Məhkəmə qərarları › İş №2(107)-438/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-438/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-438/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsindən iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,60 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manatın Cavabdeh tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. İşin halları: "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,60 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat Cavabdeh tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2014-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllıMuğanlı yolunun 39.5-ci kilometrində manevr etmə qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkət edən “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra cavabdehin sürücülük vəsiqəsinin müddətinin bitdiyi məlum olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması DYPİ-nin YPXA-nın CYP 008739 saylı X5 Protokolunda öz əksini tapmışdır. xx xxxx 2014-cü il və xx xxxx 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara uyğun olaraq “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə 2534,20 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 007685 və 009303 saylı sığorta aktlarına əsasən 2534,20 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2534,20 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,20 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat cavabdehdən tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, göndərdiyi ərizədə iddia tələbini qəbul etmədiyini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(037)-1068/2016 saylı qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlandığını, həmin vaxtdan 4 il ötdükdən sonra iddiaçının ona qarşı eyni tələblə yenidən məhkəməyə müraciət etdiyini bildirirərək iddia tələbinin əsassız olduğunu və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı “"İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməli və iş üzrə iddia tələbi tam təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. Bu iş üzrə tərəflər arasında münasibətlər müqavilə əsasında deyil, mülki hüquq pozuntusu (delekt) nəticəsində yaranmışdır (tələb hüququ zərərin vurulmasından irəli gəlir) Bu baxımdan subroqasiya halı (Cavabdeh sürücülük vəsiqəsinin müddəti bitmişdir) cavabdehin həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyindən deyil vurulmuş zərərin geri tələb edilməsi hüququndan yaranmamışdır. Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və belə ödənişdən sonra zərərvurana münasibətdə iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçının subroqasiya hüququ müqavilədən deyil qanun əsasında yaranmışdır. Bu səbəbdən də iddiaçının hazırkı tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Buna baxmayaraq İsmayıllı rayon məhkəməsi qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gələrək iddianı təmin etməmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)- 788/2020 nömrəli qətnaməsini ləğv edərək iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbi üzrə borcun qaytarılması” tələbinə dair iddiasını tam təmin etməklə Cavabdeh iddiaçının xeyrinə “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2534.20 (iki min beş yüz otuz dörd manat 20 qəpik) manat sığorta ödənişi məbləği, iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumunun cəmi 2 580,00 (iki min beş yüz səksən) manat məbləğində borcun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2534,20 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İşdə olan xx xxxxxx 1998-ci il tarixdə verilmiş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İşdə olan xx xxx 2014-cü il tarixli CYP008739 nömrəli Baş Dövlət X6 X5 Protokolunun surətindən müəyyən edilir ki, Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, Cavabdeh Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbini pozduğuna görə İXM-nin 152.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan “X8-2011” MMC-nin xx xxx 2014-cü il tarixli, 51 nömrəli hesab fakturanın surətindən müəyyən edilir ki, “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2584,20 manat ziyan dəymişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan və xx xxxxxx 2014-cü il tarixli zərər aktına əlavədən müəyyən edilir ki, “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində ümumilikdə 2534.20 manat həcmində zərər dəydiyi müəyyən edilmişdir. İşdə olan xx xxxx 2014-cü tarixli 007685 saylı və xx xxxxxx 2014-cü il tarixli 009303 saylı sığorta aktlarının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə baş vermiş hadisəyə görə sığorta ödənişinin məbləği ümumilkdə 2534,20 manat müəyyən edilmişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli vəxx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırıqlarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 2534,20 manat sığorta ödənişi “xxxx” ASC-nin hesabına ödənilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(037)- 1068/2016 saylı qərardadının surətindən müəyyən edilir ki, iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydası əsasında cəmi 2565,20 manat tələbinə dair iddia ərizəsi iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən baxılmamış saxlanılmışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli P4633/19 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 2534,20 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2, 373.3, 375.2, 377.1 və 381.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, xx xxx 2014-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Muğanlı yolunun 39.5-ci kilometrində manevr etmə qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkət edən “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində İXMnin 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33- cü maddəsinin tələbini pozduğuna görə İXM-nin 152.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2534,20 manat sığorta ödənişi təyin olunmuş və xx xxxx 2014-cü tarixli 007685 saylı və xx xxxxxx 2014-cü il tarixli 009303 saylı sığorta aktlarına əsasən iddiaçı 2534,20 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının ödədiyi sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı 2534,60 manat sığorta ödənişini və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2564,60 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, göndərdiyi ərizədə iddia tələbini qəbul etmədiyini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlandığını, həmin vaxtdan 4 il ötdükdən sonra iddiaçının ona qarşı eyni tələblə yenidən məhkəməyə müraciət etdiyini bildirirərək iddia tələbinin əsassız olduğunu və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx xxx 2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçı cavabdehdən subroqasiya qaydasında pul tələbi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmənin xx xxxxxx 2016-cı il tarixli saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı iddia tələbi üzrə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı 4 il keçdikdən sonra 2020-ci ilin sentyabr ayında eyni tələblə yenidən məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Birinci instansiya məhkəməsi qərara gəlmişir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxdığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxx 2014-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Muğanlı yolunun 39.5-ci kilometrində manevr etmə qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkət edən “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbini pozduğuna görə İXM-nin 152.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2534,20 manat sığorta ödənişi təyin olunmuş və xx xxxx 2014-cü tarixli 007685 saylı və xx xxxxxx 2014-cü il tarixli 009303 saylı sığorta aktlarına əsasən iddiaçı 2534,20 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti əsasında hazırkı mübahisə ilə bağlı birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci instansiyası məhkəməsinin iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən üç illik iddia müddəti ötürülməklə verildiyindən rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, yenə də iddiaçı tərəfindən Mülk Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrıayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi-10 illik iddia müddəti şamil edilir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Bu baxımdan hazırkı halda iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2534,20 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-788/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2534,20 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar