Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-462/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X14 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 17 avqust 2021-ci il tarixli 2(075)- 1214/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsi, İddiaçı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin miras əmlakın 2/3 hissəsinin onların payları kimi tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsinin təmin edilməməsi, İddiaçı ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onun özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(102)-1849/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(107)-2073/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk iddiası təmin edilsin. İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını tam həcmdə qəbul etmə faktı müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(102)-434/2023 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kv/m fərdi yaşayış evinə vərəsəliyin açılması və həmin miras əmlakın onun adına tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını qəbul etmə faktının və həmin miras əmlakının onun adına tam miras payının müəyyən edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizələrində, onların 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə etdikləri sənədlərdən göründüyü kimi, mərhum atası Salamov Müzəffər Məmməd oğlu xx.xx.2019-cu ildə rəhmətə getmişdir. O, rəhmətə gedəndən sonra ondan ünvan 2 ünvanında yerləşən 97,6 kv.m fərdi yaşayış evi miras qalmışdır. X3 rəhmətə getdikdən sonra onun aşağıdakı vərəsələri qalmışdır - qızı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu İddiaçı Müzzəffər oğlu. Mərhum Salamov Müzəffər Məmməd oğlu rəhmətə getdikdən sonra ondan miras qalmış yaşayış evində oğlu olaraq o qalmışdır. Bu günə kimi həmin evdə vərəsə olaraq o və ailə üzvləri yaşamış və miras əmlakını idarə etmişdir. Cavabdeh şəxslər olan bacıları atası öləndən sonra yalnız yasda iştirak etmiş və bundan sonra bir dəfə də olsun miras əmlakında yaşamamışdırlar. O, atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla qəbul etmişdir. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişdirlər. Onlar atası rəhmətə gedəndən 1 il 3 ay sonra, yəni 2020-ci ilin iyun ayında mirasdan pay tələb etmək üçün notariat ofisinə müraciət etmişdirlər. Bununla da müddəti ötürmüşdürlər. Mirasın qəbulu müddəti 3 aydır. Göründüyü kimi, mirasın açıldığı gündən, yəni atası rəhmətə gedən gündən cavabdehlər 3 ay ərzində mirası qəbul etməli idi. Lakin nə üzrlü səbəb olmadan, nə də ki mirasa sahiblik etmədən mirası qəbul etməmişdirlər. Onlar müddəti ötürmələrini və mirası faktiki qəbul etmədiklərini alqı-satqının ləvğ edilməsi barədə tələbə baxılarkən məhkəmədə bildirmişdirlər. İş üzrə iclas protokollarında bu öz əksini tapmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)- 1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 bildirdi ki, iddiaçının atası Salamov Müzəffər Məmməd oğlu xx.xx.2019-cu ildə rəhmətə getmişdir. O, rəhmətə gedəndən sonra ondan ünvan 2 ünvanında yerləşən 97,6 kv.m fərdi yaşayış evi miras qalmışdır. X3 rəhmətə getdikdən sonra onun 3 vərəsəsi - qızı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu İddiaçı Müzzəffər oğlu qalmışdır. Mərhum Salamov Müzəffər Məmməd oğlu rəhmətə getdikdən sonra ondan miras qalmış yaşayış evində oğlu olaraq o qalmışdır. Bu günə kimi həmin evdə vərəsə olaraq o və ailə üzvləri yaşamış və miras əmlakını idarə etmişdir. O, atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla qəbul etmişdir. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişlər. Onlar atası rəhmətə gedəndən 1 il 3 ay sonra, yəni 2020-ci ilin iyun ayında mirasdan pay tələb etmək üçün notariat ofisinə müraciət etmişlər. Bununla da müddəti ötürmüşlər. Mirasın qəbulu müddəti 3 aydır. Göründüyü kimi, mirasın açıldığı gündən, yəni atası rəhmətə gedən gündən cavabdehlər 3 ay ərzində mirası qəbul etməli idi. Lakin nə üzrlü səbəb olmadan, nə də ki, mirasa sahiblik etmədən mirası qəbul etməmişdirlər. Onlar müddəti ötürmələrini və mirası faktiki qəbul etmədiklərini alqı-satqının ləvğ edilməsi barədə tələbə baxılarkən məhkəmədə bildirmişdirlər. Ali Məhkəmə iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir və həmin qərardada ilk iddia üzrə iddiaçının özünün təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, miras qoyan Salamov Müzəffər Məmməd oğlu sağlığında 14 iyul 2017-ci il tarixdə gəlini X8 bütün əmlakını idarə etmək və onun üzərinə sərəncam vermək səlahiyyətlərini verən etibarnamə vermiş, sonuncu həmin səlahiyyətləri X21 adlı şəxsə ötürmüş və həmin şəxs verilən səlahiyyətlərdən istifadə edərək mübahisəli fərdi yaşayış evini 08 avqust 2017-ci il tarixli müqavilə ilə X1. Miras qoyanın ölümündən sonra iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiası əsasında alqı satqı müqaviləsi ləğv edilmişdir. Cavabdehlər tərəfindən məhkəməyə müraciət edildiyi zaman 1 il 3 ay vaxt keçmişdir və qarşı tərəf müddətin ötürülməsi ilə hər hansı üzürlü səbəb olması ilə əlaqədar hər hansı dəlil gətirməmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsini cavabdehlərin verdiyi qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 bildirdi ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehlər öz hüquqlarını müdafiəsi ilə bağlı məhkəmələrdə iddialar qaldırıblar. Qeyd etmək istəyir ki, miras faktiki açılandan bir müddət sonra cavabdehlər alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişlər və iddia təmin edilmiş, alqı- satqı müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəf alqı-satqı müqaviləsi ləğv edildikdən sonra yuxarı instansiyalara müraciət etməmişdir. Cavabdehlərin məhkəmədə subyektiv hüquqları tanınmış, iddiaları təmin edilmişdir. Həmçinin mərhum Müzəffər Salamovun kartında 1500 manat pulu olmuşdur və bankdakı pul üzərində sərəncam cavabdehlərdə olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin pulu atalarının yas mərasiminə xərcləmişlər. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, Səki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)- 1214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 bildirdi ki, bacısı Mahizər ilə birlikdə anası və atası sağ olan vaxtlarda həmin evə tez-tez getmişlər, orada qalmışlar, atası xəstə olduğu zamanlar onlara qulluq etmişlər, dərmanlarını almışlar. Atası vəfat etdikdən sonra yas mərasimi zamanı evdə olmuşlar. Saxta sənədlərlə notarius əməkdaşının iştirakı ilə atasının adına olan evi gəlinləri Gülzar Salamovanın adına keçirilmişdir. O əvvəlcə qardaşını və qardaşının yoldaşını çağırıb atasına məxsus evi onların xəbərləri olmadan necə adlarına keçirilməsini soruşmaq istədikdə onlar gəlməmişlər. Onlar da sonra alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı müraciət etmişlər və iddiaları təmin edilmişdir. Hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və apellyasiya şikayətinin təmin edilməməsini, Səki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Təhlil olunan işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(102)-434/2023 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(102)-434/2023 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, kassasiya məhkəməsinin əvvəlki icraatında apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərkən qərar onunla əsaslandırılmışdır ki, mirasın ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən faktiki qəbul edilməsi müəyyən olunarkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuş, sübutetmə vəzifəsi düzgün bölüşdürülməmişdir. Apellyasiya məhkəməsi ikinci icraatında kassasiya məhkəməsinin irəli sürdüyü göstərişləri ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd olunması üçün əsas kimi qiymətləndirmiş və kassasiya məhkəməsinin şərh etdiyi halları köçürməklə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini tam icra etməmiş, işdə olan sübutları tam araşdırmamış, mübahisəli qətnamə qəbul edilərkən işin hallarını tam nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, ilk iddia üzrə iddiaçının özünün təqdim etdiyi sənələrdən müəyyən olunur ki, miras qoyan Salamov Müzəffər Məmməd oğlu sağlığında 14 iyul 2017-ci il tarixdə gəlini (hazırki iş üzrə iddiaçının arvadı) X8 bütün əmlakını idarə etmək və onun üzərinə sərəncam vermək səlahiyyətlərini verən etibarnamə vermiş, sonuncu həmin səlahiyyətləri X21 adlı şəxsə ötürmüş və həmin şəxs verilən səlahiyyətlərdən istifadə edərək mübahisəli fərdi yaşayış evini 08 avqust 2017-ci il tarixli müqavilə ilə X1. Miras qoyanın ölümündən sonra iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiası əsasında Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə Şəki rayon 2 saylı Dövlət notariat kontorunda bağlanmış 08 avqust 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X6 adına verilmiş 26 avqust 2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə aktları ilə Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması, iddiaya birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən verilmiş etirazının əsasını isə iddia tərəfinin mirası qəbul etmələrini sübut etməli olması təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən qətnamələr hazırki iş üzrə MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, iş üzrə digər sübutlarla yanaşı araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıların mirası qəbul edib-etməmələri məsələsinə hüquqi qiymət verilərkən göstərilən sənədlərə istinad etməmiş və nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. X16 Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 26 iyul 2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan fərdi yaşayış evi Salamov Müzəffər Məmməd oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan Şəki Regional “Asan” Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyat şöbəsi tərəfindən 14 iyun 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Nuxa şəhər VVAQ Şöbəsi tərəfindən 21 sentyabr 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü X9 atası Salamov Müzəffər Məmməd oğlu, anası X2r. İşdə olan Nuxa şəhər VVAQ Bürosu tərəfindən 08 noyabr 1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1967-ci il təvəllüdlü X4 atası Salamov Müzəffər Məmməd oğlu, anası X7r. İşdə olan Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəsi tərəfindən 23 may 2021-ci il tarixdə verilmiş 127 nömrəli vərəsəliyə dair arayışda göstərilmişdir ki, Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları Cavabdeh1, Cavabdeh2 və İddiaçı qalmışlar. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 21 may 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X10 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçının vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə iddiaçının arvadı X6 adına rəsmiləşdirilsə də sonradan həmin alqı-satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X6 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yalnız iddiaçının özü yaşamış, ondan qalmış mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mərhumun digər vərəsələri olan cavabdehlər isə mirası nə faktiki, nə də ki, notariat orqanına vaxtında ərizə verməməklə qəbul etməmişlər. Mirasa yiyələnməmişlər, miras əmlakı idarə etməmişlər. Həmçinin, cavabdehlər mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə onun arvadı X6 adına rəsmiləşdirilsə də sonradan həmin alqı-satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X6 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atası ilə birlikdə o, onun arvadı X12 və 3 övladı yaşamışlar. Lakin iş üzrə cavabdehlər olan bacıları neçə illər əvvəldən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışlar. Belə ki, cavabdehlər ailə qurub köçdükləri digər ünvanlarda yaşamışlar. Atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etdikdə atasının yasını həmin evdə o, özü təşkil etmişdir. İş üzrə cavabdehlər olan bacıları Cavabdeh1 və Cavabdeh2 atasının bütün yas mərasimləri dövründə, yəni yasın 1-ci günündən başlayaraq 40-cı gününə kimi Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib getsələr də atasının vəfatından sonra bircə gün də olsun cavabdehlər həmin evdə qalmamışlar. Cavabdehlər yas xərcləri ilə bağlı ona heç bir köməklik etməmişlər. Həmçinin, mərhum atası xəstə olduğu dövrdə atasına o və onun arvadı X12 baxmışlar, lakin cavabdehlər mərhum atasına baxmamışlar. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu sağlığında Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da 1984-cü ildə ailə qurub ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində atası Müzəffər, anası Kişvər və qardaşı Zakir yaşamışlar. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdiyi zaman Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Zakir və onun ailəsi yaşamışdır. Atası vəfat etməmişdən, yəni xəstə olduğu dövrdə o və bacısı Mahizər vaxtaşırı atalarının yanına gələrək onu müalicə etmişlər. Atası Müzəffər vəfat etdiyi vaxt bacısı Mahizər Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atasının yanında olmuşdur. O, isə atasının vəfat etdiyi anda işdə olsa da bunu eşidib dərhal işdən atasının vəfat etdiyi yerə gəlmişdir. O və bacısı Mahizər ataları Müzəffərin bütün yas tədbirləri dövründə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşlar. Yası birlikdə yola vermişlər. Belə ki, atası sağlığında pensiya kartını bacısı Mahizərə vermiş və bacısı Mahizər də atasının pensiyasından hər ay müyyən qədər pulu ayırmaqla cəmi 2000 manat pul yığmışdır. Atasının yasında bacısı Mahizər atasının pensiyasından yığılmış həmin 2000 manat pulu yasa xərclənməsi üçün xalası oğluna vermişdir. O və bacısı hətta yasın 52-ci günü də Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında olmuşlar və yas xərclərini birlikdə qarşılamışlar. Atasının məzarı üçün baş daşının hazırlanmasını da xalası oğlu danışmış və baş daşı da qoyulmuşdur. Həmçinin atasının vəfatının 40-cı günündən sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalmamışlar və oradan qiymətli bir əşya götürməmişlər. Atası vəfat etdikdən sonra 2020-ci ilin iyun ayında atalarından qalmış mirasla bağlı notariata müraciət etmişlər. Belə ki, atalarının vəfat etməsindən sonra məlumatsız olduqlarından notariata gec müraciət etmişlər. Həmçinin atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün heç nə etməmişdir. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Atası Salamov Müzəffər Məmməd oğlu sağlığında Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da sonradan digər ünvana köçmüşdür. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. Atası Salamov Müzəffər Məmməd oğlu vəfat etməmişdən xəstə olmuş və o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalaraq xəstə atasına baxmışdır. Atası vəfat etdiyi məqamda da o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşdur. Atası vəfat etdikdən sonra da o, 40 gün müddətində həmin evdə yaşamış və həm bacısı Hacər, həm də qardaşı Zakir atalarının yasını təşkil etmişlər. Belə ki, o atasının pensiyasından yığdığı 1700 manatı, qardaşı Zakir isə atasından qalmış 1000 manatı yasın təşkilinə sərf etmişlər. Atalarının məzarı üçün baş daşını da yasın 40 mərasimindən əvvəl o və bacısı Hacər götüzdürmüşlər. Yasın 40-cı günündən sonra da onlar həmin evə gəlib-getmişlər. Atalarının vəfatından sonra 2020-ci ilin iyun ayında mirasın sənədləşdirilməsi ilə bağlı notariata müraciət etmişlər. Həmçinin sonradan məhkəmə prosesləri dövründə miras əmlakın onların məlumatı olmadan qardaşı Zakirin arvadının adına sənədləşdirilməsini bilmişlər. Atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaxşılaşdırma işlərinə qarışmamışlar və atalarının vəfatından sonra həmin evdə qardaşı Zakir və onun ailəsi yaşamaqdadır. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdırlar və o, 1960-cı ildən həmin şəxslərlə qonşuluqda yaşayır. Onların ataları Müzəffər, anaları isə Kişvərdir. Əvvəlcə tərəflərin anaları Kişvər, sonra isə ataları Müzəffər vəfat etmişdir. Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin müəyyən yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı, Cavabdeh1 və Cumarova X5 yasının keçirildiyi evdə olmuşlar. Həmçinin, Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar. Birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun xalası Kişvərin uşaqlarıdırlar. Onların hər biri ilə eyni dərəcədə yaxşı münasibətləri vardır və onların heç birisi ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Xalasının əri Müzəffər 2019-cu ildə vəfat etmişdir. Xalası isə əri Müzəffərdən daha əvvəldən vəfat etmişdir. O, həm Müzəffərin vəfatından əvvəl, həm də onun vəfatından sonra, Müzəffərin bütün yas mərasimlərində onun sağlığında yaşadığı ünvanda olmuşdur. Yas vaxtı Müzəffərin hər üç övladı onun sağlığında yaşadığı və yasın keçirildiyi ünvanda olmuşlar. Müzəffərin yas mərasimlərinin təşkilatçısı isə o, özü olmuşdur. Müzəffərin yasının təşkili üçün onun oğlu Zakirin arvadı ona 1000 manat, qızı Mahizər isə 1700 manat pul vermişdir. O, 2700 manat pulun hamısını yasa sərf etmişdir. Müzəffərin yasının 52-cü günü də onun bütün övladları yas mərasiminin təşkil edildiyi ünvanda olmuşlar. Müzəffərin məzarı üçün baş daşı da onun övladlarının ona verdiyi pul hesabına qoyulmuşdur. O, baş daşının sifarişində olsa da ancaq baş daşının pulunun kim tərəfindən verilməsi hazırda xatirində deyildir. Müzəffərin vəfatının 52-ci günündən sonra o, həmin həyətə getməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırda işin müəyyən edilmiş gerçək vəziyətindən (eləcədə mübahisəsiz halından) bəlli olur ki, miras qoyan Salamov Müzəffər Məmməd oğlu sağlığında 14 iyul 2017-ci il tarixdə gəlini (hazırki iş üzrə iddiaçının arvadı) X8 bütün əmlakını idarə etmək və onun üzərinə sərəncam vermək səlahiyyətlərini verən etibarnamə vermiş, sonuncu həmin səlahiyyətləri X21 adlı şəxsə ötürmüş və həmin şəxs verilən səlahiyyətlərdən istifadə edərək mübahisəli fərdi yaşayış evini 08 avqust 2017-ci il tarixli müqavilə ilə X1. Miras qoyanın ölümündən sonra iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiası əsasında Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə Şəki rayon 2 saylı Dövlət notariat kontorunda bağlanmış 08 avqust 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X6 adına verilmiş 26 avqust 2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edildiyi kimi artıq məhkəmə aktları ilə Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması, iddiaya birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən verilmiş etirazının əsasını isə iddia tərəfinin mirası qəbul etmələrini sübut etməli olması təşkil etmişdir. Digər tərəfdən öyrənilən işdən mərhum Müzəffər Salamovun pensiya kartı faktiki olaraq cavabdehlərdə olmuş və bu kartda cavabdehlərin söylədiyinə görə 1500 manat pulu olmuş və həmin kartda olan pul üzərində sərəncam vermək cavabdehlərdə olmuşdur. Hansıki faktiki olaraq bu pul da miras qoyanın miras əmlakının dairəsinə aid olmuş, həmçinin bu hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Oxşar münasibətləri tənzimləyən və yuxarıda iqtibas edilmiş MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM-in 1255-ci maddəsi). Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin mirasın qəbul edilməsi ilə bağlı qanunvericilkdə müəyyən edilmiş müddəti ötürmələri ilə bağlı dəlilini də dəyərləndirərək, bunu əsaslı bilmir. Çünki, oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bu baxımdan da Konstitusiya Məhkəməsi sözügedən qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən MM-in 1151, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. MPM-in 384.0.1-ci maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(075)-1214/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-462/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-462/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver