Məhkəmə qərarları › İş №2(107)-457/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-457/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-457/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyət obyektinin naturada ayrılması" tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyət obyektinin naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: Payın naturada ayrılması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), X9 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı/cavabdeh İddiaçı, Cavabdeh/iddiaçı Cavabdeh3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyət obyektinin naturada ayrılması" tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyət obyektinin naturada ayrılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsindən cavabdeh/iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dörd nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29- 1030; Qeydiyyat tarixi:xx.xx.2023- cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh3 cavabdehlər, İddiaçı və qeyrilərinə qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə qarşılıqlı iddia qaldıraraq dörd nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 dörd nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Lakin Cavabdeh3 həmin bölgünü qəbul etmədiyindən torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29- 1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi:********** ) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır.

4. İddiaçı Cavabdeh3 göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 dörd nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Ona düşən hissənin yolu müəyyən edilmədiyindən həmin bölgü üzrə torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi:********** ) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır.

5. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi: **********) öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Ona görə də, həmin torpaq sahəsinin dörd mülkiyyətçinin hər birinə düşən ¼ hissənin çəpərlənmiş ərazilər daxilində naturada ayrılıb verilməsinə etiraz etmir.

6. Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli (hakim Ü.Qənbərov) qətnaməsi ilə, İddiaçı iddia tələbinin təmin olunması: İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi (0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməsi, iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbinin təmin olunması: İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi ( 0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3- 42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb iddiaçı Cavabdeh3 şəxsi mülkiyyətinə verilməsi. İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi (0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı və 5 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb iddiaçı Cavabdeh3 şəxsi mülkiyyətinə verilməlidir.

8. Məhkəmə hesab etmişdir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 100,0 (bir yüz) manat, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 214.1, 220.1, 220.3, 238.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə həm ilkin iddiaçı X2, həm də qarşılıqlı iddia üzrə onun tələblərini təmin etmiş, mübahisə yaranmış torpaq sahəsinin naturada bölünməsi barədə qərar qəbul etmişdir. Lakin məhkəmə işi araşdırarkən qarşılıqlı iddianı təmin etdiyini qeyd etsə də qarşılıqlı iddia üzrə tələbin bir hissəsini ümumiyyətlə araşdırmamış və ona ayrılmış torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi barədə tələbə ümumiyyətlə münasibət bildirməmişdir, bununla da şəxsin payına düşən torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılmaqla, faktiki olaraq onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə işdə olan rəyə istinad edərək, torpağın naturada bölünməsinin mümkünlüyün qeyd etsə də, həmin rəydən də görünür ki, ona ayrılmış torpaq sahəsinin (5 nömrəli yer quruluşu planı üzrə) hər hansı yola çıxışı yoxdur. Digər tərəfdən qətnamədən naturada bölünmüş payların hansı meyarlar əsasında hansı şəxslərə aid edilməsi ilə bağlı da heç bir əsaslandırma yoxdur.

12. Hakim işi araşdırarkən işdə olan rəyə istinad etmiş, torpaq sahəsinin həmin rəyə əsasən naturada bölünməsinin mümkün olması qənaətinə gəlmişdir, lakin ona naturada ayrılmış torpaq sahəsinə giriş-çıxış məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. İşdə olan ekspert rəyindən görünür ki, sözügedən hissəyə giriş-çıxış mümkün deyildir bu halda hakimin rəyi əsas götürməklə şifahi mülahizə əsasında torpaq sahəsi naturada bölünə bilər nəticəsinə necə gəlməsi anlaşılan deyil və qətnamədə də bu barədə hər hansı əsaslandırma yoxdur. Digər tərəfdən hakim sübutu tam araşdırmamış naturada bölünmüş hansı hissənin kimə hansı meyarla verilməsi barədə hər hansı əsaslandırma etməmişdir.

13. Hakim qətnaməni işdə iştirak edən şəxslərin tələbləri üzrə çıxardır və yalnız qanunda nəzərəd tutlmuş müstəsna hallarda o tələblərədən kənara çıxa bilər. Eyni zamanda Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin göstərilməlidir. Bu iş üzrə isə hakim qarşılıqlı iddianı təmin etməsini qeyd etsə də, qarşılıqlı iddiada əks olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə heç bir münasibət bildirməmiş, sadəsə iş üzrə rəyə əsaslanmaqla öz mülahizəsi əsasında naturadakı payları müəyyən etmişdir.

14. Məhkəmə torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü qənaətinə işdə olan ekspert rəyinə əsaslanmaqla gəlir. Lakin ekspert rəyindən də görünür ki, ona ayrılmış hissənin heç bir giriş-çıxışı yoxdur. Sual yaranır, şəxs öz mülkiyyətindən hansı qaydada istifadə etməlidir, hansı qaydada həmin sahəyə sahiblik etməlidir. Məhkəmə bu halı ümumiyyətlə nəzərdə qaçırtmış və beləliklə yarımçıq qərar verilmişdir. İndiki halda şəxs torpaq sahəsinə mülkiyyət hüququ əldə edir, lakin həmin sahədən təyinatı üzrə istifadə imkanı məhduddur və digər şəxslərin mülahizəsindən asılıdır. Bu halda naturada bölgünün mümkünlüyü nəticəsinə necə gəlinmişdir, aydın deyildir.

15. Məhkəmə bölgünün meyarını da əsaslandırmamışdır. Sual yaranır ona 5 nömrəli yerquruluşu planı üzrə olan torpaq sahəsi ayrılmışdır. Niyə 2 yox 5. Bu faktiki halların heç biri araşdırılmamış və məhkəmənin gəldiyi nəticə ilə əsaslandırma hissə arasında məntiqi əlaqə qurmaq mümkün deyildir.

16. Ona ayrılmış torpaq sahəsinin giriş-çıxış məsələsi həll edilməmişdir.

17. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsini tamamilə ləğv edib, iş üzrə qarşılıqlı iddianın tam təmin edilməsi, yəni naturada ayrılmış torpaq sahəsinə giriş-çıxış müəyyən edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

33. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

34. Apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsini tamamilə ləğv edilməsini xahiş etsə də, bundan sonrakı fikrində iş üzrə qarşılıqlı iddianın tam təmin edilməsi, yəni naturada ayrılmış torpaq sahəsinə girişçıxış müəyyən edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Beləliklə cavabdeh/iddiaçı Cavabdeh3 tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsinin ilk iddianın təmin edilmiş, həmçinin qarşılıqlı iddianın təmin edilmiş deyil, onun qənaətinə görə qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin mübahisələndirilməsi müəyyən edilmişdir.

36. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 15 dekabr 2023-cü il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi ¼ hissə paylarla İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, həmin torpaq sahəsində yerləşən 145.2 kv/m sahədən ibarət ev isə Cavabdeh1 tam mülkiyyətindədir. İddiaçı 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılmasını, Cavabdeh3 isə qarşılıqlı iddia tələbi ilə müraciət edərək, 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia üzrə tələbin bir hissəsini ümumiyyətlə araşdırılmaması, ona ayrılmış torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi barədə tələbə ümumiyyətlə münasibət bildirilməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh/iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbində Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni onun tərəfindən torpaq sahəsindən ona düşən 1/4 hissəsinə giriş-çıxışın təmin edilməsi barədə iddia tələbi irəli sürlməmiş, torpaq sahəsindən ona düşən 1/4 hissə naturada ayrılarkən həmin sahəyə giriş-çıxış yolunun da nəzərə alınmasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işdə olan ekspert rəyindən göründüyü kimi ona ayrılmış torpaq sahəsinin hər hansı yola çıxışının olmaması, ona ayrılmış torpaq sahəsinin giriş-çıxış məsələsinin həll edilməməsi, bununla da payına düşən torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılmaqla, faktiki olaraq onun mülkiyyət hüququnun pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahələrindən iddiaçı/cavabdehin və cavabdeh/iddiaçının paylarının naturada ayrılmasının mümkünlüyü məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, alınmış mütəxəssis və ekspert rəyləri iş materiallarına əlavə edilmişdir.

44. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X15 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 12 sentyabr 2024-ci il tarixdə Qəbələ rayonu Bumm qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu, Bum qəsəbəsində İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş 1,13 hektar torpaq sahəsinin 1/4 nisbətdə paylara uyğun, tikintilər nəzərə alınmadan naturada ayrılması mümkündür.

45. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli 10/8923 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

46. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixlii, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxanş”a əsasən Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş 1,13 hektar torpaq sahəsinin 1/4 nisbətdə paylara uyğun, tikintilər nəzərə alınmadan naturada ayrılması mümkündür.

47. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 29 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

48. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X15 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 12 sentyabr 2024-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu, Bum qəsəbəsində İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş 1,13 hektar torpaq sahəsinin 1/4 nisbətdə paylara uyğun, tikintilər nəzərə alınmadan naturada ayrılması mümkündür.

49. Ayrılacaq hər bir pay sahibinə aid torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları və naturada ölçüləri tərib edilmiş yerquruluşu planlarında göstərilmişdir.

50. Həmin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarından göründüyü kimi Cavabdeh3 ayrılan hissəyə yol sahəsi mövcuddur.

51. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Naqzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli 10/8008 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********29-10301 reyestr nömrəli, 15 dekabr 2023-cü il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 1.13 ha torpaq sahəsinin həmin torpaq sahəsinin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hər birinin ümumi istifadədə olan yola çıxışı təmin edilməklə 4 bərabər hissəyə naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

52. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadının icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi ilə məhkəmə kollegiyasının 29 aprel 2025-ci il tarixli qərardadının icrası üzrə verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinin 03 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi arasında cüzi uyğunsuzluq olduğundan hər iki mütəxəssis rəyini tərtib etmiş X12 məhkəmə kollegiyasının iclasında dindirilərkən göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinin 03 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyi verilməmişdən Qəbələ rayonu Bum bələdiyyəsi ilə dəqiqləşdirmə aparıldıqda tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin üst hissəsindəki yola bitişik ərazinin bələdiyyəyə aid torpaq sahəsi olması müəyyən edilmiş və tərəflərə ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin üsilməsi üçün bələdiyyə torpağından yol sahəsinin ayrılmasına etiraz edilməmişdir. Beləliklə sonuncu mütəxəssis rəyi əvvəlki rəyi təkzib etməmiş, əvvəldən də tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahələrinin üst hissəsindəki torpaq sahəsindən istifadə edilməklə, ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi mümkün olmuşdur. Hazırda naturada ayrılaraq cavabdeh/iddiaçıya verilməsi təklif olunan torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin ölçüləri yolun ən dar hissəsində 4 metr, ən enli hissəsində isə 6,5 metr təşkil edir.

53. Kollegiya qeyd edir ki, cavabdeh/iddiaçı Cavabdeh3 iddia tələbi Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsindən ibarət olduğundan, məhkəmənin qərardadları üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssis rəylərinə əlavə edilmiş yerquruluşu planlarında Cavabdeh3 ayrılması təklif edilən torpaq sahəsinə yol nəzərdə tutulduğundan, cavabdeh/iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbinin təmin edilməmiş bir hissəsi mövcud deyildir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının 27 noyabr 2024-cü il tarixli 10/8923 nömrəli ekspert rəyi, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, onların mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

55. Kollegiya əlavə olaraq qeyd edir ki, 24 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı yol sahəsi ilə 03 sentyabr 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı yol sahəsi arasındakı cüzi uyğunsuzluğa məhkəmə kollegiyasının iclasında hər iki rəyi vermiş mütəxəssis tərəfindən aydınlıq gətirildikdən sonra 24 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinin 03 sentyabr 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyini təkzib etmədiyi müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən, mütəxəssis rəyi isə yazılı sübutlardan olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, həmin rəylərdə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

57. Paylı mülkiyyətdə olan torpaq sahəsindən cavabdeh/iddiaçı Cavabdeh3 aid ¼ hissə payının naturada ayrılmasının mümkünlüyünə dair iki ayrı-ayrı mütəxəssis rəyləri verildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin apardığı tədqiqatın nəticəsi üzrə 27 noyabr 2024-cü il tarixli 10/8923 nömrəli ekspert rəyi ilə də paylı mülkiyyətdə olan 1,13 hektar torpaq sahəsindən ona aid ¼ hissə paylarının naturada ayrılmasının mümkün olması müəyyən edildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli 10/8008 nömrəli ekspert rəyinə mübahisənin həllində mötəbər sübut qismində istinad edilməsini mümkünsüz hesab edir və Azərbaycan Respublikası Ədliyyə Naqzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli 10/8008 nömrəli ekspert rəyinə tənqidi yanaşır.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin naturada bölünmüş payların hansı meyarlar əsasında hansı şəxslərə aid edilməsinin əsaslandırılmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından, qarşılıqlı iddia ərizəsində müəyyən edildiyi kimi cavabdeh/iddiaçı Cavabdeh3 1,13 hektar torpaq sahəsindən ona ayrılacaq hissənin hansı ərazidə yerləşməsindən məlumatlı olmuş, həmin məsələni deyil, yalnız ona ayrılacaq hissəyə yol yeri ilə bağlı məsələni mübahisələndirmişdir. Hansı ki, cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətinin yekunundakı tələbi də ona ayrılan torpaq sahəsinin hansı hissədə yerləşməsi ilə bağlı deyil, yola çıxış imkanının təmin edilməsindən ibarət olmuşdur.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

60. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq, məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci cavabdeh/iddiaçı Cavabdeh3 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh/iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(025)-14/2025 nömrəli qətnaməsi cavabdeh/iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci cavabdeh/iddiaçı Cavabdeh3 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar