Məhkəmə qərarları › İş №2(107)-454/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-454/2021

05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-454/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı və onu vəkili X1nun, Cavabdeh iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yenidən quraşdırılması, əsaslı təmiri və digər tikinti və abadlaşdırma işlərinə iddiaçı tərəfindən çəkilmiş 39223 (otuz doqquz min iki yüz iyirmi üç min) manat xərcin əvəzinin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün təfsir etməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı 1976-cı ildə həmin evdə anadan olmuş və bu günədək həmin evdə qeydiyyatda olmaqla fasiləsiz olaraq orada yaşamışdır. Yaşadıqları yaşayış evi köhnə və yaşayış üçün qəzalı olduğundan və anası ilə münasibətləri həmin vaxt yaxşı olduğundan anası olan cavabdehin xahişi ilə evi yenidən qurmaq, əsaslı təmir və digər abadlıq işləri apararaq yaşayış üçün yüksək səviyyəli şərait yaratmaq qərarına gəlmişlər. Özü müğənni kimi 2009cu ildən 2013-cü ilədək topladığı 20000 manat pul vəsaiti olduğundan 2013-cü ildən həmin məbləğlə yaşayış evinin yenidən quraşdırılmasına, əsaslı təmirinə və digər abadlıq işləri gördürməyə başlamışdır. Qeyd edilən işlərin görülməsi üçün 2013-cü ildə yoldaşı Vəfa Rasulovanın adına iki dəfəyə “Nikoyl” Bankdan 30000 ABŞ dolları kredit götürmüşlər və faizi ilə birlikdə 2015-ci ilin sonuna qədər 46310 ABŞ dolları banka pul ödəmişlər. 08 iyul 2013-cü ildə öz adına həmin bankdan 15098 ABŞ dolları kredit götürmüşdür. Özündə olan 20000 manat və götürülmüş kreditlərin hesabına həmin köhnə evi əsaslı təmir etdirmişdir, abadlaşdırmış və yenidən quraşdırma işləri görməklə yaşayış və istifadə üçün yüksək səviyyəli şərait yaratmışdır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bldirmişdir ki, cavabdeh onun anası olmasına baxmayaraq münasibətləri yaxşı deyil və xeyli vaxtdır ki, mübahisəli evdə yaşamır. Qeyd olunan yaşayış evinin yenidən qurulmasına, təmirinə xeyli məbləğdə xərc çəkməsinə baxmayaraq cavabdeh həmin xərcləri ona ödəmək istəmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün qiymət verməmiş və sonda qeyri-obyektiv qərar qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun oğlu olmasına baxmayaraq ona qarşı kobud və nalayiq davranmışdır. İddiaçının evdən istifadə hüququna xitam verilməsi üçün 10.000 manat kompensasiya verməlidir. Bu qoca və ahıl vaxtında həm kompensasiyanı, həm də digər xərcləri ödəməyə imkanı yoxdur. Bundan əlavə iddiaçının mübahisələndirdiyi ev 1990-cı illərdə inşa edilmişdir ki, həmin vaxt iddiaçı uşaq olmuşdur. İddiaçı yaşadığı dövrdə isə xırda təmir işləri aparılmışdır ki, onun da xərcinin böyük hissəsini özü çəkmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2019-cu il tarixli, 363 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi DƏDRX-nin ünvan 3arəsi tərəfindən verilmiş seriya MH № ******* saylı reyestr nömrəsi **********89-10301 , qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən Cavabdeh məxsusdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.36 ha torpaq sahəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh Əliyeva X2 Əliqulu Məhəmmədiyə oğlu ilə birgə nikah münasibətlərində olduğu müddətdə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində qanuni istifadələrinə verilmiş 0,06 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 66.05 kv.m yaşayış, 62.17 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi inşa etmişlər. Rasulov Əliqulu Məhəmmədiyə oğlu vəfat etmiş, fərdi yaşayış evi hal-hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Onların birgə rəsmi nikahından 02 mart 1976- cı ildə İddiaçı anadan olmuşdur. Nurlan doğulduğu andan mübahisəli evdə yaşamış, həddi bulağa çatmış, 02 sentyabr 2003-cü ildə X8 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və X8 həmin evə gəlin köçmüşdür. Mübahisəli yaşayış evinin müxtəlif vaxtlarda müəyyən hissəsi sökülüb yenidən təmir-tikinti, bərpa işləri aparılmışdır. Ana və oğul arasında ailə münasibətləri pozulmuş, X5 Rasulov tərəfindən evindən qovulmuşdur. Aralarında yaranmış mübahisə nəticəsində Cavabdeh iddiası əsasında Qəbələ Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli 2(025)-915/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ şəhəri, H.Əliyev prospekti, 79 saylı (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) evinə olan istifadə hüququna xitam verilməsi və İddiaçı X8, X4 və X6 ilə birlikdə evdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(107)-3199/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı və maraqlarına toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli, 2(025)-915/2019 saylı qətnaməsi dəyişdirilmiş, iddiaçı Cavabdeh 10000 (on min) kompensasiya məbləği alınaraq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli 2(102)-2824/2020 saylı qərarı ilə cavabdeh İddiaçı kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə aktı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Halhazırda İddiaçı fərdi yaşayış evinin təmiri üçün çəkdiyi xərci Cavabdeh tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş mübahisəli evə xərc çəkdiyini və həmin xərcin iddia ərizəsində qeyd olunan məbləğdə olmasını, sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və iddiaçı tərəf öz iddiasının əsaslarını yalnız özünun mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar yenə də yalnız iddiaçının özünün izahatına söykənir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin bir neçəsi materialı iddiaçı ilə aldığını, iddiaçının onlara pul verdiyini bildirsələr də, həmin pulun məhz iddiaçının özünə aid olub-olmaması, iddiaçının öz pulunun verib-verməməsi barədə heç bir ifadə verməmişlər. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, məhkəmə iclasında mübahisəli evin yenidən quraşdırılması, təmiri və digər abadlaşdırma işlərinin yalnız İddiaçı şəxsi vəsaiti hesabına aparılması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 29.10.2020-ci il tаrixli, 2(025)-154/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar