Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-460/2020 27.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Şəfi qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirlərinin icra sənədi tam icra olunanadək qüvvəsində saxlanılması barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərdadından X3 tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı Şəfi qızı məhkəməyə müraciət edərək Cavabdeh 80.000 (səksən min) manat borc məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək üçün cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və həmin evin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəsatəti əsasında Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadına əsasən Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və həmin evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı notariat və reyestr əməliyyatlarının aparılması Oğuz Rayon Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinə qadağan edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh yaşadığı ünvana rəsmi qaydada göndərilmişdir. Həmin qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. X3 xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, qeyd olunan mülki iş üzrə tərəf kimi işə cəlb edilməsə də və məhkəmə iclaslarında iştirak etməsə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı nəticə etibarilə onun da mənafeyinə toxunur. Belə ki, o, xx xxxxx 1987-ci il tarixdə Cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı ilə üzərinə həbs qoyulan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onların birgə nikahı dövründə ümumi vəsaitləri hesabına alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Həmin ev Cavabdeh adına qeydiyyata alınsa da, onların ümumi mülkiyyətində olan əmlakdır. Qeyd olunan evdə o, əri Cavabdeh və onların iki uşağı daimi qeydiyyatdadırlar. Onun və Cavabdeh həmin evə dair mülkiyyət hüquqları, uşaqlarının isə istifadə hüquqları vardır. Evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətindədir. O özü hazırda da həmin evdə yaşayır. Onların həmin evdən başqa digər hər hansı yaşayış sahəsi olmadığından qüvvədə olan qanunvericiliyə görə tələbin üzərinə həbs qoyulan evə yönəldilməsi mümkün deyildir. Ona görə də qeyd edilən iddianı təmin etmə tədbirinin saxlanılmasının hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Digər tərəfdə, iddianı təmin etmə tədbiri həmin fərdi yaşayış evinə və evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinə münasibətdə onun və uşaqlarının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olmuşdur. Qeyd olunan əsaslara görə məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında tətbiq edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair iddianı təmin etmə tədbirinin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X3, həmçinin işdə iştirak edən şəxslər hazırki ərizəyə baxılması üzrə birinci intansiya məhkəməsinin iclasına gəlməmiş, məhkəmə ərizəyə həmin şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərаrdаdı ilə İddiaçı Şəfi qızının Cavabdeh qarşı 80.000 (səksən min) manat pul tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi ilə bağlı X2 ərizəsi təmin edilməmiş,Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirlərinin məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsinə dair icra sənədi tam icra olunanadək qüvvəsində saxlanılması qərara alınmışdır. Həmin qərardaddan X3 tərəfindən şikayət verilmişdir. O, şikayətini əsaslandıraraq göstərmişdir ki, üzərinə həbs qoyulan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onunla Cavabdeh birgə nikahı dövründə ümumi vəsaitləri hesabına alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Həmin ev Cavabdeh adına qeydiyyata alınsa da, onların ümumi mülkiyyətində olan əmlakdır. Həmin evdə o, əri Cavabdeh və onların iki uşağı daimi qeydiyyatdadırlar. Onun və Cavabdeh qeyd olunan evə dair mülkiyyət hüquqları, uşaqlarının isə istifadə hüquqları vardır. Evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətindədir. O özü hazırda da həmin evdə yaşayır. Onların həmin evdən başqa digər hər hansı yaşayış sahəsi olmadığından qüvvədə olan qanunvericiliyə görə tələbin üzərinə həbs qoyulan evə yönəldilməsi mümkün deyildir. Ona görə də qeyd edilən iddianı təmin etmə tədbirinin saxlanılmasının hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Məhkəmə əsassız olaraq həmin əmlakın üzərinə həbs qoymuşdur. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə xx xxxxxx 2019-cu il tarixli 2(054)-23/2012 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-23/2012 nömrəli qərardadının ləğv edilməsini və iddianı təmin etmə tədbirinin ləğv olunması barədə yeni qərar qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərardadı ilə İddiaçı Şəfi qızının Cavabdeh qarşı 80.000 (səksən min) manat pul tələbi barədə mülki iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsi ilə bağlı ərizəyə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-23/2012 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan X3 tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı Şəfi qızı, Cavabdeh və cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəfi qızının Cavabdeh qarşı iddiasına dair Oğuz Rayon Məhkəməsinin icraatında olmuş 2(054)-23/2012 nömrəli mülki işin materiallarından görünür ki, məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında iddianı təmin etmə tədbiri kimi üzərinə həbs qoyulmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İddianı təmin etmə tədbiri barədə qərar qəbul edilərkən həmin əmlakın ümumi birgə mülkiyyətdə olması və ya digər şəxslərin də həmin əmlaka dair hər hansı hüquqlarının olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin işə baxılarkən qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə, iddia tələbi təmin ediləcəyi təqdirdə, qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddiaçının vəsatətini təmin etmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və həmin evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı notariat və reyestr əməliyyatlarının aparılmasının müvafiq orqanlara qadağan edilməsi barədə qərardad çıxarılmışdır. Qeyd olunan mülki iş üzrə məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh 80.000 (səksən min) manat borc məbləği, həmçinin, 20 (iyirmi) manat dövlət rüsumu - cəmi 80.020 (səksən min iyirmi) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarından görünür ki, həmin qətnaməyə dair icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənilməsi borclu tərəfindən indiyədək təmin edilməmişdir. Birinci instansiya məhkəməsi X2 ərizəsində göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında iddianı təmin etmə tədbiri kimi üzərinə həbs qoyulmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi borclu və onun ailə üzvlərinin yeganə yaşayış sahəsi olmaqla, həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən tələbin yönəldilməsinə yol verilməyən əmlak hesab edilsə də, qətnamə üzrə icra sənədi tam icra olunanadək borclu və ya onun ailə üzvlərinin adına digər yaşayış sahəsinin aşkar edilə biləcəyi halları istisna edilmir. Belə olan halda, tələbin hazırda üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi imkanları da yaranmış olacaqdır. Fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı notariat və reyestr əməliyyatlarının aparılmasının müvafiq orqanlara qadağan edilməsi ilə bağlı iddianı təmin etmə tədbirləri ləğv ediləcəyi təqdirdə, borclunun qeyd olunan əmlakı heç bir maneə olmadan özgəninkiləşdirmək imkanları yaranacaq və bu da gələcəkdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının qəsdən gecikdirilməsinə və mümkünsüz qədər çətinləşdirilməsinə səbəb olacaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Şəfi qızının Cavabdeh qarşı iddiasına dair iş üzrə iddia tələbi təmin edilmiş, lakin həmin məhkəmə qətnaməsi indiyədək tam icra edilməmişdir. Həmin əsaslara görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında tətbiq edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və həmin evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı notariat və reyestr əməliyyatlarının aparılmasının müvafiq orqanlara qadağan edilməsi barədə iddianı təmin etmə tədbirlərinin saxlanılması zərurəti hələ aradan qalxmamışdır. Ona görə də həmin iddianı təmin etmə tədbirləri ləğv edilməməlidir. İddianı təmin etmə tədbiri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına yönələn bir tədbir olduğundan Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirləri xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli məhkəmə qətnaməsinə dair icra sənədi tam icra olunanadək qüvvəsində saxlanılmalıdır. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, X2 ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, borclu Cavabdeh adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmış olsa da, həmin yaşayış evi borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək yeganə yaşayış sahəsidir. Borclu və onun ailəsinin digər yerdə yaşayış sahəsi aşkar olunmamışdır və bu səbəbdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş, tələbin yönəldilməsinə yol verilməyən əmlakların sırasına daxildir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi borclu və onun ailəsinin istifadəsində yalnız bir yaşayış sahəsi aşkar olunduqda, icra sənədi üzrə tələb həmin yaşayış sahəsinə yönəldilə bilməz. Hazırki vəziyyətdə borclu Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən başqa digər yaşayış sahəsinin olması müəyyən edilməmişdir. Borclu Cavabdeh adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin adına aşkar edilmiş yeganə yaşayış sahəsi olduğuna görə həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aiddir. Qeyd olunan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və ya onun bir hissəsinin üzərinə həbs qoyulması düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi ərizənin təmin edilməməsi barədə əsаssız nəticəyə gəldiyindən şikayət təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərardadı ləğv edilməli və Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-c- maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-23/2012 nömrəli qərardadı ləğv edilsin. X1 şəhəri M.Ə.Rəsulzadə küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair iddianı təmin etmə tədbirinin ləğv olunması barədə ərizəsi təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qərardadına əsasən Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-460/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-460/2020
27.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver