Məhkəmə qərarları › İş №2(107)-45/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-45/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-45/2022 05.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X3 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar X3 və İddiaçı2 vəkili X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(054)-27/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar X3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhəri ərazisində yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında onların ailə üzvlərinin və cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 23 mart 1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almışlar. Oğuz Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli qətnaməsi ilə cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Qeyd olunan evin yerləşdiyi 0,02 hektar həyətyanı torpaq sahəsi JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında onların ailə üzvlərinin və cavabdehin paylı mülkiyyətindədir. Onlar həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh həmin idarənin əməkdaşlarına öz vəzifələrini yerinə yetirmələrinə maneə törətdiyinə görə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilməsindən imtina edilmişdir. Hazırda onlar 0,02 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər və həmin sənəddə cavabdehin adının da paylı mülkiyyətçi kimi qeyd olunmasına etiraz etmirlər. Cavabdeh isə buna maneə törədir. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(054)-27/2021 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbinin təmin edilməsi, Oğuz şəhəri ərazisində yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında iddiaçılar X3, İddiaçı2, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin iddiaçı X2 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Oğuz şəhərində yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi faktiki olaraq həyətyanı torpaq sahəsi kimi cavabdehin istifadəsindədir. ünvan 2 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi isə 11.07.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırda iddiaçılar Oğuz şəhərində yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası olaraq 0,02 hektar həyətyanı torpaq sahəsinin onların ailə üzvlərinin və cavabdehin paylı mülkiyyətində olmasına dair tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edirlər. Cavabdeh iddia tələbini qəbul etmir, 0,02 hektar həyətyanı torpaq sahəsində yerləşən evdə uşaqları ilə birlikdə özü yaşadığını və həmin torpaq sahəsinin də özünün istifadəsində olduğunu, eyni zamanda, həmin torpaq sahəsinin yerləşdiyi ünvanın dəqiq olmadığını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin məhkəmədə müəyyən edilmiş hallarına əsasən iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması və mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar tərəflər arasında narazılıq və fikir ayrılığı vardır. Mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsi hazırda faktiki olaraq cavabdeh tərəfindən istifadə edilsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsi cavabdehlə yanaşı, iddiaçılar və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olması işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə də təsdiq edilmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətməsi iddiaçıların mülkiyyət hüquqlarının pozulması və onların əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Məhkəmə mübahisə predmetinə aid olan, ölçmə və digər texniki inventarlaşdırma işlərinin aparılması tələb edilən 0,02 hektar həyətyanı torpaq sahəsinin dəqiq ünvanının bəlli olmaması barədə cavabdehin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində ölçmə və digər texniki texniki inventarlaşdırma işləri aparılaraq tərəflərə hüquqmüəyyənedici sənədin verilməsi iddiaçılarla yanaşı, həm də cavabdehin mənafeyinə uyğundur. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Oğuz şəhəri ərazisində yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 155.5, 157.2. 157.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun nə evi, nə də evinin yerləşdiyi torpaq sahəsi hazırki iddianın predmetinə aid olan torpaq sahəsində yerləşmir. Onun hal-hazırda yaşadığı evin ünvanı H.Əliyev küçəsi, ev 75-dir. İddiaçı müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsinə hüququ həmin evlə birlikdə əldə etmişdir. Yəni bu səbəbdən Lauranın aldığı ev və evinin yerləşdiyi 6 sot torpaq sahəsinin ünvanı artıq məlumdur. Həmin ünvan ünvan 3bahisələndirdiyi torpaq sahəsi müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsini müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsini göstərirsə və müqavilə əsasında alınmış ev 6 sot torpaqdadırsa, onda reyestr 6 sotun tərkibindəki evin yerləşdiyi 2 sota dair hissədə ölçmə işlərini yerinə yetirsin. Məhkəmə qətnaməsində və protokolda qeyd edilmişdir ki, guya o və uşaqları Lauranın 23 mart 1993-cü il tarixli müqavilə əsasında aldığı yaşayış evində yaşayır və torpağından istifadə edir. Bu tamamilə yalandır. O, protokola dair qeyd vermişdir, həmin qeydlər mülki iş materiallarındadır. Məhkəmə prosessual qaydaları pozmuş, onun hüquqlarını heçə saymışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2(054)- 27/2021 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar X3 və İddiaçı2 vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2(054)-27/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi ona münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(054)-27/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə, 11.07.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, Oğuz şəhərində yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi faktiki olaraq həyətyanı torpaq sahəsi kimi cavabdehin istifadəsindədir. ünvan 2 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi isə 11.07.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. İddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması və mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar tərəflər arasında narazılıq və fikir ayrılığı vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, onun nə evi nədə evinin yerləşdiyi torpaq sahəsi hazırki iddianın predmetinə aid olan torpaq sahəsində yerləşmir. Onun hal-hazırda yaşadığı evin ünvanı H.Əliyev küçəsi ev 75-dir. İddiaçı müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsinə hüququ həmin evlə birlikdə əldə etmişdir. Yəni bu səbəbdən Lauranın aldığı ev və evinin yerləşdiyi 6 sot torpaq sahəsinin ünvanı artıq məlumdur. Həmin ünvan ünvan 3bahisələndirdiyi torpaq sahəsi müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsini müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsini göstərirsə və müqavilə əsasında alınmış ev 6 sot torpaqdadırsa, onda reyestr 6 sotun tərkibindəki evin yerləşdiyi 2 sota dair hissədə ölçmə işlərini yerinə yetirsin. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərini əsaslanmamış və dediyi faktları təsdiqləyəcək sübut təqdim etməmişdir. Belə ki, mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsi hazırda faktiki olaraq cavabdeh tərəfindən istifadə edilsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsi cavabdehlə yanaşı, iddiaçılar və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olması işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə də təsdiq edilmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətməsi iddiaçıların mülkiyyət hüquqlarının pozulması və onların əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Şəki Apellyasiya Məhkəməsi işin tam və obyektiv araşdırılması məqsədilə, ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.03.2022-ci il tarixli, 10/995 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi Oğuz şəhəri ərazisində yerləşən, JN- 292A (Kod ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında iddiaçılar X3, İddiaçı2, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0.02 hektar həyətyanı torpaq sahəsində yerləşir. -Oğuz şəhəri ərazisində yerləşən JN-292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında iddiaçılar X3, İddiaçı2, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsi sənəd üzrə 240 kv.metr olub, faktiki istifadələrində 289 kv.metr torpaq sahəsi vardır. Həmin istifadə də olan 289 kv.metr torpaq sahəsinin 205 kv.m hissəsi JN-292 A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən cizgilərlə üstüstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh tərəf iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(054)-27/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci olan 50 manat pul Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(054)-27/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar