Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-449/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Qanuni nümayəndə və Cavabdeh1 X50n nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar X32, X26 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X52, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2021 nömrəli qətnaməsindən Cavabdeh1 X50n direktoru X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh1” X46 iddiaçı X16 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı X27 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1ndan mənəvi zərər qismində (hər birinə 10000 manat olmaqla) 20000 manat, maddi zərər qismində isə hər birinə ayrı-ayrılıqda 12960 manat, ikisinə isə 25920 manat olmaqla cəmi 45920 manatın, digər Cavabdeh2nə qarşı eyni qaydada mənəvi zərər qismində 20000 manat, maddi zərər qismində isə hər birinə ayrılıqda 12960 manatın, cəmi 45920 manatın, digər Cavabdeh3 qarşı mənəvi zərər qismində hər birinə 25000 manat olmaqla 50000 manat, maddi zərər qismində isə hər birinə 12960 manat, ikisinə 25920 manat, cəmi 75920 manat, 3-cü iddiaçının iddia tələbinə uyğun mənəvi zərər qismində hər bir cavabdehdən 20000 manat (cəmi 60000 manat), maddi zərər qismində isə hər bir cavabdehdən ayrılıqda 9720 manat, ümumilikdə 29172 manat, 89172 manatın, iddia tələblərinin ümumi cəmi kimi cavabdehlərdən 256977 manatın və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişlər. Sonradan Cavabdeh1 əsl cavabdeh “Cavabdeh1” X50 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçıların nümayəndəsi (vəkili) X31 izahatında göstərmişdir ki, iddiaçı Qanuni nümayəndə X20 ilə 25 sentyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların rəsmi nikahlarından 18 iyul 2011-ci il tarixdə Ayan və 28 mart 2018-ci il tarixdə Şəbnur adlı uşaqları anadan olmuşdur. Qanuni nümayəndə həyat yoldaşı X20 28 mart 2018-ci il tarixdə cavabdeh X36 Mərkəzinə 38-ci həftə hamiləlik vəziyyətində daxil olmuş,mərkəzin patoloqiya şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh3 Hüseyinovna tərəfindən üzərində aparılmış keysəriyyə əməliyyatı (“kesar kəsiyi”) nəticəsində onun səhlənkarlığı və peşə yarıtmazlığı ucbatından X20 vəfat etmişdir. Cavabdeh3 Hüseyinovna vəzifəli şəxs olanıq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək Cavabdeh2n hamiləliyin pataloqiya şöbəsinin müdiri vəzifəsini icra etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar əməliyyat etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının,o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə diişən vəzifələri lazımi qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 ölümünə səbəb olmuşdur. Cavabdeh3 X47 Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. Həmçinin Şəkİ Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin314.2-ci maddəsində nəzərdə tutulmuş hadisənin baş verməsi və cavabdehlərin eyni iləCavabdeh3 Hüseyinovnanın qeyd edilən həmin hadisəyə aidiyyəti təsdiqedilmişdir. Həmçinin qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 Hüseyinovna Şəki Rayon Məhkəməsinin 26.07.2016-cı İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin bu faktiki halından göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın mütəxəssis cərrah kimi qeyri-peşəkar olması və bu səbəbdən də cərrah kimi peşəsinə laqeyd, məsuliyyətsiz, vəzifəsinə vicdansızcasına yanaşması nəticəsində bu hadisə də daxil olmaqla son 18 ay müddət ərzində iki insan həyatına son qoyulmuşdur. Yəni iki insan onun təqsirindən ölmüşdür. Bu ağır nəticələrə səbəb olan qeyri hüquqi faktın baş verməsində iddiaları üzrə bütün cavabdehlər mülki məsuliyyət daşıyır və onlar mülki məsuliyyətə cəlb olunmalıdırlar. Qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla iki yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. Sadaladığı bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən hər üç cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da hər üç cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Cavabdeh3 Cavabdeh1nda işlədiyi müddətdə, yəni 2016-cı il tarixdə həmin mərkəzdə iki insan üzərində apardığı cərrahiyyə əməliyyatı nəticəsində vəfat etməsi faktı Cavabdeh1na məlum olmuşdur. Həmin insanların ölümündə Cavabdeh3 cərrah kimi qeyri peşəkar olması bu səbəbdən də peşə və vəzifə borcuna vicdansızcasına yanaşması, əməliyyat zamanı cərrah kimi peşəsinə laqeyd, cinayətkarcasına etinasızlığı, cərrah akademik təhsilin olmaması, mütəxəssis kimi cərrah işinə yararsız olması bundan əvvəlki məhkəmə hökmü ilə də müəyyən edildiyi halda Cavabdeh1bütün bu qeyd edilən hallara əhəmiyyət verməmiş, cərrah kimi müvafiq akademik təhsilin olmamasına əhəmiyyət verməyərək onu cərrah peşəsi ilə bağlı əməliyyatlardan kənarlaşdırmamışdır, əksinə cərrah qismində Cavabdeh3 insan üzərində cərrahiyyə əməliyatlar aparmasına hüquqi cəhətdən zəmin yaratmışdır. Cavabdeh1 mülki məsuliyyəti onda ifadəolunur ki, ixtiyarında kifayət qədər səlahiyyətlər olduğu halda SaniyəMəmmədovanı insan ölümü ilə nəticələnən 2016-cı il tarixdə baş vermiş hadisədənsonra yenidən onu cərrah qismində işlərə cəlb etmişdir. Cavabdeh1 müvafiq səllahiyyətlərin daşıyıcısı kimi digər Cavabdeh3 qeyri-peşəkarlığını, peşə və vəzifəsinə etinasızlığını və səhlənkarlıqda ifadə olunan digər hərəkət və davranışlarını nəzərə alıb onu hamilə qadınlar üzərində cərrahiyyə əməliyyat aparma kimi vəzifələrdən zamanında kənarlaşdırsa idi, hazırda iddiaçı Qanuni nümayəndə həyat yoldaşı, digər iddiaçılar olan uşaqlarının isə anası vəfat etməzdi, hazırda onların yanında olardı. Cavabdeh1 Cavabdeh3 mama-ginekoloq və cərrah kimi akademik təhsilə malik olmadığını əvvəlcədən bilmiş və bununla belə qanuni səlahiyyətlərinə istinad edib Cavabdeh3 uşaq doğuşu ilə bu proseslə bağlımüvafiq cərrahiyyə əməliyyatların aparılması işlərinə buraxmamaq əvəzinə əksinə qulluq mənafeyinə zidd otaraq müvafiq əmr və sərəncamlar verməklə Cavabdeh3 qeyd edilən tibbi tədbirlərin aparılması üçün hüquqi məkan yaratmışdır. Bu da nəticə etibarı ilə fiziki şəxs olaraq iddiaçıların hüquq və mənafeylərinə bərpa edilməz dərəcədə mənəvi və maddi ziyan vurulmasına gətirib çıxarmışdır. Digər cavabdeh X36 Mərkəzində mülki məsuliyyəti tibb müəssisəsi otaraq cavadehin məqsəd və vəzifələri ona tibb yardım göstərilməsi ilə bağlı müraciət etmiş insanların sağlamlığını təmin və bərpa etməsi istiqamətində zəruri, təxirə salınmaz tədbirlərin həyata keçirməsindən ibarətdir. Qanuni qüvvədə olan hökmdə müəyyən edildiyi kimi X37nın ölümünə bilavasitə səbəb uşaqlığın ön divarında cərrahi tikişlər nahiyyəsində baş verən daxili və xarici qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıq olmuşdur. Yəni X37nın ölümünə səbəb orqanizmdə baş vermiş patoloqiyaya qaşı ağır, qeyrispesifik stres reaksiyasİyası olmuşdur. Bunun qarşısının alınması üçün təxirə salınmadantəkrar cərrahiyyə əməliyyatı dərhal aparılmalı olduğu halda, bu cərrahiyyə əməliyyatın tibbi tədbir kimi aparılması gecikdirilmiş, nəticədə X37nın poliarqan çatışmamazlığından ölüm hadisəsi baş vermişdir. Qeyd edilən poliarqan çatışmamazlıq prosesinə vaxtında müdaxilə edildiyi anda bu fəsad aradan qaldırıla bilinərdi. Lakin Cavabdeh2 tibbi müəssisəsi olaraq bu tədbirləri vaxtında təşkil etməmiş, tədbirin keçirilməsinə müvafiq ixtisaslı həkim personalını müalicə prosesinə vaxtında cəlb edə bilməmiş, yəni təxirə salınmaz tədbir kimi və bu prosesi təşkil edə bilməmişdir. Cavabdeh konkret halda X37nın müalicəsi, doğuşla bağlı və üzərində aparılmış "kesar kəsiyi "cərrahiyyə əməliyyatı və əməliyyat sonrakı təxirə salınmaz tibbi tədbirlərin, cərrahiyyə əməliyyatların yaranmış şəraitə uyğun vaxtında aparılmasını təşkil etməmişdir. Beləliklə hər üç cavabdeh X37nın üzərində aparılmış cərrahiyyə əməliyyatı nəticəsində ölməsində bilavasitə təqsirlidirlər və onlar müştərək qaydada mülki masuliyyətə cəlb edilməlidirlər. Qeyd etdiklərindən də açıq-aşkar müəyyən olunur ki, X37nın ölümü ilə bağlı cavabdehlərin hər biri tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi sübut olunur. İddiaçı Qanuni nümayəndə və iddiaçı olan uşaqlarının ailə başçısı olan X37nın ölümü nəticəsində onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmkə hüquqları vardır. Qanuni nümayəndə uşaqları X37nın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, Qanuni nümayəndə özü isə əmək qabiliyyətli şəxsdir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu ilə Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. X37 rəsmən işləyib əmək haqqı almadığına görə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş 180 manat yaşayış minimumu ilə hesablamışlar. Hər ay üçün dəyən maddi zərərin məbləği əgər Türkan Məmmədova sağ olsa idi iki uşaq və Türkan Məmmədova daxil olmaqla 3 nəfərə düşən 180 manat yaşayış minimumu hazırda Türkan Məmmədovanın dünyasını dəyişməsi nəzərə alınaraq əmək qabiliyyətli olmayan uşaqların hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Belə ki, əgər Türkan Məmmədova sağ olsa idi iki uşaq, ataları Qanuni nümayəndə və Türkan Məmmədova daxil olmaqla 4 nəfərə düşən 180 manat yaşayış minimumu 45 manat təşkil edəcəkdir. Bu səbəbdən də Qanuni nümayəndə ona dəyən maddi ziyan şəklində cavabdehlərdən hər ay 45 manatın ona ödənilməsini tələb edir. Bu hesabla Qanuni nümayəndə uşaqlarının hər birinə hər bir cavabdeh tərəfindən dəyən maddi zərərin məbləği 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği 1 il üçün 540 manat, 18 il üçün isə 9720 manat təşkil edir. Həmçinin, Qanuni nümayəndə uşaqlarına dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 hər birindən hər bir uşağı üçün 10000 manat, Cavabdeh3 Hüseyinovnadan hər bir uşaq üçün 25000 manat, iddiaçı Qanuni nümayəndə özünə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1ndan, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnanın hər birindən ayrı-ayrılıqdan 20000 manat tələb edirlər. Həmçinin iddiaçı Qanuni nümayəndə mərhumun dəfn və hüzr mərasimlərinə 3000 xərci çıxmışdır. Beləliklə, hər üç cavabdehə qarşı iddia tələblərinin məbləğini cəmi 256977 manat təşkil edir. Hesab edir ki, Qanuni nümayəndə uşaqlarının anası olan həyat yoldaşının ölümü nəticəsində iki körpə uşağı yetim qalmış, körpə uşağı ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi, körpə olaraq anasız bir zamanda mərhumiyyətiərə məruz qalmışdır. Qanuni nümayəndə özü və uşaqları vahid ailədə yaşamaq kimi mənəvi, əxiaqi, hüquqi və maddiyyatlərdan məhrum olmuşlar. Buna görə də hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia əsaslıdır. İddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçılar X21 və X13 qanuni nümayəndəsi, eyni zamanda iddiaçı Qanuni nümayəndə nümayəndəsi (vəkili) X17 göstərdiklərini təsdiq və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 Hüseyinovna və onun vəkili X33, həmçinin digər cavabdehlər “Cavabdeh1” X41 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasından iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi X9 cavabdeh təşkilatın nümayəndəsi olaraq iddianı qəbul etmədiyini göstərmişdir. Cavabdeh3 Hüseyinovna 15 iyul 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş 30 iyun 2019-cu il tarixli ərizəsində ona qarşı olan iddianı qəbul etmədiyini bildirmiş və ədalətli qərar qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Cavabdeh3 Hüseyinovnanın vəkili X33 30 oktyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş teleqramında Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak etməli olduğunu nəzərə alaraq onun iştirakı olmadan işə baxılaraq hüquqlarını müdafiə etdiyi Cavabdeh3 Hüseyinovnaya münasibətdə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Cavabdeh1” X41 direktoru Elçin Əmirov birinci instansiya məhkəməsinə 28 oktyabr 2020ci il tarixdə daxil olmuş 23 oktyabr 2020-ci il tarixli, 2640 nömrəli məktubunda göstərmişdir ki, “Cavabdeh1” X41 hüquqşünasi X9 01 oktyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək növbəti əmək məzuniyyətində olduğu üçün 30 oktyabr 2020-ci il tarixdə keçiriləcək mülki iş üzrə məhkəmədə iştirak etməsi mümkün deyildir. X32, X26 və Qanuni nümayəndə tərəfindən “Cavabdeh1” X50 və Cavabdeh2nə qarşı qaldırılmış iddiaya narazılıqlarını bildirirlər. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Hacıyev adına Cavabdeh1 tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli, 1200 nömrəli məktubdan göstərilmişdir ki, Şəki Rayon Məhkəməsində baxılan 2 (075)-1320/2019 nömrəli mülki iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh2 Rayon Mərkəzi Xəstəxanasının tərkib hissəsidir və Rayon Mərkəzi Xəstəxanasının tabeçiliyində fəaliyyət göstərir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 X50n direktoru X15 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 X50n direktoru X15 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan qəbul edilmişdir. Məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1121.3.5, 1122.1 -ci maddələrinə istinad etmiş, bu maddələrdəki söz və ifadələrin yalnız hərfi mənalarını nəzərə almaqla qeyd edilən maddələri düzgün təfsir etməmiş, Cavabdeh2ndə həkim Cavabdeh3 Hüseyinova tərəfindən cərrahi əməliyyatadək tərəflərin qarşılıqlı münasibətləri zamanı aparılmış sənədləşmələri görməzdən gəlmişdir. Halbuki cərrahi əməliyyatdan qabaq xəstənin yaxın qohumlarından iltizam alınmış, həmin iltizamda cərrahi əməliyyatın həcmi, riski barədə, əməliyyatın ağırlaşması, qanaxma, insult, infartk və s. barədə onlar məlumatlandırılmışdır. Qanuni nümayəndə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirirlər. Həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi hər üç iddiaçıya ayrı-ayrılıqda 8000 (səkkiz min) manat məbləğində mənəvi ziyanın tutulmasının əsassız zənginləşməyə səbəb olub-olmayacağını araşdırmamış və əsaslandırmamışdır. Qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etməkdə maraqlı olub, daxili inamdan hakim qərəzliliyinə keçərək qanunvericiliyin tələblərini və yuxarıda göstərilən arqumentləri diqqətə almamış, həqiqəti müəyyən etməyən, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işə birtərəfli yanaşmış, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, həqiqəti müəyyən etməyən, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 X50n nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(075)-33/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar X32, X26 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Hüseyinovna lazımi qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili X31 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 X50n direktoru X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 sentyabr 2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə ilə X12 arasında 25 sentyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 328 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən 16 avqust 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyul 2011-ci il təvəlüdlü X21 atası Qanuni nümayəndə, anası isə X14r. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən 05 sentyabr 2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 mart 2018-ci il təvəlüdlü X13 atası Qanuni nümayəndə, anası isə X14r. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X20 31 mart 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 29 aprel 2017-ci il tarixli, 864-K nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X6 həkim mama-ginekoloqu Cavabdeh3 əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 01 may 2017-ci il tarixdən X6 şöbə müdiri (həkim mamaginekoloq) vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 04 sentyabr 2017-ci il tarixli, 2653-K nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X6 şöbə müdiri (həkim mama-ginekoloq) Cavabdeh3 Cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icrası 04 sentyabr 2017-ci il tarixddən 3 (üç) ay slnaq müddətinə həvalə edilməsi və ona əmək haqqı arasında olan fərq ödənilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli, 38 nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrə əsasən Cavabdeh3 intizam məsuliyyətinə cəlb edilməsi haqqında 31 mart 2018-ci il tarixdə baş vermiş ana ölümü hadisəsini nəzərə alaraq 31 mart 2018-ci il tarixdə X34 Mərkəzdə baş vermiş ana ölümü hadisəsi ilə əlaqədar Məhkəmə Tibbi Ekspertizanın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşa Yardım Komissiyasının” rəyləri və bu iş üzrə hüquq mühafizə orqanlarında aparılan istintaq prosesinin yekun nəticələri məlum olanadək Cavabdeh2 Patalogiya Şöbəsinin müdiri (direktor vəzifəsini müvəqqəti icra edən) Cavabdeh3 31 mart 2018-ci il tarixdən işindən uzaqlaşdrılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1 (107)-78/2019 nömrəli qərarından görünür ki, Cavabdeh3 Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əlavə cəza ilə qismən toplanmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə o, qəti olaraq 2 (iki)il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkidiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 03 aprel 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş ‘"həbs" qətimkan tədbirinin dəyişdirilmədən axlanılması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1 (107)-78/2019 nömrəli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh3, onun müdafiəçiləri X44 və X22, habelə zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1 (102)- 11/2020 nömrəli qərarından görünür ki, məhkum Cavabdeh3 müdafiəçisi X4 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh3 12 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1099.1, 1099.2, 1112, 1114.1, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1121.3.5 və 1122.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, Avropa məhkəməsinin “Prikov Rusiya Federasiyasına qarşı” (08 iyun 2006-cı il) və “Oyalın Türkiyəyə qarşı işi üzrə (23 mart 2010-cü il) qərarlarına və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin dördüncü bəndinə əsasən Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.1.3-cü maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.3.1-ci maddəsinə əsasən zərərin əvəzi yetkinlik yaşına çatmayanlara-on səkkiz yaşına çatanadək ödənilir. Həmin Məcəllənin 1121.3.5-ci maddəsinə əsasən zərərin əvəzi ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə-qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1 (107)-78/2019 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh3 Hüseyinovna məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri olmaqla, 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq 28.03.2018-ci il tarixdə, saat 10:30-da «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə xəstəxanaya daxil olmuş Türkan Məmmədovanı əməliyyat etdikdən sonra Cavabdeh2ndə yerləşən xidməti otağında X12 həyat yoldaşı Qanuni nümayəndə X19 qəbul edilməsi, orada saxlanılaraq müayinə və müalicə olunması üçün əlverişli şərait yaradılması, yüksək xidmətlə təmin edilməsi, eləcə də bilavasitə özü tərəfindən həyata keçirilmiş keysəriyyə («Kesar kəsiyi») əməliyyatı və əməliyyatdan sonra yüksək xidmətin göstərilməsi müqabilində özü üçün birbaşa yolla, rüşvət olaraq 250 (iki yüz əlli) manat məbləğində pul istəmişdir. Bundan başqa, Cavabdeh3 29.04.2017-ci ii tarixdən 31.03.2018-ci İ tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləyərkən, Respublika Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq olunmuş «Tibb müəssisələrində çatışan tibb, əczazçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatı»nın tələblərinə əməl etməyərək, şöbənin funksiya və vəzifələrinə uyğun fəaliyyətini, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin tətbiq olunmasını, işin forma və metodlarını, işçilərin iş yerlərində düzgün yerləşdirilməsi və istifadəsini, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti, 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirib müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini, kadrların seçilməsini onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini, peşə ixtisaslarının artırılması üçün şərait yaradılmasını, işçilərin öz vəzifə öhdəliklərini icra etmələrini təmin etməyə, həmçinin bilavasitə əməliyyat apararkən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməyə, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınmasına cavabdeh şəxs olduğu halda, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməmiş, 28.03.2018-ci il tarixdə saat 10:30-da Cavabdeh2nə «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə daxil olmuş 1987-ci il təvəllüdlü X12 mövcud qaydalara uyğun qəbul edilərək, onun üzərində həmin tarixdə saat 13:00-dan 13:40-dək keysəriyyə əməliyyatı aparmış, keysəriyə yolu ilə qız uşağının doğulmasını təmin etsə də, əməliyyatın təhlükəsiz aparılması tələblərinə əməl etməyərək əməliyyatın texniki icrası zamanı Türkan Məmmədovanın qarnının ön divarında və uşaqlığın ön divarındakı cərrahi tikişlər nahiyəsində qanaxma mənbəyi yaratmış, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınmasına da səhlənkar yanaşdığına görə baş vermiş qanaxma Türkan Məmmədovanın üzərində icra edilmiş «Kesar kəsiyi» cərrahiyyə əməliyyatından uzun müddət keçəndən sonra, yəni həmin gün saat 15:20 radələrində aşkar edilmiş cərrahiyyə əməliyyatının texniki qüsurlu icrasına baxmayaraq sonrakı mərhələdə də Cavabdeh3 müalicə taktikasını düzgün seçməmiş, xəstədə baş vermiş qanaxma aşkar edildikdən sonra bunun qarşısının alınması üçün təxirəsalınmadan «Relaparotomiya» cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, etinasızlıq göstərərək medikamentoz müalicə taktikası seçməklə icra ediləcək cərrahiyyə əməliyyatını həmin gün saat 17:20 radələrinədək gecikdirərək vaxt itkisinə yol vermiş, bu hərəkətlərin nəticəsində zərərçəkmiş şəxs X11 Yayılmış Laxtalanma sindromunun (DYL-sindrom) inkişafı kimi letal ağırlaşması və onun vəziyyətinin kritik dərəcədə pisləşməsi baş verməklə «Kesar kəsiyi» əməliyyatından sonra 28-31 mart 2018-ci il tarixlərində keçirilmiş təkrar cərrahi əməliyyatlar və digər görülmüş tədbirlərə baxmayaraq sonuncunun 31 mart 2018-ci il tarixdə saat 06:30 radələrində daxili və xarici uşaqlıq qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıqdan Cavabdeh2ndə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Cavabdeh3 törətdiyi həmin cinayət əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü və 66.4cü maddələrinə əsasən əsas cəza əlavə cəza ilə qismən toplanmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkidiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 03 aprel 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş ‘"həbs" qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 1 (107)-78/2019 nömrəli qərarına əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh3, onun müdafiəçiləri X44 və X22, habelə zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1 (102)- 11/2020 nömrəli qərarına əsasən məhkum Cavabdeh3 müdafiəçisi X4 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh3 12 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayəti geri qaytarılmışdır. X54 Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır. Göründüyü kimi Cavabdeh3 vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 ölümünə səbəb olmuşdur. Bunun da nəticəsində iddiaçılar X32 və X26 analarından, iddiaçı Qanuni nümayəndə isə həyat yoldaşından məhrum olmaqla ailə başçılarını itirmişlər. Nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Birinci instansiya məhkəməsi iddiaçıların tələb irəli sürdüyü Cavabdeh2 ayrıca hüquqi şəxs olmamaqla cavabdeh “Cavabdeh1” X41 tərkib hissəsi olmasını, həmin tələbə cavabdeh “Cavabdeh1” X41 cavab verməli olmasını və cavabdeh “Cavabdeh1” X41 hazırki iş üzrə cavabdeh olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin Cavabdeh2nə qarşı olan hissəsi təmin edilməməlidir. İddiaçılar X32 və X26 anaları olan zərərçəkən X12 (ailə başçısının) öldüyü günədək onun himayəsində olmuş və öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərdir və onların zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Həmçinin, zərərçəkən X12 (ailə başçısının) ölümündən sonra onun himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqları olan iddiaçılar X32 və X16 hazırda da qulluq etməklə məşğul olan və işləməyən valideyn kimi iddiaçı Qanuni nümayəndə da əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin, iddiaçılar X32, X26 və Qanuni nümayəndə iddia tələblərində onlara ödənilməli olan maddi zərərin hər birinə münasibətdə 18 il müddətində hesablanmalı olmasını tələb etsələr də, birinci instansiya məhkəməsi iddiaçılar X32 və Qanuni nümayəndə münasibətdə həmin müddətlərlə razılaşmır. Çünki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki,zərərin əvəzi yetkinlik yaşına çatmayanlara-on səkkiz yaşına çatanadək, ölənin himayəsində olmuş uşaqlarına qulluq etməklə məşğul olan valideynlərdən birinə ərə-qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qanuni nümayəndə ilə X2 birgə nikahdan 18 iyul 2011-ci il tarixdə Ayan və 28 mart 2018ci il tarixdə Şəbnur adlı uşaqları anadan olmuşdur. Həmin uşaqlardan 28 mart 2018-ci il təvəlüdlü X26 anadan olduqdan cəmi üç gün sonra anası vəfat etdiyindən birinci instansiya məhkəməsi iddiaçı X16 münasibətdə maddi zərərin əvəzinin 18 il müddətində hesablanmasını daha doğru hesab edir. Lakin, X2 31 mart 2018-ci il tarixdə vəfatından sonra 18 iyul 2011-ci il təvəlüdlü X21 18 yaşının tamam olmasına 11 il 3 ay 18 gün qalmasını nəzərə alaraq, birinci instansiya məhkəməsi iddiaçı X27 münasibətdə maddi zərərin əvəzinin 11 il 3 ay 18 gün müddətində hesablanmasını daha doğru hesab edir. Həmçinin, birinci instansiya məhkəməsi X2 himayəsində olmuş uşaqları Ayan və Şəbnura qulluq etməklə məşğul olan iddiaçı Qanuni nümayəndə uşaqlarından 28 mart 2018-ci il təvəlüdlü X16 və 18 iyul 2011-ci il təvəllüdlü X27 analarının vəfatından sonra onlar 14 yaşına çatanadək qulluq etməli olmasını nəzərə alaraq, iddiaçı Qanuni nümayəndə münasibətdə maddi zərərin əvəzinin 31 mart 2018-ci il tarixdən sonra 14 il müddətində hesablanmasını daha doğru hesab edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X20 əmək fəaliyyəti ilə məşğul olmamış və onun qazancı olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş yaşayış minimumu ilə hesablamasını ağlabatan hesab edir. Göründüyü kimi iddiaçılar hazırki tələbləri ilə bağlı birinci instansiya məhkəməsinə 31 may 2019-cu il tarixdə müraciət etmişlər və onlar özləri də iddialarında cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğini Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manatdan hesablanmasını tələb etmişlər. Birinci instansiya məhkəməsi iddiaçıların iddia tələblərinin həmin hissəsini əsaslı hesab edir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. Mərhum X1 işləməsi barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim edilməsə də onun sağlığında yaşayış minimumu kimi müəyyən edilmiş məbləği almaq hüququ olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar uşaqlara dəyən maddi ziyan kimi analarına çatmalı 180 manatın analarının payına çatmalı 1/3 hissəsi istisna olmaqla yerdə qalan 2/3 hissəsini, iddiaçı Qanuni nümayəndə münasibətdə isə anaları, uşaqları və iddiaçı Qanuni nümayəndə daxil olmaqla 180 manatın ¼ hissəsini tələb etməkdə haqlıdırlar. X2 əmək qabiliyyətli olmayan uşaqları olan iddiaçılar X32 və X13 hər birinə hər ay üçün dəyən maddi zərərin məbləği hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Bu hesabla 28 mart 2018-ci il təvəlüdlü X16 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, 18 iyul 2011-ci il təvəlüdlü X27 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 11 il 3 ay 18 gün üçün isə 8136 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği hər ay 45 manat olmaqla 1 il üçün 540 manat, 14 il üçün isə 7560 manat təşkil edir. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi vacib hesab etmişdir ki, iddiaçı Qanuni nümayəndə ərizəsinin məzmununda X2 yas mərasimləri üçün 3000 manat pul xərclədiyini bildirsə də iddia tələbinin yekununda həmin məbləği cavabdehlərdən tələb etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçılar X32, X26 və Qanuni nümayəndə ailə başçıları olan X20 cavabdeh “Cavabdeh1” X43 həkim-cərrah işləmiş Cavabdeh3 Hüseyinovnanın həkim səhvi nəticəsində ölməsi iddiaçılar üçün yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, analarının və həyat yoldaşının vəfat etməsi nəticəsində iddiaçıların çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və ailə başçıları olan X12 həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə onlar təsəlli ala bilərlər. Göründüyü kimi qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla iki yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. İddiaçı Qanuni nümayəndə isə özü iki uşağını anasız böyültmək, onların tərbiyə, təhsil, sağlamlıqlarının qayğısına təkbaşına qalmaq məcburiyyətində qalmışdır. İddiaçılar sadalanan bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Qanunvericilyin tələblərinə əsasən iddiaçılar qeyd edilənlərin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddiaçılara dəymiş mənəvi zərərə görə müəyyən məbləğdə kompensasiya cavabdeh “Cavabdeh1” X46 alınaraq ididaçılara verilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh “Cavabdeh1” X46 alınaraq iddiaçılara verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğini hər iddiaçıya münasibətdə ayrıayrılıqda 8000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, cavabdeh “Cavabdeh1” X46 iddiaçı X16 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı X27 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat tutularaq iddiaçı, eyni zamanda digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməlidir. Əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Cavabdeh1” X46 alınaraq iddiaçı, eyni zamanda digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə verilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslarla belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxs X12 ölümünə səbəb Cavabdeh3 səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməməsi olsa da, X2 ölümü ilə bağlı delikt nəticəsində iddiaçılara dəymiş olan maddi və mənəvi zərər Cavabdeh3 deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindən də göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın həmin vaxt işlədiyi cavabdeh “Cavabdeh1” X39 alınaraq iddiaçılara verilməli və iddia tələbi Cavabdeh3 Hüseynovaya da münasibətdə təmin edilməməlidir. Cavabdeh “Cavabdeh1” X41 də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1ci maddəsinin tələbi baxımından ödənilmiş əvəz miqdarında Cavabdeh3 Hüseynovaya qarşı geriyə tələb (reqres) hüququnun olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin (nümayəndəsinin) apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh (nümayəndəsi) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 X50n direktoru X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 X50n direktoru X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tаrixli, 2(075)-33/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-449/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-449/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver