Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-457/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X10 iclas katibliyi və cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər “xxxx” KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-325/2019 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər “xxxx” KB ASC-nin nümayəndəsi X4 və Cavabdeh3 MMC-nin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər «xxxx» KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokol və xx xxxxxx 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-325/2019 nömrəli(hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 103 №-li protokol və Cavabdeh3 MMC ilə «xxxx» KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin «İddiaçı mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi» hissəsində əsassız olduğu üçün təmin olunmaması, iş üzrə ödənilmiş cəmi 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməsi, 5 (beş) manatı isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat xərcin 63 (altmış üç) manat 50 (əlli) qəpik hissəsi iddiaçıdan, 63 (altmış üç) manat 50 (əlli) qəpikdən ibarət digər hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan İddiaçı, cavabdehlər “xxxx” KB ASC-nin nümayəndəsi X4 və Cavabdeh3 MMC-nin nümayəndəsi X13 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli «icraata başlamaq haqqında» qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(046)-358/2013-saylı icra vərəqəsinə və qətnaməsinə əsasən 13 аprel 2011-ci il tаrixli 05MFB/11 sаylı əsаs kredit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprel 2011-ci il tаrixli 05MFB/11-A sаylı əlаvə kredit müqаviləsi üzrə 97096 mаnаt əsаs kredit borcu, 6177,76 mаnаt fаiz borcu, 647,10 mаnаt cərimə, cəmi 103920,86 mаnаt, 23 fevrаl 2012ci il tаrixli 05MFB/12-B sаylı əlаvə kredit müqаviləsi üzrə 90695,28 mаnаt əsаs kredit borcu, 5033,52 mаnаt fаiz borcu, 294,14 mаnаt cərimə, cəmi 96022,94 mаnаt, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində xidmət hаqqı, ümumilikdə 96022,94 mаnаt pulun cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlundаn tutulаrаq banka ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdeh Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi BаkıQаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsınа və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinə yönəldilməsi, həmin qeyri-yаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, ilkin sаtış qiymətinin 350000 manat müəyyən edilməsi, sаtışdаn əldə ediləcək vəsаit hesаbınа cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlunun iddiаçıyа olаn borcunun ödənilməsi, qeyri-yаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsi sаtıldıqdаn sonrа ən geci 1 аy ərzində boşаldılmаzsа, həmin qeyri-yаşаyış binаsının və onun yerləşdiyi torpаq sаhəsinin boşаldılması qərara alınmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokoluna əsasən ipotekaya qoyulmuş cаvаbdeh Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC -nə satılmışdır. xx xxxxxx 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqısatqısı” barədə müqaviləyə əsasən ipotekaya qoyulmuş Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC-yə satılmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolu və xx xxxxxx 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilə qanunvericiliyin tələbinə zidd tərtib edildiyindən etibarsız hesab edilməli və onun mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi BаkıQаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyriyаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh «xxxx» KB ASCnə yüklü edilməsi barədə ipotekaya xitam verilməlidir. Belə ki, ipoteka predmeti olan qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş onа və ailə üzvlərinə göndərilməmişdir. Bununla da onun alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, onun ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı olan cavadbeh Cavabdeh3 MMC ona təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olduğu təqdirdə, o, təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Bundan başqa Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolun və xx xxxxxx 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, iddiaçı Mаyılovа Minаyə Seyidаğа qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi ilkin satış qiymətindən (36 faizdən aşağı qiymətə) 25 faizdən çox aşağı qiymətə satılmışdır. Bundan başqa Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(046)-358/2013-saylı icra vərəqəsində qeyd olunur ki, 96.022 manat 94 qəpik X5 alınaraq, «xxxx» KB ASC-nə ödənilməlidir. Cavabdeh3 MMC onun mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar «xxxx» KB ASC -nə satılmasına baxmayaraq, yerdə qalan pul məbləğin ona qaytarılmasını təmin etməmişdir. Göründüyü kimi cavabdeh «xxxx» KB ASC İpoteka haqqında qanunun tələblərinə zidd olaraq ipoteka predmetini əldə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddia rədd olunan hissədə qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş ona və ailə üzvlərinə göndərilməmişdir. Bununla da ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, ipoteka qoyanın ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı olan Cavabdeh3 MMC İddiaçı təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Halbuki, ona təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olsaydı, o təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Ona görə ki, "İpoteka haqqında" Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Göründüyü kimi cavabdeh «xxxx» KB ASC ipoteka haqqında qanunun tələblərinə zidd olaraq ipoteka predmetini əldə etmiş, bu səbəbdən Göyçay rayon Məhkəməsinin 2(046)-325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə "Cavabdeh3" MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolu və xx xxxxxx 2018-ci il tarixli "hərracın yekunlarına dair əmlakın alqı-satqısı" barədə müqavilə etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə tərəfindən iddia tam təmin edilərək, ipotekaya xitam verilməli idi. Bütün yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia rədd olunan hissədə ləğv edilməli, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin cavabdeh «xxxx» KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə iddiası təmin edilməli və Göyçay rayon Məhkəməsinin 2(046)-325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia təmin olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Göyçay Rayon Məhkəməsi cavabdeh “X6” MMC-nin iddiaçıya ünvanladığı “X8 dair bildirişlərin surətlərinin və bu bildirişlərin göndərilməsini təsdiq edən məktubların olması, hətta İddiaçı ünvanına göndərilmiş məktubun “Mayılov” soyadlı şəxsin imza etməklə qəbul etməsi faktının və kütləvi informasiya vasitələrində verilən elanların işdə olmasına baxmayaraq, həmin sənədlərin qeyd edilən şəxslərə, o cümlədən iddiaçılara təsdiq etmə üsulu ilə təqdim edilmədiyini və bu səbəbdən də hərracın keçirilməsinin və təşkilinin qanunsuz olması qənaətinə gəlmişdir. Birinci instansiyası məhkəməsi belə qənaətə gələrkən hüquqi əsas kimi İpoteka haqqında Qanunun 42.1-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmununa şörə,“Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir”. Məlum olduğu kimi, poçt göndərişləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Eyni zamanda, işdə “X8 dair bildirişlərin təsdiq edilmiş surətlərindən, bu bildirişlərinPoçt Şöbəsi ilə yanaşı poçt xidmətlərini həyata keçirən “Famko Courier and Cargo” şirkəti tərəfindən qəbul edilərək göndərilməsini təsdiq edən məktublardan, məlum olur ki,bütün qeyd edilən məlumatları əks etdirən hərrac barədə bildirişlər və digər sənədlər rəsmi qaydada hazırki mülki iş üzrə iddiaçıya göndərilməsi təsdiq edilən poçt qəbzləri və xəbərnamələri vasitəsi ilə göndərilmişdir. Lakin, məhkəmə qanunun qeyd olunan tələbinə zidd olaraq, həmin bildirişlərin göndərilməsini deyil, məhz çatdırılmasını əsaslı hesab edərək, iddiaçı tərəfin vəsatəti üzrə bildirişlərdə olan “Mayılov” soyadlı imzanın ona məxsus olmadığı bildirildiyindən, məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə qərardad çıxarmışdır. Məlumdur ki, iddiaçı xanımın soyad sonluğu təbii ki, “Mayılov” deyil, "Mayılova soyad sonluğu ilə bitməlidir. Lakin, Məhkəmə həmin xanımın yaşadığı ünvanda olan “Mayılov” soyadlı şəxslərin deyil (bu şəxslər sırasına iddiaçının həyat yoldaşı Çingiz Mayılov və ya məhkəmədə nümayəndə kimi iştirak edən oğlu və yaxud həmin ünvanda yaşayan digər “Mayılov” soyadlı şəxslərdə ola bilər), “Mayılova” soyadlı iddiaçının xətt nümunələrini götürməklə kifayətlənmişdir. Hətta, ekspertizaya göndərilmədən də, soyad sonluğundan görünürdü ki, həmin bildirişlərdə olan xətt iddiaçı xanım “Mayılova” tərəfindən deyil, məhz həmin ünvanda bildirişləri qəbul edən “Mayılov” soyadlı şəxsə məxsusdur. Məhkəmə isə bu halı araşdırmadan, ekspertizaya zərurət olmayan hala diqqət yetirmədən, sırf ekspertiza təsdiqi olsun deyə, ekspert qarşısında “Mayılov” yazısı İddiaçı tərəfindən icra edilmişdirmi sualı qoymuşdur. Əlbətttə ki, ekspert rəyində həmin “Mayılov” yazısının İddiaçı tərəfindən icra olunmadığı qeyd olunmalı idi. Belə olan halda sual ortaya çıxır ki, bildirişdə kişiyə məxsus olan yazı necə qadın tərəfindən icra oluna bilər? Bundan əlavə, “X6” MMC-nin İddiaçı və X9 ünvanladığı xx.xx.2018-ci il tarixli 12/08 saylı və xx.xx.2018-ci il tarixli 12/08-1 saylı “X8 dair” bildirişlərin təsdiq edilmiş surətlərindən və bu bildirişlərin göndərilməsi barədə poçt xidmətini həyata keçirən “Famko-Karqo” şirkəti tərəfindən İddiaçı göndərilən məktubların 949618, 949619, 949620, 605485, 605486 və 605485 saylı qaimələrindən (əlavə olaraq dövlət poçtu ilə də bildirişlər göndərilmişdir), əmlakın açıq hərracda satılması və onun ilkin satış qiyməti barədə “KASPİ” adlanan qəzetin xx.xx.2018-ci il tarixli 094 (3469) nömrəli buraxılışında və xx.xx.2018-ci il tarixli 116 (3490) nömrəli buraxılışında verilmiş elanlardan məlum olur ki, hərracı təşkilatı tərəfindən Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun tələblərinə tam riayət olunmaqla hərrac keçirilmişdir. Lakin işə baxan Göyçay Rayon Məhkəməsi bu kimi vacib əhəmiyyətə malik olan hallara lazımi hüquqi qiymət verməmiş, nəticədə isə hüquq normasını səhv təfsir etmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Cavabdeh3 MMC-nin nümayəndəsi X13 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)- 325/2019 nömrəli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan, Göyçay Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və sübutlar düzgün qiymətləndirilmədiyindən həmin qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 sifarişi ilə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi açıq hərraca çıxarılmışdır, iddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər həm poçt vasitəsilə, həmçinin kuryer xidməti vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. “İpoteka haqqında “qanuna əsasən hərracın keçirilməsinə dair bildirişin göndərilməsi əks olunmuşdur. Belə ki, hərrac təşkilatı bildirişləri icra vərəqəsinə əsasən borclunun qeydiyyat ünvanına göndərmişdir, bildirişin Mayılova yox, Mayılov soyadlı şəxs tərəfindən qəbul edilməsinin bildirişin çatdırılmaması qənaətinə gəlinməsi əsası deyildir, bildiriş ünvana təqdim olunmuş və ünvançılar tərəfindən qəbul edilmişdir. (Bildirişlər, kuryer qəbzləri və təkrar hərracın keçirilməsinə dair göndərilən poçt bildirişinin çatdırılmasına dair sorğu cavabı əlavə olunur). Həmçinin 26-xx xxx 2018-ci il tarixində “Kaspi” qəzetində ilkin hərracla, xx xxxx 2018-ci il tarixində “Kaspi” qəzetində təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh3 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan “xxxx” KB ASC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh3 MMC-nin hərracın yekunları barədə 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi 223125 manata tələbkar “xxxx” KB ASC-yə satılmışdır. Belə ki, İcra və Probasiya şöbəsi tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı bank qarşısında götürdüyü öhdəliyi icra etmək əvəzinə qanunun verdiyi hüquqlardan sui-istifadə edərək öhdəlikdən yayınmağa çalışır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-325/2019 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 MMC-nin ünvanına daxil olmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırki iş üzrə iddiaçı tərəf hər dəfə müxtəlif bəhanələr gətirməklə banka olan borclarını ödəməkdən qəsdən yayınırlar. Birinci instansiya məhkəməsi hazırki tələbə baxarkən iş üzrə olan sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 MMC qanunvericiliklə müəyyən olunmuş qaydada özündən asılı olan bütün hərəkətləri etmişdir. İddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər həm poçt vasitəsilə, həmçinin kuryer xidməti vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. “İpoteka haqqında“ Qanuna əsasən hərracın keçirilməsinə dair bildirişin göndərilməsi əks olunmuşdur. Hərrac təşkilatı tərəfindən də bildirişlər icra vərəqəsinə əsasən borclunun qeydiyyat ünvanına göndərmişdir. Sadəcə bildirişin Mayılova yox, Mayılov soyadlı şəxs tərəfindən qəbul edilmişdir ki, bu da bildirişin çatdırılmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. Həmin Mayılov soyadlı şəxs şübhəsiz ki, iddiaçı Mayılova ilə birlikdə yaşayan ailə üzvlərindəndir. İddiaçı tərəfindən məhkəməyə göndərilən teleqramlardan da göründüyü kimi iddiaçı məhkəməyə gəlməməklə işi süni şəkildə uzatmağa çalışır. İddiaçı bank qarşısında götürdüyü öhdəliyi icra etmək əvəzinə qanunun verdiyi hüquqlardan sui-istifadə edərək öhdəlikdən yayınmağa çalışır. Hesab edir ki, iddia tələbi tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-nin, DƏDRX-in 16 saylı Əİ-in nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. DƏDRX-in 16 saylı Əİ məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı hər dəfə məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, həmçinin 070 3310491, ********** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) İddiaçı məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqramlar da tərtib edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəonların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfun nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, cavabdeh tərəfin verdiyi apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyəb olunur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 358/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən iddiа təmin edilmiş, 13 аprel 2011-ci il tаrixli 05MFB/11 sаylı əsаs kredit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprel 2011-ci il tаrixli 05MFB/11-А sаylı əlаvə kredit müqаviləsi üzrə – 97.096 mаnаt əsаs kredit bоrcu, 6.177 mаnаt 76 qəpik fаiz bоrcu, 647 mаnаt 10 qəpik cərimə, cəmi 103.920 mаnаt 86 qəpik, 23 fevrаl 2012-ci il tаrixli 05MFB/12-B sаylı əlаvə kredit müqаviləsi üzrə – 90.695 mаnаt 28 qəpik əsаs kredit bоrcu, 5.033 mаnаt 52 qəpik fаiz bоrcu, 294 mаnаt 14 qəpik cərimə, cəmi məbləği 96.022 mаnаt 94 qəpik, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində xidmət hаqqı, ümumilikdə 96.022 mаnаt 94 qəpik Mаyılоv Çingiz Sаbir оğlundаn tutulаrаq «xxxx» KB ASC-yə ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdeh Mаyılоvа Minаyə Seyidаğа qızının mülkiyyətində оlаn Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsınа və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilməsi, həmin qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi tоrpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, bu qeyri-yаşаyış binаsı və оnun yerləşdiyi tоrpаq sаhəsinin ilkin sаtış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən edilməsi, sаtışdаn əldə ediləcək vəsаit hesаbınа cаvаbdeh Mаyılоv Çingiz Sаbir оğlunun «xxxx» KB ASC-yə оlаn bоrcunun ödənilməsi, qeyri-yаşаyış binаsı və оnun yerləşdiyi tоrpаq sаhəsi sаtıldıqdаn sоnrа ən geci 1 аy ərzində bоşаldılmаzsа, həmin qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi tоrpаq sаhəsinin bоşаldılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Təkrar işə baxan Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat məbləğində müəyyən olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin surətinə əsasən həmin məhkəmənin xx xxxxx 2013-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 icra məmuru X1 xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X9, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və «xxxx» KB ASCyə ünvanlanmış xx xxx 2018-cü il tarixli, 12/08 №-li X8 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 350.000 manat olmaqla xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi xx.xx.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır. Göyçay regional poçt filialının xx.xx.2018-ci il tarixli məktubuna əsasən xx.xx.2018ci il tarixdə Cavabdeh3 MMC tərəfindən İddiaçı göndərilmiş sifarişli xəbərnaməli məktub xx.xx.2018-ci ilə qədər saxlanılmış, ancaq İddiaçı ünvanda olmadığı üçün xx.xx.2018-ci ildə geri qaytarılmışdır. Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X9, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və «xxxx» KB ASCyə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, 12/08-1 №-li X8 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 297.500 manat olmaqla xx xxxxxx 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi xx.xx.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli poçt qaimələrində “2.Alan şəxsin soyadı və imzası” qrafalarında “Mayılov” yazıları” İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza təqdiqatının dəyəri 127 manat təşkil edir. «Kaspi» qəzetinin 26-xx xxx 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının xx xxxx 2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. «Kaspi» qəzetinin xx xxxx 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının xx.xx.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx xxxxxx 2018ci il tarixli, 103 №-li protokola əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin və Cavabdeh1 xx xxx 2018-ci il tarixli məktubunun icrası ilə əlaqədar İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi BаkıQаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin hərracda satılması nəticəsində «xxxx» KB ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin hərrac qiyməti 350.000 manat, təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiyməti 223,125 manat göstərilmişdir. Hərrac təşkilatı Cavabdeh3 MMC ilə «xxxx» KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsi 223.125 manata «xxxx» KB ASC-yə satılmışdır. Kaspi» qəzetinin 9-xx xxxx 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının xx xxxx 2018-ci il tarixdə, saat 11hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. İşdən göründüyü kimi iddiaçı tələbini yalnız onunla əsaslandırmışdır ki, hərrac barədə ona məlumat (bildiriş) göndərilməyib. Lakin iş materiallarından görünür ki, hərracın təşkilatçısı Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X9, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və «xxxx» KB ASC-yə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, 12/08-1 №-li X8 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı- Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 297.500 manat olmaqla xx xxxxxx 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi xx.xx.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır. Həmçinin digər borclulara ünvanlanmış bildirişlər rabitə orqanı vasitəsilə ilə onlara rəsmi qaydada verilmişdir. Eyni zamanda sözügedən hərrac barədə kütləvi informasiya vasitələrində - «Kaspi» qəzetinin 26-xx xxx 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının xx xxxx 2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. «Kaspi» qəzetinin xx xxxx 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının xx.xx.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 103 №-li protokola əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)- 358/2013 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin və Cavabdeh1 xx xxx 2018-ci il tarixli məktubunun icrası ilə əlaqədar İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi BаkıQаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin hərracda satılması nəticəsində «xxxx» KB ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin hərrac qiyməti 350.000 manat, təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiyməti 223,125 manat göstərilmişdir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. «İpoteka haqqında» xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Baxılan işin faktiki hallarından da göründüyü kimi hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirmiş, ipoteka qoyana və digər borclulara təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlər göndərmiş, habelə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmişdir. Bu mənada hazırkı işin halları baxımından bildirişin “Mayılova” soyadlı şəxs tərəfindən deyil, onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış “Mayılov” soyadlı şəxs tərəfindən qəbul edilməsi hərracın nəticələrinin ləğv olunmasına əsas verən qanun pozuntusu kimi qiymətləndirilə və iddianın həmin hissədə təmin olunmasına əsas verə bilməz. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasını, həmçinin birinci hərracla əlaqədar elan qanunvericiliyə uyğun müddətdə “Kaspi” qəzetində dərc olunmaması, həmçinin hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübutun məhkəyə təqdim olunmaması ilə əlaqələndirmişdir. Lakin iş materiallarının 54-cü, 55-ci və 2-ci cildin 26-28-ci səhfələrinə əlavə olunmuş “Kaspi” qəzetlərində olan elan dərclərindən müəyyən edilir ki, Cavabdeh3 MMC tərəfindən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən 0,0850 hа tоrpаq sаhəsi və onun üzərində yerləşən qeyri-yаşаyış binаsının açıq hərraca çıxarılması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada elanlar dərc edilmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsi iş materiallarının 2-ci cildinin 26-28-ci səhifələrindəki Kaspi qəzetində dərc olunmuş elanla sübut olunur. Birinci instansiya məhkəməsi iddianın qizmən təmin olunmasını həmçinin onunla əsaslandırmışdır ki, Hərracın Keçirilməsinə dair Bildirişlərin və ipoteka predmetinin satılması ilə əlaqədar kütləvi informasiya vasitələrində dərc olunmuş elanların mətnlərini nəzərdən keçirərkən, «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinin tələbləri Cavabdeh3 MMC tərəfindən pozulması müəyyən edilmişdir. Belə ki, məhkəmə aktlarına əsasən ipoteka predmetləri Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi olduğu halda, bildirişlərdə hərracın predmeti kimi torpaq sahəsi, kütləvi informasiya vasitələrində dərc olunmuş elanlarda isə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Kaspi qəzetinin surətlərindən görünür ki, (səh. 54, 55 və 2-ci cildin 26-28-ci səhfələri) elan kimi heç də yalnız torpaq sahəsi deyil, məhz Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi kimi dərc edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinə ümumilikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtləri, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Əvvəla ona görə ki, hərrac barədə iddiaçının ünvanına bildiriş göndərilməməsi dəlili əsassızdır, çünki bu iş materialları ilə təkzib olunur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Üçüncü hərrac barədə dəlil isə ümumiyyətlə əsassızdır. Çünki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərrac keçirilə bilməzdi. İkincisi, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının ünvanına bildiriş göndərilmiş, sonda sonuncu ilə eyni ünvanda yaşayan və eyni “Mayılov” soyadlı şəxs bildirişi qəbul etsə də hərracda iştirak etməmişdir. Bu işin mübahisəsiz halıdır. Üçüncüsü, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə bilavasitə maraqlarına toxunan iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış əmlakın qiyməti az göstərilsə belə, iddiaçının həqiqətən də həmin əmlakı almaq niyyəti olsa idi, hərracda iştirak edə və öz iradə ifadəsini bildirərdi. Lakin, iddiaçı tərəf banka borclarının olmasını bildiyi bir halda, həmçinin həmin borcla bağlı keçirilən hərracdan məlumatı olmasına baxmayaraq, hərracda iştirak etməməsi və əlavə olaraq ayrıca məhkəmə icraatı qaydasında hərracın nəticələrinin mübahisələndirməsinə cəhd etməsi də, əslində onun bu prosesləri süni surətdə uzadaraq hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Beləliklə məhkəmə kollegiyası cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə belə qənatə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar ziddiyyətli sübutlarla təsdiq edildiyindən, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən onlar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-325/2019 nömrəli qətnaməsi qismən-yəni “iddianın təmin edilmiş, dövlət rüsumunun və ekspertiza xərcinin cavabdehlərə aid olunması hissəsində” ləğv edilərək həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kоllegiyаsı hesab edir ki, qeyd оlunаn məhkəmə ekspertizası xərci iddiaçıya аid edilməli və məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 124 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-325/2019 nömrəlitarixli qətnaməsi qismən- yəni “İddiaçı cavabdehlər «xxxx» KB ASC, Cavabdeh1, Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolunun və xx xxxxxx 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, dövlət rüsumunun 5 manatının cavabdehlərə aid edilmiş hissəsi və ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” hissələrində” ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” hissəsi təmin edilməsin. Qətnamə “ipotekaya xitam verilməsinin təmin olunmaması və dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi də iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-457/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-457/2020
05.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver