Məhkəmə qərarları › İş №2(107)-432/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-432/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-432/2025 04.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5 Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli ÖM/11453 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən 31 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı verilmiş “özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli ÖM/11453 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir (hakim Ruslan Əlizadə). İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 13 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təqdim edərək, Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və həmin ərizə - iddiaçı X2 X4 uzun müddət davam edən daxili struktur dəyişməsi səbəbindən, apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməməsinin üzürlü səbəb olması ilə əsaslandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunmuşdur (hakim Ruslan Əlizadə). Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 28 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yevlax Rayon Məhkəməsinə şikayət verərək, Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)- 2049/2024 nömrəli qərardadının ləğv edilməsini və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2-2(117)-709/2024 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd olunanlar müəyyən olunur: - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 31 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli ÖM/11453 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 23 sentyabr 2022-ci il tarixli ÖM/11453 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqi: 3-6). - İş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5 nümayəndəsinin də iştirak etdiyi 31 oktyabr 2024-cü ildə keçirilmiş məhkəmə baxış iclasında Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5 Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli ÖM/11453 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” barədə iddia tələbi təmin edilməmişdir. - 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 31 oktyabr 2024-cü ildə yerləşdirilməklə imzalanmış və həmin qətnamə 31 oktyabr 2024-cü il tarixli məktubla proses iştirakçıların, yəni iş üzrə tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. - "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumat bazasında olan məlumatlardan görünür ki, 13 avqust 2021-ci ildən iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır və iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmişdir. - İddiaçı tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizədə və hazırkı şikayətdə qeyd olunur ki, “Qətnamədən üzürlü səbəbdən, yəni iddiaçı şəxsdə struktur dəyişikliyi olduğundan müddət ötürülmüşdür”. Yəni, iddiaçı tərəf rəsmi qaydada aldığı qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini ötürdüyünü etiraf etsə də, bu müddətin ötürülməsini “iddiaçı şəxsdə struktur dəyişikliyinin olması” ilə əlaqələndirib, buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş edir. Lakin, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərlə “iddiaçı şəxsdə struktur dəyişikliyinin” qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasına səbəb olduğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də, yuxarıda qeyd olunanlarla təsdiq olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnaməsindən 13 fevral 2025-ci il tarixində apellyasiya şikayəti verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici Mülki-Prosessual Məcəllədə kifayət qədər böyük - bir aylıq müddət müəyyən etmiş (maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (maddə 133). Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Eləcə də, bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Göründüyü kimi, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsi 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5in “Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli e-2(039)-2049/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və 19 fevral 2025-ci il tarixli e- 2(039)-2049/2024 nömrəli qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2(039)-2049/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar