Məhkəmə qərarları › İş №2(107)-478/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-478/2025

06.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-478/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən, istifadəsindən geri tələb olunması və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlakın özgənin qanunsuz sahibliyindən, istifadəsindən geri tələb olunması və ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(019)-56/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AD 890327 saylı X4 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməsi, iddiaçının mülkiyyətində olan “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 20% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat pul məbləğinin, 300 manat vəkil xidmət xərci olmaqla, cəmi 8300 manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 103 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək AD 890327 saylı X4 şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X11” minik markalı ** ZY *** d.q.n avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehlərin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməsi, iddiaçının mülkiyyətində olan "X11” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin hər ilə görə 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 13210 (on üç min iki yüz on) manat, avtomobildə ilkin vurulmuş maddi ziyan olaraq 2790 manat məbləğ, 290 manat evakuasiya xidməti, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul məbləğinin, 300 manat vəkil xərci olmaqla, cəmi 21290 (iyirmi bir min iki yüz doxsan) manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 153.87 (yüz əlli üç manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Fəngiz Mahamaxanovdan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 16(019)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia təmin tədbiri qismində Sumqayıt şəhər ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cü il tarixli 4Ə-07 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cü il tarixdə mülkiyyət hüququ tanınmış Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin, xx.xx.2019cu il tarixdə mülkiyyət hüququna dair çıxarış alınan sözügedən torpaq sahəsi üzərində yerləşən məlumatlandırma ərizəsinə və eskiz layihəyə əsasən tikilmiş fərdi yaşayış evinin, Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 40-159 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci İİ tarixdə qeydə alınmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və Qeydiyyat şəhadətnaməsi AD890327 olan “X11” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdlrilməsi İddiaçı və başqa şəxslərə qadağan edilmişdir. İddiaçı Rengiz Mahamaxanovun cavabdeh İddiaçı qarşı 154000 manat pulun və 444 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbi Balakən Rayon Məhkəməsinin 2(019)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Bundan da narazı qalan iddiaçı kasassiya şikayəti vermiş Ali Məhkəmənin 2(102)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra ərizə əsasında Balakən Rayon Məhkəməsinin 16(019)-5/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia təmin tədbiri ləğv edilmiş, əmlakların özgəninkiləşdirilməsinə qoyulmuş qadağan götürülmüşdür. Özgəninkiləşdirilməsi qadağan edilmiş (qeydiyyat şəhadətnaməsi AD890327 olan) “X11” markalı ** ZY *** d.q.n avtomobil Balakən rayonu, Gərəkli kəndi yerləşən hazırda Cavabdeh1 mülkiyyətində olan ərazidə saxlanılır. Avtomobilin ona məxsus ərazidən çıxarılması cavabdehə təklif edilsədə o, bundan imtina etmişdir. Bundan sonra iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehə məxsus ərazidən götürülərək İddiaçı təhvil verilməsi barədə ərizə ilə Balakən rayon Polis şöbəsinə müraciət edilsədə, xx.xx.2024-cü il tarixli, 3-13-66/2 məktuba əsasən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edirlər ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə xüsusilə vurğulayır ki, iddiaçının mülkiyyətində olan “X11'’ markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci ildən (3 ildən artıq) cavabdehə məxsus torpaq sahəsində qanunsuz olaraq saxlanıldığından avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcüd bazar qiymətinin 20% həddində asınmaya məruz qalmışdır. Belə ki, avtomobilərin qiymətinin ildən ilə aşağı düşməsi hamıya bəlli olan haldır. Avtomobilin indiki bazar qiymətinin təxmini 25000 manat olduğunu nəzərə alsaq, minimum 20% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq iddiaçı mülkiyyətci kimi təxmini 5000 manat əlavə zərərə uğramışdır. Qeyd edir ki, iddiaçının mülkiyyətindən uzun müddət məhrum edilməklə, ona həm maddi ziyan vurulmuş, həm də dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 3000 manatın tutularaq iddiaçıya ödənilməsi zəruridir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edlə bilməyəcəyini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində saat 11:15-də məhkəmə prosesi olduğundan hazırkı prosesdə fiziki iştirakının qeyrimümkün olduğunu, iddia tələbini tam müdafiə etdiyini və onun təmin edilməsini göstərərək prosesi iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, “X13” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə icra məmurları tərəfindən İddiaçı verilmişdir.O, vaxtdan da maşın iddiaçıdadır. Bundan başqa yenə də iş materiallarından görünür ki, İddiaçı “X13” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi ilə bağlı 24 aprel 2024-cü ildə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş,31 may 2024-cü ildə isə avtomaşın onun özünə təhvil verilmişdir. Belə olan halda iddiaçının avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin azalmasına görə 13210 (on üç min iki yüz on) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi zərər tələb etməsi tam əsassızdır. 290 manat evakuasiya xidməti də avtomobilin təmir üçün aparılmasına görə ödənmişdir. Odur ki, həmin məbləğ də maddi ziyan kimi cavabdehlərdən tələb oluna bilməz. Göründüyü kimi iddia tələbi tamamilə əsassızdır. İddia tələbinin rəqq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 04 fevral 2025-ci il tarixli, e- 2(019)-56/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilə vurulmuş ziyana görə 2790 manat, evakuator xidməti xərcinə görə 290 manat və nümayəndə-vəkilə ödənmiş xərcə görə 150 manat, cəmi 3230 manat və ödənmiş dövlət rüsumu xərcinə görə 23,08 manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdeh X5 ilə ərarvad olmuşlar, nikahları 2013-cü ildə ləğv olunmuşdur. Digər Cavabdeh1 cavabdeh Rəngiz Mahamaxanzadənin qardaşıdır. X1 Leyla Nizami qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 154000 manat pulun və ödənmiş 444 manat ödənmiş dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. X3 verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. İddia tələbinin AD 890327 saylı X4 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, avtomobilin iddiaçıya təhvil verilməsinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə onunla əsaslandırılmışdır ki, “X11” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu, Gərəkli kəndi yerləşən, hazırda Cavabdeh1 mülkiyyətində olan ərazidə saxlanılır. Avtomobilin ona məxsus ərazidən çıxarılması cavabdehə təklif edilsədə o, bundan imtina etmişdir. Bundan sonra iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehə məxsus ərazidən götürülərək İddiaçı təhvil verilməsi barədə ərizə ilə Balakən rayon Polis şöbəsinə müraciət edilsədə, xx.xx.2024-cü il tarixli, 3-13-66/2 məktuba əsasən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edirlər ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalı, ona təhvil verilməlidir.

10. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin bu hissədə qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələri təşkil edir.

11. Məhkəmə qeyd etmişdir ki, “X14” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Rəsul Mahamaxanzadənin həyətindən götürülmüş, 31 may 2024-cü il tarixdə İddiaçı təhvil verilmiş, o vaxtdan da avtomobil iddiaçının istifadəsində və sahibliyindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə əsassızdır və təmin olunmamalıdır.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı özünün mülkiyyətində olan “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin üç il müddətində qanunsuz olaraq Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidə qalmasını göstərsə də bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin açarı iddiaçının özündə olmuş, o mülkiyyətində olan “Porsche Mağnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 məxsus həyətyanı sahədə götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, 31 may 2024-cü il tarixdə avtomobil ona təhvil verilmişdir. Belə olan halda avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə maddi zərərin əvəzi olaraq 13210 (on üç min iki yüz on) manat pul tələb olunması əsaslı hesab oluna bilməz və iddia bu hissədə də rədd olunmalıdır.

14. İddia tələbi avtomaşının sökülmüş hissələrinə görə 2790 manat məbləğ və evakuator xidmətinə görə 290 manata aid hissədə isə əsaslı olduğundan təmin edilməlidir.

15. Məhkəmə qeyd etmişdir ki, icra məmurları tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli aktdan görünür ki, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularkən **-ZY-*** qeydiyyat nişanlı “X12” minik markalı avtomaşına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin arxa baqaj qapısının kilidi açılmış, arxa qapının içliyi sökülmuş və sükanın diz hissəsi, sükan ətrafı, maşının işə salma diskinin sökülmüş və yerində olmamışdır. Cavabdeh1 həmin hissənin qardaşı Cavabdeh2 tərəfindən sökülərək özü ilə İngiltərəyə aparımasını bildirmişdir. “Porşhe Bakı Mərkəzi”nin servis xidmətinin xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, “X15” minik markalı, 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin 460 manat dəyərində açar yeri (kilid), 1850 manat dəyərində qolaltı yeşiyi, 120 manat dəyərində kapot açan dəstəyi olmamış, 360 manat servis haqqı alınmışdır. Ümumi məbləğ 2790 manat təşkil edir. Həmçinin mədaxil qəbzindən görünür ki, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Balakəndən Bakı şəhərinə aparılması üçün evakuator xidmətinə 290 manat pul ödənmişdir.

16. “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin hər iki cavabdeh tərəfindən vurulmasını, onlar tərəfindən zərərin qəsdən vurulmasını, onların zərərin vurulmasında təqsirli olmalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Fəngiz) İsə oğlundan avtomaşına vurulmuş maddi ziyana görə 2790 manat,evakuator xidməti xərcinə görə 290 manat alınıb İddiaçı verilməlidir.

17. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

18. İddiaçı mənəvi ziyana görə 3000 manat tələb etsə də cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyana aid hissədə də təmin edilməməlidir.

19. İddia tələbinin vəkil-nümayəndəyə ödənmiş 300 manata aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. İddia tələbi qismən təmin edildiyindən, nümayəndə- vəkil Nümayəndə1 heç bir məhkəmə prosesində iştirak etmədiyindən məhkəmə hesab edir ki, İddiaçı vəkilə ödədiyi 300 manatın 150 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Fəngiz) İsə oğlundan alınıb İddiaçı verilməlidir.

21. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 101 manat dövlət rüsumunun 23,08 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Dövlət rüsumu xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinə, “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 23.4, 152.1, 157.2, 157.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın qismən təmin edilən hissəsində qeyd edərək bildirir ki, məhkəmə iddianı avtomaşının sökülmüş hissələrinə görə 2790 manat məbləğ və evakuator xidmətinə görə 290 manat, vəkilə ödənilmiş hüquqi yardım ilə bağlı 150 manat məbləğində təmin etməsi tam əsassızdır. Qeyd edərək bildirir ki, iş materiallarından görünür ki, “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin açarı iddiaçının özündə olmuşdur.

25. Belə olan təqdirdə cavabdehlər tərəfindən 460 manat dəyərində açar yerinin (kilid), 1850 manat dəyərində qolaltı yeşiyin, 120 manat dəyərində kapot açan dəstəyinin avtomobildən götürülməsi və həmin detalların təmiri üçün 360 manat servis haqqı ödənilməsi tələbinə dair iddianın təmin edilməsi tam əsassızdır.

26. Bildirir ki, iddiaçı iddia tələbində bildirir ki, özünə məxsus avtomobilin iddia tələbində qeyd edilən hissələri cavabdehlər tərəfindən sökülmüşdür. İşdə olan sübutlar ilə müəyyən edilir ki, avtomobilin açarı iddiaçının özündə olmuşdur. Avtomobilin açarının iddiaçıda olduğu təqdirdə cavabdehlər tərəfindən iddia tələbində qeyd olunan ehtiyat hissələri götürülə bilməz.

27. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir. Məhkəmə avtomobilin ehtiyat hissələri ilə bağlı dəymiş zərəri qiymətləndirərkən yalnız iş materiallarında olan “Porşhe Bakı Mərkəzi”nin servis xidmətinin xx.xx.2024-cü il tarixli rəyinə istinad etmişdir.

28. Halbuki mülki iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəy verməkdən imtina etmişdir. Görünür ki, ekspert rəyi olmadan məhkəmənin servis mərkəzinin zərər aktına istinad edərək qətnaməni qəbul etməsi iş materialında olan sübutların tam araşdırılmamasına əsas verir.

29. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sübutlara qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır.

30. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(056)-56/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-56/2025 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir.

39. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)- 56/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 ilə ər-arvad olmuşlar, nikahları 2013-cü ildə pozulmuşdur. Digər Cavabdeh1 cavabdeh Rəngiz Mahamaxanzadənin qardaşıdır. “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. X1 Leyla Nizami qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 154000 manat pulun və ödənmiş 444 manat ödənmiş dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. X3 verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mülkiyyətində olan “Porsche Mağnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 məxsus həyətyanı sahədən götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, 31 may 2024-cü il tarixdə avtomobil ona təhvil verilmişdir. “Porsche Mağnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya təhvil verilməmişdən əvvəl icra məmurları tərəfindən həmin avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin arxa baqaj qapısının kilidi açılmış, arxa qapının içliyi sökülmuş və sükanın diz hissəsi, sükan ətrafı, maşının işə salma diskinin sökülmüş və yerində olmamışdır. “Porşhe Bakı Mərkəzi”nin servis xidməti tərəfindən “X15” minik markalı, 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin açar yerinin (kilid) 460 manat dəyərində, qolaltı yeşiyinin 1850 manat dəyərində, kapot açan dəstəyinin 120 manat dəyərində olması müəyyən edilmiş və həmin təşkilat tərəfindən 360 manat servis haqqı alınmışdır. Beləliklə avtomobillə bağlı ümumi ziyan məbləği 2790 manat təşkil etmiş, həmçinin “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Balakən rayonundan Bakı şəhərinə aparılması üçün evakuator xidmətinə 290 manat pul ödənilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona məxsus avtomaşının yararsız hala salınması, beləliklə cavabdehlərin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.

45. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmişdir ki, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “X11” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin açarının iddiaçının özündə olması, məhkəmənin iddianı avtomaşının sökülmüş hissələrinə görə 2790 manat məbləğ və evakuator xidmətinə görə 290 manat, vəkilə ödənilmiş hüquqi yardım ilə bağlı 150 manat məbləğində təmin etməsinin tam əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 14 nömrəli Aktın surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin e-16(049)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə görə AD890327 saylı X4 şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan “X14” markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcrası dərhal tələb olunan icra sənədinin icrası ilə bağlı Balakən şəhəri, H.Alqayev küçəsi döngə 2-də borclu Cavabdeh1 evində yerləşən üzərinə həbs qoyulacaq avtomobil aşkarlanmışdır. Baxış zamanı həyətdə qara rəngli **-ZY-*** qeydiyyat nişanlı “X12” minik markalı avtomaşın üzərində xüsusi örtük yarım örtülü vəziyyətdə arxa baqaj qapısının kilidi açılmış, arxa qapının içliyi sökülmuş və baqaja qoyulmuş, sükanın diz hissəsi sökülmüş avtomobilin ön qapısı tələbkarın nümayəndəsinin təqdim etdiyi açarla açıldı, salona baxış zamanı sükan ətrafının sökülməsi, maşının işə salma diskinin sökülməsi və yerində olmaması, borclunun deməsinə görə qardaşı Cavabdeh2 tərəfindən sökülərək özü ilə İngiltərəyə aparımasını bildirmişdir. Beləliklə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq avtomobilin üzərinə həbs qoyulmuş və polis əməkdaşları tərəfindən Balakən rayon polis şöbəsinin duracağına evakuator vasitəsilə yerləşdirilməsi təmin edilmiş, bununla da icra sənədi tam icra edilmişdir.

47. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi tələbkarın nümayəndəsinin təqdim etdiyi açarla avtomobilin ön qapısının açılmasına baxmayaraq, avtomaşının arxa baqaj qapısının kilidinin açılmış, arxa qapının içliyinin isə sökülmuş vəziyyətdə olması müəyyən edilmişdir. Yəni ön qapısı iddiaçının nümayəndəsinin təqdim etdiyi açarla açılmamışdan əvvəl avtomaşının baqaj və arxa qapısı bağlı vəziyyətdə olmamışlar.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyi olmadan məhkəmənin servis mərkəzinin zərər aktına istinad edərək qətnaməni qəbul etməsinin iş materialında olan sübutların tam araşdırılmamasına əsas verməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

49. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı mübahisə üzrə isə ekspertizanın təyin edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir.

50. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(019)-56/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar