Məhkəmə qərarları › İş №2(107)-468/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-468/2022

10.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-468/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzilə paylı mülkiyyət hüququ ilə məxsus olan payçıların payının dəyərinin kompensaisya ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 və Ələsgərov X2 şəhər məhkəməsinə müraciət edərək Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilinə onların köçürülməsini, mənzilin çöl qapısının açarlarının onlara verilməsi, Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 03 dekabr 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Kərimli X1 Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Kollegiya apellyatorların iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçılar tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayətində hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə 5,00 AZN (Azərbaycan manatı) ödənildiyi (qəbzin nömrəsi 8********) qeyd edilsə də, nə iş materiallarında, nə də elektron kabinetdə həmin qəbzin ayrıca sənəd formasında mövcud olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara, apellyasiya şikayətinin MPM-in tələblərinə uyğun qaydada verilib-verilməməsinə, həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilib-edilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apellyasiya şikayəti qaytarılır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar