Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2(025)-31/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış verilmişdir. Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindəki xüsusi mülkiyyətdə olan 1,1 ha torpaq sahəsində mərhum atası X6 1/5, Cavabdeh1 qızma 1/5, Cavabdeh3 1/5, Cavabdeh2 1/5 və ona yəni - İddiaçı 1/5 pay olmaqla torpaq payları müəyyən olunmuşdur. İddiaçı 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 406Ü13105088, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindən xüsusi mülkiyyətlərinə verilmiş 1,1 ha torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə müraciət edərək torpaq islahatı zamanı ona və digər ailə üzvlərinə verilmiş birgə torpaq sahələrindən hər birinə ayrılıqda düşən payların müəyyən olunmasını xahiş etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış verilmişdir. Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindəki xüsusi mülkiyyətdə olan 1,1 ha torpaq sahəsində mərhum atası X6 1/5, Cavabdeh1 qızma 1/5, Cavabdeh3 1/5, Cavabdeh2 1/5 və ona yəni - İddiaçı 1/5 pay olmaqla torpaq paylan müəyyən olunmuşdur. Hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindən hər birinin payı müəyyən edildiyindən torpaq sahəsinin naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, qeyd olunan torpaq sahəsində 5 nəfərin payı var. Həmin torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinə razıdır. Lakin hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi də bölünməlidir. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehlər X4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021-ci il; reyestr nömrəsi – **********88) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli 1.1 ha torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qızının və X5 ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış və mülkiyyətçilərin hər birinin payı 1\5 hissədə müəyyən edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edir.
8. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 406Ü13105088, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindən xüsusi mülkiyyətlərinə verilmiş 1,1 ha torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və 1,1 ha torpaq sahəsinə bir istiqamətdən gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən paylı mülkiyyətdə olan 1,1 ha torpaq sahəsindən payçıların hər birinə düşən 1/5 paylarının (0,22 ha) naturada bölgüsü aparılan zaman bölünən hər bir torpaq sahəsinə gediş-gəliş yolunun təmin etmək mümkün deyildir.
9. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir.
10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməməlidir
11. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
12. Qəbələ Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2(025)-31/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3 və 221.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021-ci il; reyestr nömrəsi – **********88) surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.1 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qızının və X5 hər birinin payı 1/5 hissədə müəyyən edilmişdir.
15. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı məktubu ilə müəyyən edilir ki, aparılan araşdırmalar nəticəsində Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh2, X3, Cavabdeh3 və X5 ümumi paylı mülkiyyətlərində olan 1,1 ha torpaq sahəsindən hər birinin 1/5 hissədə naturada paylarının ayrılması mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və 1,1 ha torpaq sahəsinə bir istiqamətdən gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən paylı mülkiyyətdə olan 1,1 ha torpaq sahəsindən payçıların hər birinə düşən 1/5 paylarının (0,22 ha) naturada bölgüsü aparılan zaman bölünən hər bir torpaq sahəsinə gediş-gəliş yolunun təmin etmək mümkün deyildir.
16. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o mütəxəssis rəyi ilə razı deyil, torpaq sahəsinə gediş-gəliş üçün kifayət edəcək qədər uzunluqda yol mövcuddur və hesab edir ki, rəy qeyri-obyektiv tərtib edilmiş, araşdırılma aparılmamışdır. Həmçinin, torpaq sahəsinə hər hansı məhkəmə baxışı təyin olunmamış, məhkəmə yalnız müətəxəssis rəyi ilə kifayətlənmişdir. Göründüyü kimi, mülki iş məhkəmə tərəfindən birtərəfli aparılmış, heç bir yerində baxış və ekspertiza keçirilməmiş, mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticədə paylı torpaq sahəsindən ona düşəcək hissə naturada bölünüb verilməməklə mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iş üzrə maraqlı cavabdeh şəxslərin mövqeyindən çıxış edərək paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsini təmin etməmiş, ona düşəcək torpaq sahəsi müəyyən edilmədikcə mülkiyyətçi kimi onun torpaq sahəsindən istifadə, sahiblik və sərəncam vermək hüququ qorunmamış, dolayısı yolla qanunsuz olaraq bu hüquqdan məhrum edilmişdir.
18. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli. 2(025)- 31/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2(025)-31/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. İddiaçının apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edri ki, Şəki Apellyasiya Məhkəməsinin 7 sentyabr 2022-ci il tаrixli, 2(107)-1070/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/6385 nömrəli rəyində göstərilmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh2, X3, Cavabdeh3 və X5 ümumi paylı mülkiyyətlərində olan 1.1 ha torpaq sahəsindən hər birinin 1/5 hissədə naturada paylarının ayrılması mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və 1.1 ha torpaq sahəsinə bir istiqamətdən gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən paylı mülkiyyətdə olan 1.1 ha torpaq sahəsindən payçıların hər birinə düşən 1/5 paylarının (0.22 ha) naturada bölgüsü aparılan zaman hər bir torpaq sahəsinə gediş-gəliş yolunu təmin etmək mümkün deyildir.
27. Şəki apellyasiya Məhkəməsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi idarəsindən göndərilmiş 6 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, aparılan arşdırmalar nəticəsində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1,1 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payının naturada ayrılması mümkün deyil. Belə ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və bir istiqamətdən gediş-gəliş yolu var. Həmçinin həmin hissədə iki ədəd fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. Bu səbəbdən də 1,1 ha torpaq sahəsindən həm İddiaçı, həm də cavabdehlərin hər birinə düşən 1/5 hissədə payların naturada bərabər şəkildə bölünməsi və bölünən torpaq sahələrinə ayrı-ayrılıqda gediş-gəliş yolunun təmin olunması mümkün deyil.
28. Məhkəmə kollegiyası bu qətnamənin 26-27-ci bəndlərində yer almış sənədləri birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə üzrə istinad olunmuş sübutların bir daha təsdiqi olaraq sübut kimi qəbul etmişdir.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2(025)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2(025)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev