Məhkəmə qərarları › İş №2(107)-475/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-475/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-475/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(033)-113/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən nümayəndəsi və vəkili Vəkil vasitəsilə verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavablehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-115/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən çıxarılmalları, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağına mane olmaqla müşayiət olunan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalmış cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Zaqatala rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e- 2(033)-115/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, , eyni zamanda apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsini dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(107)-99/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş kassasiya baxışından çıxarılmış və Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən iş materialları Cavabdeh2 verdiyi apellyasiya şikayətinin uyğunluğu məsələsinə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-115/2023 saylı qərardadı ilə buraxılmış müddəti bərpasına dair ərizə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinın 10 mart 2025-cü il tarixli, 2(033)-115/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(033)- 113/2023 saylı qərardadı ləğv edilməli, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli elektron arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Mülki iş materialına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 atası Nümayəndə, anası Cavabdeh4dır. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 anası Cavabdeh4 rəsmi qaydada verilmişdir. Cavabdehin müddətli həqiqi hərbi xidmətdə olması məhkəmə qətnaməsindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Belə ki, Zaqatala rayon məhkəməsinin müvafiq qətnaməsi Cavabdeh2 anası Cavabdeh4 təhvil verilmiş, həmçinin Cavabdeh4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şəxsən iştirak etmişdir. Cavabdeh2 qətnamədən narazı olduğu halda səlahiyyəti müvafiq qaydada müəyyən edilmiş nümayəndəsi (anası Cavabdeh4 vasitəsilə və ya hazırkı halda olduğu kimi vəkili vasitəsilə) vasitəsi ilə məhkəmə qətnaməsindən şikayət verə bilərdi. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Yəni Cavabdeh2 müddətli həqiqi xidmətdən ayrıldığı zaman artıq Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 115/2023 saylı qətnaməsindən xəbərdar olmasına baxmayaraq, vaxtında müraciət edərək qətnamənin surətini əldə etməmiş, hərəkətsizlik göstərərək yalnız hərbi qulluqdan qayıtdıqdan 8 ay sonra məhkəməyə ərizə ünvanlayaraq qətnamənin surətini əldə etmiş və apellyasiya şikayəti vermişdir. Halbuki, cavabdeh Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)- 115/2023 nömrəli qətnaməsindən xəbərdar olmuşdur. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh4 apellyatorun anası olmaqla səlahiyyətli nümayəndəsi ola biləcəyinə istinad etmişdir. Halbuki, iş materiallarında Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Nümayəndə verdiyi etibarnamələr mövcud olsa da, Cavabdeh2 tərəfindən Cavabdeh4 verilmiş etibarnamə aşkar edilmir. O da nəzərə alınır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hazırki iş üzrə cavabdehlərə qarşı iddia ərizəsi isə məhkəməyə 14 oktyabr 2022-ci ildə verilmişdir. Yəni, Cavabdeh2 həqiqi hərbi xidmətə gedərkən cavabdehlərə qarşı hazırki iddia ərizəsi məhkəmənin icraatında olmadığından sonuncunun onu məhkəmədə təmsil etmək üçün kiməsə etibarnamə verməyə səbəbi olmamışdır. Apellyatorun səlahiyyətli nümayəndəsi olmadığı halda Cavabdeh4 və ya apellyatorun digər hər hansı yaxın qohumunun məhkəmə qətnaməsini apellyatora çatdırmaq öhdəliyi olmamış, məhkəmə də onların üzərinə belə bir öhdəlik qoymamışdır. Apellyator hərbi xidmətdən qayıtdıqdan sonrakı müddətə gəldikdə isə, iş materiallarından görünür ki, apellyator hərbi xidmətdən qayıtdıqdan sonra Nümayəndə etibarnamə vermiş, Zaqatala Rayon Məhkəməsinə və Şəki Apellyasiya Məhkəməsinə qətnamələrin surətinin ona verilməsi üçün müraciətlər etmiş, həmçinin Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Lakin, onun kassasiya şikayəti geri qaytarılmış, ona Zaqatala Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ izah edilmişdir. Cavabdeh2 24 sentyabr 2024-cü ildə Zaqatala Rayon Məhkəməsinin qətnaməsini məhkəməyə ərizə ilə müraciət etməklə almış, xx.xx.2024-cü ildə, yəni qətnaməni rəsmi qaydada aldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(033)-113/2023 saylı qərardadı ləğv edilməli, Zaqatala rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən nümayəndəsi və vəkili Vəkil vasitəsilə verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(033)-113/2023 saylı qərardadı ləğv edilsin. Zaqatala rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilsin. Apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar