Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-494/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı və onun vəkili Vəkil iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh1, X3, X11 və X9 qarşı çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X1, X8, X5 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.08 ha torpaq sahəsinə Cavabdeh1 adına xx xxxx 2018-ci il tarixdə verilmiş, seriya RX ******* saylıhüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Əkşəm kəndində yaşayır. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq sahəsi almaq fikrində olduğu üçün kəndlərində kimlərinsə torpaq sahəsini satmasını maraqlandıqda məlum oldu ki, Cavabdeh1 özünə və ailəsinə məxsus olan torpaq sahəsini satmaq istəyir. Cavabdeh maddi durumunda çətinliyi olduğu üçün torpaq sahəsini satmaq fikrində olmuşdur. Bundan sonra aralarında olan şifahi razılaşmadan sonra belə qərara gəlmişlər ki, alqı-satqı müqaviləsini sənədləşdirsinlər. Şahidlərin iştirakı ilə aralarında xx xxxxxxx 2003-cü il tarixdə sənədləşmə həyata keçirilmiş və həmin sənədi cavabdeh, onun ailə üzvləri və şahidlər imzalamışlar. Həmin sənədə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özünün, həyat yoldaşı X2, qızı X4 və oğlu X6 mülkiyyət hüquqları təsbit edilmiş Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh tərəfindən ailə üzvlərin razılığı əsasında ona ******* manata satıldı. Onun tərəfindən, şahidlərin iştirakı ilə cavabdehə ******* manat ödənildi. xx xxxxxxx 2003cü il tarixdən 2020-ci ilin may ayına kimi mübahisə predmeti olan 1.08 ha torpaq sahəsi onun istifadəsində, sahibliyində və faktiki mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini atası İlhamla birlikdə 2020-ci ilə kimi əkib-becərmişlər. Torpaq vergisi ilə bağlı ödəniş qəbzində Cavabdeh1 adı göstərilsə də, faktiki olaraq ödəniş onun tərəfindən həyata keçirilmişdir. 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh vaxtı olmadığını, həmin torpaqla bağlı heç bir iddia tələblərinin olmadığını ona bildirmişdir. O, 2020-ci ilin aprel ayında torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etdikdə, cavabdeh bildirmişdir ki, artıq bundan sonra torpaq sahəsindən özü istifadə edəcəkdir və torpağı geri qaytarmaq fikrindədir. Aralarında yaranmış mübahisə ilə bağlı Yevlax rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yevlax rayon Polis şöbəsi tərəfindən verilən rəsmi cavabda qeyd olunmuşdur ki, yaranmış mübahisə mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Yevlax rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində cavabdeh verdiyi izahatda təsdiq edir ki, həqiqətən o, torpaq sahəsini ailə üzvlərinin razdığı əsasında ******* manata satmışdır. Polis şöbəsində araşdırma zamanı o da məlum oldu ki, cavabdeh faktiki aralarında alqısatqı müqaviləsinin bağlanmasına və 17 il mübahisəli torpaq sahəsindən istifadə etməsinə baxmayaraq gizli surətdə torpağın mülkiyyət hüququna dair dövlət aktının onun və ailə üzvlərinin adına olmasından istifadə edərək mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata aldırmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ailə üzvləri ilə Yevlax rayonu, Əkşəm kəndində yaşayır. Onun və ailə üzvlərinin 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2003-cü ildə satmaq qərarına gəlmişdir. Bu səbəbdən də həmkəndlisi İlham Əliyevlə görüşmüş, torpağı ona vermiş və müqabilində ******* manat pul almışdır. Lakin torpağı əbədi satmamış və torpağa ehtiyacı olan zaman geri alacağını İlhama demişdir. İlham həmin torpaqdan 17 ildir istifadə edir. Hazırda özünün və ailəsinin maddi vəziyyəti çox çətindir. Bu səbəbdən də torpağını geri istəyir. Torpağı birdəfəlik satmaq fikiri olsaydı, İlhamla notariat orqanına gedərək alqı-satqı müqaviləsi bağlayardı. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun hüquq və mənafeyinin kobud surətdə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəm kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məlum olur ki, X12 torpağın alqısatqısına dair mübahisə məhkəmə predmeti olduğuna görə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Əkşəm kəndində Cavabdeh1, X1, X8 və X5 1.0781 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxx 2018-ci il tarixli ********** saylı Çıxarışna əsasən Cavabdeh1, X1, X8 və X5 Yevlax rayonu, Əkşəm kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.0781 ha torpaq sahəsi verilmişdir. Tərəflər arasında olan razılaşma əsasında cavabdeh həmin torpaq sahəsini ******* manat X12 verilmişdir. Lakin tərəflər arasında notarial qaydada alqı-satqı olmamışdır. İddiaçı çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehin notariat orqanına getməkdən yayındığını bildirmişdir. Məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbtetmiş hüquqivə fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik,istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcələnin daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydasından bəhs edən 394-cü maddəsində göstərilmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan qanun normalarından da göründüyü kimi, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin notarial qaydada bağlanması imperativ xarakter daşıyır. Notarial qaydada bağlanmayan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair (o cümlədən daşınmaz əmlakın alqı-satqı müqaviləsi) müqavilələr heç bir hüquqi nəticə doğurmur və tanınmır. Müəyyyən edilmişdir ki, 2003-cü ildə mübahisəli torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktında cavabdehin ailə üzvləri kimi (uşaqları) göstərilmiş Nigar və Elnur azyaşlı olmuşlar. Yəni, həmin torpaq sahəsi cavabdehin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyindən torpaq sahəsində onların payları bərabər hesab edilir. Cavabdehin uşaqları yetkinlik yaşına çatsalar da belə tərəflər arasında bağlanmış sadə yazılı sənəddə (aktda) onların adı və imzası olmadığından heç bir öhdəlikləri yaranmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər kimi göstərilmiş X3 xx xxxx 2007-ci ildə, X11 isə xx xxxxx 2011-ci ildə vəfat etmişlər. Eyni zamanda müəyyən edilmişdir ki, 2003-cü ildə ildə akt tərtib edilərkən paylı mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin hüquq müəyənedici sənədləri qaydasında olmuşdur. Ona görə də cavabdehlər torpağı satdıqları halda bunu notariat qaydasında gedib təsdiqləyə bilərdilər. Aralarında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmadığına görə bu əqd notariat qaydasında təsdiqlənməmişdir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarının tələbləri baxımından müəyyən etdiyi hallar üzrə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (torpağa mülkiyyət hüququna dair Dövlət aktı) olmasına baxmayaraq hazırki iş üzrə tərəflər həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanması üçün heç bir əsaslı səbəb olmadan notariat kontoruna müraciət etməmişlər. Apellyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-494/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-494/2021
12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver