Məhkəmə qərarları › İş №2(107)-452/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-452/2024

14.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-452/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-1804/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ondan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 20.000 manat məbləğində borc pul aldığını iddia edir. Göyçay Rayon Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli e-2(046)-1804/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli e-2-2(117)-1193/2023 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(102)- 663/2023 nömrəli Qərarı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehdən 20.000 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun və hüquqi yardım almaq üçün ödənilmiş 500 manat pulun tutulması” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 2019-cu ildən yaxın qohumunun evində keçirilən məclisdə görüb tanımışdır. Ümumi tanışları ilə bağlı problemli işlərdə ona mənəvi dəstək olduğu üçün cavabdehə etibar etmişdir. 2020-ci ilin yay aylarında cavabdeh ona yaxın qohumuna maddi kömək lazım olduğunu bildirərək ondan eyni gündə əvvəl 4000 manat, bir neçə saat sonra isə 1000 manat borc pul almışdır. 2020ci ilin dekabr ayında başqa şəxslərə borclu olduğunu bildirən cavabdeh ondan maddi köməklik etməsini xahiş etmişdir. Həmin ərəfədə böyük qızının gələcəkdə ödənişli ali təhsil ala biləcək ehtimalı ilə pul yığmış və cavabdehin də bundan xəbəri var idi. Əvvəl də qeyd etdiyi kimi cavabdehin çətin günlərində ona bir dost kimi mənəvi dəstək olmasını nəzərə alıb və pulun həmin vaxt ona vacib lazım olmadığı üçün cavabdehə müxtəlif vaxtlarda hər birində 700, 800, 1000 manat olmaqla 11.000 manat borc pul vermişdir. Beləliklə cavabdehin ona 16.000 manat borcu yaranmışdır. Bir müddət sonra, yəni 2021-ci ilin yay aylarında cavabdeh ona “Qazel” markalı yük avtomobili almaq istədiyini bildirərək əlavə 4000 manat borc pul istəmişdir. Cavabdehhəmin yük avtomobili ilə işləyib ona olan borcunu tamamilə ödəyəcəyini bildirdiyi üçün ona iyun və iyul aylarında hər birində 2000 manat olmaqla cəmi 4000 manat pul borc vermişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona borclu olduğu 20.000 manat pulu müxtəlif bəhanələrlə qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə Göyçay rayon Polis Şöbəsinə etdiyi şikayət Təhqiqat Bölməsində araşdırılmış, cavabdeh izahatında ona 18700 manat pul verdiyini etiraf etmiş, guya həmin pulu onunla və əmisi oğlu ilə şərikli xurma və nar alqı-satqısı ilə məşğul olmaq üçün verdiyini, sonunda 97000 manat zərər etdiyini göstərmişdir. Göyçay rayon X7 Bölməsinin təhqiqatçısı Pərvin Ələkbərovun 01 iyun 2023-cü il tarixli qərarı ilə cavabdeh haqqında cinayət işinin başlanması rədd edilmiş və tələbi mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.

4. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, onun iddiaçı ilə 2019-cu ilin yay aylarında iş birliyi olmuşdur. Hər ikisi birgə iş birliyi qurub Göyçayın kəndlərindən meyvə tədarük edib Rusiya Federasiyasına aparıb satmaqla əldə olunmuş gəliri qoyulmuş pula uyğun bölmək niyyətləri olmuşdur. Meyvənin tədarükündə iştirak etmiş sürücü və digər mal satanlar təsdiq edə bilərlər. Tədarük etdiyi 52000 manatlıq meyvə qış ayında bərk saxtalara düşmüş və bütün mal xarab olmuşdur. Bundan sonra iddiaçı ilə aralarında narazılıq yaranmış, 2020-2021-ci illərdə isə heç bir iş görməmişlər və iddiaçıdan bir manat da olsun pul almamışdır. 2023-cü ilin yanvar ayında Göyçay rayon Polis Şöbəsinə ərizə vermişdir. Göyçay rayon PŞ-nin TB-nin təhqiqatçısı P.Y.Ələkbərovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin ərizəsində 2019-cu ilin yay aylarında ona pul verdiyini bildirmişdir. Təhqiqat zamanı izahat verən şahidlər də iddiaçı ilə iş birliyinin 2019-cu ilin yay aylarında olmasını təsdiq etmişlər. Bir daha bildirir ki, iddiaçı ona heç bir zaman borca pul verməmişdir. İddiaçı ilə iş birliyi 2019-cu ilin sentyabr ayında olmuşdur. Ona borc vermişdirsə nədən bu 3 ildən çox müddət ərzində tələb etmirdi.

5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki, 2019-cu ilin sentyabr ayında Arzu ona zəng etmiş, xurma və nar məhsulu almaq istədiyini bildirmişdir. O, Arzuya xurma və nar məhsulu olduğunu demişdir. Bir müddət sonra Arzu və Günay onlara gəlmiş, nar və xurma məhsulunu almaq istədiyini demişlər. Həmin vaxt Günay ona 4000 manat beh vermişdir. Bağında yetişdirdiyi məhsulun satışından Arzunun ona 5000 manat borcu qalmışdır. Sonradan eşitmişdir ki, Arzu ziyan etmişdir. Arzu 5000 manat qalan borcu hissə-hissə qaytarmaqla 01 il ərzində ona ödəmişdir.

6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 göstərdi ki, 2019-cu ilin sentyabr ayında Cavabdeh ona Göyçay rayonuna gedib İddiaçı pul götürməyi demişdir. O, həmin vaxt Göyçay rayonuna getmiş və İddiaçı ona 2000 manat pul verərək Cavabdeh verməsini demişdir. 2019-cu ilin oktyabr ayında Cavabdeh ona təkrar İddiaçı pul götürməsini demişdir. O. İddiaçı 3500 manat pul götürüb Cavabdeh vermişdir. Həmin vaxt İddiaçı Arzunun nar və xurma məhsulu alıb-almadığını ondan soruşmuşdur. Bu barədə Cavabdeh bildirdikdə, Arzu ona Günayla şərikli iş gördüyünü demişdir.

7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Osmanlı Hicran Samir qızı göstərdi ki, anası Günay Osmanlı ilə Cavabdeh tanışlığı 2019-cu ilin dekabr ayından başlamışdır. 2020-ci ilin yay ayında anası Günayla Arzunun aralarında telefon danışığını eşitmiş və həmin vaxt Arzu anası Günaydan borca pul istəmişdir. Həmin günün axşamı X13ya 5000 mamant borca pul vermişdir. Həmin ilin ayrı-ayrı vaxtlarında Arzu anası Günaydan hissə-hissə 600, 800, 1000 manat borca pul almaqla, cəmi 15000 manat pul almışdır. Cavabdeh anası Günaya maşın alveri ilə məşğul olduğunu və ziyan etdiyini, Qazel markalı maşın almaq üçün 4000-5000 manat arası pul istəmiş və işlədikdən sonra aldığı pulları qaytaracağını demişdir. X13 Babayevə 4000 manat pul vermişdir. Onun gözündən əməliyyat olmaq üçün pul lazım olduğundan anası Cavabdeh zəng vurub borc verdiyi pulu tələb etmiş və Cavabdeh borc aldığı pulu qaytarmamışdır.

8. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən edərkən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hər hansı müqavilənin və ya razılaşmanın olmasını,sahibkarlıq fəaliyyətindən irəli gələ biləcəyi işgüzar adətlərin və birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən sübutların olmamasını nəzərə alıb hesab etmişdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur.

9. Məhkəmə Cavabdeh Göyçay rayon Polis şöbəsində verdiyi 13 may 2023-cü il tarixli izahatında və məhkəmə baxışında verdiyi izahatda İddiaçı meyvə alqı-saqısı ilə əlaqədar 18700 manat məbləğində pul aldığını etiraf etməsini, lakin aldıqlarını qaytarmasını təsdiq edən sübutların olmamasını nəzərə alıb,hesab edir ki,borc 18700 manat məbləğində müəyyən olunmalı,ondan 18700 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır.

10. O ki qaldı cavabdeh tərəfindən təqdim olunmuş şahid ifadələrinə, məhkəmə X1 İddiaçı ona nar və xurma üçün 4000 manat beh verməsi, digər şahid X6 isə 2019-cu ilin sentyabr ayında İddiaçı 2000 manat, 2019-cu ilin oktyabr ayında 3500 manat pul götürüb Cavabdeh verməsi barədə ifadələrini tərəflərin birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən məlumatları özündə əks etdirmədiyindən, bu halı təsdiq edən sübut qismində nəzərə almamışdır.

11. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə,məhkəmə qeyd edir ki,tərəflər arasında hətta cavabdehin istinad etdiyi 2019-cu ilin sentyabr,oktyabr aylarında borc münasibətlərinin yaranması nəzərə alınsa da belə,borc müqaviləsi üzrə borcun qaytarılması müddəti müəyyənləşdirilmədiyindən,yəni öhdəliyin icrası müddəti müəyyən edilmədiyindən müqavilə üzrə iddia müddətinin axımı iddiaçı borcverənin öhdəliyi icra etmə tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.Borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırki iş üzrə isə Cavabdeh borc müqaviləsi üzrə öhdəliyin icrası müddəti barədə hər hansı bir sübutu təqdim etmədiyindən, məhkəmə hesab edir ki, icra müddəti müəyyənləşdirilməmiş öhdəlik üzrə Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə iddiaçının öhdəliyin dərhal icrasını tələb etdiyi andan hesablandığından iddia müddəti keçmədiyindən tətbiq edilməməlidir.

12. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-1804/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, Cavabdeh 18700 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, qalan hissədə iddia təmin edilməməsi, məhkəmə xərclərinin 93 faizinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin 454 manat 50 qəpik hissəsinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377, 427, 493, 739 və 740-cı maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Göyçay rayon X7 bölməsinin 01 iyun 2023- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Göyçay rayon X7 bölməsində toplanmış materialara əlavə edilmiş Cavabdeh 13 may 2023-cü il tarixli izahat

15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, məhkəməyə iddiaya qarşı etiraz verərək həmin etirazında göstərmişdir ki, onun iddiaçı ilə 2019-cu ilin yay aylarında iş birliyi olmuşdur. Hər ikimiz birgə iş birliyi qurub Göyçayın kəndlərindən meyvə tədarük edib Rusiya Federasiyasına aparıb satmaqla əldə olunmuş gəliri qoyulmuş pula uyğun bölmək niyyəti olmuşdur. Meyvənin tədarükündə iştirak etmiş sürücü və digər malsatanlar təsdiq edə bilərlər. Tədarük etdiyi 52.000 manatlıq meyvə qış ayında bərk şaxtalara düşmüş və bütün mal xarab olmuşdur. Bundan sonra iddiaçı ilə narazılıq yaranmış, 2020-2021-ci illərdə isə heç bir iş görməmişlər və iddiaçıdan bir manat da olsun pul almamışdır. 2023-cü ilin yanvar ayında Göyçay rayon Polis Şöbəsinə ərizə vermişdir. Göyçay rayon PŞ-nin TB-nin təhqiqatçısı P.Y.Ələkbərovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin ərizəsində 2019-cu ilin yay aylarında ona pul verdiyini bildirmişdir. Təhqiqat zamanı izahat verən şahidlər də iddiaçı ilə iş birliyinin 2019-cu ilin yay aylarında olmasını təsdiq etmişlər. İddiaçı ona heç bir zaman borca pul verməmişdir. İddiaçı ilə iş birliyi 2019-cu ilin sentyabr ayında olmuşdur. Ona borc vermişdirsə nədən bu 3 ildən çox müddət ərzində tələb etmirdi.

17. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)- 1804/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-1804/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)- 1804/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində iddianın əsaslı olduğu qənaətinə gəlməkdə haqlı olsa da, maddi hüquq normasını düzgün tətbiq etməməklə və iddia müddətinin tətbiq edilməsindən imtina etməkdə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

27. İddiaçı Cavabdeh ondan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 20.000 manat məbləğində borc pul aldığını iddia etsə də, iddiasının əsaslılığını sübut edən dəlil kimi yalnız Göyçay rayon X7 bölməsinin 1 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsaslanmışdır. O, Göyçay rayon Polis Şöbəsinə verdiyi izahatında, hazırki iş üzrə verdiyi iddia ərizəsində və apellyasiya məhkəməsinin iclaslarında verdiyi izahatlarında cavabdehə 20.000 manat pulu borc verdiyini bildirsə də, hər dəfə həmin pulları cavabdehin ondan ayrı-ayrı məqsədlərlə almasını göstərmişdir. Məhkəmə kollegiyası isə onun apellyasiya məhkəməsində verdiyi izahatları işin faktiki hallarına uyğun gəldiyi üçün inandırıcı qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dindirilimiş şahidlərin ifadələrinə verdiyi qiymətlə razılaşır. Belə ki, X1 İddiaçı ona nar və xurma üçün 4000 manat beh verməsi, digər şahid X6 isə 2019-cu ilin sentyabr ayında İddiaçı 2000 manat, 2019-cu ilin oktyabr ayında 3500 manat pul götürüb Cavabdeh verməsi barədə ifadələri tərəflərin birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən məlumatları özündə əks etdirmədiyindən, bu halı təsdiq edən sübut qismində nəzərə alınmamışdır. Kollegiya onu da qeyd edir ki, şahid X8 2019-cu ilin oktyabr ayında cavabdehin tapşırığı ilə iddiaçıdan 3500 manat pul götürməsini bildirsə də, nə iddiaçının, nə də cavabdehin izahatlarında cavabdehin iddiaçıdan ilk dəfə aldığı 4000 manatdan başqa, ayrı-ayrı vaxtlarda hər biri 3000 manatdan daha çox pul alması halına rast gəlinmir. X1 ifadəsində göstərilən İddiaçı ona nar və xurma üçün 4000 manat beh verməsi isə sonuncu tərəfindən təsdiq edilməmişdir. Cavabdeh isə həm qeyd olunan qərarın aid olduğu material üzrə izahatında, həm də məhkəmə iclaslarında iddiaçıdan ümumilikdə 18.700 manat pul aldığını etiraf etmiş, lakin həmin pulu borc olaraq almadığını, iddiaçı ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə aldığınə və pulu həmin məqsədə istifadə etdiyini göstərmişdir.

28. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən edərkən sahibkarlıq fəaliyyətindən irəli gəldiyini göstərən hər hansı müqavilə və ya razılaşma olmamış, sahibkarlıq fəaliyyətindən irəli gələ biləcəyi işgüzar adətlərin və birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh xurma və narın alqı-satqısı zamanı əldə edilməsi nəzərdə tutulan gəlirin, nəqliyyat və sair üçün çəkilməli olan xərcin, yaranması ehtimal oluna bilən ziyanın necə bölünməsini, bununla da birgə fəaliyyətin hansı qaydada əmələ gəlməsini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. O, apellyasiya şikayətində gəliri bərabər böləcəklərini razılaşdıqlarını göstərsə də, bununla bağlı da hər hansı sübut təqdim etməmişdir. Bununla da Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə dı, kolelgiya apellyasiya şiakyətinin həmin dəlillərini əsaslı hesab etmir.

28. Beləliklə, iddiaçının 20.000 manat borc pul tələbi 18.700 manata aid hissədə cavabdehin etirafı əsasında sübut olunur.

29. Cavabdehin birinci instansiya məhkəməsinə verdiyi və məhkəmənin təmin etmədiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə gəldikdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh iddiaçıdan ümumilikdə 18.700 manat pul aldığını etiraf etsə də, iddiaçının həmin pulun ondan hissə-hissə 2 il ərzində, yəni 2019-2021-ci illərdə alınmasını bildirməsinə baxmayaraq, cavabdeh həmin pulu hissə-hissə iddiaçıdan 2019-cu ilin yayında, sentyabr-oktyabr aylarında aldığını göstərmişdir. İddiaçının iddiasını cavabdehin etirafından başqa dəlillərlə təsdiq edə bilmədiyini nəzərə alsaq, iddia yalnız cavabdehin etiraf etdiyi pulun 2 ay ərzində alınmasına münasibətdə əsaslı hesab oluna bilər. Borcun verilmə müddətinə gəldikdə isə, ididaçı cavabdehə ilk verdiyi 4000 və 1000 manat pulu 3-4 ay ərzində qaytaracağı şərtilə verdiyini bildirmişdir. İddiaçı digər vaxtlarda verilən pulların hansı müddətə verildiyini göstərmədən həmin pulların 2 il ərzində hissəhissə verildiyini və cavabdehə etibar etdiyi üçün tələb eləmədiyini göstərsə də, həmin hallar sübut olunmadığından, kollegiya iddiaçının cavabdehə verdiyi bütün pulların cavabdehin etirafına əsaslanaraq 2019-cu ilin yayından başlayaraq sentyabr-oktyabr ayları ərzində və 3-4 ay müddətə verildiyini ağlabatan hesab edir.

30. İlk verilən pulun 4000 manat məbləğində olmasının iddiaçı və cavabdehin izahatları ilə təsdiq edildiyi və həmin məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 740.2-ci maddəsində göstərilən 3000 manatdan çox olduğu nəzərə alınarsa, həmin pul etibarlı borc müqaviləsi əsasında verilməsi hesab oluna bilmədiyindən, lakin cavabdehə verildiyi sübut edildiyindən həmin hissədə Mülki Məcəllənin əsassız varlanma hallarını tənzimləyən normaları tətbiq edilməlidir. (bax bənd 22). Həmin Məcəllənin 1095-ci maadəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İdiaçının həmin pulu 3-4 ay ərzində qaytarmaq üçün verdiyi nəzərə alınarsa, iddiaçı hüququnun pozulduğunu ən geci 2020-ci ilin fevral ayında bilmişdir. Göründüyü kimi, ididaçının həmin tələb üzrə iddia müddəti 2022-ci ilin fevral ayında başa çatmışdır.

31. İddiaçının cavabdehə sentyabr-oktyabr ayları ərzində ayrı-ayrı vaxtlarda verdiyi digər məbləğlər hər biri özlüyündə 3000 manatdan az olduğundan (həmin pulların konkret məbləği məlum olmasa da, 3000 manatdan az olduqları hər iki tərəfin izahatları ilə təsdiq edilir) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 740-cı maddəsinə əsasən hər biri ayrılıqda şifahi borc müqaviləsi olaraq nəzərdən keçirilə bildiyindən kollegiya hesab edir ki, həmin hissədə borcun verilməsi ilə bağlı həmin Məcəllənin 739-cu maddəsi, iddia müddəti ilə bağlı isə həmin Məcəllənin 373-cü maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin pulların da 2019-cu ilin yayından başlayaraq sentyabr-oktyabr aylarında 3-4 ay ərzində qaytarmaq şərtilə verildiyi hesab edilərsə, iddiaçı həmin hissədə də hüququnun pozulduğunu ən geci 2020-ci ilin fevral ayında bilmişdir. Göründüyü kimi, ididaçının həmin tələb üzrə iddia müddəti 2023-cü ilin fevral ayında başa çatmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 7 avqust 2023-cü ildə müraciət etdiyindən iddia müddətini ötürmüşdür.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-1804/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 20.000 manat pul tələbinə dair iddiasının 18.700 manata aid hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilməli, dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə xərc İddiaçı özünə aid edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-1804/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş 18.700 manata aid hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 20.000 manat pul tələbinə dair iddiasının 18.700 manata aid hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə xərc İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar