Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-477/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı lyas oğlunun Cavabdeh-yə qarşı qeyri-yaşayış binasında 1/3 hissədə payının naturada ayrılması, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh-nin ilkin iddia üzrə İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə (Açar sözlər: Payın naturada ayrılması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh-nin direktoru X8, Cavabdeh-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh-yə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən Cavabdeh-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən, qeyriyaşayış sahəsindən 1/3 hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi İddiaçı 52000 manat vəsait ödənilməklə onun mülkiyyət hüququna xitam verilməsi və ödənilmiş 247 manat dövlət rüsumunun İddiaçı alınıb Cavabdeh“-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69 B ünvanında yerləşən və hazırda mübahisaləndrilən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir. Qeyri yaşayış binası hazırda ticarət obyekti kimi fəaliyyət göstərir. Qeyd edilən qeyri-yaşayış binasının 2/3 hissəsi “Rəşad-2000" MMC-nin. 1/3 hissəsinə isə təmsil etdiyi İddiaçı paylı mülkiyyətindədir. Onların paylı mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Ona baxmayaraq, təmsil etdiyi şəxs öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda qeyri-yaşayış binası bütövlükdə cavabdeh "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. Paylı mülkiyyətdə olan qeyri-yaşayış binasından birlikdə istifadə olunması mümkün olmadığından, təmsil etdiyi şəxs 1/3 hissədə payının naturada ayrılaraq ona verilməsini istəyir. Onunla təyin edilmiş ekspertiza rəyində də təmsil etdiyi şəxsin payının naturada ayrılması mümkündür. Ona görə də təmsil etdiyi şəxs payını 52.000 manata cavadehə satmaq istəmir. Bu hal onun qanuni maraqlarına uyğun deyildir. Hesab edir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən, “Rəşad-2000’' MMC-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməlidir. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlkin iddia üzrə cavadeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh-nin nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini müdəfiə etdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 12 avqust 2008-ci il tarixli, 140 nömrəli sərəncamına əsasən Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 700 kv.metr torpaq sahəsi 50 il müddətinə təmsil etdiyi hüquqi şəxs "xxxx" MMCnin istifadəsinə verilmişdir. Elə həmin ildə də qeyd olunan torpaq sahəsində tikinti işləri başa çatdırılmışdır. İlkin olaraq təmsil etdiyi Cavabdeh-nin mülkiyyət hüquqları RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daha sonra, yəni 19 sentyabr 2017-ci ildə "xxxx" MMC-yə məxsus 741.3 kv.metr olan qeyri-yaşayış binasının 247.1 kv.metr hissəsi hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 52000 manata satılmışdır. Bundan sonra həm İddiaçı, həm də təmsil etdiyi Cavabdeh-nin daşınmaz əmlaka olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqlarını müdafiə etdiyi "xxxx" MMC 11 ildir ki, mebel mağazası kimi fəaliyyətini davam etdirir. Belə ki, "xxxx" MMC-nin 741.3 kv.metr qeyri-yaşayış sahəsi olduğu üçün "xxxx" firması ilə müqavilə bağlayıb və MMC fəaliyyətini davam etdirir. Lakin Rəşad 2000” MMC ilə İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binası paylara uyğun bölünərsə, o zaman "xxxx" MMC fəaliyyətini davam etdirə bilməyəcəkdir. Digər tərəfdən isə qeyriyaşayış sahəsi paylara uyğun naturada bölünə bilməz. Bundan başqa iddiaçı X2 Federasiyasının vətəndaşıdır. Cavabdeh iddiaçıya bir müddət hər ay payı olduğu üçün ona 700 manat olmaqla pul ödəmişdir. Həmçinin İddiaçı qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun müddət kompensasiya ödənilmişdir. Bundan başqa təmsil etdiyi Cavabdeh iddiaçının - qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyət hüquqlarını heç bir vaxt məhdudlaşdırmamışdır. Əksinə, təmsil etdiyi "xxxx" MMC İddiaçı bütün dövr ərzində ödənişlər etmişdir. Hesab edir ki, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh-nin təsisçisi (direktoru) ilə şəxsi münasibətlər zəminində qərəzli mövqe tutaraq müəssisənin fəaliyyətini dayandırmaq məqsədi güdür və buna görə də payının naturada ayrılmasını tələb edir. Halbuki, "xxxx" MMC-də işləyən işçilər var və MMC-nin fəaliyyətinin dayandırılması onların işdən azad olunması deməkdir. Bu isə Azərbaycan dövlətinin, cənab Ali Baş komandanın maraqlarına ziddir, çünki cənab Prezident daim yeni iş yerlərinin açılmasına, vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına köməklik göstərir. Bu isə dövlətimizin ali məqsədlərindən biridir. Bundan başqa İddiaçı Cavabdeh-də payı cüzidir və ona kompensasiya ödənilməli, həmçinin qanunvericiliyin tələbinə görə hazırki iş üzrə paylı mülkiyyətçilərin payı naturada ayrıla bilməz. Odur ki, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsi ilə, ilkin iddianın əsaslı olduğundan təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********04-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında paylı mülkiyyətdə olan, ümumi sahəsi 741.3 kv.m olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasından ilkin İddiaçı 1/3 hissədə payının, Cavabdeh-nin 2/3 hissədə payından, 28.072023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada və ölçüdə naturada ayrılması, Qarşılıqlı iddianın rədd edilməsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehdən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh-nin ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. Aparılmış tikinti-texniki ekspertizası zamanı iddiaçının 1/3 hissədə payının naturada ayrılması mümkün hesab edilmişdir. Ümumi paylı mülkiyyətdə olan qeyr-yaşayış sahəsinin naturada ayrılması cavabdehin mənafeyinə uyğun olmadığı üçün o, 1/3 hissədə paya malik iddiaçıya payın dəyərini ödəməklə, mübahisəli qeyri-yaşayış sahəsi üzərində mövcud olan paylı mülkiyyət hüququna xitam verilməsini istəyir, iddiaçı isə 1/3 hissədə payının naturada ayrılmasının mümkün olduğuna istinad edərək, payının əvəzinə kompensasiya ödənilməsini qəbul etmir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək YOXladıqdan sonra, belə hesab edir ki, xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli ekpert rəyinə münasibətdə kifayət qədər aydın, tam və əsaslandırılmışdır. Ona görə də xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbulediləndir.
9. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən 1/3 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir.
10. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır.
11. Məhkəmə mübahisənin qanuni həll edilməsi üçün hesab edir ki, ilk nöbədə ilkin iddiaya qiymət verilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, tərəflər paylı mülkiyyətçi olmalı, onlar arasında ümumi paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmamalı, iddiaçı payının naturada ayrılmasını tələb etməli, payının naturada ayrılması mümkün olmalı, payın dəyərinin ödənilməsinə iddiaçının razılığı olmamalıdır.
13. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq, ilkin iddiaya qiymət verərək hesab edir ki, hazırkı mübahisə predmeti olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi, yəni iddiaçının 1/3 hissədə payının naturada ayrılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış binasına sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb edir, cavabdeh isə qarşılıqlı iddia ərizəsində payın dəyərinin ödənilməsi yolu ilə digər mülkiyyətçinin mülkiyyət hüququna xitam verilməsini təklif edir. Ümumi paylı mülkiyyətdə olan həmin binada iddiaçının payının naturada ayrılması ekspert rəyinə əsasən mümkün hesab edilmiş, həmçinin iddiaçı 1/3 hissədə payının əvəzinə pul kompensasiyası verməsi barədə cavabdehin təklifini qəbul etməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasından özünün 1/3 hissədə payının naturada ayrılıb ona verilməsini tələb edir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli qeyri-yaşayış binasında iddiaçının 1/3 hissədə mülkiyyət payı naturada ayrılmalıdır.
14. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli əmlak – Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasında iddiaçının 1/3 hissədə payının naturada ayrılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, paylı mülkiyyətdə olan qeyr-yaşayış sahəsinin tərəflərin paylarına mütənasib olaraq, təyinatına tənasübsüz zərər vurulmadan, həmçinin kənara çıxmalar olmadan paylara uyğun naturada ayrılması mükündür. Eləcə də, paylı mülkiyyətçi olan iddiaçı payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmiş, həmçinin təklif olunan kompensasiyasını mənafeyinə uyğun hesab etməmiş, əksinə payının naturada ayrılmasını tələb etmişdir. Bundan başqa, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir., iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1/3 hissədə pay isə 247.1 kv.m sahəni əhatə edir. Göründüyü kimi, iddiaçının payı cüzi deyil, kifayət qədər böyük sahani əhatə edir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində istinad etdiyi, müəssisənin işçilərinin olmasını, naturada bölgünün müəssisənin fəaliyyətinin dayandırılmasına gətirib çıxaracağı ilə bağlı istinad etdiyi dəlilləri isə məhkəmə əsaslı hesab etmir və mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirir. Mülki qanunvericiliyə əsasən mülki hüquq münasibətləri subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Paylı mülkiyyətçi Cavabdeh-nin öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirib qazanc əldə etməsi, sahibkarlıq fəaliyyəti göstərməsi digər mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014–cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 117.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi əvvəlki iş üzrə keçirilmiş 28 iyul 2023-cü il tarixli, 10/3673 nömrəli ekspert rəyinə əsaslanmışdır. Bununla bağlı bildirir ki, hazırki iş üzrə ekspertiza təyin olunmamışdır. Əvvəlki mülki iş üzrə isə təyin olunmuş ekspert rəylərinin arasında kifayət qədər uyğunsuzluqlar mövcuddur. Digər tərəfdən isə Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki mülki iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat məbləğdə pulun Cavabdeh-dən tutması heç bir Qanunvericiliyə uyğun deyil. Hesab edirlər ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi əvvəlki mülki iş üzrə təyin olunmuş ekspertiza üzrə alınmış rəylər arasında uyğunsuzluq olduğuna görə yenidən məhkəmə- tikinti texniki ekspertizası təyin etməli və arada yaranmış anlaşılmazlıqları aradan qaldırmalı idi. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi əvvəlki mülki iş üzrə təyin olunmuş ekspertiza rəyinə istinad edərək, hazırki mülki iş üzrə yekun qətnamə qəbul etmişdir.
19. Cavabdeh ilə İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binası paylara uyğun naturada bölünsə, ona "xxxx" MMC fəaliyyətini davam etdirə bilməz. Onu da qeyd edir ki, ilkin iddia üzrə İddiaçı paylı mülkiyyətində olan əmlakından istifadə etmir. Hesab edir ki, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi YOXdur. Digər tərəfdən isə 19 sentyabr 2017-ci ildə "xxxx" MMC-nə məxsus 741.3 kv.metr olan qeyri-yaşayış binasının 247.1 kv.metr hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 52000 manata satılmışdır. İddiaçıya təklif olunan kompensasiyanın məbləği artırılacaq.
20. Bildirir ki, "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsi paylara uyğun naturada bölünə bilməz. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. "xxxx" MMC iddiaçıya bir müddət hər ay payı olduğu üçün ona 700 manat olmaqla pul ödəmişdir. Onu da qeyd edir ki, İddiaçı qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun müddət kompensasiya ödənilmişdir. Bundan başqa Cavabdeh iddiaçının –qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyət hüquqlarını heç bir vaxt məhdudlaşdırmamışdır. Əksinə, "xxxx" MMC İddiaçı bütün dövr ərzində ödənişlər etmişdir. Hesab edirlər ki, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh-nin təsisçisi (direktoru) ilə şəxsi münasibətlər zəminində prinsipiallıq mövqeyi tutaraq Cavabdeh-nin fəaliyyətini dayandırmaq istəyir və buna görə də payının naturada ayrılmasını tələb edir. Halbu ki, Cavabdeh-də işləyən şəxslər var və MMC-nin fəaliyyətinin dayandırılması onların işdən azad olunması deməkdir. İddiaçı Cavabdeh-də payı cüzidir və ona kompensasiya ödənilməlidir. Bundan başqa Qanunvericiliyin tələbinə görə də hazırki iş üzrə paylı mülkiyyətçilərin payı naturada ayrıla bilməz.
21. Bundan başqa qeyd olunan qeyri-yaşayış sahəsi naturada bölünərkən, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmamışdır. Əvvəlki mülki iş üzrə rəy vermiş ekspertlər bu halı nəzərə almamışlar.
22. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
23. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(051)- 2321/2023 saylı qətnaməsini tamamilə ləğv edib, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında cavabdeh təşkilat Cavabdeh-nin vəkili Nümayəndə tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(051)-2321/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(051)- 2321/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh-nin direktoru X12 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili Vəkil kollegiyanın iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi YOXdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində YOXlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində YOXlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır.
35. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə YOXlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas YOXdur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Kollegiyanın iclasında müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə verilmiş **********04-06301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi isə Cavabdeh-nin xüsusi mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin özünə aid hissəsindən istifadə edə bilmədiyinə, onun mülkiyyət payının cavabdehin qeyri-qanuni sahibliyində olmasına, mülkiyyət hüquqlarının pozulmasına istinad edərək, mülkiyyətində olan 1/3 payının naturada ayrılmasını tələb edir. Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməməklə yanaşı ilk iddiaya qarşı təqdim edilmiş qarşılıqlı iddia ilə İddiaçı 52000 manat kompensasiya ödənilməklə onun mülkiyyət hüququna xitam verilməsi xahiş edilmişdir.
39. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-yaşayış binası paylara uyğun naturada bölünsə "xxxx" MMC-nin fəaliyyətini davam etdirə bilməməsi, iddiaçının Cavabdeh-nin fəaliyyətini dayandırmaq istəməsi, buna görə də payının naturada ayrılmasını tələb etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, İddiaçı hazırkı iddia tələbi "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması ilə deyil, "xxxx" MMC ilə paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən özünün payının ayrılması ilə bağlıdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı Cavabdeh-də payının cüzi olması, iddiaçının ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması ona kompensasiya ödənilməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.
42. Azərbaycan Respublikası 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
43. Yəni sözügedən normanın mənasına görə məhkəmə, paylı mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan (digər) iştirakçısının öhdəsinə ona real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsini o halda qoya bilər ki: birincisi, mülkiyyətçinin payı cüzi olsun; ikincisi, real surətdə ayrıla bilməsin; üçüncüsü, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. Sözügedən maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür və əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə də zidd olardı.
44. İş materialı ilə ümumi sahəsi 741,3 kvadratmetrdən ibarət qeyri-yaşayış binasının iddiaçıya aid 1/3 hissəsinin 247,1 kvadratmetr təşkil etməsi nəzərə alınaraq həmin əmlakdan iddiaçının mühüm mənafeyinin olmaması qənaətinə gəlinməsi mümkünsüzdür. Həmçinin 247,1 kvadratmetrdən ibarət 1/3 hissə payın cüzi pay kimi qəbul edilməsi də yolverilməzdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh-nin iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmamasına, İddiaçı paylı mülkiyyətində olan əmlakından istifadə etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə tərəflərin paylı mülkiyyətlərində olan əmlakın bütünlükdə məhz Cavabdeh-nin istifadəsində olması, bu səbəbli iddiaçının həmin əmlakdakı öz payından istifadə edə bilməməsi, öz payına sahiblik edə bilməməsi müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin "xxxx" MMC-nin İddiaçı bütün dövr ərzində ödənişlər etməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, tərəflər arasında iddiaçıya aid mülkiyyət payından qanuni əsaslarla bağlanmış hər hansı bir müqavilə üzrə istifadəyə dair iş materiallarında heç bir sənəd olmamaqla yanaşı, bu hal tərəfin paylı mülkiyyətdən payının naturada ayrılmasını tələb etməsini istisna etmir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki iş üzrə ekspertizanın təyin olunmaması, əvvəlki mülki iş üzrə isə təyin olunmuş ekspert rəylərinin arasında kifayət qədər uyğunsuzluqların mövcudd olması, ekspertiza üzrə alınmış rəylər arasında uyğunsuzluq olduğuna görə yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin etməli və arada yaranmış anlaşılmazlıqları aradan qaldırmalı olması, "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə bundan əvvəl aparılmış, lakin başa çatdırılmamış məhkəmə araşdırması üzrə ekspertizaların təyin edildiyi, müvafiq rəylərin alındığı, həmin rəylərin hazırkı məhkəmə araşdırması zamanı da tədqiq edildiyi, onlara istinad edildiyi müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası şikayətin yuxarıda sadalanan dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, işdə olan işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, kommunikasiya xətlərinin, kanalizasiya sisteminin, eletrik xətlərinin, işıq transfarmatorunun qeyri-yaşayış binasından kənarda yerləşdiyini nəzərə alaraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada bölünməsi Məhkəmə Tikinti-X3 Metodlarının təəblərinə müvafiq olaraq rəyə əlavə edilmiş sxem üzrə texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
50. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3673 nömrəli ekspert rəyindən görünür ki, 1 –ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənləri, kommunikasiya xətlərinin, kanalizasiya sisteminin, eletrik xətlərinin, işıq transfarmatorunun qeyri-yaşayış binasından kənarda yerləşdiyini nəzərə alaraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsi, rəyə əlavə edilmiş sxem üzrə Məhkəmə Tikinti-X3 Metodlarının təəblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli və xx.xx.2023-cü il tarixli 10/3673 nömrəli ekspert rəyləri öyrənilərkən həmin rəylərin arasında uyğunsuzluqların olması halı müəyyən edilməmişdir.
52. Belə ki, xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli rəy verilərkən ekspert qərardadda qoyulmuş sualdan bir qədər kənara çıxmaqla rəy vermiş, məhkəməyə Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada bölünməsi imkanları barədə rəyini təqdim etmiş, lakin həmin rəydə Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsinin mümkünsüzlüyü barədə heç bir fikir ifadə edilməmişdir.
53. Ekspert qarşısında qoyulmuş sual cavablandırılmadığından birinci instansiya məhkəməsi 25 aprel 2023-cü il tarixli qərardadla əlavə məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsinin Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmasına dair xx.xx.2023-cü il tarixli 10/3673 nömrəli rəy verilmiş, tədqiq olunan qeyri-yaşayış sahəsinin bölgü sxemi də rəyə əlavə edilmişdir.
54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şiykayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Məhkəmə təyin edilərək alınmış xx.xx.2023-cü il tarixli 10/3673 saylı rəy ekspert rəyinə uyğun olaraq iddiaçının payının naturada ayrılmasının mümkün olması nəticəsinə gəlmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/3673 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş xx.xx.2023-cü il tarixli 10/3673 nömrəli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi xx.xx.2023cü il tarixli 10/3673 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qiymətləndirməkdə doğru mövqedən çıxış etmişdir.
56. Məhkəmə kollegiyası əvvəlki mülki iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat məbləğdə pulun Cavabdeh-dən tutmasının Qanunvericiliyə uyğun olmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-108/2023 nömrəli qərardadından görünür ki, İddiaçı lyas oğlunun Cavabdeh-yə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı lyas oğlu eyni predmet, eyni əsas üzrə eyni cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, xx.xx.2023-cü il tarixli, 2(051)-108/2023 nömrəli mülki iş üzrə alınmış ekspertiza rəyləri hazırkı mülki işə əlavə edilməklə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-108/2023 nömrəli qərardadı üzrə ekspertiza xərclərinin tutulması və həmin qərardadın mübahisələndirilməsi halı müəyyən edilməmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)-108/2023 nömrəli qərardadı ilə ekspertiza xərclərinin tutulmamasına baxmayaraq, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisənin həllində istifadə edilən ekspertiza rəyləri üzrə ekspertiza xərcinin tutulması qanunvericiliyin tələbinə zidd bir hal deyildir və işə baxan birinci instansiya məhkəməsi ekspertiza xərci ilə bağlı məsələni də həll edərkən doğru mövqedən çıxış etmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-yaşayış sahəsi naturada bölünərkən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin nəzərə alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 15 sentyabr 2020-ci il tarixdə verilmiş **********04-06301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi tərəflərin paylı mülkiyyətində olan 741,3 kvadratmetrlik qeyri yaşayış binasının yerləşdiyi 0,07 ha torpaq sahəsi onların deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunvericiliyin tələbinə görə də hazırki iş üzrə paylı mülkiyyətçilərin payının naturada ayrıla bilməməsinə dair dəlilini də əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
61. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir