Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-479/2025 19.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X19, X43, X24, Nümayəndə2, X25, X35 və X36 qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbi, qüvvə) X12 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X13 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nümayəndə2 və X30 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X19, X43, X24, Nümayəndə2, X25, X35 və X36 qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X19, X43, X24, Nümayəndə2, X25, X35 və X36 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə X30 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın və qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. X37 onun atasıdır. X19 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X63 verilmişdir. X31 çöl sahəsində yerləşən, onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiyini bildirmişdirlər. 08 aprel 2002-ci ildə X20, X15, X32, X21, Nümayəndə2 və digər kənd sakinlərinin iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində X37 onlara o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Atası onlara inandığına görə razılaşmışdır. Bundan sonra atası və o həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X37 22 noyabr 2008-ci ildə ölmüşdür.Bundan sonra o, dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər ona müraciət edərək 1.35 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Buna görə də xx.xx.2021-ci il tarixdə o,Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı cavabdehlər X19, X32, X22, Nümayəndə2 Asıman qızına, X35 və X25 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 may 2023cü il tarixli 2(019)-25/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş,cavabdehlər X15, X32, X21, Nümayəndə2, X33 və X23 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X31, X46, X38, Nümayəndə2, X47 və X39 ilə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(019)-25/2023 saylı qərardadı ilə 2(019)-25/2023 nömrəli mülki işə baxılıb yekun nəticə verilənədək iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər X19, Sarıyeva (Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və X25 qarşı cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X63nda 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X19, Sarıyeva (Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və X25 qadağan edilməsi qərara alınmışdır.Həmin qərardad icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. 30 may 2023cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən məhkəməyə daxil olmuş 3- 21-3-47/2- 1895/2023 saylı məktubundan məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi X58 xidmət mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə o, cavabdehlərə qarşı əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər öz adlarına xx.xx.2021-ci il tarixdə 1.3565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsini Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6. Əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəmənin icraatında olan mülki işin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehlər X31, X46, cavabdeh və digər cavabdehlər X21, X33 və X23 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişlər. Həmçinin onlar işə mahiyyəti üzrə baxılması və qərar verilməsini tələb etdiklərini və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə razı olduqlarını bildirmişlər.Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Bundan sonra cavabdehlər məhkəmədə mübahisələndirilən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən həmkəndliləri X6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşdəki sübutlarla o da müəyyən edilir ki, 08 aprel 2002-ci ildə X20, X15, X32, X21, Nümayəndə2 və digər kənd sakinlərinin iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı və cavabdehlər həmkəndlilər olmuş, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması cavabdehlər X19, onun ailə üzvlərinə, digər cavabdeh X36 məlum olmuşdur. Cavabdehlər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirəcəkləri üçün mübahisələndirilən torpaq sahəsini digər həmkəndlilərinə satmaqla ondan əsassız bəhrələnmiş, Mülki Qanunvericiliyin tələblərini kobud surətdə pozmuşlar. Buna görə də iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Qeyd edilənlərdən də məlum olur ki, ki, Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə- 1408 reyestr nömrəli alqı-satqımüqaviləsi əslində Mülki Məcəllənin normaları pozulmaqla bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, X58 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X19, X43, X24, Nümayəndə2, X25, X35 və X36 qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənmiş 100 manat dövlət rüsumu xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
4. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə X31, X50, X38, X39, X47 və Nümayəndə2 ümumi birgə mülkiyyətinə ünvan 2i ərazisindən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X63 hazırlanıb təqdim edilmişdir. X31 və ailə üzvüləri çöl sahəsində yerləşən, onlara verilmiş 1.35 ha torpaq sahəsini 08 aprel 2002-ci ildə X5, lakin alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmamış, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi X31, X50, X38, X39, X47 və Nümayəndə2 adında qalmışdır. 2018-ci ildə X31, X50, X38, X39, X47 və Nümayəndə2 sözügedən torpaq sahəsini geri almışlar və özləri istifadə etməyə başlamışlar. Onlar həmin torpaq sahəsini Balakən Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satı müqaviləsi bağlanılmış və reyestrdə 4Ə-1408 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X8 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. O, vaxtdan da torpaq sahəsi X2 və istifadəsindədir. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)- 25/2023 nömrəli qətnaməsi ilə X15, X32, X21, Nümayəndə2, X33 və X23 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X31, X46, X38, Nümayəndə2, X47 və X39 ilə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X14, X27, X16, Nümayəndə2, X28 və X17 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə X30 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın və qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
5. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, 2018-ci ildən torpaq sahəsindən X31 və ailə üzvüləri özləri istifadə etmişlər. 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən sonra isə torpaq sahəsi alıcı X3 və istifadəsinə verilmişdir. Həmin vaxtdan da torpaq sahəsindən o,özü istifadə edir. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, alıcı X10 X31, X46, X38, Nümayəndə2, X47 və X4 torpaq sahəsinin mülkiyyətçiləri olmamalarını bilməmiş və bilə də bilməzdi. Bu səbəbdən də o, vicdanlı əldə edəndir. Məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, X48 vicdanlı əldə edən olduğundan onunla X31 və digərləri arasında 1,35 hektar torpaq sahəsinə görə bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab oluna bilməz. X31 və digərləri ilə X48 arasında 1,35 hektar torpaq sahəsinə görə bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmadığından sözügedən torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə X30 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması üçün əsas yoxdur.
6. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324 və 337-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qəbul edilmiş qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, X15, X32, X21, Nümayəndə2, X33 və X23 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə ünvan 2ində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X63 verilmişdir. X31 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə iddiaçının atası X20, cavabdehlər X15, X32 iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və cavabdehlər həmin sənədə imza etmişlər. X31 və X46 qanuni nümayəndələri kimi X29, X47 və Nümayəndə2 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X37 cavabdeh tərəfə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X26 təhvil vermiş, həmçinin hazırda sənədlərin qaydasında olmadığını, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərini bildirmişlər. İddiaçının atası cavabdeh tərəfə inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşılaşdırmışlar. İddiaçının atası X37 22 noyabr 2008-ci ildə ölmüşdür. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etmişlər. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Buna görə də xx.xx.2021-ci iltarixdə İddiaçı cavabdehlər X19, X32, X22, Nümayəndə2 Asıman qızına, X35 və X25 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 hatorpaq sahəsinin cavabdehlərlə X37 arasında bağlanmış 08aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli2(019)-25/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X15, X32, X21, Nümayəndə2, X33 və X23 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X31, X46, X38, Nümayəndə2, X47 və X39 ilə X37 arasında bağlanmış 08 aprel 2002-ci iltarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 saylı qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası mərhələsinin bütün iclaslarında iştirak etmiş, 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsini imzalamadıqlarını, iddiaçının atasından hər hansı məbləğdə pul almadıqlarını, ona torpaq sahəsini yalnız istifadə etmək üçün verdiklərini bildirmişlər. Tərəflər arasında torpaqdan istifadə ilə bağlı mübahisənin 2021-ci ildə yaranması faktı tərəflərin iştirakı ilə apellyasiya instansiyası mərhələsində müzakirə edilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(107)-82/2024saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsi heç bir əsas olmadan tərəflər arasında mübahisənin cavabdehlərin izahatlarına əsaslanaraq 2018-ci ildə yarandığını, həmin vaxtdan sonra torpaq sahəsindən cavabdehlər istifadə etdiyini müəyyən etməklə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Ümumiyyətlə cavabdehlər nə əqdin etibarlı hesab edilməsi tələbi üzrə, nə də hazırki iddia ilə bağlı əvvəllər müəyyən edilmiş faktları təkzib edən qeyri-səmimi izahatlar vermiş, ümumiyyətlə əqdə imzalamadıqlarını, torpaq sahəsinə görə pul almadıqlarını, torpağı yalnız istifadəyə verdikləərini, istifadə müddəti bitdiyinə görə iddiaçıdan alıb həmin ərazidə böyük torpaq sahələri olan başqa şəxsə satdıqlarını bildirmişlər. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(019)- 25/2023 saylı qərardadı ilə 2(019)-25/2023 nömrəli mülki işə baxılıb yekun nəticə verilənədək iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər X19, Sarıyeva(Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və Sarıyeva Səḃnıə Asman qızına qarşı cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 hatorpaq sahəsinin cavabdehlərlə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna daDirövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X19, Sarıyeva (Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və X25 qadağan edilməsi qərara alınmışdır. Həmin qərardad icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. 30 may 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən məhkəməyə daxil olmuş 3-21-3-47/2- 1895/2023 saylı məktubundan məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi X58 xidmət mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə o, cavabdehlərə qarşı əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər öz adlarına xx.xx.2021-ci il tarixdə 1.3565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsini Balakən regional“ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6. Əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəmənin icraatında olan mülki işin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehlər X31, X46, cavabdeh və digər cavabdehlər X21, X33 və X23 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişlər. Həmçinin onlar işə mahiyyəti üzrə baxılması və qərar verilməsini tələb etdiklərini və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Bundan sonra cavabdehlər məhkəmədə mübahisələndirilən torpaq sahəsini xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmkəndliləri X6. İşdəki sübutlarla o da müəyyən edilir ki, 08 aprel 2002-ci ildə X20, X15, X32, X21, Nümayəndə2 və digər kənd sakinlərinin iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı və cavabdehlər həmkəndlilər olmuş, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması cavabdehlər X19, onun ailə üzvlərinə, digər cavabdeh olan həmkəndliləri X36 məlum olmuşdur. Cavabdehlər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirəcəkləri üçün mübahisələndirilən torpaq sahəsini digər həmkəndlilərinə satmaqla ondan əsassız bəhrələnmiş, Mülki Qanunvericiliyin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, əqdin etibarlılığı ilə bağlı məhkəmə mübahisəsinin olduğu müddətdə cavabdehlər məhkəmə iclaslarında iştirak etmiş, məhkəmədən xətşünaslıq ekspertizasının təyin edilməsini tələb etmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq xx.xx.2021-ci il tarixdə məhkəmədə mülkiyyət hüququnun əsası mübahisələndirilən əmlakı torpaq sahəsinin yaxınlığında mülkiyyətçi olan X9 iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə edərək hüquqdan sui-istifadə etmişlər. Göstərilənlərdən aşkar olaraq müəyyən olunur ki, cavabdehlər 2021-ci ildə iddiaçı ilə torpaq sahəsindən istifadə ilə bağlı aralarında mübahisə olduğuna görə iddiaçıdan torpağı geri aldıqdan, məhkəmə mübahisəsinin olduğu müddət ərzində torpaq sahəsini öz adına hüquqi qeydiyyatdan keçirdikdən, əqdi imzalamamalarına dair məhkəmədən ekspertizanın təyin edilməsini tələb etdikdən və məhkəmə qərardadına əsasən məhkəmə ekspertizası təyin edildikdən sonra, hazırda mübahisəsi gedən Balakən rayon Qazma kəndində yerləşən 1.35 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan bir gün sonra, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında həmin ərazidə torpaq mülkiyyətçisi olan həmkəndlisi X7. İş materiallarına əlavə edilmiş məhkəmə prosesini əks etdirən video çəkilişlərdə həmin hallar özəksini tapmışdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi X48 mübahisəsi gedən (1.35 ha) torpaq sahəsinə münasibətdə vicdanlı alıcı hesab edərkən iş materiallarında olan hansı hallara istinad etməsi anlaşılmaz və müəyyən deyildir. Nəzərə alınmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlətreyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində, 29-cu maddəsinin İ,İİ və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan AzərbaycanRespublikası Mülki Məcəlləsinin (bundan sonra-qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən şəxsin vicdanlı əldə edən olmasının müəyyən edilməsi üçün ilk olaraq mülkiyyətçinin əmlaka dair onun adına aparılmış qeydiyyat, yəni əmlakının tamamına münasibətdə mülkiyyətçi hüququ mübahisələndirildiyi və bununla bağlı icraatda işin olması aşkar olduğu halda hansı səbəbdən əqdin bağlanması aydınlaşdırılmalı idi. Eynizamanda vicdanlıəldə edən şəxsə münasibətdə əmlakın əvəzliəldə edilməsi, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilməməsi və bilmək iqtidarında olmaması sübut edilməlidir. Bu sübutetmə özünü vicdanlılığa isinad edərək qoruyan şəxsin deyil, onun vicdanlı olmadığını iddiaedən şəxsin üzərinə düşür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdeh Nümayəndə2 Asiman qızı bildirdi ki, onlar həmin torpağı satışa qoymuşdular, məqsədləri torpağı satmaq olmuşdur, həmkəndliləri X48 isə həmin ərazidə torpaqlar aldığına görə onlar da torpağı həmkəndliləri olan Adil Hacıyevə təklif etmişlər, o da özünün torpağına yaxın olduğuna görə həmin torpağı almışdır. Lakin yuxarıda göstərildyi kimi birinci instansiya məhkəməsi əldə edənin vicdanlı alıcı olması nəticəsinə gələrkən başlamış icraat müddətində alqı-satqı müqaviləsinin bağlanmasının hansı zərurətdən irəli gəlməsi, alıcı ilə mülkiyyətçinin bir ərazidə (kəndə) yaşaması, alıcının həmin ərazidə torpaq mülkiyyətçisi olması, torpaq sahəsinin əvvəlki istifadəçisinin iddiaçının olmasından, alıcının mübahisənin mövcud olmasından xəbərsiz olması, məhkəmənin göstərdiyi kimi əgər alıcı torpaq sahəsinə mülkiyyət hüquqlarının məhkəmədə mübahisələndirildiyi müddət ərzində torpaqdan istifadə etdiyi halda başlanmış icraatdan onun məlumatının olub-olmaması, məhz bu müddət ərzində, yənixx.xx.2021-ci il tarixdə cavabdehlərin daşınmaz əmlaka çıxarış aldıqdan 1 gün sonra müqavilənin bağlanmasını zəruri edən halların nədən ibarət olması və sair halların aydınlaşdırılmasından sonra əldə edənin vicdanlı olub-olmamasıaydınlaşdırıla bilərdi. Lakin belə bir araşdırmanın aparılmadığı halda məhkəmənin gəldiyi nəticəsi nə faktiki hallar, nə də maddi hüquq normaları baxımından əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmadan baxılan işdə cavabdeh Adil Hacıyevi vicdanlı əldə edən hesab etməklə olmadığına istinad etsə də, məhkəmə yalnız iddiaçının mülkiyyət hüququna və müqavilənin etibarsız hesab edilməsi üçün ümumi əsasların olmamasına istinadən mübahisələndirilən hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlmiş, Mülki Məcəllənin vicdanlı əldə etmə ilə bağlı normalarını hazırkı işin halları baxımından ümumiyyətlə təhlil etməmiş, iddiaçının dəlillərinə müvafiq normalar əsasında hüquqi qiymət verməmişdir. Beləki, iddiaçı ilə cavabdeh arasında mübahisənin 2021-ci ildə başlanması, həmin ildə cavabdehlərin iddiaçıdan torpağı geri tələb etmələri iş materiallarında olan qanuni qüvvəsini almış Balakən rayon məhkəməsinin xx.xx.2023-cü iltarixli 2(019)-25/2023 saylı, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2024saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-2516/2024 saylı qərarı ilə müəyyən edildiyi və həmin hallar hazırki işdə preyudisial əhəmiyyət daşıdığı halda, birinci instansiya məhkəməsi işin bu hallarını təhrif edərək guya 2018-ci ildən torpaq sahəsindən X31 və ailə üzvüləri özləri istifadə etdiklərini, 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən sonra isə torpaq sahəsinin alıcı X3 və istifadəsinə verildiyini, həmin vaxtdan da torpaq sahəsindən Adil Hacıyev istifadə etdiyini, belə olduğu halda alıcı X10 X31, X46, X38, Nümayəndə2, X47 və Sarıyeva Səḃnıə Asman qızının sözügedən torpaq sahəsinin mülkiyyətçiləri olmamalarını bilmədiyini və bilə də bilmədiyini, bu səbəbdən də o, vicdanlı əldə edən olduğunu müəyyən etmişdir. Bundan əlavə cavabdehlər guya torpaq sahəsini HacıyevAdil Qurban oğluna 8000 manata satdıqlarını bildirmişlər, lakin birinci instansiya məhkəməsi Balakən regional“ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəlialqısatqı müqaviləsinə dair notariat işini tələb edərək alqı-satqı müqaviləsinin əsaslılığını yoxlamamışdır. İşin bu hallarının yoxlanılması isə hakimin xidməti vəzifəsindən irəli gəlir. Qeyd edilənlərdən də məlum olur ki, Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci iltarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsi əslində Mülki Məcəllənin normaları pozulmaqla bağlanmışdır. Lakin işin yuxarıda qeyd edilən hallarıisə vicdanlılıq məsələsi şübhə altına almaqla məhkəmə araşdırmasının kifayət qədər aparılmadığına dəlalət edir. Buna görə də hesab edir ki, Balakən Rayon Məhkəməsi mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə hesab edir ki, apellyasiya şikayəti və iddia əsaslıdır.
8. Odur ki, Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)- 24/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X34, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X31, X50, X38, X39, X47 və X48 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e- 2(019)-24/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nümayəndə2 və X30 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
19. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. İddiaçı nümayəndəsi və vəkili Daanov X44 Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
23. Belə ki, işdə olan Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)- 25/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, cavabdehlər X15, X32, X21, Nümayəndə2, X33 və X23 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X31, X46, X38, Nümayəndə2, X47 və X39 ilə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməsi , hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X14, X27, X16, Nümayəndə2, X28 və X17 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməsi qət edilmişdir.
24. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki,ünvan 2ində yerləşən 1.3665 ha kənd təsərrüfatı təyinatlı torpaq X15, X40, X21, Nümayəndə2, X33 və X23 ümumi mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabında 43 nömrəli vərəqdə qeydiyyata alınmışdır.
25. İşdə olan 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X31, X50, X38,Nümayəndə2, X47 və X11 rayonu Qazma kəndində yerləşən 1.3586 ha torpaq sahəsini X36 8000 manata satmışlar. Müqavilə reyestrdə 4-Ə-1408 nömrə ilə qeydə alınmışdır.
26. İşdə olan xx.xx.2023-cü il tarixli 30005 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir.
27. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 may 2023-cü il tarixli e- 16(019)- 22/2023 nömrəli qərardadından görünür ki, ərizənin təmin edilməsi, 2(019)- 25/2023 nömrəli mülki işə baxılıb yekun nəticə verilənədək iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər X19, Sarıyeva (Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və X25 qarşı cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X63nda 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X19, Sarıyeva (Sailova) Surə Əslan qızına, X24, Nümayəndə2, X35 və X25 qadağan edilməsi, qərardadın dərhal icra edilməsi,qərardadın icrasının Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
28. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinə və Balakən Rayon Məhkəməsinə ünvanlanmış 24 may 2023-cü il tarixli 3-21-3-47/2- 1895/2023 nömrəli məktubda göstərilmişdir ki: “Balakən Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli , e-16(019)- 22/2023 -008 nömrəli icra sənədinin icra olunması barədə məktubunuza “Daşınmaz Əimlakın Dövlət kadastrı və Reyestri» Püblik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Məktubun icrası ilə bağlı məlumat veririk ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, E-16(019)-22/2023 saylı icra vərəqəsinə əsasən JN-536 nömrəli “Torpağa mülkiyyət hüququna X63” sənədinin 536 planşet nömrəsində göstərilən X19, X41, X24, Nümayəndə2, X35 və X25 məxsus olmuş ünvan 2i ünvanında yerləşən 1.35 ha torpaq sahəsi üzərinə daşınmaz əmlakın dövlət reyestrində qadağa qoyulmuşdur. Lakin, bununla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Balakən Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixində bağlanılmış 4G-1408 reyeystr nömrəli alqısatqı müqaviləsinə əsasən X8 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir .
29. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2516/2024 nömrəli qərarından görünür ki, cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2024-cü il tarixli 2(107)-82/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
30. İş materiallarından görünür ki, X31, X46, X38, Nümayəndə2, X47 və X23 ümumi birgə mülkiyyətində olmuş, ünvan 2i ünvanında yerləşən 1.35 ha torpaq sahəsinə görə onlarla X37 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi notariat qaydasında bağlanmadığından etibarlı olmamış, yalnız Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 nömrəli qətnaməsi ilə etibarlı hesab edilmişdir. Bu səbəbdən 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatı müqaviləsi bağlanarkən alqı-satqının predmeti olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X31, X46, X38, Nümayəndə2, X47 və X23 adında olmuşdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(019)-24/2025 saylı qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.