Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-438/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, dövlət rüsumu, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 50000 manat borcun Maraqlı şəxs xeyrinə tutulmasına dair xx.xx.2023-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)- 643/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarından görünür ki, iddiaçı qaunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmiş, dövlət rüsumunun ödənilməsinə dair qəbzi iş materiallarına əlavə etməmişdir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı şikayətində göstərmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Eyni zamanda icra qedinin verilməsi üçün dövlət rüsumu ödənilməlidir. Bundan başqa Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Əks təqdirdə icra qeydinin aparılmasından imtina edilir. Notariat Haqqında Azərbaycan Respublikasının Qanunun tələbindən göründüyü kimi icra qeydinin verilməsindən qanunvericilikdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin sözü gedən qanunda icra qeydindən şikayət verilməsi nəzərdə tutulsa da müvafiq rüsumun ödənilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə icra qeydinin ləğvi barədə rüsumun ödənilib-ödənilməməsi məsələsi tənzimlənmir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasinin Qanununun 9-cu maddəsində dövlət rüsumunun ödənilməsindən azadolmalar öz əksini tapmışdır. Düzdür həmin maddədə icra qeydinin mübahisələndirilməsi barədə ərizənin rüsumdan azad olması öz əksini tapmamışdır. Lakin icra qeydinin mübahisələndirilməsi bir növ bu qeydi verən vəzifəli şəxsin qanunsuz hərəkətlərinin mübahisələndirilməsidir. İcra qeydinin ləğvi tələbkar tərəfin gələcəkdə qeydin verilməsi üçün əsas olan sənəd üzrə ümumi qaydada iddia qaldırmasının qarşısını almır və əksinə tələbkar ümumi qaydada yenidən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İcra qeydinin verilməsi bir növ iş üzrə borclunun məhkəmə müdafiəsinin qarşısını alır. Məhz buna görədə icra qeydi yalnız borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Bildiyiniz kimi, dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.8-ci maddəsinə əsasən itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. İcra qeydin verilməsi bir növ borclunun məhkəmə müdafiəsinin itirilməsinə səbəb olduğundan hesab edirəm ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.8-ci maddəsi tətbiq edilməklə rüsumdan azad edilməlidir. Məhkəmə kollegiyası İddiaçı şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasinin Qanununun 9-cu maddəsində dövlət rüsumunun ödənilməsindən azadolmalar siyahısında icra qeydinin mübahisələndirilməsi barədə ərizənin rüsumdan azad olması öz əksini tapmaması həmin iddialar üzrə dövlət rüsumunun ödənilməli olduğunu göstərir. İddiaçı həmçinin həmin Qanunun 9.1.8-ci maddəsinə istinad edir ki, hazırki iş üzrə itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın mövcudluğu halı müəyyən edilmir. İddiaçının məhkəmə müdafiəsinin itirildiyini iddia etməsi itirilmiş məhkəmə və ya icra icraatı anlayışının tərkib hissəsi hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin İddiaçının məhkəmə müdafiəsinin itirildiyi iddiası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyüy kimi, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəməklə yenidən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər və onun məhkəmə müdafiəsi hüququ itirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(075)-643/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-438/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-438/2023
15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver