Məhkəmə qərarları › İş №2(107)-442/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-442/2022

09.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-442/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanın onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı 95 (doxsan beş) manat xidmət haqqı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN:**********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X16 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı qız (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh), üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə1 işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kəndi ərazisindən 0,12 hektar həyətyanı torpaq sahəsi X6 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. 08 avqust 2005-ci il tarixdə onunla Ağabədəl Nağıyev arasında həmin həyətyanı torpaq sahəsinə dair notarial qaydada alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə əsasında o, həmin həyətyanı torpaq sahəsini 30000000 manat pulu Ağabədəl Nağıyevə tam ödəyərək almışdır. 22 avqust 2005-ci il tarixdə həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı JN-851 (KOD ********) saylı ona şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən istifadə etmək üçün torpağın yerləşdiyi əraziyə gəldikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi iki tərəfdən 876 BB və 877 BB torpaq sahələri ilə həmsərhəd olmaqla digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Onun mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq 2 metr uzunluğunda olan dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir setka quraşdırılmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxışı bağlamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. O və ailə üzvləri bu barədə cavabdehlə dəfələrlə görüşmüş və sonuncuya qarşılıqlı razılığa gəlmək istədiklərini bildirmişlər. Həmçinin o, cavabdehə həmin torpaq sahəsini ona sata biləcəyi barədə və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirmiş, cavabdeh isə bu barədə fikirləşmək üçün uzun müddətli vaxt almışdır. Lakin cavabdeh onunla heç bir razılığa gəlməmiş və qeyd olunan ərazidə darvaza və hasarın quraşdırılması ilə onun mülkiyyətində olan həmin torpaq sahəsinin istifadə olunmasında açıq-aşkar maneçilik etməklə, qanunsuz olaraq həmin torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerini hazırda da bağlı vəziyyətdə saxlayır. O, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 24 iyun 2021-ci il tarixdə Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri onunla birlikdə qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş və həmin ərazidə inventarlaşdırma işlərini aparmaq istəmişlər. Lakin cavabdeh 876 BB ve 877 BB torpaq sahələrinin qanuni istifadəsində olduğunu və özünə məxsus torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə heç kimi buraxmayacağını bildirmişdir. Mütəxəssislər cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsini xahiş etsələr də o heç bir rəsmi sənəd təqdim etməmiş və mütəxəssislərin müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyi üçün həmin torpaq sahəsi üzərində qanunvericilikdə nəzərdə tutulan qaydada sahiblik hüququnu həyata keçirə bilmir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli bildirişinə əsasən Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin ərazidə inventarlaşdırma işləri aparılması mümkün olmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin hazırda kimə məxsus olması ilə bağlı Basqal bələdiyyəsinə müraciət edilsə də hazıra qədər Basqal bələdiyyəsi tərəfindən bununla bağlı heç bir cavab verilməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onun və ailə üzvlərinin şəxsi mülkiyyətində İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində üç tərəfdən meşə və dərin enişli dərələrin əhatəsində 2 hektar əkin və 0,36 hektar həyətyanı torpaq sahəsi vardır. O, həyətyanı torpaq sahəsində ümumi sahəsi 89.5 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin əmlaklar dövlət reyetrində qeydiyyata alınmış və ərazilərin inşaat pasportu tərtib edilmişdir. O, əmlak və torpaq üzrə vergiləri Zeyvə bələdiyyəsinə ödəmişdir. Ərazinin su mənbəyi və ümumi istifadə yoluna çıxışı yoxdur. Bu səbəbdən gediş-gəliş üçün qonşunun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə olunur. Hazırda həmin ərazidə torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranmış və istifadə məhdudlaşdırılmışdır. Meşə heyvanlarından mühafizə məqsədi ilə həyətyanı sahə çərçivəli, nazik tor məftillə çəpərlənmişdir. Əraziyə giriş sərbəstdir, məhdudiyyət yoxdur. 2010-cu ilin avqust ayında iddiaçının əri İlqar iş yerinə gələrək onunla tanış olmuş və bildirmişdir ki, 2005-ci ilin avqust ayında həyat yoldaşı İddiaçı Ağabədəl Nağıyev adlı şəxsdən 0,12 hektar torpaq sahəsi almış, bir neçə gün öncə çıxarış almaq üçün DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və çıxış üçün yol olmadığından çıxarış verilməsindən imtina edilmişdir. Qəbələ Ərazi İdarəsi həmin ərazinin onun şəxsi mülkiyyətinin əhatəsində, fərdi yaşayış evinin arxasındakı meşəlik ərazidə yerləşdiyini bildirmişdir. İddiaçının həyat yoldaşı İlqar Qəbələ Ərazi İdarəsinin mütəxəssisi ilə birlikdə mübahisə predmeti olan əraziyə gəlmiş və mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri aparmışdır. Mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri apardıqdan sonra torpaq sahəsinə yol olmadığını və ümumiyyətlə ərazilərə yol görünmədiyini bildirmişdir. İddiaçı aldığı torpaq sahəsini ona satmağa və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirsə də ona belə bir təklif olunmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)- 942/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və apelyasiya şikayətinin və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan: 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X6, X3 və X1 birgə mülkiyyətinə verilmişdir. 08 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-2-382 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X6 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini 30000000 manata İddiaçı satmışdır. 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 08 avqust 2005-ci il tarixli 4Ə-2-382 nömrəli alğı-satqı müqaviləsi ilə satılmış İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı sorğusuna cavab olaraq 16 iyul 2021-ci il tarixli **********23 nömrəli bildirişlə bildirilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparması üçün əraziyə getmiş və məlum olmuşdur ki, torpaq sahəsinə yol yeri yoxdur və başqa vətəndaş tərəfindən istifadə olunur. Bu səbəbdən torpaq sahəsi üzərində mübahisə var və torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Vəkil Nümayəndə1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı sorğularına cavab olaraq 29 iyul 2021-ci il tarixli **********28 nömrəli və 31 avqust 2021 ci il tarixli **********99 nömrəli məktublarla bildirilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğısatqı qaydasında əldə olunan, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmamış, torpaq sahəsi bir tərəfdən bələdiyyə mülkiyyətində olan 876 BB nömrəli torpaq sahəsi ilə, bir tərəfdən bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsi ilə, digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsi hal-hazırda başqa bir vətəndaşın istifadəsindədir. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinin və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətlərindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli 48 saylı sərəncamından çıxarışın surətindən görünür ki, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən X7 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 m2 , yaşayış sahəsi 150 m2 olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir. 04 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X8 və X4 mülkiyyətindədir. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli 15 və 18 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində X9 və X5 məxsus 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və onların bələdiyyəyə heç bir vergi borcları yoxdur. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli 16 və 17 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində Cavabdeh1 məxsus 2 hektar əkin sahəsi (meşəlik), 0,12 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır və onun bələdiyyəyə heç bir vergi borcu yoxdur. Məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Müayinənin nəticəsi olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyində göstərilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçı iddia etdiyi gediş-gəliş yolu Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh Cavabdeh1 tərəfindən metal torla hasara alınmışdır. Mütəxəssis rəyinə görə ödəniləcək xidmət haqqı 95 (doxsan beş) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2 və 239.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən “Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir”. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X6, X3 və X1 birgə mülkiyyətindədir. 08 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-2-382 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında Ağabədəl Nağıyev mülkiyyətində Basqal kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini 30000000 manata İddiaçı satmışdır. İddiaçı alğı-satqı müqaviləsi ilə aldığı həmin torpaq sahəsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamə almışdır. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun əsasən Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli 48 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı tərəfindən X7 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 m2 , yaşayış sahəsi 150 m2 olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir. 04 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən Zeyvə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X8 və X4 mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsini tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, iddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə mütəxəssis rəyinə görə ödəniləcək xidmət haqqı olan 95 (doxsan beş) manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində cavabdehin məhkəməyə təqdim etdiyi 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinin və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texnki pasportunun kserosurətləri və 04 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışların kserosurətlərini cavabdeh tərəfindən notariat qaydasnda təsdiqlənmədiyi üçün həmin sənədlərin həqiqiliyini müəyyən etməyin mümkün olmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən həmin sənədlərin notariat qayudada təsdiq olunmuş surətləri rəsmi qaydada Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmişdir və məhkəmə kollegiyasının iclasında öyrənilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar