Məhkəmə qərarları › İş №2(107)-486/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-486/2020

30.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-486/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2163/2019 saylı qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 9938,00 manatın alınaraq faydalanan şəxs Cavabdeh2 ASC-nə verilməsi və 9938,0 manatın onların, yəni X5, İddiaçı4, İddiaçı2 və üçüncü şəxs Cavabdeh5 Mövlüd oğlunun Cavabdeh2 ASC-nə olan borcundan çıxılması və Cavabdeh2 ASC-nə nəticədə qalan borcun Cavabdeh4 alınması, həmçinin, onlara dəymiş 2000 manat maddi və 10000 manat mənəvi, cəmi 12000 manat zərərin cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-dən müştərək qaydada alınaraq bərabər şəkildə onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin, Cavabdeh4 da cavabdeh “xxxx” ASC-nə qarşı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində cavabdeh “xxxx” ASC-dən 9938,0 manat əsas borc, 22000 manat dəbbə pulu, cəmi 31938 manatın alınıb ona verilməsi və cavabdeh üçüncü şəxs Cavabdeh2 ASC-nin X3 əsas borc 12700 manat, borcundan ödənilən 6216 manatın çıxılması, faizi və dəbbə pulunun çıxılması və nəticədə qalan 6484 ABŞ dolları borcun onun tərəfindən hissəhissə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (075)-2163/2019 nömrəli qərardadına əsasən Cavabdeh4 cavabdeh “xxxx” ASC-nə qarşı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş cavabdeh “xxxx” ASC-dən 9938,0 manat əsas borc, 22000 manat dəbbə pulu, cəmi 31938 manatın alınıb ona verilməsi və cavabdeh üçüncü şəxs Cavabdeh2 ASC-nin X3 əsas borc 12700 manat, borcundan ödənilən 6216 manatın çıxılması, faizi və dəbbə pulunun çıxılması və nəticədə qalan 6484 ABŞ dolları borcun onun tərəfindən hissə-hissə ödənilməsinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Cavabdeh4 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2163/2019 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2163/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2163/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh4 ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlı olsa da, o qarşılıqlı iddiasını iddiaçıya qarşı deyil, iş üzrə cavabdeh “xxxx” ASC-nə qarşı vermişdir. Bu hal da iddianın ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2163/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2163/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar