Məhkəmə qərarları › İş №2(107)-435/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-435/2022

25.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-435/2022 25.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi” tələbi, İddiaçı1 cavabdehlər Cavabdeh6 və Cavabdeh5 qarşı “icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması” tələbi, İddiaçı1 Cavabdeh6 qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması” tələbi və iddiaçılar X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması, əmlakın və saman taylarının boşaldılması, vərəslik şəhadətnaməsinin ləğvi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X32 iclas katibliyi, İddiaçı1 və onun nümayəndəsi X8, cavabdehlər Cavabdeh6 və onun nümayəndəsi (vəkili) Vəkil (sonuncu prosesdə iştirak etmir), X10, onun nümayəndəsi (vəkili) Nümayəndə1, X5 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi”; İddiaçı1 cavabdehlər Cavabdeh6 və Cavabdeh5 qarşı “icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması”; İddiaçı1 Cavabdeh6 qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması”; iddiaçılar X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh6, X22 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,17533 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi X16, X23, X19, X33, Cavabdeh4, X24 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu mallarını, xırdabuynuzlu mallarını X17 vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı ağ rəngli avtomobilini X1 vermişdir. İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamının və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətlərindən görünür ki, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Soltan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsinin 200 hektar hissəsi 15 il müddətinə X17 icarəyə verilmişdir. İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən İsmayıllı rayon Notariat Kontoruna təqdim etmək üçün verilmiş 26 may 2017-ci il tarixli 241 nömrəli arayışda qeyd edilmişdir ki, X16 vəfat etdiyi gündən 2017-ci il tarixə qədər onunla birlikdə ailə üzvlərindən X25, X26, İddiaçı1, X30 və X34 yaşamışlar. İsmayıllı rayon Notariat Kontoru tərəfindən DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış 27 may 2017-ci il tarixli 36 nömrəli məktubda qeyd edilmişdir ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsinin X25 olması barədə məlumat verilir. 27 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsəsi oğlu X18r və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi, 15 may 2009-cu il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,15 hektar torpaq sahəsindən və ümumi sahəsi 107.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 9,1789 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətindədir. 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindn görünür ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsəsi oğlu X18r və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 80,8374 hektar torpaq sahəsinin, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 52,1552 hektar torpaq sahəsinin, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 33,3633 hektar torpaq sahəsinin, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 63,3155 hektar torpaq sahəsinin və 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 21,0841 hektar torpaq sahəsinin üzərində olan icarə hüququndan ibarətdir. 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 21,0841 hektar, 52,1552 hektar, 80,8374 hektar, 33,3633 hektar, 63,3155 hektar – cəmi 250,7555 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə X11 icarəsinə verilmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış 02 iyun 2021-ci il tarixli 771 nömrəli məktubunda qeyd edilmişdir ki, 14 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X11 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsinin İddiaçı1 olması barədə məlumat verilir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayon Məhkəməsinə ünvanlanmış 03 avqust 2021-ci il tarixli 1092 nömrəli məktubda qeyd edilmişdir ki, 27 iyul 2017-ci il tarixdə mərhum X6 vərəsəsi X17 qanun üzrə vərəsəlik hüququnda şəhadətnamə verilmişdir. X6 vərəsəsi X25 14 mart 2021-ci il tarixdə vəfat etdiyi üçün onun vərəsələrinin dairəsi müəyyən edilmiş və 20 aprel 2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. İsmayıllı rayon Dövlət Arxivinin 23 iyul 2021-ci il tarixli 126 nömrəli arxiv arayışının surətindən görünür ki, X59 Komissiyasının 25 sentyabr 2000-ci il tarixli 5 saylı qərarı ilə balans dəyəri 40348800 manat, qalıq dəyəri ******* manat olan qoyun kaşarı 3 nəfər əmlak payı olan şəxslərin mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X45 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəsi işləyir. X43 sağlığında özünün birinci növbəli vərəsələri olan övladlarına ayrıca əmlaklar almışdır. 2010-cu ildə X21 Şiraliyevə miras əmlaklar vəsiyyət etmək üçün ona müraciət etmişdir. 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamə ilə Əmirşah Şiraliyev mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu mallarını, xırdabuynuzlu mallarını onunla birlikdə yaşayan oğlu Mayıl Şiraliyevə vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı avtomobilini Mayıl Şiraliyevin sərəncamına vermişdir. Həmin vəsiyyətnamə saxta deyil və bundan Cavabdeh5 xəbərdar olmuşdur. O, 26 may 2017-ci il tarixdə Əmirşah Şiraliyevin vəfat etdiyi gündən 2017-ci il tarixə qədər onunla birlikdə yaşamış ailə üzvləri barədə arayış vermişdir. X35 ifadə verərək göstərmişdir ki, o, Cavabdeh6 həyat yoldaşıdır. Onlar öz torpaq sahələrinin vergi pulunu qaynı Mayıl Şiraliyevə vermiş və o ödəmişdir. 2017-ci ildə qışlaq torpaq sahəsinə dair sənəd almaq üçün qaynı Mayıl Şiraliyevə 8000 manat pul verilmişdir. Bundan başqa, 30 sentyabr 2018-ci il tarixdə 1000 manat, 19 dekabr tarixdə 100 manat, 06 avqust 2019-cu il tarixdə 200 manat, 2020-ci ildə 500 manat ödənilməsi üçün qaynı Mayıl Şiraliyevə vergi pulu verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək 1-ci tələb. İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılması; 2-ci tələb. cavabdehlər Cavabdeh6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012ci il tarixli 306 nömrəli sərəncamına əsasən mərhum əri X11 icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin X11 icarəsinə verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar-cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlərə məxsus əmlakların çıxarılması və həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulması; 3-ci tələb. Cavabdeh6 qarşı iddia ərizəsi ilə müraciət edərək 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4-ci tələb. iddiaçılar X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək X6 vərəsəsi X11 miras əmlakından 1/1 hissədə pay almasına dair İsmayıllı rayon X54 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi, X3 miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi X11 1/5, X7 1/5, X22 1/5, X5 1/5 (atası Cavabdeh1 görə) və İddiaçı2 1/5 hissədə payları müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, X25 onun mərhum əridir. 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən mərhum əri, ərinin atası və anası da daxil olmaqla cəmi 7 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 10,17533 hektar torpaq sahəsi verilmişdir. X27 28 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Qayınatası sağlığında özünə məxsus əmlaklarını oğlu Mayıl Şiraliyevə vəsiyyət etmişdir. Mərhum əri Mayıl Şiraliyev atasının vəfatından sonra ondan miras qalan əmlakı qəbul edərək idarə etmiş və İsmayıllı rayon Notariat Ofisi tərəfindən onun adına 27 iyul 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Əri 14 mart 2021-ci il tarixdə vəfat etmiş və bundan sonra o, mərhum ərinin vərəsəsi elan olunmuşdur. Əri vəfat etdikdən sonra ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar torpaq sahəsinin yeddidə iki hissəsi faktiki onun mülkiyyətindədir. Cavabdehlər ərindən miras qalan əmlakı qəbul edərək idarə etməyinə, mülkiyyət hüququnun həyata keçirməyinə bir sıra maneçiliklər törətmişlər. Cavabdehlər hazırda da mərhum ərindən miras qalan əmlakdan onun istifadəsinə hər cür maneçiliklər törədirlər. Ona görə də o, ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılmasını istəyir. İddiaçılar Mustafa Şiralıyev, Sahib Şiralıyev, Cəbrayıl Şiralıyev və İddiaçı2 tələbilərini onunla əsaslandırmışlar ki ataları X16 ilə anaları X12 birgə nikahlarından doqquz övladları olmuşdur. X51 28 aprel 2011-ci il tarixdə, anası Gülgəz Şirəliyeva 13 dekabr 2014-cü il tarixdə, qardaşı Mayıl Şiraliyev isə 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı3 atası Cavabdeh1 13 dekabr 2014-cü il tarixdə həbs edilmiş, anlaqlılığı istisna olunduğu müəyyən edilmiş və məhkəmənin qərarına əsasən Respublika Psixiatiriya Xəstəxanasında stasionar qaydada məcburi müalicə olunur. Aqrar İslahat Komissiyasının qərarı ilə eni 8 metr, uzunluğu 100 metr olan kaşar əmlak payı kimi mərhum valideynlərinin və qardaşı Cavabdeh1 mülkiyyətinə verilmişdir. Mərhum atası heyvandarlıqla məşğul olmuş, sağlığında bütün övladlarının ayrı təsərrüfat olmalarını təmin etmiş, mal-qaraları və torpaq sahələri isə birgə idarə edilmişdir. Bundan başqa, 9,17 hektar, 7,64 hektar və 9,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də mərhum atası ailə başçısı kimi idarə etmiş və öz istəyi ilə övladlarına pay vermişdir. Mərhum atası 200 hektar yay otlaq sahəsi, 250 hektar isə qış otlaq sahəsini icrarəyə götürmüş və heyvanların bir təsərrüfatda idarə olunmasını təmin etmişdir. Mərhum atasının adına qeydə alınmış İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 may 2009-cu il tarixli MN seriyalı ******* nömrəli çıxarışa əsasən 0,15 hektar həyətyanı torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı, 41,6 kv.m yaşayış, 65,8 kv.m köməkçi sahədən ibarət yaşayış evi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi onun miras kütləsinə daxildir. Bundan başqa, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Soltan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsindən 200 hektar torpaq sahəsi üzərində istifadə hüququ, mərhum atasının adına verilmiş çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli Bələdiyyəsinə məxsus 52,1 hektar, 33,3 hektar, 63,3 hektar, 80,8 hektar və 21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququ, Aqrar İslahat Komissiyasının 25 sentyabr 2000-ci il tarixli 5 saylı qərarı ilə balans dəyəri 40348800 manat, qalıq dəyəri ******* manat olan qoyun kaşarının 1/3 hissəsi və 05 avqust 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,1753 kənd təsərrüfatı təyinatlı əmlak pay torpaq sahəsinin mərhum valideynlərinin hər birinin 1/7 hissəsi də miras kütləsinə daxildir. Mərhum atasının Uaz və Vaz markalı avtomobilləri olmuş, sağlığında bunlardan Vaz markalı avtomobilini satılaraq məzar daşının tikintisini təmin etməyi vəsiyyət etmiş, lakin bunu mübahisələndirmir. Mərhum atası sağlığında qalan əmlaklarını, o cümlədən, mülkiyyətində olan digər torpaq sahələrini, istifadəsində olan yay və qış otlaq sahələrini vərəsələr arasında bərabər bölünməsini sözlə vəsiyyət etmişdir. Mərhum atasının vəfatından sonra onun vəsiyyətinə uyğun mirası qəbul edərək idarə etmişlər. X40 vəfatından sonra cavabdeh İddiaçı1 miras əmlakı bütünlüklə adına keçirdiyini deyərək həmin əmlaklara heç bir hüquqlarının çatmadığını bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, qardaşı Mayıl Şiraliyev 27 may 2017-ci il tarixli ərizə ilə İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək atalarının vəfat etdiyini, miras əmlakın fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olduğunu, başqa vərǝsələrin olduğunu ərizəsində göstərməmiş və başqa vərəsələrin olmadığını təsdiq edərək imzalamışdır. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinin notariusu digər vərəsələrin dairəsi barədə arayış tələb etməli olduğu halda İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən mərhum atasının vəfat etdiyi tarixə kimi onunla yaşayan ailə üzvlərinin siyahısı barədə 26 may 2017-ci il tarixli 241 saylı arayışı qanunsuz olaraq sübut kimi qəbul etmiş və 27 iyul 2017-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notarius həmin şəhadətnamə ilə 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum atasının vərəsəsi X40 miras əmlakdan 1/1 hissədə pay almasını təsdiq etmişdir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi verilməsi barədə ərizəyə baxarkən təqdim edilməsi zəruri olan sənədi deyil, bunun üçün əhəmiyyəti olmayan arayışı sübut kimi qəbul etmiş, mərhum atasının vəfatından 7 il sonra X40 xeyrinə əsassız şəhadətnamə vermişdir. Mərhum atasının vərəsəsi qardaşı Mayıl Şiraliyev miras əmlakdan 1/1 hissədə pay almasına dair İsmayıllı rayon Notariat Ofisinin tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli (iddia ərizəsində 27.05.2017 kimi qeyd edilmişdir. Məhkəmə bunu texniki səhv kimi qəbul edir) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında hüquq müəyyənedici sənədlər ləğv edilməli və miras əmlak vərəsələr arasında bərabər bölünməlidir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbinə dair hissəsində qismən təmin edilməsi - (1-ci tələb) İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı1 payı 2/7 (2,90723 hektar) hissədə müəyyən edilməsi - (2-ci tələb) İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən İddiaçı1 mərhum əri X11 icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin X11 icarəsinə verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar–cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaklarının çıxarılması, həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulması; - (3-cü tələb) İddiaçı1 Cavabdeh6 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair hissədə təmin edilməsi, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması; -(4-cü tələb) iddiaçılar X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı X6 vərəsəsi X11 miras əmlakından 1/1 hissədə pay almasına dair İsmayıllı rayon X54 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi, X3 miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi X11 1/5, X7 1/5, X22 1/5, X5 1/5 (atası Cavabdeh1 görə) və İddiaçı2 1/5 hissədə payları müəyyən edilməsinə dair iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, (1-ci tələbə münasibətdə) 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,17533 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi X16, X23, X19, X33, Cavabdeh4, X24 və Cavabdeh3 olmaqla 7 nəfərin ümumi birgə mülkiyyətindədir. Qeyd edilən mübahisəli torpaq sahəsində hər bir birgə mülkiyyətçinin payı razılaşdırma ilə müəyyən edilmədiyindən hər birinin payı 1/7 hissədə müəyyən edilməklə onlar arasında bərabər bölünməlidir. Qeyd edilən torpaq sahəsində payları olan birgə mülkiyyətçilərdən Əmirşah Şiraliyev 28 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Əmirşah Şiraliyev vəfat etdikdən sonra Mayıl Şiraliyev X51dən qalan miras əmlakı qəbul etmiş və həmin əmlaka dair 27 iyul 2017-ci il tarixli birinci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra İddiaçı1 Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. X28 miras qalan əmlak oğlu Mayıl Şiraliyev tərəfindən qəbul edilmiş, Mayıl Şiraliyev tərəfindən qəbul edilmiş miras əmlaka və onun özünə düşən paya onun həyat yoldaşı İddiaçı1 vərəsə müəyyən edilmiş və həmin əmlak İddiaçı1 tərəfindən qəbul edilmişdir. Belə olan halda, İddiaçı1 payı Mayıl Şiraliyev və Əmirşah Şiraliyevin hər birinə düşən payın 1/7 hissə olması nəzərə alınmaqla 2/7 hissədə (10,17533*2/7=2,90723 hektar) müəyyən edilməlidir. Ona görə də iddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi hissədə təmin edilməlidir. Qanuna əsasən hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması nəzərdə tutulsa da hazırki iş üzrə İddiaçı1 paylı mülkiyyətin naturada ayrılmasına yol verilməsini və ya bu mülkiyyətin əşyaya tənasüb zərər vurmadan mümkün olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi torpaq sahəsinin naturada paylarına uyğun ayrılması hissədə təmin edilməməlidir. Məhkəmə 2-ci tələbə münasibətdə qeyd etmişdir ki, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən 200 hektar hissəsi və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar hissəsi Mayıl Şiraliyevin icarəsinə verilmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra İddiaçı1 Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh6 və Cavabdeh5 həmin torpaq sahələrində olan tikililərdə özlərinə məxsus əmlaklar və saman tayları yerləşdirmişlər. Cavabdehlər həmin torpaq sahələrindən mərhum ərinin vərəsəsi İddiaçı1 istifadə etməsinə mane olurlar. Cavabdehlər iddiaçının qeyd olunan torpaq sahələrindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. 3-cü tələbə münasibətdə münasibətdə qeyd etmişdir ki, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən 9,1789 hektar torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra İddiaçı1 Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. Cavabdeh6 qeyd olunan torpaq sahəsinin 2 hektar hissəsini zəbt edərək istifadə edir və həmin torpaq sahəsindən mərhum ərinin vərəsəsi iddiaçının istifadə etməsinə mane olur. Cavabdeh iddiaçının qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olması onun mülkiyyət hüquqlarının pozulması və əmlak üzərində mülkiyyət hüququndan tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin hər hansı əsasla iddiaçının qanuni istifadəsində olan torpaq sahələrindən istifadə etməsi onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməsinin məhdudlaşdırılması üçün əsas ola bilməz. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Mayıl Şiraliyevin mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılmalı və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmalıdır. 4-cü tələb üzrə məhkəmə qeyd edir ki, mərhum Mayıl Şiraliyev atasının vəfatından sonra birinci növbəli vərəsə kimi İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçılar özlərinin vərəsəliyi qəbul etməsini sübut etməlidirlər. Başqa sözlə, iddiaçılar vərəsəliyi qəbul etməmələrini deyil, özlərinin vərəsəliyi qəbul etmələrini sübut etməlidir. Lakin iddiaçılar özləri tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçılar birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, miras qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişlər. Məhkəmə qərara gəlir ki, qаnun üzrə vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə qanunvericiliyin tələblərinə uyğun verildiyindən ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2, 146.2, 152.4, 157.2, 157.4, 157.8, 158, 178.1, 214.1, 220.1, 220.2, 220.3, 1243.1, 1243.2, 1243.3 və 1244-cü maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh6, X22 və İddiaçı2 аpellyаsiyа şikаyəti verərək İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)- 804/2021 nömrəli qətnamənin ləğv edilməsini və 27.07.2017-ci il tarixli, 2V-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək, paylarının 5 vərəsə arasında bölünməsinə dair yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi miras qoyan X6 ölümündən sonra miras qalmış əmlaklar X23 ilə mərhum X6 birgə nigah dövründə əldə edilmişdir. Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd olunan maddənin mənasına görə ər-arvadın birgə mülkiyyəti onlara birlikdə mənsubdur. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Vərəsəlik açıldıqda sağ qalan arvada (ərə) onların birgə mülkiyyətində olan əmlakdan, çatası əmlak hissəsi ayrılaraq ona verilir, əmlakın yerdə qalan hissəsi miras əmlaka daxil edilərək, sağ qalan arvad (ər) da daxil olmaqla vərəsələr arasında bölüşdürülür. Göründüyü kimi mərhum X3 miras qalmış əmlaklar X23 ilə birgə nigah dövründə əldə edilməsinə baxmayaraq, notarius qanunsuz olaraq X13 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, nəticədə onların hüquqlarını pozumuş, məhkəmə isə notariusun yol verdiyi qanun pozuntularını təkrarlamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X14 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası 2011-ci il tarixdə vəfat edəndən sonra miras qalmış əmlakı onlar idarə etmişlər. O, özü də həmin yurdda yaşamışdır. Ataları rəhmətə gedəndən sonra belə məsləhətə gəlmişlər ki, fermanın vergi və torpaq haqqı qardaşları Mayıla verilsin, Mayıl da öz adından ödəsin. Onun həmin əmlakdan istifadə etməsini, mal-qarasını saxlamasını qonşuları da təsdiq edə bilər. Belə ki, atasının sağlığından və öləndən sonra da onun bütün mal-qarası həmin fermada olmuş, həmin torpaqdan istifadə etmişlər. Qardaşları Sərdarın da mal-qarası orada olmaqla, daim onların çobanı olmuşdur. Vərəsələrdən Zərifə, Sənəm, Rəna və Xuraman mirasdan pay tələb etmirlər. Əgər iddiaçı tərəf onlarla qarşılqılı razılığa gələrsə onlar evdən və həyətyanı torpaqdan pay tələb etməzlər. Ona görə də ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Mustafa Şiralıyevin nümayəndəsi (vəkili) Vəkil (sonuncu prosesdə iştirak etmir) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarından görünür ki, miras əmlak cavabdehin atasından qalıb. Miras qoyan şəxs 2011-ci il tarixdə vəfat edəndən sonra müdafiə etdiyi şəxs notariusa müraciət etməsə də, əmlakı faktiki qəbul edib. Cavabdehin evdə məcburi payı var. Atalarının sağlığında bütün əmlakı birgə idarə ediblər. Elə indi də həmin idarəçilik mövcuddur. Həmin əmlaklar cavabdehlərin qardaşı Mayılla birlikdə idarə olunub. Mayıl rəhmətə gedəndən sonra hazırki mübahisələr yaranıb. Cavabdehin torpağı zəbt etməsi, özü-özlüyündə fakitiki qəbul anlamına gəlir. Çünki sonuncu həmin torpağı zəbt etməyib, atasının mirası kimi idarə edib. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X22 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onların hamısının mal-heyvanı var. Heyvanlarına görə də vergini ödəyiblər. Sadəcə hər birinin adından ödənilməsin deyə vergi borclarını Mayıla vermiş və sonuncunun adından ödənilmişdir. Mayıl rəhmətə gedəndən sonra onun arvadı hazırki mübahisələrlə bağlı məhkəmədə iddia qaldırmışdır. Mayıl rəhmətə getməmişdən də onların hamısının fermada mal-qarası olub. Ataları rəhmətə gedəndən sonra Mayıl onlara atalarının adına olan icarə müqaviləsinin vaxtının bitdiyi bildirmişdir. Əgər iddiaçı tərəf onlarla qarşılqılı razılığa gələrsə onlar evdən və həyətyanı torpaqdan pay tələb etməzlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sahib Şiralıyevin vəkili Nümayəndə1 özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Notariusun və birinci instansiya məhkəməsinin səhvi olaraq müdafiə etdiyi şəxs mirasdan məhrum olub. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Aynur Şiralıyeva apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, əri öləndən sonra uşaqları tək böyüdür. Hələ qayınatası sağ olarkən hər bir övladının payını ayıraraq vermişdir. Mübahisəli fermanı və torpaqları onun əri Mayıl idarə edib, vergiləri o ödəyib. Mayıl rəhmətə gedəndən sonra cavabdehlər hamısı gəlib pay istədilər və ona əmlakı idarə etməkdə maneə yartmağa başladılar. Hansı ki, cavabdehlərin özlərinə məxsus əmlakı var. Lakin buna baxmayaraq cavabdehlər mübahisəli torpaqdan istifadə etməklə onun hüquqlarını pozurlar. Vərəsələrdən Zərifə, Sənəm, Rəna və Xuraman mirasdan pay tələb etmirlər. Problem yaradan yalnız bunlardır. Ona görə də apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Azayev Ağaşərif Ağaşükür oğlu apellyasiya şikayətlərinə etiraz edərək, sonda şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X15 izahat verərək bildirmişdir ki, atası hazırda ruhi xəstədir. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin nümayəndəsi X9 apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər, vərəsələr Zərifə, Sənəm, Rəna və Xuraman və maraqlı şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətlərindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsi iş üzrə cavabdehlər Cavabdeh6, X22 və İddiaçı2 tərəfindən verilmişdir. Apellyasiya şikayətlərinin dəlillərindən müəyyən edilir ki, apellyatorlar sözügedən qətnamənin ləğv edilməsini xahiş etsələr də, sonda İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş 2V-76 reyestr nömrəli, 27.07.2017-ci il tarixli (iddia ərizəsində və apellyasiya şikayətində 27.05.2017 kimi qeyd edilmişdir. Məhkəmə bunu texniki səhv kimi qəbul edir) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamənin əsasında daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının ləğv olunması və payların müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. İddia tələblərindən görünür ki, baxılan iş üzrə 4 ayrı-ayrı iddia verilmiş (bunlardan 3-ü iddiaçı Aynur Şiralıyeva, biri isə cavabdehlər tərəfindən) və bu iddilar prosessual qənaət prinsipi baxımından bir icraatda biləşdirilmişdir. Kollegiya iddia tələblərinin çoxluğunu və mürəkkibliyini nəzərə alaraq təkrarçılığa yol verməmək və qərarın oxunaqlı olmasını nəzərə alaraq iddia tələblərini şərti olaraq “1-4” rəqəmləri ilə işarələmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan Əmirşah Şiralıyev 2011-ci il tarixdə, arvadı Gülgəz Şiralıyeva 2014-cü il tarixdə, onların oğlu, yəni hazırki iş üzrə 3 ayrı-ayrı tələb üzrə iddiaçı Aynur Şiralıyevanın əri Mayıl Şiralıyev isə 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyan Əmirşah Şiralıyevlə arvadı Gülgəz Şiralıyevanın birgə nikahından 9 övladı- Zərifə, Mustafa, Sahib, Rəna, Səlmi, Sərdar, Sənəm, Mayıl və Xuraman adlı övladları olmuşdur. Həmin vərəsələrdən Zərifə, Sənəm, Rəna və Xuraman mirasla bağlı mübahisə açmamış, məhkəmə tərəfindən dəfələrlə dəvət olunmasına baxamayaraq, səbəbini bildirmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə iclasında iştirak etmiş tərəflər həmin vərəsələrin atalarının sağlığından özlərinə məxsus olan əmlaklarda yaşadıqlarını, miras əmlakla bağlı mübahisələrinin olmadığını bildirmişlər. Miras əmlak toplusuna aşağıdakılar aiddir. X31 vəfatından sonra, onun, Gülgəz, Sərdar, Südabə, Sənəm, Mayıl və Xuraman Şirəliyevlərin ümumi birgə mülkiyyətlərində olan, İsmayıllı rayonu Qubaxəlilli kəndində ******* reyestr nömrə ilə qeydə alınmış 10.17533 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi; X31 özünün şəxsi mülkiyyətində olmuş və ayrı - ayrı şəhadətnamələrlə qeydə alınmış İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi (oğlu Mayıl Şiralıyevə vəsiyyət edib); ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən kənd təsərrüfat təyinatlı torpaq sahələri, həmçinin ümumi sahəsi 250 ha olan icarə torpaqları miras qalmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Əmirşah Şiraliyev sağlığında, yəni 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu və xırdabuynuzlu mallarını oğlu Mayıl Şiraliyevə vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı avtomobilini oğlu Mayıl Şiraliyevin sərəncamına vermişdir. Yuxarıda adçəkilən vərəsələrdən yalnız Mayıl Şiralıyev, atasının ölümündən xeyli sonra, 2017-ci il tarixdə rəsmi qaydada İsmayıllı rayon notariat ofisinə müraciət etmiş və notarius tərəfindən 27 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X51dən miras qalmış əmlakdan tam hissədə pay almışdır. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi, 15 may 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,15 ha torpaq sahəsi və ümumi sahəsi 107.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə apararaq bildirir ki, apellyatorlar apellyasiya şikayətində yalnız 2V-76 reyestr nömrəli 27.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamənin əsasında daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının ləğv olunması və payların müəyyən edilməsi hissəsini xahiş etmişlər. Kollegiya da məhz bu dəlillər üzrə araşdırma aparır. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələblərinə düzgün riayət olunubolunmamasına xüsusi önəm verməyi zəruri hesab edir. Çünki apellyasiya şikayətinin dəlilləri birbaşa 27 iyul 2017-ci il tarixli, 2V-76 reyestr nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” ləğvinə və həmin şəhadətnamədə qeyd olunan əmlakların (mirasın) bölünməsinə yönəlmişdir. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsinin verildiyi müddət vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər, şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəslərdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsləri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Araşdırılan işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan şəxs Əmirşah Şiralıyev 2011-ci il tarixdə ölməsinə baxmayaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 27.07.2017-ci il tarixdə verilmişdir. Məhkəmə araşdırması zamanı miras qoyan Əmirşah Şiralıyevin yaşayış evi və həyətyanı torpaq sahəsinə dair vəsiyyətnamə qoyması müəyyən edilmişdir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda onun yuxarıda sadalanan vərəsələri, yəni 9 övladı və arvadı sağ olmuşdur. Lakin təqdim olunmuş sənədlərdən və vərəsəlik işindən görünür ki, qeyd olunan vərəsələrdən yalnız miras qoyanın oğlu Mayıl Şiralıyev notariat kontoruna müraciət etməklə mirası bütünlüklə öz adına rəsmiləşdirmişdir (i/m 1-ci cild. səh132-141). Qeyd olunan notariat işinin təhlili zamanı müəyyən edilmişdir ki, Mayıl Şiralıyev tərəfindən 27.05.2017-ci il tarixdə notariat kontoruna müraciət olunarkən, şəhadətnamənin verilməsinə dair ərizənin “məndən başqa aşağıdakı vərəsələr var” qrafası boş saxlanılmış, sonuncu tərəfindən həmin qrafada digər vərəsələr barədə hər hansı qeyd aparılmamışdır. Hansı ki, yuxarıda qeyd olunduğu kimi 9 vərəsə mövcuddur, onlardan 5-i miras əmlakı mübahisələndirir. (i/m 1-ci cild səh 133) Həmin notariat işə əlavə edilmiş vərəsələrin dairəsi barədə Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 26.05.2017-ci il tarixli arayışından müəyyən edilir ki, 2011-ci il tarixdə vəfat etmiş Əmirşah Şiralıyevin ailə üzvlərinin Mayıl, Gülgəz, Aynur, Səddam, Murad olması göstərilmişdir (i/m 1-ci cild səh. 132). Halbuki həmin şəxslərdən yalnız Mayıl və Gülgəz Şiralıyevlər miras qoyanın birinci növbə vərəsəsi olmaqla, digər 3 nəfər Mayıl Şiralıyevin ailə üzvləri (arvadı və uşaqları) olmuşdur. Göründüyü kimi nə kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışda, nə də ki, şəhadətnamənin verilməsinə dair notariusa ünvanlanmış ərizədə miras qoyan Ə.Şiralıyevin digər vərəsələri-övladları barədə hər hansı qeyd aparılmamış, miras əmlaklara dair şəhadətnamə verilərkən sonuncular nəzərə alınmamış və şəhadətnamədən kənarda qalmaqla atalarından miras qalmış pay hüquqlarından məhrum olmuşlar. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İsmayıllı rayon notariat ofisi tərəfindən Ə.Şiralıyev barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, yalnız icra nümayəndiliyi tərəfindən verilmiş arayışla və mirası sənədləşdirən vərəsənin (Mayıl Şiralıyevin) ərizəsi ilə kifayətlənərək vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318 -ci maddəsinin tələbləri, həmçinin Notariat Haqqında AR Qanununun və “Notariat hərəkətlərinin aparılması haqında Təlimatın” tələbləri pozulmuş, nəticədə digər vərəsələr atalarından miras qalmış əmlakdan kənarda qalmışlar. Düzdür, kollegiya qeyd edir ki, qanunvericilik mirasın qəbulu üçün konkret müddət müəyyən etmiş və bu müddət ərzində vərəsələr mirası qəbul və imtina etmələri barədə öz iradə ifadələrini bildirməlidirlər. Lakin, hazırki işin tədqiqi zamanı müəyyən edilir ki, iş üzrə cavabdehlər Sahib və Mustafa Şiralıyevlər kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaqla atalarının sağlığında və onun ölümündən sonra, hətta qardaşları Mayıl Şiralıyevin sağlığında məhz sözügedən torpaqlardan və fermadan təyinatı üzrə istifadə etməklə, heyvandarlıqla məşğul olmuşlar. Hətta iddiaçı Aynur Şiralıyevin iddia tələblərinin birində, (3-cü tələb) Cavabdeh6 9,1789 ha torpaq sahəsinin zəbt etdiyi 2 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması göstərilmişdir ki, bu da özü-özlüyündə dolayısı ilə etiraf olunmaqla, cavabdehin həmin əmlkadan istifadə etməklə faktiki qəbuluna dəlalət edir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir İş materialları ilə həmçinin müəyyən edilir ki, 05 mart 2021-ci il tarixdə mərhumun vərəsəsi, oğlu Mayıl Şiraliyevə icarədə olan və yuxarıda sadalanan əmlaklar bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan həmin torpaqlar (21,0841 ha, 52,1552 ha, 80,8374 ha, 33,3633 ha, 63,3155 ha – cəmi 250,7555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 50 il müddətinə Mayıl Şiraliyevin icarəsinə verilmişdir. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi, arvadı ( hazırki iş üzrə iddiaçı) İddiaçı1 olması müəyyən edilmişdir. Kollegiya ilk olaraq bildirir ki, miras qoyanın 10 vərəsəsi (arvadı və 9 övladı) olmasına baxmayaraq, həmin vərəsələrdən yalnız Mayıl (irsi transmissiya qaydasında arvadı Aynur Şiralıyeva), Mustafa, Sahib, Sərdar (oğlu Cəbrayıl) Şiralıyevlər və İddiaçı2 miras kütləsini mübahisələndirir və mirasdan pay tələb edirlər. Digər vərəsələr isə məhkəmə iclaslarına gəlməməklə yanaşı, miras əmlak barədə mübahisə açmamaqla susmuşlar. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Mülki Məcəlləsinin göstərilən normalarında (MM-nin 1262-ci və 1263-cü maddələrində) isə nəzərdə tutulmuşdur ki, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Ona görə də kollegiyanın qənaətinə görə Əmirşah Şiralıyevdən miras qalmış əmlak yalnız 5 vərəsəyə (Mayıl, Mustafa, Sahib, Sərdar, Səlmi) münasibətdə bölünməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq 2V-76 reyestr nömrəli 27.07.2017-ci il tarixli şəhadətnamənin ləğvini əsaslı hesab etsə də, payların müəyyən edilməsini iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar kimi müəyyən edilməsini əsaslı hesab etmir və vərəsəlik payının aşağıdakı qaydada bölgüsünü aparır Kollegiya bildirir ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə vəsiyyət üzrə vərəsəliyin normaları, qalan torpaq sahələrinə münasibətdə isə qanun üzrə vərəsəlik hüquq normaları tətbiq ediləcəkdir. -1-ci əmlak üzrə (vəsiyyət olunan) 15.05.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan Əmirşah Şiralıyevə məxsus olduğundan vəsiyyətnamə nəzərə alınmaqla bölgü aparılmalı və cavabdehlərin payı evlə bağlı yalnız məcburi paya münasibətdə müəyyən edilməlidir. Beləliklə fərdi yaşayış evi və onun yerləşdiyi 0.15 ha torpaq sahəsində Mustafa, Sahib, Sərdar Şiralıyevlərin və İddiaçı2 məcburi vərəsəlik payı-1/10-dir. (riyazi açıqlaması- Mustafa, Sahib, Sərdar Şiralıyevlər və İddiaçı2 (vəsiyyətnamə üzrə yarısı)=1/10). Qalan vəsiyyət üzrə 5/10 hissə Mayıl Şiralıyevə verilməli, sonuncu da öldüyündən ondan miras qalmış əmlak irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə (arvadı Aynur Şiralıyevaya və övladlarıa) verilməlidir. 2-ci əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında 9.1789 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Torpaq sahəsi tam mülkiyyət üzrə Əmirşah Şiralıyevə məxsus olduğundan, miras pay 5 vərəsə arasında bərabər bölünməlidir. Deməli, Mayıl, Mustafa, Sahib, Sərdar Şiralıyevlərin və İddiaçı2 həmin əmlakda payı bərabər olmaqla, hər birinə 1/5 hissə. Mayıl Şiralıyevə çatacaq pay irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə (arvadı Aynur Şiralıyevaya və övladlarına) verilməlidir. 3-ci əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında 7.6493 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Torpaq sahəsi tam mülkiyyət üzrə miras qoyan Ə. Şiralıyevə məxsus olduğundan, miras pay 5 vərəsə arasında bərabər bölünməlidir. Deməli Mayıl, Mustafa, Sahib, Sərdar Şiralıyevlərin və İddiaçı2 həmin əmlakda payı bərabər olmaqla, hər birinə 1/5 hissə. (Mayıl Şiralıyevə çatacaq pay irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə (arvadı Aynur Şiralıyevaya və övladlarına) verilməlidir. 4-cü əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında 9,1827 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Torpaq sahəsi tam mülkiyyət üzrə miras qoyan Ə. Şiralıyevə məxsus olduğundan, miras pay 5 vərəsə arasında bərabər bölünməlidir. Deməli Mayıl, Mustafa, Sahib, Sərdar Şiralıyevlərin və İddiaçı2 həmin əmlakda payı bərabər olmaqla, hər birinə 1/5 hissə. (Mayıl Şiralıyevə çatacaq pay irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə (arvadı Aynur Şiralıyevaya və övladlarına) verilməlidir. Beləliklə kollegiya belə hesab edir ki, iddiaçı Aynur Şiralıyevanın iddia tələblərindən birini, yəni “3-cü tələbi olan Cavabdeh6 9,1789 ha torpaq sahəsinin zəbt etdiyi 2 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını” təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, bu tələb üzrə tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməmişdir. Çünki iş materilları ilə sübut olunur ki, cavabdeh Mustafa Şiralıyev həmin torpağın 2 ha hissəsini qanunsuz olaraq zəbt etməmiş, atasından miras qalmış əmlak kimi (hətta qardaşı Mayıl Şiralıyevin sağlığından) təyinatı üzrə istifadə etməklə mirası şəksiz qaydada idarə etdiyini nümayiş etdirmişdir. Ona görə də kollegiya iddiaçının 3-cü tələbinin təmin edilməsini əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələbin təmin olunmuş hissəsində ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 3-cü tələblə bağlı iddianın təmin olunmuş, 4-cü tələblə bağlı iddianın təmin olunmamış hissələrində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apellyasiya şikayətləri qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsi həmin iddialar üzrə ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında bu tələblər (3-cü və 4-cü tələblər üzrə) yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər (4-cü tələb üzrə iddiaçılar) Cavabdeh6, X22 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri mübahisələndirilən hissədə qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(037)-804/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni (3-cü tələb üzrə) Aynur Şiralıyevin Cavabdeh6 qarşı cavabdehin 9,1789 ha torpaq sahəsinin zəbt etdiyi 2 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasının” təmin edilmiş hissəsində ləğv edilsin, bu tələb üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. 4-cü tələb üzrə; iddiaçılar X14, X22, X15 və İddiaçı2 cavabdehlər İddiaçı1, İsmayıllı rayon Notariat Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı rayon X54 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi və payların müəyyən edilməsinin” təmin olunmayan hissələrində ləğv edilsin, bu tələb üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. İsmayıllı rayon X58 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında yaranmış hüquqların dövlət qeydiyyatı ləğv edilsin. X2 miras qalmış əmlaklardan; -1-ci əmlak üzrə (vəsiyyət olunan) 15.05.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.15 ha torpaq sahəsində Mustafa, Sahib, Sərdar Şiralıyevlər və İddiaçı2 məcburi vərəsəlik payı-1/10 hissə, qalan 5/10 hissə Mayıl Şiralıyevin (irsi transmissiya qaydasında sonuncunun vərəsələri (arvadı Aynur Şiralıyevaya və övladlarının) -2-ci əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 9.1789 ha kənd təsərrüfatlı torpaq sahəsində; -3-ci əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 7.6493 ha kənd təsərrüfatlı torpaq sahəsində; -4-cü əmlak üzrə; 15.07.2017 tarixli, ********** reyestr nömrəli çıxarış əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 9,1827 ha kənd təsərrüfatlı torpaq sahəsində Mayıl, Mustafa, Sahib, Sərdar Şiralıyevlərin və İddiaçı2 payı bərabər olmaqla, hər birinə 1/5 hissədə müəyyən edilsin. (Mayıl Şiralıyevə çatacaq pay irsi transmissiya qaydasında sonuncunun vərəsələrinə (arvadı Aynur Şiralıyevaya və övladlarına) verilməlidir. 4-cü tələb üzrə iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar