəsində daha az məbləğ əsas borca görə-27,748.59 ABŞ dolları, faiz borcuna görə isə 3,435.42 ABŞ dolları tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin 145,000 (bir yüz qırx beş min) manat müəyyən edilməsi ilə bağlı hissəsi ilə razılaşmır və hesab edir ki, 117455-NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus ünvan 1 A, ünvanındakı fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti yenidən müəyyən edilməlidir. Belə ki, mülki işin materiallarında olan ““X5” MMC tərəfindən verilmiş xx xxxx 2019cu il tarixli 088/LBC nömrəli rəydə həmin mənzilin hazırki bazar qiymətinin 200000 (iki yüz min) manat təşkil etdiyi göstərilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsi dəyişdirilməli, 117455-NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus ünvan 1 A, ünvanındakı fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqarının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyаinstаnsiyаsıMəhkəməsiqətnаmənidəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-1508/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. 117455-NEDVİJ-1734 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə uyğun оlаrаq ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus ünvan 1 A, ünvanındakı fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-43/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-43/2020
05.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver